12.07.2015 Views

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Resurs materialıDaşqınlar bir qayda olaraq güclü yağıntılar nəticəsində yaranır. Vadisindən kənara daşmışçay yolunun üstündəki hər şeyi, hər şeydən əvvəl isə yaşayış evlərini və digər tikililəri dağıdır,insanın həyat və sağlamlığına təhlükə yaradır, yaşayış məntəqələrini, nəqliyyat vasitələrini suaxını ilə aparır və ya basır.Çay və dəniz daşqınları fərqləndirilir. Çay daşqını – dənizdən suyun gəlməsi nəticəsində periodik(baharda qarın əriməsi və ya uzun müddətli leysanlar nəticəsində) və ya epizodik şəkildəbaş verən çayın daşması. Dəniz daşqınları isə fırtınaların nəticəsidir.Daşqınlar elektrik xətlərin və məftillərin qırılması və onlardakı qısa qapanma nəticəsindəyanğınlarla və qruntun qeyri-bərabər çökməsi nəticəsində su boru xətlərinin, kanalizasiyaborularının, elektrik, televiziya və teleqraf məftillərinin qopması ilə müşayiət oluna bilər.Təhlükəsizlik mülahizələri ilə bağlı əhalinin evakuasiyası gözlənilirsə aşağıdakı tədbirləringörülməsi unudulmamalıdır:• Elektrik cərəyanını və qaz xəttini bağlamaq;• Bütün qapı və pəncərələri bağlamaq;• İlkin saatlar üçün zəruri olan əşyalarla (yorğanlar, çəkmə, isti və praktik paltar, enerjibaxımından dəyərli və uşaq qida məhsulları, sənədlər, pul və qiymətli əşyalar) birgə yuxarımərtəbələrlə çıxaraq özünü təhlükədən qorumağa çalışmaq;• Lazım ola biləcək hər şeyi yığmağa çalışmaq – üzgüçülük üçün vasitələr, xilasedicidairələr, iplər, nərdivanlar, siqnal vermək üçün vasitələr;• Fəlakətin digərlərindən izolyasiya etdiyi insanları xilas etmək, zərərçəkənlərə ilkinyardım göstərmək;• Suya düşmə təhlükəsi varsa yardım gələnədək ayaqqabını, ağır və dar paltarı çıxarmaq;• Köynəyi və şalvarı yüngül üzən predmetlərlə (toplar, boş bağlı plastmas butulkalar vəs.) doldurmaq; su səthində qalmaq üçün stollardan, avtomobil şinlərindən, əlavə təkərlərdən,xilasedici kəmərlərdən istifadə etmək; suya son anda, artıq xilas edilməyə ümid olmadıqdaatlamaq.Daşqınlara aşağıdakılar səbəb olur:1. Güclü yağıntılar – həm davamlı, həm də nisbətən qısa müddətli, lakin həddən artıq intensiv.Bu cür daşqınlar həm mütəmadi olaraq, demək olar ki hər il baş verdikləri aşağı enliklər,həm də çayları suyun yüksək və aşağı səviyyəsi ilə fərqlənən musson iqlimli rayonlar üçünsəciyyəvidir. Bundan başqa daşqınların səbəbi mülayim enliklərin siklonlarının güclü yağışlarıvə bu cür siklonların yavaş hərəkəti zamanı tropik siklonlar ola bilər.2. Qarın sürətli əriməsi və buz yığıntıları. Orta enliklərdə qarlı qışdan sonra çox isti baharhər zaman daşqın təhlükəsi ilə bağlıdır; qar yığıntıları bu təhlükəni artırırlar. Kritik vəziyyətləradətən isti hava kütlələrinin intensiv adveksiyası (daşınması) nəticəsində qarın sürətli əriməsizamanı yazda yaranır; buzlaqlarla qidalanan çaylar dağlarda buzlaqların qızğın əriməsi zamanıyay aylarında su ilə dolub daşa bilər.3-cü Modul Daşqın77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!