13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri1. Ermənistanın arqumentləriRəsmi Yerevan nümayəndələri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaqməqsədilə, tez-tez Dağlıq Qarabağın heç bir zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmaması barədətezislə çıxış edirlər. Bu iddiaların əsasında aşağıdakı arqumentlər dayanır:Birinci, müstəqil Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olanda Qarabağ onun yurisdiksiyasındadeyildi və bu faktı Azərbaycanın Cənubi Qafqazın şərq hissəsinin ermənilərlə məskunlaşmış ərazilərinə, əsasetibarilə Dağlıq Qarabağa iddia etməsi, eləcə də özününkü hesab etdiyi ərazi üzərində təsirli dövlət nəzarətinihəyata keçirə bilməməsi və sərhədlərinin legitimliyini əsaslandırmağa qadir olmaması səbəbindən MillətlərCəmiyyətinin Azərbaycanı tanımaqdan imtina etməsi barədə qəbul etdiyi qərar da təsdiqləyir.İkinci, 1991-ci ildə SSRİ-nin parçalanması prosesi çərçivəsində Dağlıq Qarabağın Azərbaycandan qanuniəsaslarla ayrılması və "Dağlıq Qarabağ Respublikası"nın yaradılması. Bu zaman "Müttəfiq respublikanın SSRİdənçıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu xüsusiolaraq vurğulanır. Sonuncuya əsasən, müttəfiq respublikalar tərəfindən Qanunla nəzərdə tutulmuş SSRİtərkibindən çıxmaq proseduru həyata keçirilərkən muxtar qurumlar SSR İttifaqında və tərkibindən çıxanmüttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək, habelə öz dövlət-hüquqi statusu məsələsiniqaldırmaq hüququ əldə edirdi.Üçüncü, Azərbaycanın sovet dövrünün hüquqi varisliyindən imtina etməsi və bununla da, həmin dövrünsərhədlərinə iddia etmək əsasından məhrum olması.2. Azərbaycanın arqumentləri2.1. Dağlıq Qarabağ Azərbaycan və Ermənistanın Millətlər Cəmiyyətinə qəbulu məsələsinəbaxılması kontekstində● Britaniya qoşunlarının 1918-ci ildə Bakıya daxil olmasından sonra, Müttəfiq Dövlətləri təmsil edəngeneral V.Tomson qonşu Zəngəzur qəzası ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasınıtanıdı. O, Azərbaycan hökuməti tərəfindən Xosrov Sultanovun bu iki regionun da daxil olduğu Garabağgeneral-qubernatorluğuna qubernator təyin edilməsini də təsdiqlədi. 1919-cu ildə Dağlıq Qarabağın erməniassambleyası rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı.(3)● 1918-1920-ci illərdə Azərbaycan Respublikasının bir sıra ölkələrlə diplomatik münasibətləri var idi.Onlardan bəziləri ilə qarşılıqlı münasibətlərin prinsiplərinə dair müqavilələr imzalanmış, on altı dövlət isəBakıda öz nümayəndəliyini açmışdı.● 12 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanınmüstəqilliyini de-fakto tanıdı.● 1 noyabr 1920-ci il tarixində Azərbaycan nümayəndə heyətinin başçısı Millətlər Cəmiyyətinin Başkatibinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Təşkilata üzv qəbul edilməsi ilə bağlıərizəsinin Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş etmişdir.● Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh Konfransındakı Azərbaycannümayəndə heyətinə mandatın Bakıda 1920-ci ilin aprel ayına kimi hakimiyyətdə olmuş hökumət tərəfindənverildiyini qeyd etmişdir. Bununla belə, Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1noyabr 1920-ci il) və Memorandumun dərc olundugu tarixdə (24 noyabr 1920-ci il) Azərbaycan nümayəndəheyətinə mandat vermiş Azərbaycan Respublikası hökumətinin artıq 1920-ci ilin aprel ayından de-faktohakimiyyətdə olmamasına xüsusi diqqət yetirilir. Daha sonra memorandumda bu hökumətin ölkənin bütünərazisinə nəzarət etmədiyi göstərilirdi. (4)● Bu konteksdə, qeyd olunan Millətlər Cəmiyyəti Baş katibinin Memorandumunun ən mühüm hissəsi"Hüquqi mülahizələr" fəslidir. Həmin fəsildə dövlətlərin tamamilə özünüidarəedən olması tələbi də daxilolmaqla, Təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsindətəsbit edilmiş şərtlər xatırladılır.(5)● Millətlər Cəmiyyətinin müvafiq sənədləri erməni tərəfinin Millətlər Cəmiyyətinin Azərbaycanı üzvlüyəqəbul etməməsini onun Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanımaması və guya ermənilərləməskunlaşmış ərazilərə iddia etməsilə əlaqələndirməsi fikrini tamamilə təkzib edir. Aydındır ki, ərazisininmühüm bir hissəsi ərizəsi Millətlər Cəmiyyətində baxıldığı bir dövrdə işğal altında olan, ərizəni təqdim edənhökuməti isə devrilmiş olan bir dövlət Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən,tam özünüidarəetmə qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə bilməzdi. Məhz bu şərtlər AzərbaycanınMillətlər Cəmiyyətinə üzv qəbul edilməsinə mane oldu.112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!