13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağın qara günlərinin başlandığı tarix1805-ci il mayın 14-də Rusiya imperiyası Qarabağ xanlığının müstəqilliyinə son qoydu1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi“Gülüstan” müqaviləsinə gətirib çıxartdı. Nəticədə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndindəAzərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Bu tarix Azərbaycan Türklərinin taleyindəən kədərli günlərdən biridir. Fəlakətli tarixə gəlib çıxıncaya qədər çoxlu itkilərimiz oldu. Heç bir fəlakət birdənbirəyaranmır. Tarixçi-alim Vaqif Abışov deyir: “Həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsizgərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətininolmaması idi”.Vaqif Abışov Türkmənçay müqaviləsinə qədər olan dövrün ictimai-siyasi vəziyyətini belə xarakterizəedir: “O dövrdə Azərbaycanda mövcud olan xanlıqlar 3 qismə bölünmüşdü. Bunların bir qismi İrana meyledirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbuledirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirəbilsin. 19-cu yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalına başlanıldı. 1804-cü ilinyanvarında Gəncə xanlığı işğal olundu, orada xanlıq sistemi ləğv edildi. Bundan sonra bir çox xanlıqlarRusiyaya meyl etməyə başladılar, çünki artıq qorxu prinsipi yaranmışdı. Qorxu həm də Qacarlar sarıdan idi.Gəncə xanlığı işğal olunandan sonra Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın himayəsinə keçməkhaqqında razılığa gəlirlər. Azərbaycanın şimal xanlıqları birləşə bilmədilər. Rusiya bu vəziyyətdən məharətləistifadə etdi, 1-ci Pyotrun vəsiyyətinə uyğun olaraq Azərbaycan xanlıqlarını işğala girişdi. Azərbaycanxanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbuledirdilər. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı arasında bağlanan“Kürəkçay” müqaviləsinə əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə xanlığın idarəetməsini qoruyubsaxlamış oldu. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanınqohumu idi. Mayın 21-də Şəki xanlığı da Rusiyanın təəbəliyini qəbul etdi. Şirvan xanı Mustafa xan ruslara qarşıbir az müqavimət göstərdi, ancaq o da Rusiya imperiyasından az sonra bərk ehtiyatlandığından 1805-ci ildekabrın 27-də Rusiyanın himayəsini qəbul etdi, “Kürəkçay” müqaviləsinə qoşulduğunu bəyan etdi, özərazisində rus qoşunlarını saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 minçervo xərac verməli idilər. Xanların hər birinə çar general-rütbəsi verilir, onlara dövlət büdcəsindən əməkhaqqıkəsilirdi”.Azərbaycan yuxarıda adları sadalanan ölkələrin faktiki döyüş, siyasi mübarizə, hərbi münaqişəmeydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətlivəziyyətdən artıq qaçmaq mümkün deyildi: “Təbiidir ki, heç bir dövlət o birinə qətiyyən güzəştə getməkistəmirdi. Bu məqamlarda Azərbaycan xanlıqları artıq vəziyyətdən salamat çıxmaq haqqında da düşünməyəbaşladılar. Amma bəziləri üçün bu, fəlakətlə nəticələndi. Məsələn, Qarabağ xanı İbrahimxəlil xan ruslartərəfindən qətlə yetirildi. Bu mənada Türkmənçay fəlakətinə qədər olan mərhələdə Azərbaycan xanlıqlarınındaxili vəziyyəti son dərəcə gərgin idi. İqtisadiyyat dağılmışdı, xanlıqların həyat tərzi, daxili qaydaları da istəristəməzdağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası, başlıcası isə xalqın müqavimət ruhunayetkin səviyyədə kökləndirilməməsi böyük mənada mübarizəni mümkünsüz etdi. Azərbaycan ayrı-ayrıxanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqilhesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanıÇələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçünxeyli cəhd etmişdilər. Lakin təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədinireallaşdırmaqda Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbixan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığımane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən reallaşmadı”.Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakıyüzillərdə, xüsusən Səfəvilər dövründə azərbaycanlıların biri-birinə yadlığının acı nəticələrini görməkmümkündür: “Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimigüclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə,Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər. Azərbaycanınparçalanması 1722-ci ildən Birinci Pyotrun vaxtından üzü bəri başlamışdı. Qarabağ, Şəki, Şamaxı rəsmi şəkildədinc yolla Rusiyaya birləşdirildi, onlar faktiki olaraq Rusiyanın himayəsini qəbul etdilər, yəni daxildə müstəqil,xarici siyasətdə isə Rusiyadan asılı oldular. Mahiyyətcə belə bir tarixi fəlakət Gülüstan müqaviləsi zamanıreallaşdı. Birinci mərhələdə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalmaq şərtilə, qalanərazilər Rusiyanın tabeliyinə keçdi. 1813-cü ildən sonra bu tarixi fəlakətə qarşı demək olar, müqavimət olmadı.124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!