13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi(XIII-XVIII əsrin 40-cı illəri)Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan XarəzmşahCəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi.Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digərAzərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin(1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşıöyrənilmişdir. Həmin dövrdə "Qara" və "bağ" söz birləşməsi - "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamiledilir. V.Piriyev yazır: "Arran Qarabağı" adı ilk dəfə Rəşid əd-Dinin "Came ət-təvarix" əsərində 1284-cü ilhadisələrinin şərhi ilə əlaqədar xatırlanır". Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqlarıbirləşdirən vahid ərazidən ibarət idi. XIII-XIV əsrlərdə Qarabağ Hülakular dövlətinin siyasi tarixində mühümrol oynayır. V.Piriyev qeyd edir ki, "Monqol hökmdarlarının daima Qarabağda qışlamaları bir sıra dövlətsəviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqolhökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və ƏbuSəid) Qarabağda vəfat etmişdir". XIII-XIV əsrlərdə də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də,əsasən, Azərbaycan türklərindən ibarət idi.XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinintərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə başverdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cələlilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulualdı. Sonralar Cələlilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məlikliklərinə (Gülüstan, Cəraberd, Xaçın,Vərəndə, Dizaq) parçalandı…Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinəbaşlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı.Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinəçevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi.Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4bəylərbəyilik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyiliyi idi. Osmanlıların bu torpaqlardatərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyiliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvüryaradır. 1593-cü il məlumatına görə Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü. Burada qeydəalınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara məxsus idi. Bunlardan heçbiri ermənilərə məxsus olmamışdır.Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasındamüharibələr meydanına çevrildi.Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtibolunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar,37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini(3,1%) kürdlər təşkil etmişdir. Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlarsiyasi cəhətdən fəallaşır. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadirşah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinintürk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərininmövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı,Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlətmüstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı -Gəncə və Qarabağ xanlıqları yarandı. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlıca olaraq Qarabağxanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq.AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!