13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────İri dövlətlərin və region ölkələrinin münaqişənin nizamlanmasına göstərdikləri cəhdlər o zaman konkretvə rasional olur ki, münaqişə bilavasitə tərəflərin maraqlarından daha çox iri dövlətlərin və region ölkələrininmənafelərinə ziyan vursun. Beynəlxalq təcrübə son vaxtlar sübut edir ki, mühüm siyasi münaqişələrin böyükdövlətlərin birgə səyi ilə həlli eyni zamanda, həmin ölkələr arasında kiçik ziddiyyətlərin də aradangötürülməsinə imkan yaradır. Bu baxımdan geostrateji regionda yerləşən Azərbaycan da Ermənistan tərəfindəntəcavüzkarlıqdan yaxa qurtarmaq üçün iri dövlətlərin və region dövlətlərinin Qafqazda maraqlarının üst-üstədüşməsindən, münaqişənin həlli prosesinə regionda maraqların cəmləşməsindən, toqquşmasından məharətləistifadə etməlidir.Azərbaycan Respublikasının Qarabağ münaqişəsinə son iki ilə dair diplomatik uğurlarını aşağıdakı kimimüəyyənləşdirmək olar:1. BMT-nin Baş Məclisinin geniş iclasında sessiyanın gündəliyində 20-ci bənd kimi öz əksini tapan"Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət", 9 bənddən ibarət qətnamənin qəbulu BMT-nin yenidənErmənistanı işğalçı dövlət kimi tanıması Azərbaycan üçün hər mənada strateji əhəmiyyətli qərardır.2. NATO-nun 2008-ci il aprelin 24-də Buxarest zirvə toplantısı və Şimali Atlantika Şurası xarici işlərnazirlərinin dekabrın 2-3-də Brüssel toplantısı da açıq şəkildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünədəstək ifadə etmiş, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllini zəruri hesab etmişdir.3. Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə 2008-ci il noyabrın 2-də Azərbaycan və Ermənistan prezidentləriarasında imzalanmış "Mayın Dorf Bəyannaməsi"nin qəbulu mühüm elementləri özündə əks etdirir. İlk dəfə bubəyannamədə rəsmi Yerevan münaqişə tərəfinin Dağlıq Qarabağ deyil, Ermənistan tərəfi olduğunu hüquqibaxımdan təsdiqləmişdir.4. Rusiya, Azərbaycan və Ermənistan dövlətləri tərəfindən imzalanmış "Moskva Bəyannaməsi"ndəErmənistan özü belə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə imza atıb. Yəni, artıq İrəvanrəhbərliyi də Dağlıq Qarabağ və ətraf rayonlarının hamısının Azərbaycanın hüquqi ərazisi olduğunu dərk vəqəbul edir.5. Afinada keçirilən ATƏT-in xarici işlər nazirlərinin toplantısında münaqişənin ərazi bütövlüyüçərçivəsində həllinə ilk dəfə Ermənistanın qol çəkməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetməhüququnun birgə tətbiqi o deməkdir ki, Dağlıq Qarabağa nə qədər yüksək özünüidarə hüququ verilirsə-verilsin,bu hüquq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşacaq.6. 2009-cu il iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri Barak Obama,Nikola Sarkozi və Dmitri Medvedevin "Böyük səkkizlərin" İtaliyada keçirilən sammiti zamanı irəli sürülən"Madrid prinsipləri"nin yeni versiyası ilə bağlı bəyanatları münaqişənin tənzimlənməsi prosesinə impulsvermişdir.Dövlət başçısının qətiyyətli və milli maraqlara əsaslanan xarici siyasət kursunun davam etməsiErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi canlanma ilə müşahidə olunur.Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi - həmsədrlərin iştirakı ilə xarici işlərnazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlər prosesin ciddi şəkildə irəlilədiyini deməyə əsasverir. Bu da təsadüfi deyil. Dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı buəsas münaqişə ocağının söndürülməmiş qalması qlobal planda cərəyan edən proseslərə mənfi təsir göstərməkləyanaşı, burada iqtisadi və siyasi maraqlan olan aparıcı dövlətlərin, habelə beynəlxalq təşkilatların mənafelərinəvə regional maraqlarına da ciddi şəkildə təsir edir.Region dövlətlərinin münaqişəyə biganə yanaşmasının nəticəsidir ki, Azərbaycanın bir milyon vətəndaşıməcburi köçkün vəziyyətində hələ də qalmaqdadır. Həmin vətəndaşlar insan yaşayışı üçün münasib olmayanyataqxanalarda və digər yerlərdə çətin vəziyyətdə yaşayırlar. Azərbaycan dövlətinin müharibə şəraitindəolmasına baxmayaraq, məcburi köçkünlərin sosial problemləri dövlətin daim diqqət mərkəzində vənəzarətindədir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni-yeniqəsəbələrin, yaşayış evlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin bu məsələdə qaçqın və məcburi köçkünlərəqayğısının daha bir təzahürüdür.Region dövlətləri və beynəlxalq təşkilatlar Qarakənd faciəsinə, Xocalı soyqırımına və işğal olunan digərrayonlarda baş verən faciələrə hələ də göz yummaqdadırlar. İşğalçı dövlətlə işğala məruz qalan dövlət arasındafərq qoymurlar və ikili siyasət yeridirlər. Eləcə də işğalçı dövlətə təzyiq etməkdənsə, əksinə Ermənistandövlətinə himayədarlıq edirlər. Bu da Dağlıq Qarabağ münaqişəsinin uzanmasına səbəb olur.Biz inanırıq ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən möhtərəm<strong>Prezident</strong>imiz İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həllolunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.Elnur ƏLİYEV,131

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!