13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ salnaməsinin qara təqvimiDağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış,yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər və ondan sonra orada əksəriyyətitəşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar...Erməni qəsbkarları xarici yardımdan istifadə edərək bizim torpaqlarımızı işğal ediblər. İndi onlarbəzi hallarda sübut etməyə çalışırlar ki, müharibədə qələbə qazanıblar. Bu, belə deyil, əsla belə deyil!Çünki müharibə hələ bitməyib, müharibənin birinci dövrü başa çatıb və xarici dəstəyin nəticəsində bizimtorpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilibdir.İlham ƏLİYEVAzərbaycanın əsrlərdir ki, ən ağrılı problemi olaraq qalan Qarabağ münaqişəsinin son mərhələsininbaşlanmasından artıq 22 il ötür. Geridə qalan müddət ərzində müharibənin qanlı mahiyyəti səngisə də, savaşınvə təcavüzün "bəxş" etdiyi faciələr, itkilər, qurbanlar azalmadı. Çünki cəbhə bölgəsində əldə olunan atəşkəsəbaxmayaraq, müharibə davam edir və onun fəsadlarının sayı da durmadan çoxalır. Müharibə məmləkətdə hər anduyulur, Qarabağ itkisi ölkədə addımbaşı özünü yada salır! Qaçqınlıq və məcburi köçkünlük həyatınınçətinliklərində, vətəndə vətənsizlik taleyinə məhkum olan yüz minlərlə insanın iztirablarında, "yurdum hey !.."deyərək canını yad obalarda tapşıran nakam talelərdə, Qarabağdan kənarda doğulan qarabağlı körpələringörmədikləri vətənə doğru uzanan baxışlarında, inamlarında, əsgərimizin qələbə və intiqam yanğısında davamedir Qarabağ savaşı!Qarabağ dünyanınən qədim insanməskənlərindən biridirQarabağ ən qədim zamanlardan indi Azərbaycan türkü adlanan millətin əcdadlarının əzəli torpağı olub vəbu ərazidə yaradılmış bütün dövlətlər, xanlıqlar, inzibati vahidlər də məhz bizlərə məxsus idi. QarabağınAzərbaycana aidliyini sübut etmək üçün fakt axtarmağa ehtiyac yoxdur, çünki, əslində, bunu təkzib edən ən adibir arqument belə mövcud deyil!Qarabağ ifadə forması olaraq həm də coğrafi ərazi mənasında qəbul edilir. Tarixən Qarabağ Azərbaycanınmüxtəlif ərazilərini əhatə edib. Məsələn, vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir"Qarabağ tarixi" əsərində yazırdı: "Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləribelədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax,Şəmşəddil və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilası ilə Krasnı most,yəni, Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq Xəzərdənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayıçox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".Tarixi mənbələr Qarabağı təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın da ən qədim tarixə malikdiyarlarından biri kimi səciyyələndirir. Sadəcə, bir faktı göstərək: bu ərazidəki Azıx mağarasında ən qədiminsanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın Aralıqdənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıxmağarasının alt təbəqələrindən aşkar olunmuş əmək alətlərinin Quruçay mədəniyyətinə aid olduğu öz təsdiqinitapmışdır. Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aiddir. 1968-ci ildə isə Azıxmağarasında Azıx adamının - azıxantropun çənə sümüyü tapılmışdı. Burada Azıx adamının 350-400 min iləvvəl yaşadığı güman olunur.Qarabağ ərazisi qədim Azərbaycan dövlətlərinin hamısının tərkibində olub. e.ə. IV - e. VIII əsrlərindəmövcud olan Albaniya dövləti bütün Qarabağ ərazisini əhatə edirdi. Yadelli işğalları nəticəsində isə bütünərazilərimiz kimi, Qarabağ da ilhaq olunurdu. XIII əsrdə monqolların Azərbaycanı tam işğal etməsi ilə Qarabağərazisi də əvvəl Ali Monqol Xaqanlığının, sonra isə Hulakülər-Elxanilər dövlətinin tərkibinə aid idi. Həmindövrdən etibarən artıq Qarabağ coğrafi əraziyə şamil edilirdi. Mühüm bir məqama da diqqət çəkək ki, monqolhökmdarlarının daim Qarabağda qışlamaları mühüm dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəbolmuşdur. Məsələn, Qazan xan və Arpa xan adlı monqol hökmdarları Qarabağda səltənət taxtına çıxmış, Arqunxan və Əbu Səid xan isə Qarabağda vəfat etmişlər.XV əsrdə isə Qarabağ Azərbaycan dövlətləri olan Qaraqoyunlular və Ağqoyunluların tərkibində idi.Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə Qarabağ ərazisi dövlətin dörd bəylərbəyliyindən birinə çevrildi.133

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!