13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi 235 il, yəni, 1736-cı ilədək mövcud olmuşdur. 1593-cü ilməlumatına görə, o, 7 sancağa, 36 nahiyəyə bölünürdü. Ərazidə qeydə alınan 1300 toponimik vahidin hamısıAzərbaycana məxsus idi. 1720-ci ildə ərazidə əhalinin sayı 122 min nəfər olmuşdur. Onların 66 faiziniAzərbaycan türkləri, 31 faizini qriqorianlaşmış albanlar, 3,1 faizini isə kürdlər təşkil edirdi. 1736-cı ildə Nadirşah Əfşar Səfəvilər dövlətinə son qoymaqla bərabər, həm də Qarabağ ərazisində yaşayan əhaliyə qarşı amansızfaciələrə, qırğınlara rəvac verdi. Nadir şah onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Qarabağbəylərbəyiliyinin türk-müsəlman sakinlərinə qarşı ağır cəza tədbirləri həyata keçirdi. Eyni zamanda, Qarabağəhalisinin mütləq əksəriyyəti Əfqanıstan və Xorasana sürgün edildi. Qeyd edək ki, Nadir şahın ədalətsiz vəqəddar olduğu qədər də Azərbaycanın ümummilli mənafeyinə zərbə vuran bu xəyanətkar addımı Qarabağdamövcud olan alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə əsaslı təkan verdi. Nadir şahınölümü ilə onun qurduğu dövlət parçalandı və Azərbaycan ərazisində yeni dövlətlər - xanlıqlar yarandı. Qarabağəyalətinin ərazisində isə iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı.Sarıcalı kəndindən olan və elində-obasında hələ çox əvvəllərdən qəhrəmanlığı və ədaləti ilə hamınınrəğbətini qazanmış Pənahəli bəy Cavanşir yurdundan didərgin düşən qarabağlıların öz tarixi vətənlərinədönüşünün təminatçısı oldu və 1747-ci ildə Qarabağı müstəqil dövlət elan etdi. Nadir şah tərəfindən sürgünolunmuş qarabağlıların doğma yurdlarına qayıtması və onların Pənahəli xanın ətrafında sıx birləşməsi iləxanlığın mövqeyi çox gücləndi. Pənahəli xan 1748-ci ildə qədim türk tayfası olan bayatların adı ilə bağlı Bayatqalasının tikilməsinə qərar verdi, sonradan bura xanlığın inzibati mərkəzinə çevrildi. Qarabağın və Pənahəlixanın güclənməsi qonşu xanlıqların ciddi narahatlığına səbəb oldu və onlar müxtəlif zamanlarda Qarabağüzərinə yürüşə çıxdılar. Fəqət bütün savaşlarda da Pənahəli xana məğlub oldular.Rusiyanın Qarabağda "erməniləşdirməsiyasəti"Qarabağ xanlığının ərazisində həm də 5 məliklik (Vərəndə, Çiləbörd, Xaçın, Dizaq, Gülüstan) mövcudidi. Xaçın istisna olmaqla, digər məlikliklərin sakinləri əslən Qarabağdan deyildilər. Özü də onlar heç erməni dədeyildilər, keçmiş alban nəsillərinin nümayəndələri olmuşlar. Bu gəlmə məliklər Qarabağda mahal başçılığınıələ keçirdikdən sonra mərkəzdənqaçma meyillərinə yönəlsələr də, heç bir dövlət birləşməsi yarada bilmədilər,hətta bir-biriləri ilə mübarizə apardılar.1783-cü ildən etibarən Rusiya imperiyası Qarabağın ilhaqı yönündə yeni, daha intensiv siyasət yürütməyəbaşladı. Çar hökuməti ərazidəki məlikliklərin köməyi ilə Azərbaycanda "xristian dövləti", yəni, özünə dayaqyaratmağa çalışır və bölgənin etnik tərkibinin dəyişdirilməsi üçün xüsusi tədbirlər həyata keçirirdi. Knyaz G.Potyomkin 1783-cü ildə II Yekaterinaya yazdığı məktubda qeyd edirdi ki, "...fürsət tapınca Qarabağıermənilərin nəzarətinə vermək və bununla da Asiyada bir xristian dövləti yaratmaq üçün lazım olanları etməkvacibdir". Bu arada Ağaməhəmməd şah Qacarın da Qarabağa yürüşləri mütəmadi hal aldı. Qarabağlılar Qacarordusuna qarşı rəşadətli müqavimət təşkil etsələr də, 1797-ci ildə ikinci yürüş zamanı Ağaməhəmməd şahŞuşanı tuta bildi, lakin burada öldürüldü.XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən etibarən isə Rusiyanın Azərbaycandakı işğalçılıq fəaliyyətigücləndi. Gürcüstanın, eləcə də Azərbaycanın Car-Balakən camaatlığının və Gəncə xanlığının işğalından sonranövbədə, şübhəsiz ki, Qarabağ xanlığı idi. Böyük bir imperiya ilə qarşı-qarşıya çıxmaq imkanında olmayanQarabağ xanı İbrahimxəlil Cavanşir məcburiyyət qarşısında imperiya qoşunlarının komandanı P. SisianovlaKürəkçay müqaviləsi bağladı. Müqaviləyə əsasən, Qarabağ xanlığı məhz Azərbaycan torpağı kimi Rusiyayailhaq olundu. Bu müqavilə Qarabağın Azərbaycana məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.Bu dövrdən sonra Qarabağa ermənilərin köçürülməsi dinamik xarakter aldı. Faktlara nəzər salaq. Rusalimi N. N. Şavrov 1911-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi "Novaya uqroza ruskomu delu v Zaqafqazye"kitabında yazırdı: "1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürülmüş vəonların Yelizavetpol (Qarabağ bura aid idi - İ.H.) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarındayerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi... 124 min rəsmi köçürülən erməni ilə yanaşı, qeyri-rəsmi köçənermənilərin sayı 200 mindən artıqdır... Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonuyerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb".1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay və 1829-cu ildə Rusiya və Türkiyə arasındabağlanan Ədirnə müqavilələrinə əsasən, ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycana,o cümlədən Qarabağa köçürülmələri rəsmiləşdirildi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illərdə ŞimaliAzərbaycana İrandan 40 min, Osmanlı imperiyasından isə 90 minə qədər erməni köçürüldü. Bunların da əsashissəsi məhz Qarabağ ərazisində məskunlaşdırıldı. Çar hökuməti ermənilərin Qarabağın iqtisadi həyatında damöhkəmlənməsinə xüsusi əhəmiyyət verirdi. Onlara ən yaxşı torpaqlar bəxşiş kimi verilir, sahibkarlıq134

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!