12.07.2015 Views

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Taraqqaların, partlanğıcların, benqal məşəllərinin və fi şənglərin yaratdığı təhlükəyə xüsusidiqqət yetirilməlidir.Yaşayış binalarında yanğının əmələ gəlməsinin əsas səbəblərini izah edərək şagirdlərdənevdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri haqqında danışmalarını xahiş edin.Şagirdlər nə qədər çox təklif versələr, onlarla birlikdə yanğın təhlükəsizliyinin əsas qaydalarınınsiyahısını daha dolğun tərtib etmək mümkün olacaq:• Açıq odla (kibrit, alışqan, kağız yandırmama, şam yandırmama və s.) oynamamaq;• Ancaq saz elektrik cihazlardan və elektrik avadanlığından istifadə etmək;• Şəbəkəyə qoşulmuş şəkildə elektrik qızdırıcı cihazları (ütü, elektrik çaydan, elektrikpilətə, isidici cihazlar və s.) nəzarətsiz qoymamaq;• Böyüklərin icazəsi olmadan alışqan və tez alışan mayelərdən (benzin, kerosin, həlledici,aseton, məişət aerozolları və s.) istifadə etməmək;• Ehtiyac olmadan qaz pilətələrini yandırmama və yandırılmış qaz konforlarını nəzarətsizqoymamaq;• Pirotexniki məhsullarla (partlanğıclar, benqal məşəlləri, taraqqalar, fi şənglər və s.)davranış zamanı təhlükəsizlik qaydalarına riayət etmək;• Yeni il yolkasını quraşdırarkən onu alışqan materiallarla (kağız, pambıq, tənzif)bəzəməmə, ona əldəqayırma elektrik hörüklər və benqal işıqları asmama. Yolkanın quraşdırıldığıotaqdan çıxarkən elektrik hörükləri söndürməyi unutmamaq.Daha sonra məqsədəuyğun şəkildə bu mövzunun ikinci tədris sualına baxmaq.3, 4, 5-ci sxemlərdən istifadə edərək və iştirakçıları üç qrupa bölərək hər bir qrupa evində(mənzilində) yanğın başlayan insanın özünü necə aparmalı olduğuna cavab versin.1-ci qrup: ....2-ci qrup: ....Şagirdlərə təkrar edilməlidir ki, od söndürmənin əsas qaydası aşağıdakıdır: yanan predmetiqalın parça ilə və ya ədyalla örtmək və arxasınca qapını örtərək dərhal otaqdan çıxmaq.3-cü qrup: ...Şagirdlərin diqqətin xüsusilə yanğın zamanı nəyi etməməli olduqlarına çəkmək lazımdır:• Yanğınsöndürənlər çağırılanadək odu söndürmək (bu vaxt ərzində daha böyük yanğınəmələ gələ bilər);• Tüstülü pilləkən qəfəsindən çıxmağa çalışmaq (isti hava ağciyərləri yandırır, tüstü isəçox zəhərlidir);• Bunun üçün kəskin ehtiyac yoxdursa, mələfə və kəndirin köməyi ilə nov boruları vədirəklərlə yuxarı mərtəbələrdən enmə, çünki bu cür vərdişlər olmadıqda düşmə demək olar ki,hər zaman qaçılmazdır;• Pəncərələrdən atlama (statistikaya əsasən 4-cü mərtəbədən başlayaraq hər ikinciatlama ölümcüldür).4-cü Modul Yanğın87

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!