13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────İşğal olunmuş ərazilərdə yaranmış ekoloji problemlərİşğal olunmuş ərazilərin hazırkı ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyükçətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görəhəmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbiielementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvarı şəkildədigərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan,Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır , əkilib-becərilmir və ona görədə böyük ekoloji fəlakətə səbəb olur.Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradanda Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları iləAzərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar,Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-dəistifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktivtullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlarmövcuddur.İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, batırılmışminalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Baxımsız qalan həmin ərazilərdətəbiətin qorunması haqqında heç kim fikirləşmir: dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır,nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısınınkəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki,işğaldan insanlarla yanaşı Azərbaycan təbiəti də böyük zərər çəkir.Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntıyataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar,ehtiyatlar, daha çox mənimsənilir.Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqındabeynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə dahada ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzunillər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.Aşağıda göstərilən qoruq və yasaqlıqlar erməni işğalı altındadır və orada qoruq rejimi tamamilədağıdılmışdır: (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin I hesabatına əsasən)Bəşitçay Dövlət qoruğuBəşitçay Dövlət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonundayaradılmışdır. Qoruq Azərbaycanın cənub-gərbində, Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaftkompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. onun sahəsi hazırda107 ha təşkil edir. qoruq ərazisinin uzunluğu 15km-ə, eni isə bəzi yerlərdə 150-200m çatır. Qoruq ermənistanınmeşə fondu ərazisi ilə əhatələnir. Ərazinin 79,4% -nı meşə ilə örtülü sahə 14%-nı seyrək meşəlik təşkil edir.Meşəsiz sahələr isə 6.5%- dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800m. çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada günəşlisaatların illik cəmi 2200-2500-ə gədərdir. Havanın illik orta temperaturu 13%-dir yanvarda10 ,iyulda 250-gədərdir.İllik yağıntının miqdarı 600mm-dir. Qar örtüyü 10-30 sm, bəzi illərdə 70-80sm - ə çatır. Havanın nisbirütübəti 60-70%-dir.Bəşitçayın uzunluğu 44km, hövzəsinin sahəsi 354 km2.-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb Arazatökülür.Bəsitçay dövlət qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlarda vardır. Buradayunan qozu, dağ-dağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişafedir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35m, orta diametri 1m-dir, onların yaşı 1200-1500 ilə ,hündürlüyü 50 m-ə ,diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda190 m3 ümumi ərazi üzrə isə 16200 m3-dir. meşənin illik artımım 1 ha -da 1,22 m3-ə çatır. Burada çinarmeşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim mədəni meşələrinqalıqı kimi baxırlar. (A. A. Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrindəgeniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər.(L. Y. Prilinko, Y. S. Səfərova görə).Bəşitçay meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır. Buradakı çinarların 80%-ı pöhrələrlə20%-isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdaki ən nəhəng ağacdan birinin yaşı 1200 il hündürlüyü 53100

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!