12.07.2015 Views

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

3. Suyun dənizdən sahilə və çay mənsəbinə vurulması - bunun səbəbi külək (adətən siklonlarzamanı) və ya güclü yağıntılar və suyun dəniz qabarması ilə gəlməsi də ola bilər.Hidroloji mənada daşqın məcranın tam buraxma bacarığını aşan çay axını ilə sahilyanırayonların su basması deməkdir. Quraq rayonlarda böyük axın zamanı adətən su ilə dolu olmayanməcranın özünü “su basır”. Daşqın mərhələsi suyun məcradan daşdığı zaman başlayır.Adətən əmlaka zərər və insan fəaliyyətinə maneə baxımından kritik həddə daşqının səviyyəsimüəyyən edilir.Daşqın digər ekstremal təbiət hadisələri ilə müqayisədə daha geniş yayılmış təbii fəlakətdir.Daşqınlar həm daimi, həm də müvəqqəti su axınlarında, həmçinin ümumiyyətlə çay və göllərinolmadığı rayonlarda, məsələn, leysan tipli yağıntıların olduğu quraq rayonlarda baş verə bilər.İnsanın daşqınlara uyğunlaşması problemi xüsusilə mürəkkəb xarakter alır, çünki daşqınlarəhaliyə və onun yaşayış mühitinə mənfi təsirlə yanaşı müsbət cəhətlərə də malikdir. Daşqınbaxımından təhlükəli rayonlarda su və məhsuldar çaylaq torpaqları çatışmazlığı yoxdur.Sahilyanı torpaqlardan istifadə edilməsi zərurəti ilə daşqınların vurduğu itkilərin qaçılmazlığıarasındakı münaqişənin həlli cəhdləri bəşəriyyətin bütün tarixi boyunca edilmişdir. Hətta dahaprimitiv təşkil edilmiş sənaye öncəsi cəmiyyətlərdə insan daşqınlara uyğunlaşırdılar. Belə ki, Nilçayının aşağı axarında, Mekonq çayının aşağı axınında əkinçilərdə torpaqdan istifadənin xüsusiformaları əmələ gəlirdi. Zambiyanın şimal-qərbindəki Barotse düzənliyinin əhalisi sahilyanıərazilərin hər il baş verən fəsli su basmalarına ərazinin yüksəklikdəki hissələrinə miqrasiya iləcavab verir.XX əsrin sənaye cəmiyyətlərində çay hövzələrindən çoxməqsədli istifadə konsepsiyası köksalmışdır və buna əsasən daşqınların vurduğu zərərin azaldılması sudan rasional istifadəninplanlaşdırılması ilə əlaqələndirilməlidir.Çaylardakı daşqınlardan xüsusilə dünyanın sıx məskunlaşmış rayon əziyyət çəkirlər:Hindistan, Banqladeş, Çin. Çində dağıdıcı daşqınlar daha çox ovalıqlarda, Huanxe və Yançzıçaylarının vadisində baş verir. Yüzlərlə bəndə, daşqınlarla əsrlər boyu mübarizə təcrübəsinəbaxmayaraq, bu yerlərin sakinləri əvvəlki kimi daşqınların qurbanlarına çevrilirlər. Buradadaşqınlar praktiki olaraq hər il baş verir, 20-30 ildə bir dəfə isə fəlakətli xarakter daşıyırlar.Çayların vadilərinə bir çox iri şəhərlər bağlıdır, onların sahillərində isə əsas kənd təsərrüfatırayonları yerləşir. XX əsrdə Yançzı çayındakı xüsusilə güclü daşqınlar 1911, 1931, 1954-cüillərdə baş vermişdir. 1931-ci ildə daşqının səbəb olduğu aclıq nəticəsində 60 milyon insan zərərçəkdi. 1911-ci daşqını zamanı 100 mininsan tələf oldu.Daşqınların vurduğu əmlak zərəriilə tələfat sayı arasında adətən tərsasılılıq vardır. İnşaat tikililəri, mühəndisşəbəkələri, nəqliyyat vasitələri vəs. mənasında itirməyə bir şeyi olancəmiyyətlər monitorinq, xəbərdarlıq,əhalinin evakuasiyası və təmir-bərpaişləri üçün elmi-texniki vasitələri dəmalikdir və bunlar tələfatın azalmasınakömək edir.78 Təbii fəlakətlər <strong>riskinin</strong> azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!