12.07.2015 Views

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik ...

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik vəsaitDIPECHO layihəsi çərçivəsində Qazağısan Respublikasında hazırlanmışdır.Bu vəsaitin Azərbaycan Respublikası Təhsil Nazirliyi, AzərbaycanRespublikası Fövqəladə Hallar Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF)tərəfi ndən Avropa Komissiyasının maliyyə dəstəyi ilə Azərbaycanda həyatakeçirilən “Azərbaycan əhalisinin həssas qrupları arasında təbii fəlakətriskinin azaldılmasına dəstək” layihəsinin komponentlerindən biri olanmüəllimlərin təlimi üçün istifadəsi hər iki Nazirlik və UNICEF tərəfi ndənməqsədəuyğun hesab edilmiş və bundan sonra vəsait redaktə edilərəkAzərbaycan kontekstinə uyğunlaşdırılmışdır.Vəsait uşaqlar arasında təbii fəlakət riskinin azaldılması problemi vəmümkün təbii fəlakətlərin nəticələrinin qarşısının alınması, onlara müqavimətgöstərilməsi və onlarla mübarizə üzrə tədris-metodiki kompleks ehtiva edir.Bu Vəsait Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri və peşəməktəblərində fəaliyyət göstərən müəllimlər üçün nəzərdə tutulmuşdur.Dizayn:Minimax şirkətiŞəkillər:© UNICEF Azərbaycan/G. Pirozzi/2008© UNICEF Azərbaycan/R. Əliyev/2010Tərcümə:UNICEF-in Azərbaycan

MündəricatÖnsöz 3Giriş 4Lüğət 6Qısaltmaların sayı 14Təbii Fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu 15Təbii fəlakətlər riskinin azaldılması üzrə tədrisin əsas prinsipləri” 30Vəsaitdən istifadə üzrə metodiki göstəriş 32İnteraktiv tədris metodlarından istifadə. Treninq 351-ci Modul Təbii fəlakətlər” 442-ci Modul. Zəlzələ 623-cü Modul. “Daşqın” 714-cü Modul. Yanğın 805-ci Modul. Yer sürüşmələri və sellər 96Şagirdin təbii fəlakətlərlə mübarizəyə dair hazırlıqsəviyyəsinin qiymətləndirilməsi və monitorinqi 105Şagirdlərin valı̇ deyı̇ nləri ilə ı̇ ş 116«Həmyaşıddan – həmyaşıda» prinsipi üzrə tədris 122İstifadə olunan ədəbiyyat və Tövsiyə olunan ədəbiyyat 1252 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

ÖnsözƏlinizdə tutduğunuz təbii fəlakətlər riskinin azaldılması məsələləri üzrə müəllimlərinhazırlanmasına dair metodiki vəsaitdir. Bu vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyi,Fövqəladə Hallar Nazirliyi və BMT-nin Uşaq Fondu tərəfi ndən (UNICEF) həyata keçirilən“fəlakət riskinə məruz qalma ehtimalı olan əhali arasında təbii fəlakət riskinin azaldılması üzrədəstəyin verilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.İnsan cəmiyyətinin inkişaf tarixi təbii fəlakətlər, qəzalar və və bədbəxt hadisələrlə qırılmazşəkildə bağlıdır. Hər il 200 milyondan artıq insan quraqlıq, daşqın, siklon, zəlzələ, meşəyanğınları və digər təbii fəlakətlərdən əziyyət çəkirlər. Əhalinin sıxlığının artması, ətraf mühitindeqradasiyası və dağılması, qlobal istiləşmə təbii fəlakətlərin təsirini daha da artırır, bu da öznövbəsində əhalinin yoxsulluq səviyyəsini artırır.2005-ci ilin yanvar ayında 168 ölkənin hökuməti Koba şəhərində (Hyoqo bələdiyyəsi, Yaponiya)keçirilən “Fəlakətlərin azaldılması üzrə Ümumdünya kofrans”ında dünyada təbii fəlakətlərtəhlükəsinin azaldılmasına yönəldilmiş Fəaliyyət Proqramını qəbul etdilər. Hyoqo proqramıgələn onillik üçün fəlakətlər riskinin azaldılması üzrə fəaliyyətlərin dünya ssenarisidir. Onunməqsədi 2015-ci ilədək təbii fəlakətlər nəticəsində insan tələfatı, ölkə və icmaların ictimai, iqtisadivə ekoloji ehtiyatlarının itkisi ilə bağlı zərərləri əhəmiyyətli dərəcədə azaltmaqdır.Hər bir insanın təbii fəlakət riskinin məruz qaldığını qəbul edərək, Hyoqo Fəaliyyət Proqramı(HFP) əməkdaşlığın inkişafını təşviq edir və əsas məqsədi təbii fəlakətlər nəticəsində əhaliarasında tələfatın sayının, ictimai-iqtisadi və ekoloji zərərin azaldılması olan fəaliyyətə ayrıayrıvətəndaşları və bütövlükdə icmaları cəlb etməyə çalışaraq təbii fəlakətlərin nəticələrininazaldılması üzrə problemlərin həllində qlobal yanaşmadan istifadə edir.Proqram əsas prinsipləri, prioritet istiqamətləri ehtiva edir və zəif əhali qrupunun təbiifəlakətlərin təsirinə davamlılığına nail olmaq üçün praktiki fəaliyyətləri tövsiyə edir.Hyoqo çərçivə proqramının əsas prioritetlərindən biri fəlakətlər riskinin azaldılması problemiilə bağlı zəif əhali qrupunun qavrayış və məlumatlılıq səviyyəsinin artırılmasıdır. Bütünsəviyyələrdə təhlükəsizlik və davamlılıq mədəniyyətinin formalaşdırılması üçün onların təhsilsisteminə cəlb edilməsi, fəlakətlər riskinin azaldılması üzrə bilik və bacarıqların təcrübədəistifadəsi HFP-nın həyata keçirilməsində vacib hədəfl ərdir.Məhz bu səbəbdən məktəblər bu hədəfl ərin reallaşdırılması və davamlı ictimai dəyərlərinformalaşdırılması üçün ideal yer hesab edilir. Məktəblər təbii fəlakətlərin qarşısının alınması vəonlarla mübarizə üzrə davamlı davranış mədəniyyətinin tərbiyə edilməsi mərkəzləri kimi çıxışedə bilərlər.Təhlükəsizlik tədbirləri haqqında həyati vacib məlumatların aşılanması mərkəzi, təbiifəlakət və digər fövqəladə hal şəraitində təhlükəsiz davranış bilikləri və vərdişlərinin şagirdlərəaşılanması mərkəzi kimi məktəbin rolu danılmazdır.Ön söz3

GirişFövqəladə hallar müxtəlif amillərininsana və ətraf mühitə təsiri nəticəsindəinsan tələfatı və ağır zədələnmələrəgətirib çıxarır, böyük maddi və mənəvizərərlər vurur.Təbii fəlakətlər, qəza vəbədbəxt hadisələr nəticəsində dünyadainsan və maddi itkilərin statistikasıxüsusən də cəmiyyətin müasir inkişafmərhələsində sürətliartım meylinigöstərir.Təbii fəlakətlər zamanı, yanğınlar,qəzalar insanlar ətrafl arında başverən hadisə və hallara fərqli reaksiyaverirlər.Çoxları baş verənləri çaşqınlıqla, bəzən hətta məhkumluq hissi ilə qarşılayırlar və ya özlərinisakit aparır, inamla, öz gücünə əyilməz güvənlə və hadisələrin əlverişli nəticəsinə ümidləhərəkət edirlər. Lakin, təbii fəlakəti ancaq bu və ya digər şəraitdə necə davranmağı bilən insanonu inamla qarşılaya və bu halda yeganə düzgün qərarı qəbul edə bilər.Bunun üçün isə fövqəladə halın ortaya çıxma səbəblərini və xarakterini bilmək lazımdır. Buisə həmin halların bəzilərinin qarşısını almağa və ya onların dağıdıcı təsirini zəifl ətməyə imkanverəcəkdir. Bundan başqa, əvvəlcədən görülmüş tədbirlər təbii fəlakətlərin nəticələrinin aradanqaldırılması üzrə tədbirləri daha səmərəli həyata keçirməyə kömək edəcəklər.XX əsrin son 20 ili ərzində dünyada ümumilikdə 800 milyonda artıq insan (ildə 40 milyondanartıq) zərər çəkib, 140 min insan tələf olub, illik maddi zərər isə 100 milyard dollardan artıqtəşkil etmişdir.Qlobal problemlərin mövcudluğu ilə şərtlənmiş təhlükələr Azərbaycana da xasdır. Bununlabelə, təhlükələr ölkələrin əksəriyyətində olduğu kimi ölkənin səciyyəvi şəraitinə əsasənözünəməxsus şəkildə ortaya çıxırlar.Azərbaycan üçün bir çox təhlükəli təbii proseslərdən ən dağıdıcı olaraq əvvəllər olduğu kimizəlzələlər, yer sürüşmələri, sellər, daşqınlar qalmaqdadır. Azərbaycanın cənub və şərqindəkiərazilərin böyük hissəsi seysmik təhlükəyə məruz qalır. FHN-nin məlumatına əsasən mümküntələfat və maddi zərərin həcminə görə digər təbii fəlakətlərlə müqayisədə Azərbaycanda birinciyerdə zəlzələlər durur.Azərbaycan Respublikasının hökumətifövqəladə halların qarşısının alınması vəaradan qaldırılması problemlərinə dair birsıra qərarlar qəbul etmişdir:1.Dinc və müharibə dövrlərindəkifövqəladə hallarda Azərbaycan Respublikasındaəhalinin köçürülməsi haqqındaƏsasnamənin təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Nazirlər kabinetinin438 saylı qərarı, 6 avqust 1993-cüil tarixli;4 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

2. Mülki Müdafi ə haqqındaAzərbaycan Respublikasının Qanunu№ 420-IQ№ 30 dekabr 1997-ci il;3. “Yanğın təhlükəsizliyi haqqında”Azərbaycan Respublikasının qanunu№ 313 –IQ 10 iyun 1997-ci il4. Azərbaycan RespublikasınınNazirlər Kabineti Mülki müdafi ənintəmin edilməsi haqqında Qərarı№ 193 25 sentyabr 1998-ci il tarixli;29 oktyabr 2010-cu il tarixdə“Təhsildə fəlakət riskinin azaldılmas”layihəsi çərçivəsində hazırlanmış Fəaliyyət planı UNICEF, Təhsil və Fövqəladə hallarNazirliklərinin rəhbərləri tərəfi ndən imzalanmışdır.HyoqoTədris və təhsil təbii fəlakət və fövqəladə hal şəraitində fəlakət riskinin azaldılması vəmüdafi ə üsulları üzrə zəruri məlumatların çatdırılmasında səmərəli alətlərdir.Müvafi q peşə hazırlığına və fəlakət riskinin azaldılması üzrə mövzuların ümumtəhsil proqramıfənlərinə daxil etməyə imkan verən səmərəli metodikalara sahib olmalı olan müəllim - trenerşagirdlərin tədrisi prosesində əhəmiyyətli rol oynayır.Bu vəsait müəllim-trenerlər, ümumtəhsil məktəb müəllimləri üçün işlənib hazırlanmış, təbiifəlakət və fövqəladə hal şəraitində fəlakət riskinin azaldılması problemləri üzrə tədris-metodikikompleksdir.Vəsaitdə təbii fəlakət riskinin azaldılmasıüzrə tədrisin əsas prinsipləri, təbiifəlakət riskinin azaldılmasında təhsilsisteminin rolu, vəsaitdən istifadə üzrəmetodiki rəhbərlik, interaktiv tədris metodları,təhsil proqramlarının monitorinqivə qiymətləndirilməsi, valideynlərləiş və “həmyaşıd-həmyaşıda” prinsipiüzrə öyrənmə öz əksini tapmışdır.Həmçinin vəsaitə aşağıdakı mövzularüzrə beş öyrədici modul daxiledilmişdir: “Fövqəladə Hallar”,“Zəlzələ”,“Daşqın”, “Yanğın”, “Sellər,yer sürüşmələri” – bunlar, şagirdlərintəhlükəsiz davranış üzrə biliklərinimöhkəmləndirməyə, fövqəladə hal şəraitində bilik və vərdişlərin formalaşdırılmasına imkanverən, fəlakət riskinin azaldılması problemləri üzrə işlənib hazırlanmış tematik məşğələlərdir.Vəsaitə mənbə materialları, lüğət, istifadə olunmuş və tövsiyə olunan ədəbiyyat siyahısı vəəlavələr daxil edilmişdir.Giriş5

LüğətAdaptasiya (uyğunlaşma) – faktiki və ya gözlənilən iqlim dəyişikliklərinə, onların nəticələrinəcavab olaraq təbiət və ya insan tərəfi ndən formalaşdırılan sistemlərin zərəri azaldan və yaəlverişli imkanları istifadə edən dəyişikliyi.Bioloji təhlükə - insan tələfatına, xəsarət vurulmasına, xəstəliklərə və sağlamlığa digər zərərinvurulmasına, əmlaka zərər vurulmasına, yaşamaq üçün vəsaitlərin və xidmətlərin itkisinə, ictimai-iqtisadi sarsıntılara, ətraf mühitə zərərə gətirib çıxara biləcək üzvi təbiətli və ya biolojidaşıyıcılar vasitəsilə ötürülən proses və ya fenomen, o cümlədən patogen mikroorqanizmlərin,toksinlərin və bioloji aktiv maddələrin təsiri.Fəlakət – fövqəladə hala səbəb olan dağıdıcı hadisə.Bərpa – fəlakətlərdən zərər çəkmiş əhalinin obyektlərinin, yaşamaq üçün vasitələrin və həyatşəraitinin yaxşılaşdırılması, o cümlədən fəlakət riski amillərinin azaldılması üzrə iş.Geoloji təhlükə - insan tələfatına, xəsarət vurulmasına, xəstəliklərə və sağlamlığa digər zərərinvurulmasına, əmlaka zərər vurulmasına, yaşamaq üçün vəsaitlərin və xidmətlərin itkisinə, ictimai-iqtisadi sarsıntılara, ətraf mühitə zərərə gətirib çıxara biləcək geoloji proses və hadisələr.Hidrometeoroloji təhlükə - insan tələfatına, xəsarət vurulmasına, xəstəliklərə və sağlamlığadigər zərərin vurulmasına, əmlaka zərər vurulmasına, yaşamaq üçün vəsaitlərin və xidmətlərinitkisinə, ictimai- iqtisadi sarsıntılara, ətraf mühitə zərərə gətirib çıxara biləcək atmosfer, hidrolojivə ya okeanoqrafi k xarakterli proses və ya hadisəHazırlıq – cavab hərəkətləri və bərpa fəaliyyəti ilə məşğul olan dövlət strukturlarının, peşəkartəşkilatlar, mümkün, qaçılmaz və ya artıq mövcud olan təhlükəli hadisə və ya şəraitə qabaqcadanhazırlanmağa, cavab verməyə və aradan qaldırmağa kömək edən ayrı-ayrı şəxslərinbilik və potensialı.Ətraf mühitin deqradasiyası - ətraf mühitin ictimai və ekoloji tələblərə cavab vermə və tələbatıödəmə imkanının azalması.Məqbul risk – mövcud ictimai, siyasi, mədəni, texniki və ekoloji şərait nəzərə alınmaqla həmincəmiyyətdə məqbul hesab edilən potensial zərər səviyyəsi.Həyati əhəmiyyət daşıyan obyektlər – həm adi, həm də fövqəladə hal şəraitində cəmiyyətinmövcudluğu üçün ictimai-iqtisadi və funksional baxımdan həyati əhəmiyyətli rol oynayan maddiinfrastruktura aid əsas obyektlər, texniki qurğular və sistemlər.Zəlzələlərin təkrarlanma qanunu – zəlzələlərin yaranma sıxlığının onların enerjisindən(maqnitudasından) asılılığını əks elətdirən seysmik rejimin fundamental qanunu.6 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Su basması – sahədə sərbəst su səthinin əmələ gəlməsinə gətirib çıxaran su axımının, nohurunvə ya yeraltı suların səviyyəsinin artması. Su basmış torpaqların təsərrüfat istifadəsininmümkün olmadığı uzunmüddətli su basmasını və müvəqqəti su basmasını fərqləndirirlər.Təbiət xarakterli fövqəladə hallar şəraitində əhalinin müdafiəsi və onun ilkin həyatitəminatı – təbiət xarakterli fövqəladə halların mümkün mənbələrinin dağıdıcı təsiri nəticəsindəəhalinin həyat və sağlamlığına zərər, təhlükə, onların potensial təhlükəli və digər iqtisadiyyatobyektlərinə təsirinin azaldılmasına, həmçinin fövqəladə hal zamanı əhalinin həyati fəaliyyətininqorunması və dəstəklənməsi üçün minimal zəruri şəraitin təmin edilməsinə yönəldilmiş,əvvəlcədən həyata keçirilən tədbirlər kompleksi.Zəlzələ - daha çox (95% halda) tektonik fəaliyyətin səbəb olduğu yeraltı zərbələr və yer səthinintərpənməsi.Bilik – anlayışlar, nəzəri mühakimə və təsəvvürlər məcmusu.İqlim dəyişikliyi1. İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupu (İDHEQ) “iqlim dəyişikliyi” termininəaşağıdakı tərifi vermişdir – uzun müddət ərzində, adətən bir neçə onillik və daha artıq davamedən, orta göstəricilərdə dəyişikliklər vasitəsilə (məsələn, statistik sınaqların köməyi ilə)müəyyən edilə bilən iqlim şəraitinin dəyişməsi və (və ya) onun xüsusiyyətlərinin dəyişkənliyi.İqlim dəyişikliyi təbii proseslərlə və ya atmosferdə və ya torpaqdan istifadədəki daimi antropogendəyişikliklərlə bağlı ola bilər.2. BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası (BMT İDÇK) iqlim dəyişikliyini aşağıdakıkimi müəyyən edir: “Müqayisə edilə biləcək zaman periodları ərzində müşahidə olunaniqlimin təbii dəyişikliyi ilə yanaşı baş verən və planetin atmosfer tərkibini dəyişən insanfəaliyyətinin birbaşa və ya dolayı səbəbi olan iqlim dəyişikliyi”.İntensiv risk - əhali arasında böyük tələfat və əmlaka zərər dəyməsi ilə fəlakətlərin potensialfaciəli təsirinə gətirib çıxara bilən, böyük insan izdihamının və aktiv təsərrüfat fəaliyyəti olanrayonların intensiv təhlükələrə məruz qalması ilə bağlı olan risk.Səriştəlik – tədris və həyati problemlərin həllində öyrədilən bilik, bacarıq, vərdiş və universalüsullara yiyələnməldə ifadə olunan, təhsilin nəticəsi.Fəlakət riskinə düzəldici idarəetmə - artıq mövcud fəlakət riskinin düzəldilməsinə və yaazaldılmasına yönəldilmiş fəaliyyətin idarə edilməsi.Mitiqasiya – təhlükələrin və onlarla bağlı fəlakətlərin mənfi təsirinin azaldılması və yaməhdudlaşdırılması.Təhsil sisteminin monitorinqi – təhsil müəssisələrində təhsil prosesinin vəziyyətinin,nəticələrinin və həyata keçirilməsinin dəyişilməsi dinamikasının sistematik müşahidəsi,diaqnozlaşdırılması, təhlili, qiymətləndirilməsi və proqnozu.Lüğət7

Daşqın – qar əriməsi, güclü yağıntılar, küləyin suyu gətirməsi, buz yığını, qar suyu yığışmasızamanı çayda, göldə və ya dənizdə suyun səviyyəsinin qalxması nəticəsində müvəqqəti olaraqərazinin xeyli səviyyədə suyun basması.Vərdiş – avtomatizm səviyyəsinə çatdırılmış, bu və ya digər növ problemi həll etmə bacarığı.Bu, şüura tabe olan və məşqlər vasitəsilə əldə edilmiş hərəkətdir. Uzun müddət ərzində məşqlərolmadıqda vərdiş tədricən itirilir.Fəlakət riskinin azaldılması üzrə milli platforma –çoxsahəli və fənlərarası xarakter daşıyan,ölkədəki bütün maraqlı tərəflərin, o cümlədən dövlət strukturlarının, özəl sektorun və vətəndaşcəmiyyətinin iştirakını nəzərdə tutan, fəlakət riskinin azaldılması sahəsində milli koordinasiyavə strateji idarəetmə mexanizmlərini bildirən ümumi termin.Qeyri-struktur tədbirlər – riskin və onun təsirinin azaldılması üçün bilik, təcrübə vərazılaşmaları, o cümlədən strategiya və qanunların tətbiqi, cəmiyyətin məlumatlılığınınartırılması, maarifl ərndirilməsi və təhsilləndirilməsi vasitəsilə istifadə edilən hər hansı fi zikitikinti nəzərdə tutmayan istənilən tədbir.Təhlükəli texnogen hadisə - sənaye obyektində və ya nəqliyyatda qəza; yanğın; partlayış;müxtəlif növ enerjinin azad olması.Yer sürüşməsi – xüsusən də yumşaq materialın su ilə dolması zamanı cazibə qüvvəsinin təsiriilə yumşaq dağ süxuru kütləsinin maili istiqamətdə aşağıya doğru yerdəyişməsi.Orqanoleptik məlumat – hissiyyat orqanları vasitəsilə insanın əldə etdiyi məlumat.İctimaiyyətin məlumatlığı – təhlükələrə məruz qalma və onlar qarşısında zəifl iyin azaldılmasıüçün fəlakət riskləri, fəlakətlərə gətirib çıxaran amillər və vətəndaşların kollektiv və ya fərdişəkildə edə biləcəkləri hərəkətlər barədə ümumbilinən biliklərin yayılması.Qalıq risk – hətta riskin azaldılması üzrə tədbirlərin səmərəli reallaşmasından sonra beləidarə edilə bilməyən və qarşısının alınması üçün cavab vermə, bərpa potensialının qorunubsaxlanılması zəruri olan risk.Qiymətləndirmə - müəyyən edilmiş meyarlar üzrə öyrədilənin nail olduğu real fəaliyyətnəticələrinin planlaşdırılmış təhsil nəticələri ilə müqayisələndirilməsi prosesi.Riskin qiymətləndirilməsi – asılı olduqları və təhlükəyə məruz qalan insanlara, əmlaka,yaşam vasitələrinə və ətraf mühitə potensial olaraq zərər vura biləcək təhlükələrin təhlili,mövcud məruz qalma şərtlərinin qiymətləndirilməsi vasitəsilə riskin təbiətinin və miqyasınınmüəyyən edilməsi metodikası.8 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Ekoloji təsirin qiymətləndirilməsi – layihə və ya proqramın mənfi təsirinin məhdudlaşdırılması(azaldılması) məqsədilə nəzərdə tutulan layihə və ya proqramın ətraf mühitə təsirininqiymətləndirilməsinin aparıldığı, qərarların planlaşdırılması və qəbul edilməsi proseslərininayrılmaz tərkib hissəsi olan proses.Zəlzələ ocağı - əmələ gələn və ya inkişaf edən tektonik qırılma boyunca kütlələrin sürətliyerdəyişməsinin və qüvvətli titrəyişlərin, yığılmış enerjinin azad olmasının baş verdiyi litosferqatı.Sel – çayın su rejiminin fazası; qarların, buzlaqların sürətli əriməsi, güclü yağıntılar nəticəsindəçayda suyun səviyyəsinin nisbətən qısa müddətli və qeyri-periodik olaraq qalxması. Daşqındanfərqli olaraq sel ilin istənilən vaxtı yarana bilər. Bir-birinin ardınca davam edən sellər daşqınəmələ gətirə bilər.Parnik qazları – yer səthinin, atmosferin özünün və buludların buraxdığı infraqırmızı istilikşüalarını udan və buraxan, həm təbii, həm də antropogen mənşəli atmosferin qaz halında olantərkib hissələri.Torpaqdan istifadənin planlaşdırılması – dövlət orqanları tərəfi ndən torpaqdan istifadəninmüxtəlif variantlarının müəyyən edilməsi, qiymətləndirilməsi və seçilməsi məqsədilə, o cümlədənuzun müddətli ictimai- iqtisadi, ekoloji hədəfl ər, müxtəlif icmalar və hədəf qruplar üçün bunlarınnəticələri nəzərə alınmaqla həyata keçirilən proses, həmçinin torpaqdan istifadənin icazə vəyol verilən metodlarını təsvir edən planların daha sonrakı formalaşdırılması və açıqlanması.Riskin ötürülməsi – nəticə etibarı ilə digər tərəfə təqdim edilən daimi və ya kompensasiyaxarakterli ictimai, maliyyə mənfəətləri müqabilində fəlakət baş verdikdən sonra ev təsərrüfatının,müəssisənin və dövlət orqanının həmin tərəfdən resursları aldığı, konkret risklərin maliyyənəticələrinin bir tərəfdən digərinə ötürülməsinin rəsmi və ya qeyri-rəsmi prosesi.Fəlakət riskinin azaldılması planı – fəlakət riskinin azaldılmasının məqsəd və konkrethədəfl ərinin, həmçinin bu hədəfl ərə nail olmaq üçün müvafi q tədbirlərin əks olunduğu, dövlətorqanı, sahə, təşkilat və ya müəssisə tərəfi ndən hazırlanmış sənəd.Fövqəladə hal üçün planlaşdırma – cəmiyyət və ya ətraf mühit üçün təhlükə törədən konkretpotensial və ya yaranmaqda olan vəziyyətlərin təhlilinin aparıldığı, bu cür hadisə və vəziyyətlərəvaxtlı-vaxtında, səmərəli və adekvat cavab tədbirlərini təmin edən mexanizmlərin əvvəlcədənyaradıldığı idarəetmə prosesi.Yanğın – maddi qiymətlilərin məhv edilməsi ilə müşayiət olunan və insan həyatı üçün təhlükəyaradan, nəzarət edilə bilməyən yanma prosesi.Təhlükəyə məruz qalma – yüksək təhlükə zonasında olan və beləliklə potensial şəkildə zərərəuğrama təhlükəsinə məruz qalan insanlar, əmlak, sistemlər və digər elementlər.Lüğət9

Təbii fövqəladə hallara hazırlıq - əhalinin, ətraf mühitin və maddi qiymətlilərin təbii fövqəladəhalların dağıdıcı amillərinin təsirindən qorunması üzrə əvvəlcədən həyata keçirilən komplekstədbirlər.Təbii fövqəladə halların nəticələri – təbii fövqəladə hal mənbələrinin təsiri nəticəsində ortayaçıxan aşağıdakılar:• Qayıtmaz və sanitar insan tələfatı, şəxsi əmlakın maddi itkisi, zərərçəkmişlərin müalicəsi vəəmək qabiliyyətinin bərpasına çəkilmiş xərclər, mənəvi-psixoloji itkilər və həyat səviyyəsininaşağı düşməsi (ictimai zərər);• İqtisadiyyatın sənaye sferasına aid obyektlərin, onun infrastrukturunun zədələnməsi və yadağılması, istehsal-kooperasiya əlaqələrinin pozulması ilə bağlı maddi itki və xərclər (iqtisadizərər);ətraf mühitə vurulmuş zərər (ekoloji zərər).Potensial – razılaşdırılmış məqsədlərə nail olmaq üçün istifadə oluna bilən, yerli əhali, icmadavə ya təşkilatda mövcud olan bütün güclü tərəfl ərin, amillərin və ehtiyatların birləşdirilməsi.Öhdəsindən gəlmə potensialı – insanların, təşkilatların və sistemlərin mövcud vərdiş və ehtiyatlardanistifadə edərək əlverişsiz şərtlərə, fövqəladə hallara və ya təbii fəlakətlərə davamgətirmə və onları idarə etmə bacarığı.Qarşısını alma – təhlükələrin və qarşılıqlı əlaqəli fəlakətlərin mənfi təsirinin qarşısının tamalınması.Təbii fövqəladə halların qarşısının alınması - təbii fövqəladə halların yaranma riskininazaldılmasına yönəldilmiş tədbirlərin məcmusu.Təbii təhlükə - insan tələfatına gətirib çıxara, xəsarət və ya səhhətə digər zərər yetirə, əmlakazərər vura, yaşam üçün vasitələrin və xidmətlərin itkisinə, ictimai və iqtisadi fəlakətlərə gətiribçıxara və ya ətraf mühitə zərər vura biləcək təbii proses və ya hadisə.Fövqəladə halların səbəbləri – fövqəladə halı yaradan şərtlər, şərait, hərəkətlər.Proqnozlaşdırma – gələcəkdə konkret rayon üzrə hadisənin baş vermə və ya şərtlərin ortayaçıxma ehtimalı haqqında müəyyən bəyanat və ya statistik qiymətləndirmə.Potensialın inkişafı – ictimai-iqtisadi hədəfl ərə nail olmaq üçün zaman ərzində insanların,təşkilatların və cəmiyyətin sistematik olaraq öz potensiallarını, o cümlədən bilik, vərdiş, sistemvə müəssisələri təkmilləşdirməklə inkişaf etdirdikləri proses.Cavab vermə - insanların xilas edilməsi, onların səhhətinə dəyə biləcək zərərin azaldılması, ictimaitəhlükəsizliyin və zərər çəkmiş əhalinin ilkin tələbatlarının təmin edilməsi üçün fövqəladəhal zamanı yardımın göstərilməsi, fəlakət zamanı və bilavasitə fəlakətdən sonra dövlət dəstəyi.10 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Yenidənqurma – mövcud strukturların təhlükələrin dağıdıcı təsirinə davamiyyətini vəmüqavimət qabiliyyətini artırmaq üçün onların gücləndirilməsi və ya müasirləşdirilməsi.Risk – hadisənin baş vermə ehtimalı ilə onun mənfi nəticələrinin əlaqələndirilməsi.Təbii fövqəladə halların yaranma riski – dağıdıcı amillərin təsirinin əlverişsiz nəticələrininortaya çıxma ehtimalı.Fəlakət riski – gələcəkdə hər hansı zaman ərzində konkret cəmiyyətin fəlakət nəticəsindəməruz qala biləcəyi insan tələfatı, səhhətin, yaşam mənbələrinin pisləşməsi, əmlaka və ictimaixidmətlərə zərər vurulmasında ifadə olunan potensial itkilər.Sel – leysan, buzlaqların və ya mövsümi qar örtüyünün sürətli əriməsi nəticəsində dağ çaylarınınməcrasında gözlənilmədən formalaşan palçıq və ya palçıq-daş axını.Erkən xəbərvermə sistemi – zərər və itki ehtimalının azaldılması məqsədilə təhlükəyə məruzqalan əhaliyə, icmalara və təşkilatlara əvvəlcədən hazırlaşmaq, zəruri tədbirləri görmək imkanıvermək üçün vaxtında və vacib xəbərvermə məlumatının işlənib hazırlanması, yayılması üçünzəruri imkanların məcmusu.Fövqəladə hallar zamanı yardım xidmətləri – fövqəladə hallar zamanı insanlara, əmlakaxidmət və onların qorunması üzrə xüsusi funksiya eləcə də məqsədlər daşıyan ixtisaslaşmıştəşkilatlar qrupu.Təbii fövqəladə halların nəticələrinin yumşaldılması – hüquqi, təşkilati, iqtisadi, mühəndistexniki,təbiəti mühafi zə, sanitar-gigiyena, sanitar-epidemioloji və xüsusi tədbirlər yolu ilə təbiifövqəladə halların mənfi nəticələrinin azaldılması.Fəlakət riskinin azaldılması – fəlakətlərin səbəb amillərinin təhlilinə və onlara nəzarətəyönəldilən sistematik fəaliyyət, o cümlədən təhlükələrə məruz qalmanın azaldılması, əhalinin,əmlakın təhlükə qarşısındakı zəifl iyinin azaldılması, torpaq ehtiyatlarının və ətraf mühitinağlabatan idarə edilməsi, əlverişsiz hadisələrə hazırlığın artırılması vasitəsilə fəlakət riskininazaldılması üzrə konsepsiya və praktiki fəaliyyət.Təbii fövqəladə halların yaranma ehtimalı riskinin azaldılması - ətraf mühitin vəziyyətininmüşahidəsinin və ona nəzarətin təşkilinə, fövqəladə halların proqnozlaşdırılmasına və onlarahazırlığa yönəldilmiş təşkilati, iqtisadi, mühəndis-texniki, təbiəti mühafi zə, sanitar-gigiyena,sanitar-epidemioloji, eləcə də xüsusi tədbirlər yolu ilə təbii fövqəladə halların ortaya çıxmaehtimalının azaldılması.İnşaat norma və qaydaları – insanın təhlükəsizliyinin və rifahının təmin edilməsi üçün zəruriolan tikililərin layihələşdirilməsinə, inşasına, materiallarına, yenidən qurulmasına və istismarına,o cümlədən həmin tikililərin davamlılığına, dözümlülüyünə aid müxtəlif cəhətlərə nəzarət üçünnəzərdə tutulmuş normativ sənədlər, təlimatlar və onlarla əlaqədar standartların məcmusu.Lüğət11

Struktur tədbirlər – təhlükələrin mümkün təsirinin azaldılması və ya qarşısının alınması üçünnəzərdə tutulmuş istənilən fi ziki tikili və ya tikililərin sistemlərin etibarlılığının, davamlılığınıntəmin edilməsi üçün mühəndis üsullarının tətbiqi.Texnogen təhlükə - insan tələfatına, xəsarətə, xəstəliyə və səhhətə digər zərərin vurulmasına,əmlaka zərər vurulmasına, yaşam vasitələrinin, xidmətlərin itkisinə, ictimai- iqtisadi sarsıntılaraeyni zamanda ətraf mühitə zərər vurulmasına gətirib çıxara biləcək texnoloji, sənaye şərtlərininpozulması, o cümlədən qəzalar, təhlükəli istehsal prosesləri, infrastrukturun nasazlığı və yamüəyyən insan fəaliyyəti nəticəsində ortaya çıxmış təhlükə.Təhlükə - insan tələfatına, xəsarətə və ya səhhətə digər zərərin vurulmasına, əmlaka zərərvurulmasına, yaşam vasitələrinin və xidmətlərin itkisinə, ictimai- iqtisadi sarsıntılara və ya ətrafmühitə zərər vurulmasına gətirib çıxara biləcək təhlükəli hal, maddə, insan fəaliyyəti və şərtlər.İctimai-təbii xarakterli təhlükə - torpaqların, ekoloji ehtiyatların həddən artıq istismarı və yadeqradasiyasının birləşməsi nəticəsində yer sürüşməsi, daşqın, yer çökməsi, quraqlıq kimimüəyyən təhlükəli geoloji və ya hidrometeoroloji hadisələrin, təbii təhlükələrin baş verməsihallarının artması.Bacarıq – öyrənmə və ya həyat təcrübəsi nəticəsində əldə edilmiş hərəkətləri yerinə yetirməbacarığı. Məşqlərin daimi təcrübə edilməsi nəticəsində bacarıq vərdişə keçə bilər.Fövqəladə hal zamanı idarəetmə - fövqəladə halın bütün cəhətlərinə cavab vermək üçünehtiyatların və öhdəliklərin təşkili və idarə edilməsi. Bu, xüsusilə hazırlığın təmin edilməsini,cavab verməni və bərpa üzrə ilkin tədbirləri əhatə edir.Potensial fəlakət riskinin idarə edilməsi – yeni və ya artmış fəlakət riskinin inkişafınınqarşısının alınmasına yönəlmiş fəaliyyətin idarə edilməsi.Riskin idarə edilməsi – potensial zərərin azaldılması üçün qeyri-müəyyənliyin aradanqaldırılmasına yönəldilmiş sistematik yanaşma və praktiki fəaliyyət.Fəlakət riskinin idarə edilməsi – təhlükələrin mənfi təsirinin və fəlakət ehtimalının azaldılmasıüçün strategiyaların, siyasətin öhdəsindən gəlmək üçün təkmilləşdirilmiş imkanlarınınreallaşdırılması və inzibati sərəncamlardan, təşkilatlardan, funksional vərdişlərdən və potensialdansistematik istifadə prosesi.Ekosistemin xidmətlər – ekosistemdən istifadə edərək əhali və icmanın əldə etdiyi faydalar.Davamlılıq – təhlükəyə məruz qalan sistem və ya cəmiyyətin, o cümlədən əsas struktur vəfunksiyalarını qorumaq və bərpa etmək vasitəsilə təhlükənin nəticələrinə davam gətirmək, onlarınöhdəsindən gəlmək, onlara uyğunlaşmaq və vaxtında və səmərəli bərpa olunmaq bacarığı.12 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Davamlı inkişaf – gələcək nəsillərin öz tələbatlarını qarşılamaq bacarığını təhlükəyə məruzqoymadan, bu günün tələbatlarına cavab verən inkişaf.Zəiflik – icmaya, sistemə və ya əmlaka xas olan, onların təhlükənin dağıdıcı təsirinəhəssaslıqlarını artıran xüsusiyyət və şərtlər.Fövqəladə hal (FH) – insan tələfatına, insanların səhhətinə, ətraf mühitə və təsərrüfatobyektlərinə zərər vurulmasına, əhəmiyyətli maddi itkilərə və əhalinin həyat fəaliyyəti şərtlərininpozulmasına səbəb olmuş və ya səbəb ola biləcək qəza, fəlakət, bədbəxt hadisə nəticəsindəmüəyyən ərazidə yaranmış şərait.Təbii xarakterli fövqəladə hal – təbii fəlakətlərin (zəlzələ, sel, qar uçqunu, daşqın və s.), təbiiyanğınların, epidemiyaların və epizootiyaların, kənd təsərrüfatı bitkilərinin, meşələrin xəstəlikvə ziyanvericilərə məruz qalmasının səbəb olduğu fövqəladə hallar.Texnogen xarakterli fövqəladə hal – sənaye, nəqliyyat və digər qəzaların, yanğınların(partlayışların), güclü təsirli zəhərli, radioaktiv və bioloji təhlükəli maddələrin atılması (atılmasıtəhlükəsi) ilə müşayiət olunan qəzaların, bina və tikililərin qəfil uçmasının, bəndlərin yuyulubaparılması, elektroenerji və kommunikasiya sistemlərində, təmizləyici qurğularda qəzalarınsəbəb olduğu fövqəladə hallar.Ekstensiv risk – geniş yayılmış şəkildə yaşayan əhalinin fəlakətin ümumi təsirinin zəifl əməsinəgətirib çıxara biləcək, adətən ciddi lokal xarakterli, təkrar olunan, davamlı aşağı və ya ortaintensivlikdə təhlükəli şərtlərə məruz qalması ilə bağlı geniş yayılmış risk.Ekstremal vəziyyət - əvvəlcədən bilinməsi mümkün olmayan, mövcud bilik və vərdişlərintətbiq oluna bilmədikləri, insan təcrübəsi xaricində olan hadisə.Episentr – bilavasitə zəlzələnin mərkəzi (hiposentri) üzərində yerləşən yer səthindəkinöqtə. Episentrdə və onun ətrafında ən böyük dağıntılar müşahidə olunur. Episentr seysmikstansiyaların qeydlərin əsasən müəyyən edilir.Lüğət13

Qısaltmaların sayıÜST – Ümumdünya Səhiyyə TəşkilatıOCHA – BMT-nin Humanitar məsələlər üzrə Koordinasiyası İdarəsiBMT– Birləşmiş Millətlər TəşkilatıFRA– Fəlakət riskinin azalmasıHÇFP – Hyoqo çərçivə fəaliyyət proqramıUNESCO– BMT-nin təhsil, elm və mədəniyyət təşkilatıUNICEF– BMT-nin Uşaq Fondu14 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Fəlakət riskinin azaldılmasında təhsil sisteminin roluTəhsil alma sadəcə hüquq deyil, həm dəbir gəncin inkişafı üçün böyük imkanlarıntəmin edən vasitədir.Bu, eyni dərəcədə fövqəladə hal və təbiifəlakət şəraitində xilas olmağa,həyatınıqorumağa kömək edən fi ziki,psixoloji və koqnitiv (dərketmə)müdafi ənin təminatına da aiddir.Təbii fəlakət riskinin qarşısınınalınmasının ən yaxşı üsulu – fərdi vəkollektiv təhlükəsizliyin təmin edilməsi üzrəbiliklərin yayılması və müvafi qhəyati vərdişlərin formalaşdırılması yolu ilə insanların davranışının dəyişdirilməsidir.Bu, təbii fəlakət riskinin azaldılması üzrə əsas və ən təsirli vasitədir.Bu məqsədə nail olmaqda əsas hədəfl ər aşağıdakılardır:1. Bütün səviyyələrdə təbii fəlakət riskinin azaldılması üzrə məlumatlandırma işininaparılması.2. Təbii fəlakət riskinin azaldılması problemi üzrə tədris proqramının işlənib hazırlanması.3. Şagirdlərdə təhlükəsiz davranış modeli vərdişlərinin formalaşdırılması.İstənilən digər ölkədə olduğu kimi Azəbaycan Respublikasında da əhalinin təbii fəlakət riskininazaldılmasına hazırlanması sahəsində təhsil sistemi digər ictimai qurumlarla müqayisədəbir sıra üstünlüklərə malikdir, çünki məhz müxtəlif tipli təhsil müəssisələri böyük sayda uşaq,yeniyetmə və gənc əhatə olunur.Hazırda Azərbaycan Respublikasında 1 milyon 326 991 min şagirdin təhsil aldığı 4541 minməktəb fəaliyyət göstərir.Sözsüz, hər kəs təbii fəlakət riskinin azaldılması problemi üzrə biliklərin təbliğində və ekstremalvəziyyətlərdə təhlükəsiz davranış qaydalarının öyrədilməsində ümumtəhsil məktəbininəvəzedilməz rolunu başa düşür.Məktəbin fəaliyyəti təbii fəlakət riskinin azaldılmasına əhəmiyyətli dərəcədə yardım edə bilər,çünki bir çox yaşayış məntəqəsində, xüsusən də kənd yerlərində məktəblər əhəmiyyətli ictimaihəyat mərkəzləridir. Nəticə etibarı ilə, məktəbin fəaliyyəti sadəcə pedaqoqların, şagirdlərin,onların valideynlərinin və qohumlarının deyil, həmçinin cəmiyyətin digər nümayəndələrininhəyatına birbaşa təsir göstərir. Uşaqların əksəriyyəti üçün məktəb vaxtlarını keçirdikləri vəonların sonrakı taleyini müəyyən edən əsas mühitdir.İcma mərkəzi kimi məktəb təbii fəlakət riskinin azaldılması probleminə diqqəti çəkməkməqsədilə birgə layihələr təşəbbüsü ilə çıxış edə, ictimai şüura təsir edə bilər. Ailə, ictimaiyyət,hökumət və güc strukturları ilə sıx əməkdaşlıq çərçivəsində təhsil müəssisələri təbii fəlakətriskinin azaldılması üzrə tərbiyə məkanının genişləndirilməsi, təhsil proqramlarının işlənibhazırlanması və tətbiqi üzrə işin aparılması ilə bağlı unikal imkanlara malikdir. Tərbiyə prosesihəmçinin şagirdlərdə təbii fəlakət və fövqəladə hal şəraitində adekvat və təhlükəsiz davranışmədəniyyətinin formalaşdırılmasını təmin etməlidir.Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu15

Görünür ki, məhz təhsil sistemi təşkilatlarında gənclərə təbii fəlakət riskinin azaldılması üzrəvərdişlərin öyrədilməsi və bu mövzuların ümumtəhsil kurukulumuna daxil edilməsi yolu ilə onunhəyata keçirilməsi ən təsirli vasitə olardı.HBƏT (Həyatı bacarıqlara əsaslanan təhsil), GÇFH (Fiziki tərbiyə və gənclərin çagrışaqədərkivə fi ziki hazırlıq), coğrafi ya, biologiya və digərlər fənlər çərçivəsində ümumtəhsil məktəblərininMilli kurikulumunda nəzərdə tutulmuş təbii fəlakətlə bağlı müxtəlif risklərin azaldılmasıistiqamətində vərdişlərin öyrədilməsi müəllimlərin fəaliyyəti üçün kifayət qədər geniş sahəverir. Lakin, bir qayda olaraq təhlükəsizliyin təmin edilməsi üzrə ən aktual problemlərə tədrisproqramında minimal dərs saatı ayrılır.Təhsil sahəsində sınaqdan keçirilmiş düzgün yanaşma öyrətmə prosesinin özünü aktuallaşdırmamexanizmini inkişaf etdirə bilər. Müasir təhsil əsas dəyişikliklərin şagirddən kənarda deyil, onundaxilində baş verməsini nəzərdə tutur. Bu halda müəllimin rolu tövsiyələrin verilməsindən deyil,problemin həlli yollarının optimallaşdırılmasından ibarətdir.Həm öyrədən, həm də şagird bir-birinə münasibətdə bərabər, partnyor mövqedə olmalıdırlar.Təhlükəsizlik aspektlərini, müxtəlif vəziyyət və hallarda təhlükəsiz davranış qaydalarını daxiledən təhsil sistemi sadəcə bilikləri əldə etməyə deyil, həmçinin şagirdlərdə özünümüdafi əvərdişlərini, istənilən ekstremal vəziyyətlərdə cavab vermə bacarıqlarını inkişaf etdirməyəimkan verər. Eyni zamanda təhsil sistemində təbii fəlakət riskinin azaldılması üzrə davranışvərdişlərinə öyrətmə kompleks, davamlı və ardıcıl xarakter daşımalıdır.Məktəb rəhbərləri, inzibati işçilər, müəllimlər, sinif rəhbərləri, psixoloqlar bu işdə həlledici roloynamalıdırlar. Bu zaman bütün qeyd edilən pedaqoji heyətin qarşılıqlı fəaliyyəti və onlarınfəaliyyətlərinin əlaqələndirilməsi xüsusi rol oynayır. Hazırlanmış mütəxəssislər məktəbdə vəməktəbin xaricində özlərinin gündəlik işləri çərçivəsində bu problem üzrə şagirdlərin vaxtında,davamlı öyrədilməsini həyata keçirə bilərlər.Təbii fəlakətlərin təbiətinin, fövqəladə halların və bu hallarda təhlükəsiz davranış qaydalarınınöyrənilməsini nəzərdə tutan fənn və tədris proqramı mövzularının sadalandığı cədvəl aşağıdaverilmişdir.CƏDVƏL. Ümumtəhsil məktəblərindətəbii fəlakət və fövqəladə hallar riskinin azaldılması üzrə tədrisi nəzərdə tutanfənlərin və tədris proqramı mövzularının siyahısı№ Fənnin adı Sinif Bölmə, mövzuMövzu üzrə tədqiqolunan məsələlər1 2 3 4 5Biologiya1Ümumibiologiyanınəsasları8sinifB. Bioloji növ kimi insanİnsan davranışı. İnsanın səhhətivə ətraf mühit.16 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

1 2 3 4 5M.1. Davranış və psixika.İnsanın səhhətiƏtraf mühitin əlverişsizamillərinin insan səhhətinətəsiri.2 İnsan və onunsəhhəti9sinifB. Orqanizmin və mühitinqarşılıqlı əlaqəsi.Ekologiyanın əsaslarıƏtraf mühitin ekolojiamillərinin canlı orqanizmlərətəsiri.M.1. Ekologiyaya girişM.2. Mühitin amillərivə canlı orqanizmlərDünyada və Azərbaycandaekologiyanın qlobalproblemləri.Ətraf mühit amillərininqarşılıqlı əlaqəsi.M.3.Populyasiyaların,icmaların,ekosistemlərin ekologiyasıM.4. Biosfer, onun strukturuvə funksiyalarıOrqanizmlərə təsir edənamillər. Şəhərin ekologiyası.Təbii ehtiyatların qorunmasıvə rasional istifadəsi. İnsanınpraktik fəaliyyətində ekolojibiliklərin tətbiqi.Biosferin və ekosistemlərinmühafi zəsi.M.5. Biosfer və insanİnsanın həyat fəaliyyətindəbiosferin rolu.Biosferdə insanın həyatfəaliyyətinin səbəb olduğuqlobal dəyişikliklər (ozondəliklərinin genişlənməsi,parnik effekti, turşu yağışlarıvə s.).M.6. Təbiəi ehtiyatlarınınrasional istiafdəsi, onlarınAzərbaycanda mühafi zəsiAzərbaycanın təbii ehtiyatlarıvə onların istifadəsi.Antropogen fəaliyyətinAzərbaycan təbiətinə təsiri.Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu17

1 2 3 4 53 Biologiya 11 B. Ekologiyanın əsaslarıM.1. Orqanizm və mühitMüasir ekologiyanın aktualproblemləri.M.2. Təbiət və kənd təsərrüfatıicmalarının müasir vəziyyətiM.3. Azərbaycanda müasirekoloji vəziyyətM.4. Biosfera və insan haqqındaelmin əsaslarıTəbiətin mühafi zəsi üzrəAzərbaycan xalqının adətənənələri.Mühit amilləri, uyğunlaşma vəhəyat formaları.İnsanın həyat fəaliyyətinin ətrafmühitə təsiri. Ekoloji fəlakətlərəvə onların nəticələrinə ümumibaxış.Ətraf mühitin müasir ekolojivəziyyəti.Azərbaycanın ekolojiproblemləri.Azərbaycanda ekoloji fəlakətzonaları.Ətraf mühitin keyfi yyətinənəzarətin monitorinq sistemi.İnsan fəaliyyətinin biosferətəsiri. Təbii ehtiyatların rasionalistifadəsi və biosferinmühafi zəsi.4 Həyatibacarıqlaraəsaslanan təhsil2 M.1 Təhlükəsiz həyat Təhlükənin nə olduğunu anlatmaq.Təhlükədən necə qorunmaqolar?18 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

1 2 3 4 5M.2.Təbii Fəlakətlərdə yoldaşaköməkTəhlükənin nə olduğunu anlatmaq.Təhlükədən necə qorunmaqolar?M.4. Ocağı harada qalamaqolar?Təbii fəlakətlərin neşə başverdiyini anlatmaq. Yoldaşa vəzərərçəkənlərə neçə yardımetmək olar?Ocaq qaladıqda təhlükəsizliktədbirlərinin izah edilməsi.Ocaq qalanacaq yerlərinşagirdlərə öyrədilməsi.M.5. YanğınsöndürənlərəmüraciətYanğınsöndürənlərə nə vaxtvə neçə müraciət etməyiöyrətmək.Yanğın zamanı təhlükəsizlikdavranış tədbirləri barəməlumat.5 Həyatibacarıqlaraəsaslanan təhsil3 M.1. Təhlükəsiz yerlərin AyırdedilməsiTəhlükəsiz yerlərin nəolduğunu aydınlaşdırmaq.Təhlükələrdən qorunmaqqaydaları.Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu19

1 2 3 4 5M.2. İlk tibbi yardımİlk tibbi yardımın nə olduğunuizh etmək. İlk tibbi yardımhağğında məlumatlandırma.M.3.Ətraf mühitin birgəqorunmasıƏtraf mühitin birgə qorunmasıbarədə məlumat vermək. Ətrafmühit – bu nədir? İnsanınətraf mühitlə qarşılıqlı əlaqəsi.Şagirdlərə ətraf mühiti birgəqorumaq bacarığı aşılamaq6 Həyatibacarıqlaraəsaslanan təhsil4 M.1. Stres nədir?Stresin nə olduğunu anlatmaq.Stresdən qorunmaq bacarıqları.M.2. Ilk tibbi yardım göstərmək.İlk tibbi yardım göstərilməsininəhəmiyyətinin izah olunması.Şagirdlərə ilk tibbi yardımgöstərmək bacarıqları aşılamaq.20 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

1 2 3 4 57. Həyatibacarıqlaraəsaslanan təhsil6 M.1. Təbii və antropogenfəlakətlər zamanı davranışqaydalarıTəbii və antropogen fəlakətlərzamanı davranış qaydaları vəfəlakətdən qorunmaq üsullarınınöyrədilməsi.8. Həyatibacarıqlaraəsaslanan təhsil7. M.1. İlk tibbi yardımı bilməklazımdırİlk tibbi yardımın növləri barədəşagirdlərin məlumatlandırılması.Zərərçəkənin vaxtında həkiməçatdırılmasının zəruriliyi barədəməlumat.9 Həyatibacarıqlaraəsaslanan təhsil8 M.1. Təhlükələr və fəlakətlərzamanı ilk tibbi yardımTəhlükələr və fəlakətlərin növləriilə şagirdləri tanış etmək.Təhlükələr və fəlakətlər zamanıgöstərilən ilk tibbi yardımıöyrətmək.Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu21

1 2 3 4 510 Fiziki tərbiyəvə Gənclərinçağrışaqədərkihazırlığı8 B. Mülki müdafi əM.1. Əsas təbii fəlakətlərinxarakteristikası və postlarınişinin təşkiliTəbii fəlakətlərin əsas növləri vəonların xarakteristikası.Təbii fəlakətlərin qarşısınınalınması üzrə işin təşkili vəilkin tibbi yardımın göstərilməsiüsulları.11 Fiziki tərbiyəvə Gənclərinçağrışaqədərkihazırlığı10 R. Mülki müdafi əB.1. Təhlükəsizliyin təminedilməsi, əhalinin və şəxsiheyətin kütləvi qırğın silahındanmüdafi əsiYoluxma zonalarında,dağıntı, su basma və yanğınrayonlarında qoşunlarınhərəkətləri.M.2. Yoluxma ocaqlarındavə təbii fəlakət rayonlarındaxilasetmə və digərtəxirəsalınmaz tədbirlər22 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Uşaqlara, yeniyetmələrə və gənclərə təbii fəlakət riskinin azaldılması üzrə vərdişlərinöyrədilməsi müasir cəmiyyətin ən aktual problemlərindən biridir. Təbii fəlakət və fövqəladəhal şəraitində uşaqlar ən zəif kontingentdir, çünki adətən özünümüdafi ə, istənilən mürəkkəbvəziyyətdə düzgün qərar qəbul etmə vərdişlərini formalaşdıran məlumatlara, biliklərə vəbacarıqlara onların çıxışı olmur.Ümumtəhsil məktəb, peşə liseyləri şagirdlərinin və kollec tələbələrinin təbii fəlakət riskininazaldılması üzrə vaxtında və mütəmadi məlumatlandırılması, bu problem üzrə FH xidmətlərininmütəxəssisləri ilə sıx əməkdaşlıq ölkənin təhsil sisteminin ən vacib məqsədidir.Şagirdlər arasında təbii fəlakət riskinin azaldılması üzrə biliklərin yayılması və uşaqlararasında təbii fəlakətlərin psixoloji və ictimai nəticələrinin yumşaldılması məqsədilə bu mövzuüzrə müəllimlərin və məktəb rəhbərliyinin, məktəb inzibatçılarının öyrədilməsi zəruridir. Təbiifəlakət riskinin azaldılması üzrə tədris proqramını şagirdlərin bu problem üzrə bilik, bacarıq vəvərdişlərini genişləndirmələrinə kömək edən fəaliyyət planı kimi müəyyən edilə bilər.FRA üzrə təhsil proqramları psixo-sosioloji yardımın müəyyən növünü təşkil edirlər, çünkionlar uşaqlara tanış olan təhsil mühitində, aydın interaktiv formada həyata keçirilə və ən əsasıonları təhlükəsiz davranış bilik və vərdişləri ilə təmin edərək gələcəyə ümid aşılaya bilər.FRA üzrə tədris proqramları şagirdlərin yaşına, inkişaf, mədəniyyət səviyyəsinə,bacarıqlarına və tələbatlarına müvafi q olmalıdır. Təbii fəlakət riskinin azaldılması üzrə müəlliftəhsil proqramlarının işlənib hazırlanması zamanı şagirdlərin hazırlıq səviyyəsi nəzərəalınmalı, elementar biliklərdən başlamalı və nail olunmuş səviyyəyə əsasən getdikcə materialımürəkkəbləşdirməli.Tədris proqramının müxtəlif komponentləri arasında vəziyyəti qiymətləndirmə və zəruriqərarı qəbul etmə bacarığı kimi vərdişini formalaşdırılması xüsusi yer tutmalıdır.Fəlakət riskinin azaldılması üzrə məqsədlərin reallaşdırılmasında təhsil müəssisələrinin roludanılmazdır. Təhsil sistemi təşkilatlarının kollektivlərinin həm təbi həm təbii fəlakət, həm dəuşağın səhhət və həyatına təhlükə törədən digər risklərin azaldılmasına kömək edən fəaliyyətihəyata keçirmələri çox vacibdir.Fəlakət riskinin azaldılması üzrə təhsil müəssisələrinin məqsədləri aşağıdakılardan ibarətdir:• Təbii fəlakət riskinin azaldılması məsələləri üzrə məktəb müəllimlərini, şagirdləri vəonların valideynlərini məlumatlandırmaq və öyrədilmələrini təşkil etmək;• Müəllimlərdə, şagirdlərdə və onların valideynlərində təbii fəlakət riskinin azaldılmasıprobleminə müstəqil mövqe və yanaşmanın, həmçinin öz həyatını və yaxınlarının həyatınımüdafi ə etməyə kömək edən vərdişlərin formalaşdırılmasına yardım etmək;• təbii fəlakət riskinin azaldılması üzrə milli və yerli təşəbbüslərdə iştirak etmək;• təbii fəlakət riskinin azaldılması məsələləri üzrə tədris proqramını məktəb proqramı ilənəzərdə tutulmuş fənlərə, sinifdənkənar, məktəbdənkənar tərbiyə işləri ilə birləşdirmək;• Təbii fəlakət riskinin azaldılması üzrə müəllimlərin təlimləndirilməsi.• təbii fəlakət riskinin azaldılması üzrə işi maraqlı dövlət, qeyri-hökumət və beynəlxalqtəşkilatlar, valideyn icması ilə qarşılıqlı fəaliyyət əsasında qurmaq;Beləliklə, fövqəladə hal və təbii fəlakət şəraitində təhlükəsiz davranışa öyrətmə təbii fəlakətriskinin azaldılmasında ən vacib vasitəni təşkil edir.Sözsüz, yalnız təbii fəlakət riskinin azaldılması üzrə təhsil proqramlarının həyata keçirilməsideyil, eyni zamanda uşaqların həyat və taleyi üçün məsuliyyətin dərk edilməsi, təbii fəlakətriskinin azaldılması üzrə uşaqlarla işin təşkil edilməsində təşəbbüsün göstərilməsi də vacibdir.Bu problem üzrə müəllimlər üçün aşağıda bir nümunəvi məşğələ layihəsi verilmişdir:Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu23

“Fəlakət riskinin azaldılmasında təhsil sisteminin rolu”mövzusu üzrə məşğələ modeliMəqsəd: iştirakçılarda təbii fəlakət riskinin azaldılması problemi üzrə şagirdlərinöyrədilməsində təhsil sisteminin üstün rolunun dərk edilməsinin təmin edilməsi.Avadanlıq və materiallar: multimediya proyektoru, fl ipkart, markerlər, kağız, lövhə,təbaşir.Metodlar: multimedya təqdimat, mini-mühazirə, kiçik qruplarda iş, oyunlar, tapşırıqlar.1. Müəllim məşğələnin mövzusunu və məqsədini iştirakçılara bildirir.2. TanışlıqQrup sıx çevrə təşkil edir. İştirakçıların hər biri növbə ilə çevrənin içərisinə daxil olur vəadını, vəzifəsini, haradan gəldiyini deyir və bundan sonra bütün qrup onu alqışlayır.3. Qrupda razılaşmanın əldə edilməsiİştirakçılara qrupun razılaşması üzrə təklifl ərini bildirmələri təklif olunur. İştirakçılarıntəklifl ərini dinlədikdən sonra təlimçi-müəllim onların bəndlər şəklində fl ipkarta yazır. Hər birbənd iştirakçılarla müzakirə olunur.Nümunəvi razılaşma:İfadələrin şəxsiləşdirilməsi (“Mən fi kirləşirəm ki”, “Mənim fi krimcə” və s.).“Qalxmış əl” qaydasına riayət edilməsi.1. Məxfiliyə riayət edilməsi (qrupda necə və nəyin müzakirə olunması onun kənarınaçıxarılmır).2. Şəxs haqqında qiymətləndirici mülahizələrin yol verilməzliyi.3. İştirakçıların ifadələrinin, rəylərinin və s.-nin tənqid edilməsinin məqbulluğu.4. Kiçik qruplarda işTəlimçi-müəllim iştirakçıları 4-5 nəfərdən ibarət kiçik qruplara bölür və hər bir qrupa 2tapşırıq verir.1. Aşağıdakı məsələləri müzakirə edin:- məktəb – həyatın bir mərhələsi kimi;- məktəb – təşkilat, bina kimi;- məktəb – cəmiyyət, kollektiv kimi.2. Yaşadığınız rayondakı (şəhər və kənddə) məktəblərdən birini seçin və məktəbərazisində, məktəb ətrafındakı ərazidə təhlükəli və təhlükəsiz yerləri müəyyən edin.Daha sonra qruplar öz işlərini təqdim edirlər.5.“Bomba” oyunuBütün iştirakçılar dairəyə dururlar. Təlimçi-müəllim əlində iki top tutur. Toplardan biriniiştirakçılar “bomba” sözünü deyərək dairə üzrə bir-birinə ötürürlər, ikinci topu isə iştirakçılarseçici şəkildə ötürürlər.Oyunun şərtləri: oyunun iştirakçıları çalışırlar ki, hər iki top eyni anda bir oyunçuda olsun.Şərti olaraq: qırmızı top – “bomba”, sarı top – “zəifl ik”. Bomba və zəifl ik qarşılaşsalarpartlayış baş verə bilər.24 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

6.Mini-mühazirəTəbii fəlakət zamanı uşaqlar ən zəif qruplardanbiri olurlar. Bu, xüsusən fəlakətin zərbəsizamanı məktəbdə olan uşaqlara aiddir.Bütün cəmiyyətlərdə gələcəyə ümidləruşaqlarla bağlıdır. Məktəblər mədəni dəyərlərivə ənənəvi və ümumqəbul edilmiş biliklərigənc nəslə ötürür və aşılayırlar.Təbii fəlakət zamanı uşaqlarımızınmüdafi əsi üçün müxtəlif, lakin qırılmaz bağlıiki təxirəsalınmaz tədbir görülməlidir:1. Uşaqların fəlakət təhlükəsi məsələlərivə təhlükəsiz davranış qaydaları üzrəmaarifl əndirilmələrin təmin edilməsi.2. Məktəbin, o cümlədən məktəbtikililərinin təhlükəsizliyinin təmin edilməsi.Cəmiyyət və hər şeydən əvvəl məktəbşagirdlər və müəllimlər üçün təhlükəsiztədris mühitinin təmin edilməsinə görəmənəvi məsuliyyət daşıyırlar. Adətən məhzbu uşaqlar cəmiyyətin ən zəif kontingentinitəşkil edirlər və ən yüksək dərəcəli riskəməruz qalırlar. Tez-tez bu, hətta məktəbindaxilində - uşaqların hüquqlarının tam şəkildəhəyata keçirilməsi üçün zəruri olan şəraitinvə müdafi ənin təmin edilməli olduğu yerdəbaş verir.Müxtəlif fəlakət təhlükələrinin qarşısınınalınması və aradan qaldırılması məqsədilətəhsil orqanlarının səyləri mahiyyət etibarı iləbirinci növbədə uşağın həyatının inkişafı vəmüdafi əsi baxımından görülən tədbirlərdir.Cəmiyyətdə təhsilin və özünütəşkilin səviyyəsinə qədər yüksəkdirsə, risk amillərininnəticələrinin qarşısının alınması, azaldılmasıvə yumşaldılması, təbiət hadisələrinin,eləcə də insan fəaliyyətinin səbəb olduğufəlakətlərin nəticələrinin aradan qaldırılmasıüçün onun potensialı bir o qədər güclüdürMəktəb direktoru öz şagirdlərini xilasedir12 may 2008-ci ildə Çində baş vermişzəlzələdən ən çox zərər çəkmiş rayonlardanbiri olan Minyan şəhərinin Ançzyanqəsəbəsindəki Sanqzao orta məktəbinin direktoruYe Cipin 2600 şagirdini və əməkdaşınıxilas etdikdən sonra məşhurlaşdı. Bu isə uzunillər ərzində məktəb binasından evakuasiyaüzrə təlim və praktiki məşğələlərə görə başvermişdi ki, bu, kənd məktəbi üçün nadir haldır.6 iyulda Pekində keçirilmiş və təbii fəlakətlərinqarşısının alınmasına həsr olunmuş konfransdaYe mümkün təbii fəlakətlər haqqındaşagirdlərin məlumatlılığının artırılmasınınvacibliyini vurğuladı. O, qeyd etdi ki, bu vacibdir,çünki Cində kənd məktəblərinin əksəriyyətikeçən əsrin 80-ci illərində istismara verilmişdivə vəsait çatışmazlığından dolayı pis inşaedilmişdilər.Baxmayaraq ki, Ye hal-hazırda şagirdlərininfövqəladə hal üzrə mütəmadi təlimlərdə iştiraketmələri ilə tanınır, onun özü 2004-cü ildəyanğın üzrə təlimlərdə iştirak edənədək bukonsepsiyadan xəbərdar deyildi.Məktəb korpuslarının pis inşa edilməsininnarahat etdiyi Ye bundan sonra bildirdi:“Mənə qəflətən ilham gəldi və ağlıma gələnilk fi kir o oldu ki, biz bunu mənim məktəbimdəetməliyik”.O, fövqəladə hal zamanı binadan evakuasiyaüzrə mütəmadi təlimlərin (hər rübdə bir dəfə)keçirilməsini qayda halına saldı.Təbii olaraq bu, Ye və onun məşğul həmkarlarıüçün işin həcminin artması demək idi, çünkibasabas olmaması üçün kiçik məktəbdə bu cürtəlim dəqiq planlaşdırılmalıdır.Bu məktəbdə təxminən 2600 şagird təhsilalır, məktəb ərazisi 20 min m2-dir və naharmərhələli şəkildə təşkil olunur ki, yeməkxanadabasabas olmasın.Evakuasiya planına əsasən hər bir sinif üçünayrıca evakuasiya yolu işlənib hazırlandı.İki sinif bir nərdivandan istifadə edirdi, lakinşagirdlər məktəb binasını öz sinfi ilə tərkedirdilər və daha sonra oyun meydançasındaonlar üçün ayrılmış yeri tuturdular.İkinci və üçüncü mərtəbədəki şagirdlərbaşqaları üçün pilləkənləri boşaltmaq üçünpilləkənlərdən daha tez aşağı enirlər, eyni zamandadördüncü və beşinci mərtəbədən enənşagirdlər dar koridorlarda və ya pilləkənlərdəbasa-basın yaranmasına səbəb olmamaq üçündaha yavaş hərəkət etməli idilər.Əvvəlcə şagirdlər təlimlərə təəccübləyanaşdılar, bəzi müəllimlər isə şikayət edirdilərki, təlimlər dərslərə mane olur.Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu25

Məktəblərintəhlükəsizliyinin artırılması və fəlakətlərəmüqavimət göstərmə məqsədilə onlarınhazırlığının yaxşılaşdırılması məqsədiləbütün təşəbbüslər məktəb rəhbərliyinin,fəlakət riskinin azaldılması üzrə prinsip vəüsullarını öyrədən müəllimlərin və həmçininşagirdlərin özlərinin iştirakı ilə həyata keçirilir.Bununla bağlı zəlzələ zamanı bütünşagirdlərini xilas etmiş və onların məktəbdağıntıları altında qalmalarına yol verməmişÇinin Minyan şəhərinin Ançzyan qəsəbəsininSanqzao orta məktəbinin direktorununnümunəsi səciyyəvidir. Uşaqlar, psixoloji-yaşxüsusiyyətləri ilə bağlı adətən problemin ciddiliyinidərk etməyərək fəlakətlərin qarşısınınalınması haqqında məlumatı passiv qəbuledirlər. . Lakin müəllimlər tərəfi ndən lazımiyönləndirmə olduqda, hətta ən kiçik uşaqlarailələri və öz ətrafl arı üçün əhəmiyyətliməlumat ötürücüsü ola bilərlər. Təlim vətərbiyə prosesində uşaqlar həm istəniləntəhlükənin təbiətini başa düşməyi, həm dəLakin Ye inad edirdi və onun qərarlılığı12 may tarixində 71 000 insanın həyatınıaparmış dəhşətli zəlzələ baş verdikdə özbəhrəsini verdi.Lakin bu məktəbdə bir nəfər də zərərçəkmədi! Bu haqda KİV bir “möcüzə” kimixəbər verirdi, çünki eyni zamanda zəlzələdənən çox zərər çəkmiş rayondakı bir çoxməktəbin böyük itkiləri var idi.Təlimlərlə yanaşı Ye pis inşa edilmiş məktəbkorpuslarını təmirinə də xüsusi diqqət yetirirdivə məktəb binasını daha təhlükəsiz etməküçün yüz minlərlə yuan xərcləyirdi.(“Çayna Deyli”, 7 iyul 2008-ci il)http://china.org.cn/china/wenchuan_earthquake/2008-07/07/content_15964389.htmfəlakət təhlükəsinin qarşısının alınması probleminə kollektiv məsuliyyət və hər şeydən öncəöz həyatını müdafi ə etmə imkanı kimi yanaşmağı öyrənə bilərlər.7.“Beyin həmləsi”Təlimçi-müəllim iştirakçılara sual verir: “Təhlükəsizlik və müdafi ə olunmuşuq nə deməkdir?”Cavablar lövhəyə yazılır və şərh olunur.“Fəlakət məktəbə gəlməyəcək!” – hal-hazırda bu iddia reallığa çevrilə bilər və məktəblərözlərini “təbii fəlakətlərdən qorunmuş ərazi” elan edə bilərlər. Bu, çətin, lakin mümkün olanhədəfdir, çünki bu istiqamətdəki davamlı və sistematik iş vəziyyəti müsbətə doğru dəyişdirəbilər. Pedaqoji kollektiv digər maraqlı təşkilatlarla birgə təhlükəsiz davranış və fəlakəttəhlükəsinin azaldılması problemi üzrə məsələlərin ümumtəhsil məktəblərinin tədris planlarınadaxil edilməsi, məktəb briqadalarının formalaşdırılması, məktəblərin təhlükəsiz və müdafi əolunmuş yerə çevrilməsi strategiyasının işlənib hazırlanmasına, həmçinin əhalinin böyükhissəsinə (valideynlər, icma nümayəndələri və s.) özlərinin və uşaqlarının təhlükəsizliyinintəmin edilməsi üzrə metod və vərdişləri öyrətməklə onların əhatə edilməsi prosesinə köməkedə bilər.26 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Uşaq hüquqları haqqında Konvensiyanın 13-cü maddəsində uşaqlara yetkinlik yaşınaçatanadək öhdəliklərini icra etməyə hazırlanmaları üçün onlara aid məsələlər üzrə öz fi kirlərinibildirmək hüququ verilir. Bu maddə bütün fövqəladə hallarda bütün uşaqlara aiddir. Uşaqlarözlərini və həmyaşıdlarını müdafi ə etmək üçün praktiki vərdişlərə yiyələnməlidirlər.Təhsil mühiti təhlükəsiz olmalı, şagirdlərin, həmçinin onların psixi və emosional rifahınınmüdafi əsinə kömək etməlidir.Müəllimlərin borcudur ki, qaçılmaz qeyri-müəyyənlik, hər zaman şər olmayan, daha çoxinsanın nəzarətindən kənarda olan təbii proseslərin daxili qaydasını təşkil edən xaos şəraitindəçevik idarəetmənin təmin edilməsi üçün uşaq və yeniyetmələrlə birgə vasitələr işləyibhazırlasınlar.Əlbəttə, təhsil bu prosesdə aparıcı rol oynayır. O, həm məktəbdə verilən rəsmi təhsili, həmdə təhsil sektorundan kənara çıxan, bəzən hiss edilmədən ictimai məlumat və KİV sahəsinəyayılan qeyri-rəsmi təhsili əhatə edir.Məktəb – fəlakət riskinin azaldılması problemi üzrə öyrətmə prosesinin təşkilinin ən əlverişlivə optimal formasıdır.Bundan başqa, fi ziki və struktur elementlər, inzibati və pedaqoji proseslər kompleksi təhsilmüəssisələrində hamı üçün təhlükəsiz mühiti təmin etməlidir.Praktiki vərdişlərin işlənib hazırlanması.“İş vərəqinin doldurulması” məşğələsiTəlimçi-müəllim iştirakçılara iş vərəqələri paylayır. Hər bir vərəqənin yuxarı hissəsindəaşağıdakı ifadə yazılmışdır: “Yaxşı olar ki, təhsil təşkilatı.....”, aşağıda isə 1, 2, 3, 4, 5 və s.bəndlər yazılır.İştirakçılara fəlakət riskinin azaldılması üçün təhsil təşkilatlarının nə edə biləcəkləri haqqındafi kirləşmələri və vərəqələri doldurmaları təklif olunur.Nümunəvi cavablar:Yaxşı olar ki, təhsil təşkilatları.....• Məlumatlandırmanı həyata keçirsinlər və məktəb işçilərinə, şagirdlərə, onlarınvalideynlərinə təbii fəlakət riskinin azaldılması məsələləri üzrə biliklər versinlər.• Müəllimlərə, şagirdlərə və onların valideynlərinə təbii fəlakət riskinin azaldılmasıprobleminə öz münasibətlərini formalaşdırmağa kömək etsinlər, onların və yaxınlarınınhəyatlarını qorumağa kömək edən vərdişləri formalaşdırsın.• təbii fəlakət riskinin azaldılması üzrə milli və yerli təşəbbüslərdə iştirak etsinlər.• təbii fəlakət riskinin azaldılması məsələləri üzrə tədrisi məktəb proqramları ilə nəzərdətutulmuş fənlərə, sinifdənkənar, məktəbdənkənar tərbiyə işinə daxil etsinlər.• təbii fəlakət riskinin azaldılması məsələləri üzrə şagird və valideynlərlə iş üçünmüəllimlərin hazırlanmasını təşkil etsinlər.• təbii fəlakət riskinin azaldılması üzrə bütün işi maraqlı dövlət, qeyri-hökumət vəbeynəlxalq təşkilatlarla, valideyn icması ilə qarşılıqlı əlaqə əsasında qursunlar.Təbii fəlakətlər riskinin azaldılmasında təhsil sisteminin rolu27

• Uşaq və böyüklərin profi laktik təhsilinin müxtəlif forma və metodlarını istifadə etsinlər.İş vərəqələri doldurulduqdan sonra onların məzmunu bərkdən oxunur və kollektiv şəkildəmüzakirə olunur. Yekun vurulur.8.Təlimçi-müəllim məşğələyə yekun vurur, nəticə çıxarır.28 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Tədrisin əsas prinsipləriTəbii fəlakət şəraitində ən zəif qrup uşaqlar olur. Bunun səbəbi təbii fəlakət zamanı təhlükəsizdavranış məsələləri üzrə həddən artıq qeyri-kafi məlumatlılıqdır.Bir çox halda uşaq və gənclərin səhih məlumata çıxışı olmur və nəticə olaraq özləri vəətrafdakılar üçün təbii fəlakət riskinin azaldılmasına kömək edən müvafi q biliklərə malik olmurlar.Bundan başqa gənclər çox vaxt maksimalist olurlar və təbii fəlakətlərin faciəvi nəticələrihaqqında düşünmürlər, gələcəyə baxaraq özlərini bu gün müdafi ə etməyə çalışmırlar. Onlarhesab edirlər ki, bütün bədbəxtliklər onlardan yan keçəcək və bütün pis hadisələr onları başınagəlməyəcək.Bununla bağlı onlarda təbii fəlakət riskinin azaldılmasına kömək edən həyat vərdişlərinformalaşdırılması üçün zəruri məlumatın təqdim edilməsi məsələsi aktualdır. Bu problem üzrəyeniyetmələrin tədrisinin təşkili və müvafi q praktiki hazırlıq bu məqsədə nail olmağa köməkedəcəkdir.Təbii fəlakət riskinin azaldılması üzrə vərdişlərin öyrədilməsi bütövlükdə təhsil prosesininayrılmaz tərkib hissəsidir. Bundan çıxış edərək tədris əsas prinsiplər əsasında qurulmalıdır:elmilik, qarşılıqlı əlaqə, maraq, davamlılıq, çıxışın olması, aydınlıq, regionallıq və s.Tədrisin əsas prinsipləriElmilik prinsipi – faktlar, hadisələr, proseslər, qeyd olunan nəticələr və tədris prosesindəkiyekunların elmi cəhətdən sübut olunması və əsaslandırılmasıQarşılıqlı əlaqə prinsipi - əldə edilmiş bilik və vərdişlərin konkret həyati vəziyyətlərdətətbiqini şərtləndirən insanın ətraf mühitlə sıx qarşılıqlı əlaqəsi.Maraq prinsipi – təbii fəlakət riskinin azaldılması biliklərinə, bacarıqlarına və vərdişlərinəyiyələnməyə səmimi maraq hissinin tərbiyə olunmasına kömək edən müvafiq metod vəformaların istifadə olunması.Davamlılıq prinsipi – hər bir mərhələdə “spiral üzrə” psixoloji-yaş xüsusiyyətlərinin vəhazırlıq səviyyəsinin nəzərə alınması əsasında gənclərin tədrisinin təşkili.Anlaşıqlı olma prinsipi –öyrədilənlərin yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqlaməlumatların məzmun və həcminin planlaşdırılması, səciyyəvi terminlərin, anlayışların vəqanunların anlaşıqlı və başa düşülən dildə qəbul edilmə imkanlarını nəzərə alaraq izah edilməsi.Regionallıq prinsipi – adətlərin, ənənələrin, şəhərdə və kənddə mentalitetin və yaşamşərtlərinin, həmçinin təbii fəlakət riski ilə bağlı regional xüsusiyyətlərin nəzərə alınması.Qeyd olunan prinsiplər kompleks şəkildə, bir-biri ilə sıx qarşılıqlı əlaqədə həyatakeçirilməlidirlər.Aşağıda müəllimlər üçün işlənib hazırlanmış nümunəvi məşğələ verilir.Tədrisin əsas prinsipləri29

Təbii fəlakət riskinin azaldılması üzrə tədrisin əsas prinsipləri”mövzusu üzrə nümunəvi məşğələMəqsəd: təbii fəlakət riskinin azaldılması problemi üzrə əsas prinsiplərlə iştirakçıları tanışetmək.Avadanlıq və materiallar: multimediya proyektoru, fl ipkart, markerlər, beclər, kağız, lövhə,təbaşir, kartlar, skoç, qayçı.Metodlar: multimediya təqdimatı, mini-mühazirə, kiçik qruplarda iş, oyunlar, treninqməşğələləri.1. Müəllim iştirakçılara məşğələnin mövzu və məqsədini bildirir.Təlimçi-müəllim mini-mühazirə və ya multimediya təqdimatı keçirə bilər.Mini-mühazirənin məzmunuTəbii fəlakət şəraitində təhlükəsiz davranışı öyrətmə təhlükəsiz davranış qaydaları üzrəməktəb tədrisinin bir hissəsidir və təbii fəlakət şəraitində düzgün davranış üzrə əsas praktikivərdişlərin formalaşdırılması məqsədini güdür. Təhlükəsiz davranış sağ qalma bacarıqlarınıntərbiyəsi ilə sıx bağlı olduğundan, hər bir məktəb ümumi təhsil prosesi çərçivəsində şagirdlərətəhlükəsiz davranış qaydalarının öyrədilməsini sistematik və planlı şəkildə həyat keçirməlidir:1. müstəqil şəkildə şəraiti qiymətləndirmək və şəxsi təhlükəsizliyin təmin edilməsi üzrəhərəkətləri həyata keçirmək bacarığını formalaşdırmaq;2. məsuliyyət hissini, doğma şəhərinin, rayonun və ya kəndinin təhlükəsizliyinin təminedilməsinə öz töhfəsini vermək istəyini formalaşdırmaq;3. təbii fəlakətlərin yaranma təbiətini, regionun təbii xüsusiyyətlərini, təbii fəlakətşəraitində təhlükəsiz davranış qaydalarını bilmək.Əsas təhlükəsizlik qaydalarını öyrətmə bu prinsiplər əsasında qurulmalıdır: elmilik,qarşılıqlı əlaqə, maraq, davamlılıq, anlaşıqlı, aydınlıq, regionallıq və s.1. Qruplarda işTəlimçi-müəllim iştirakçılara 3-4 nəfərdən ibarət yeddi qrupa bölünməyi təklif edir. Hər birqrupa aşağıdakı mövzular üzrə təqdimatları müzakirə etmək və hazırlamaq tapşırığı verilir:1-ci qrup – Elmilik prinsipi2-ci qrup – Qarşılıqlı əlaqə prinsipi3-cü qrup – Maraq prinsipi4-cü qrup – Davamlılıq prinsipi5-ci qrup – Anlaşıqlılıq prinsipi6-cı qrup – Aydınlıq prinsipi7-ci qrup – Regionallıq prinsipiDaha sonra hər bir qrup öz işini təqdim edir.30 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

1. Rol oyunu “Prinsiplər birliyi”Təlimçi-müəllim əvvəlcədən əsas prinsiplərinin adları olan bir neçə komplekt (hər komplektdə7 ədəd olmaqla) rəngli beycik (yapışqan kartlar, iynə ilə taxılan vərəqlər) hazırlayır.Hər bir komplektdə eyni rəngli, lakin tədris prinsiplərinə uyğun 7 müxtəlif adlı kart olur:“Elmilik”, “Qarşılıqlı əlaqə”, “Maraq”, “Davamlılıq”, “Anlaşıqlı olma”, “Aydınlıq”, “Regionallıq”.Məsələn, beyciklərin 1-ci qrupu – göy rəngdə, 2-ci qrupu – qırmızı, 3-cü qrup – yaşıl rəngdəvə s.Hər bir iştirakçı əsas tədris prinsiplərindən birinin adı olan beycik alır və sinəsinə yapışdırır:“Elmilik”, “Qarşılıqlı əlaqə”, “Maraq”, “Davamlılıq”, “Anlaşıqlı olma”, “Aydınlıq”, “Regionallıq”.Daha sonra bütün qrup iştirakçıları otaqda sərbəst hərəkət etməyə başlayırlar.Təlimçi-müəllim ucadan “tədris” sözünü dedikdə, bütün iştirakçılar (“prinsiplər”) rəngə uyğunolaraq kiçik qruplara birləşirlər və kiçik qrupda əl-ələ verərək dairə əmələ gətirirlər.Hər bir kiçik qrupda bütün 7 əsas tədris prinsipi sıx dairədə və əl-ələ bərk yapışmış olur.Beləliklə, əsas tədris prinsipləri kompleks şəklində və bir-biri ilə sıx qarşılıqlı əlaqədə həyatakeçirilməlidirlər.2. Məşğələyə yekun vurma. Əks əlaqəTəlimçi-müəllim iştirakçılara 4-5 nəfərdən ibarət kiçik qruplara bölünməyi və bu gün məşğələdənə öyrəndiklərini müzakirə etməyi təklif edir. Daha sonra hər bir qrupun nümayəndəsi irəli çıxırvə qrupun gəldiyi nəticəni fl ipkarta yazır, o şərtlə ki, yazılar bir-birini təkrarlamasın. Beləliklə,məşğələnin yekunları üzrə ümumiləşdirilmiş nəticə alınır.3. Məşğələyə yekun vurma. Əks əlaqəTəlimçi-müəllim iştirakçılara 4-5 nəfərdən ibarət kiçik qruplara bölünməyi və bu gün məşğələdənə öyrəndiklərini müzakirə etməyi təklif edir. Daha sonra hər bir qrupun nümayəndəsi irəli çıxırvə qrupun gəldiyi nəticəni fl ipkarta yazır, o şərtlə ki, yazılar bir-birini təkrarlamasın. Beləliklə,məşğələnin yekunları üzrə ümumiləşdirilmiş nəticə alınır.Təbii fəlakət riskinin azaldılması üzrə tədrisin əsas prinsipləri”31

Vəsaitdən istifadə üzrə metodiki göstərişBu vəsait təbii fəlakət riskinin azaldılması üzrə vərdişlərin aşılanması prosesində müəllimtərəfi ndən istifadə oluna biləcək öyrədici modulları, bölümləri və əlavələri ehtiva edir.Məşğələyə başlamazdan əvvəl müəllim aşağıdakıları etməlidir:• Öyrədici modulları öyrənmək;• Vəsaitin bölümlərində və əlavələrində təqdim olunan materiallarla tanış olmaq;• Hər bir məşğələnin məzmununu müəyyən etmək;• Məşğələnin keçirilməsi üçün tələb olunan material və avadanlığı hazırlamaq;• Hər bir məşğələnin təşkilinin forma və metodunu seçmək;• Gözlənilən nəticəni müəyyən etmək;• İştirakçıların aktivlik səviyyələrini müəyyən etməyə və məşğələnin yekunlarını təhliletməyə hazır olmaq.Müəllim üçün tədrisin məqsəd və hədəfl ərini dəqiq müəyyən etmək, şagirdlərə qarşı vahidtələbləri işləyib hazırlamaq, əks əlaqəni həyata keçirmək vacibdir.Hər bir modul aşağıdakıları ehtiva edir:• Məşğələnin mövzusu;• Baxış (məşğələnin qısa məzmunu);• Məqsəd və hədəfl ər;• Təchizat;• Məşğələnin gedişi (mərhələlər üzrə);• Əks əlaqə.Məşğələlər zamanı müəllim aşağıdakı tövsiyələrə riayət etməlidir:• xeyirxahlıq, səmimilik, yaradıcılıq atmosferi yaratmaq;• terninq iştirakçılarını həvəsləndirmək;• məşğələ zamanı iştirakçıların riayət edəcəkləri davranış qaydalarını müəyyən etməyəimkan vermək;• iştirakçıların müsbət istəklərini dəstəkləmək;• hər bir iştirakçı ilə əməkdaşlığa əsaslanan münasibət qurmaq;• iştirakçıların suallarını öyrənməkvə onları cavablandırmağa köməketmək;• hər bir iştirakçının müstəqil fi -krininformalaşmasına kömək etmək;• suallara tənqidi, açıq cavabvermək;• tədris prosesinintəkmilləşdirilməsiüçün qrupun təklifl ərindən istifadəetmək;• qrupun tələblərinə diqqətli olmaq.32 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Çalışmaq lazımdır ki, tədris materialının məzmunu iştirakçıları lazımi ilkin biliklərlətəmin etsin. O tədris prosesi səmərəli sayıla bilər ki, iştirakçıları mövzunun vəməşğələ suallarının müzakirəsinə aktiv şəkildə cəlb edərək məşğələ tapşırıqları iləbütün iştirakçıları əhatə etsin. Buna görə təlimçi-müəllim:• Hər bir mövzunu həyatdan real nümunələrlə və əvvəlki mövzu ilə əlaqələndirməli;• Şagirdləri fi kirləşməyə və yaradıcılığa yönləndirən suallar verməli. “Bəli/Xeyr” cavablısuallardan yayınmalı;• Bütün hərəkətlər üçün şagirdlərə dəqiq və anlaşıqlı göstərişlər verməli;• Diqqəti məşğələnin məzmununa yönəltməli;• Hər bir məşğələnin sonunda şagirdlərin əldə etdikləri bilikləri ümumləşdirməli;• Məşğələ zamanı iştirakçıların irəli sürdükləri təklif və ideyaları birləşdirməyəkömək etməli.Təlimçi-müəllim əsas tədris prinsiplərini kompleks şəkildə reallaşdırmalı, məqsəd və hədəfl əridəqiqləşdirməli, tədris metod və üsullarını səriştəli şəkildə seçməli, məlumat mənbələrindənyerində istifadə etməli.Tədris prosesinin təşkilində prioritet məqsəd və hədəflər aşağıdakılardır:1. şagirdlərə təbii fəlakət və bu riskin azaldılması barədə səhih məlumat vermək;2. onlarda təbii fəlakət riskinin azaldılmasına kömək edən həyati vərdişləriformalaşdırmaq;3. əldə etdikləri məlumatı ailə üzvlərinə, həmyaşıdlarına ötürmənin metod vəüsullarını onlara öyrətmək.Müəllim tədris prosesində psixoloji-pedaqoji biliklərdən istifadə etməyi və onları tətbiqetməyi, məlumatın əldə edilməsi və toplanması prosesini mükəmməl şəkildə təşkil etməyi,məktəblə cəmiyyətin qarşılıqlı əlaqə imkanlarından səmərəli istifadə etməyi bacarmalıdır.Təbii fəlakət riskinin azaldılması üzrə tədris birdəfəli aksiya ola bilməz. Bununla bağlı:müxtəlif iş formalarından və ilk növbədə interaktiv formalardan istifadə edərək təbiifəlakət riskinin azaldılması üzrə şagirdlərin biliklərini təkmilləşdirməli;• şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirməli, insan, ailə, ümumilikdə cəmiyyətüçün təbii fəlakətlərin nəticələrini öngörmə bacarığını onlarda formalaşdırmalı (təhlil,müqayisə, səbəbləri müəyyən etməyi, qiymətləndirməyi və proqnozlaşdırmağı bacarmaq);• təbii fəlakət riskinin azaldılması problemi üzrə dəqiq mövqe formalaşdırılmalı, özhəyat və səhhətinə görə məsuliyyəti artırmalı.Müvəffəqiyyətli tədris üçün tələb olunan əsas zəruri şərtlər aşağıdakılardır:• şagirdin öyrənməyə hazırlığı;• tədrisin müxtəlif forma və metodlarının tətbiqi;• biliklərin möhkəmləndirilməsi üçün təkrardan istifadə olunması;• tədris prosesinin real həyat vəziyyətinə uyğunluğu;• şagirdlərin hərəkətlərinin müəllim tərəfi ndən vaxtında, qərəzsiz və müvafi q qaydadaqiymətləndirilməsi.Uğurlu məşğələ üçün müəllim təhsilin müxtəlif interaktiv forma və metodlarınna üstünlükverərək, onlardan istifadə etməsi məqsədəuyğundurTanışlıq – məşğələnin əvvəlində (təqdimat, özünü təqdim etmə və s.).Mühazirələr – təsiri mühazirə oxuyanla dinləyicilər arasında ünsiyyət prosesindən ibarətolan, konkret mövzu üzrə materialın çatdırılmasının struktur-təşkilati üsulu.Qruplarda müzakirə - iştirakçılarla müzakirəni aparanlar arasında şifahi fi kir mübadiləsi.Müzakirə şagirdlərə müəyyən mövzu çərçivəsində öz fi kir, təəssürat və hissləriniVəsaitdən istifadə üzrə metodiki göstəriş33

ölüşmə imkanı verir, həmçinin şagirdlərin materialı anlamalarını dərinləşdirir və əldəetdikləri bilikləri praktikada istifadə etmək üçün imkan verir.Vəziyyətlərin oynanılması – həyati problemin həlli zamanı özünü bu və ya digər roldatəsəvvür etmə prosesi.Öyrədən rolunda çıxış etmə - öz həmyaşıdlarına məsləhət vermə və öyrətmə zamanımaterialın mənimsənilməsinin səmərəli üsulu. Bundan başqa, aşağıdakı iş formalarındanistifadə etmək olar:• isinmə hərəkətləri – psixoloji, fi ziki baryerləri aradan qaldırmaq məqsədilə;• “Beyin həmləsi” – konkret qoyulmuş suala şagirdin istənilən cavabının qəbul edilməsi• “ziyarətçi” – müzakirə olunan sual üzrə mütəxəssislərin dəvət olunması;• Kviz-sorğu (nəzarət) – şagirdlərin biliklərinin və məlumatlılığının aşkar edilməsi;• Şagird qrupları tərəfi ndən müzakirə olunan konkret həyati vəziyyətləri əks elətdirənşəkillərlə iş;• Dəyərlərin müəyyən edilməsi – bu suala dair hər bir şagirdin nöqteyi-nəzəriniaçıqlamaqla ümumbəşəri dəyərlər sisteminin müzakirəsi.34 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

İnteraktiv tədris metodlarından istifadə. Treninqİnteraktiv yanaşma metodu. İnteraktiv (“İnter” – qarşılıqlı,“act” – hərəkət etmək) dedikdəqarşılıqlı əlaqədə olma, kiminləsəsöhbət və ya dialoq aparmaq başadüşülür.İnteraktiv tədris metodikası –öyrədilənlərin dərk etmə prosesinəcəlb olunduqları, bildikləri vəfi kirləşdikləri ilə bağlıanlama və refleks vermə imkanlarının olduğu dərketmə və ünsiyyət fəaliyyətinin xüsusiformasıdır.Bu halda müəllimin rolu çox vaxtşagirdlərin səylərini məşğələninməqsədlərinə nail olmağayönəltməkdən ibarət olur.Beləliklə, interaktiv dərslərin əsas tərkibhissələri şagirdlər tərəfi ndən yerinə yetirilən interaktiv təlim və tapşırıqlardır. İnteraktivtəlim və tapşırıqların adi təlim və tapşırıqlardan prinsipcə fərqi ondan ibarətdir ki, onların icrasızamanı təkcə və ancaq öyrənilmiş material möhkəmləndirilmir, hətta daha çox yeni materialöyrənilir. Müasir pedaqogikada interaktiv metodların çox zəngin xəzinəsi toplanmışdır.İnteraktiv təlim xüsusiyyəti ondan ibarətdir ki, o, ünsiyyətə əsaslanır. İnteraktivünsiyyət – insanların zamana yayılmış şəkildə bir-birinin hərəkətinə reaksiyalarının ardıcıllığınıtəşkil edən və müəyyən nəticənin – digər insanların davranış və fəaliyyətinin dəyişməsini,nəzərdə tutan şəxsiyyətlərarası qarşılıqlı təsirdir.İnteraktiv təlim şagirdin mənimsənilən təcrübənin sahəsi olan tədris və təhsil mühiti iləqarşılıqlı təsiri əsasında qurulmuşdur.Öyrədilən, tədris prosesinin tam hüquqlu iştirakçısına çevrilir, onun təcrübəsi tədrisi dərketməsinin əsas mənbəyi kimi xidmət edir. Müəllim hazır bilik vermir, əksinə şagirdləri müstəqilaxtarışa sövq edir. Ənənəvi tədrislə müqayisədə interaktiv təlimdə müəllimlə şagirdin qarşılıqlıtəsiri dəyişir: müəllimin aktivliyi öz yerini şagirdin aktivliyinə verir, müəllimin məqsədi isə onlarıntəşəbbüsləri üçün şəraitin yaradılmasından ibarət olur.Bu metodları mənimsəmək və tədris praktikasında tətbiq etmək üçün müəllim məşğələlərdəqrupun qarşılıqlı təsirinin müxtəlif metodikalarını daxil edir.İnteraktiv metodlar universaldırmı?Xeyr, interaktiv metodlar heç bir halda məşğələlərin keçirilməsinin mühazirə formasını əvəzetmirlər, lakin mühazirə materialının daha yaxşı mənimsənilməsinə kömək edirlər və xüsusəndə rəy, münasibət, davranış vərdişləri formalaşdırırlar.İnteraktiv təlim metodlarının üstünlükləri nədən ibarətdir? Bunlar hər şeydən əvvəlaşağıdakılardır:1. şagirdlərdə həvəs oyadır;2. hər kəsin tədris prosesində aktiv iştirakını təşviq edir;3. hər bir şagirdin hisslərinə müraciət edir;4. tədris materialının səmərəli mənimsənilməsinə kömək edir;5. şagirdlərə çoxplanlı təsir göstərir;İnteraktiv tədris metodlarından istifadə. Treninq35

6. əks-əlaqəni həyata keçirir (auditoriyanın əks reaksiyası);7. şagirdlərdə müstəqil rəy və fi kir söyləmək, müstəqil münasibət bildirmə formalaşdırır;8. şagirdlərin davranışının dəyişdirilməsinə kömək edir.İnteraktiv təlimin forma və metodları:Mini-mühazirəQruplarda işZiyarətçinin dəvətiBeyin həmləsi (hücumu)Oyun-imitasiyaRollu oyunlarKonkret vəziyyətlə bağlı tapşırığın həlliEkspertlər qrupunun diskussiyasıLayihənin işlənib hazırlanmasıSorğuMüsahibəSəhnələşdirməVəziyyətlərin oynanılmasıŞagird rolunda çıxış etməTətikləyici rəsmlərin müzakirəsiQısa sorğu (nəzarət) və s.İnteraktiv metodlara müxtəlif köməkçi vasitələrdən istifadə ilə hazırlanmış təqdimatlar daaiddir: lövhə, kitab, video, slayd, fl ipkart, poster, elektron disk, kompüterlər və s.Bundan başqa tədris prosesində qrup diskussiyaları, yazılı şəkildə- imla və inşalar, müsahibə,həmyaşıdları ilə iş üçün gənclərin öyrədilməsi, videofi lmlərə və video süjetlərə baxış və onlarınmüzakirəsi, müxtəlif aksiya və kampaniyaların keçirilməsini aid etmək olar.İnteraktiv tədris metodları nümunələri“Beyin həmləsi”, “beyin həmləsi” (“delfi” metodu) – verilmiş suala şagirdlərin istəniləncavabının qəbul edildiyi metod. Bildirilən mövqelərə dərhal qiymət verilməməsi və hər şeyinqəbul edilərək hər kəsin fi krinin lövhədə və ya kağız vərəqdə yazılması vacibdir. İştirakçılarbilməlidirlər ki, onlardan cavablarının əsaslandırılması və ya izahı tələb olunmur.«Beyin həmləsi» müəyyən sualla bağlı iştirakçıların məlumatlılığını və/vəya onamünasibətlərini öyrənmək lazım olanda tətbiq edilir. Bu iş forması əks əlaqənin əldə edilməsiüçün tətbiq edilə bilər.36 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Həyata keçirmə alqoritmi1. Müzakirə üçün iştirakçılara müəyyən mövzu və ya sual vermək;2. Bununla bağlı öz fi kirlərini bildirmələrini təklif etmək;3. Bütün deyilmiş fi kirləri yazmaq (onların hamısını etirazsız qəbul etmək). Fikirlər aydınolmadıqda, onların dəqiqləşdirilməsinə yol verilir (hər bir halda ideyanı şagird dediyi şəkildəyazın);4. Bütün fikir və mülahizələr deyildikdə, verilmiş tapşırıq təkrar edilməli və şagirdlərindilindən yazdığınız hər şey sadalanmalı;5. İştirakçılardan onların fi krincə əldə edilmiş nəticələrdən hansı qənaətə gəlməyinmümkünlüyünü və bunu treninqin mövzusu ilə necə əlaqələndirilə biləcəyini soruşaraq işiyekunlaşdırmalı;“Beyin həmləsi”ndan sonra (bu, çox çəkməməlidir, orta hesabla 4-5 dəqiqə) bütün cavabvariantları müzakirə olunmalı, əsas və ikinci dərəcəlilər seçilməli. “Beyin həmləsi” aşağıdakızərurətlər zamanı səmərəli metoddur:• Mübahisəli məsələlərin müzakirəsi;• Müzakirədə iştirakı qəbul etmələri üçün tərəddüd edən şagirdlərin təşviq edilməsi;• Qısa vaxt ərzində çox sayda fi kirlərin toplanması;• Auditoriyanın məlumatlılığının və hazırlığının müəyyən edilməsi.Kiçik qruplarda işProfi laktik tədris prosesi şagird yönümlü qurulmalıdır. Bu halda ən səmərəli yol qruplardaişdir. Müəllim diaqnostika və monitorinqi həyata keçirir, təlim mühitini təşkil edir, dəstəyi təminedir (başqa ehtiyatlar olmadıqda, məsləhət, izahat verir).Bu cür iş forması müəyyən hadisələrin oxşarlıq və fərqləri nümayiş etdirilməli, strategiyavə ya plan işlənib hazırlanmalı, müxtəlif iştirakçı qrupların eyni məsələyə münasibətiniaydınlaşdırmalı olduqda tətbiq edilir.Təhsil prosesinin subyekti kimi qrupa interaktiv rejimin tətbiqi nə verir? Bu, hər şeydən əvvəl:1. Qrupda ünsiyyət vərdişlərinin və qarşılıqlı təsirin inkişafı2. Qrupun dəyər yönümlü birliyinin formalaşdırılması3. Vəziyyətdən asılı olaraq ictimai rolların çevik şəkildə dəyişilməsinin təşviq edilməsiYoxlamaYoxlama metodu vasitəsilə gənclərin məlumatlılıq səviyyəsini və müzakirə olunan mövzuyaonların münasibətini müəyyən etmək olar. Yoxlama suallarının formalaşdırılmasına yanaşmakorrekt olmalıdır: onlar savadlı, dəqiq, anlaşıqlı dildə tərtib edilməli və şagirdlərin hissləriniqorumalıdır.Testi aldıqdan sonra şagirdlər onu diqqətlə oxumalı və müvafi q bölmədə öz cavab variantınıqeyd etməlidirlər: “düzgün”, “qeyri-düzgün, “bilmirəm”. Daha sonra test anonim deyilsə, cavablarcütlüklərdə və ya kiçik qruplarda müzakirə olunur. Anonim yoxlamanın yekunları müəllim(təlimçi) tərəfi ndən nəticələndirilir. Adi yoxlamanın yekunları isə cavabların müəllim (təlimçi) vəiştirakçılar tərəfi ndən birgə müzakirə edildikdən sonra nəticələndirilir.İnteraktiv tədris metodlarından istifadə. Treninq37

Rollu oyunRollu oyun – həyati vəziyyətlərin müəyyən davranış və ya emosional cəhətini mənimsəməməqsədilə qrup iştirakçıları tərəfi ndən əvvəlcədən bölüşdürülmüş rollarla səhnəninoynanılmasıdır.Rollu oyun kiçik qruplarda (3-5 iştirakçı) həyata keçirilir. İştirakçılar kartlarda (lövhədə,kağız vərəqlərdə və s.) tapşırıqlarını alırlar, rolları bölüşdürürlər və bütün qrupa təqdim edirlər(göstərirlər). Müəllim uşaqların xarakterlərini nəzərə alaraq rolları özü bölüşdürə bilər.Bu metodun üstünlüyü ondan ibarətdir ki, iştirakçılardan hər biri özünü təklif olunan vəziyyətdətəsəvvür edə, bu və ya digər vəziyyətləri daha real hiss edə, bu və ya digər hərəkətin nəticəsinihiss edə və qərar qəbul edə bilər.Bu iş forması bu cür davranışın verilmiş şərtlərlə əvvəlcədən müəyyən edildiyi oyunvəziyyətlərini quraşdırmaqla bu və ya digər vəziyyətdə insanların davranış və emosionalreaksiyalarının modelləşdirilməsi üçün tətbiq olunur.Mini-mühazirəMini-mühazirə nəzəri materialın təqdim edilməsi üçün səmərəli formalardan biridir. Ondanəvvəl mühazirəni iştirakçılar üçün aktuallaşdırmağa, onların məlumatlığının dərəcəsini və mövzuyamünasibətlərini aydınlaşdırmağa kömək edən, müzakirə olunacaq mövzu ilə əlaqəli “Beyinhəmləsinu” və ya rol oyununu keçirmək olar.Material iştirakçılar üçün anlaşıqlı dildə ifadə olunur. Hər bir terminə anlayış verilməlidir.Nəzəriyyəni “ümumidən xüsusiyə” prinsipi əsasında başa salmaq daha yaxşı olar. Növbətisuala keçməzdən əvvəl, deyilənləri yekunlaşdırmalı və düzgün anlaşıldığınıza əmin olmalı.Nüfuzlu mənbələrə istinad edilməli və qeyd olunmalıdır ki, bütün deyilənlər sizin uydurmanızdeyil, bu sahə üzrə mütəxəssislər tərəfi ndən tədqiq və izah edilib. Çıxışdan sonra iştirakçılartərəfi ndən ortaya çıxan suallar müzakirə olunmalı, daha sonra əldə edilmiş məlumatın təcrübədənecə istifadə olunacağını və bunun hansı nəticələrə gətirib çıxaracağı soruşulmalı.Mini-mühazirələrin interaktiv rejimdə keçirilməsi təklif olunur: hər hansı məlumatı elanetməzdən əvvəl təlimçi bu haqda iştirakçılar nə bildiklərini soruşur; hər hansı fi kir bildirildikdənsonra təlimçi iştirakçıların bu məsələyə münasibətlərini müzakirə etməyi təklif edir. Məsələn:• Siz necə hesab edirsiniz?• Bunu necə etməyi təklif edirsiniz?• Necə hesab edirsiniz, bu nə ilə nəticələnə bilər? Və s.Layihənin işlənib hazırlanmasıBu metod iştirakçılara təxəyyüllərində auditoriyadan kənara çıxmağa və müzakirə olunansual üzrə öz hərəkətlərinin layihəsini tərtib etməyə imkan verir. Ən əsası – qrup və yaayrıca iştirakçı öz layihəsini müdafi ə etmək, onun digərlərindən üstünlüyünü sübut etmək vədostlarının fi kirlərini öyrənmək imkanına malik olur.Məsələn: öz şəhərində təbii fəlakət riskinin azaldılması üzrə layihəni tərtib etmək.İştirakçılar məsləhət, əlavə ədəbiyyat üçün ixtisaslaşmış müəssisələrə, kitabxanalara və s.müraciət edə bilərlər.İştirakçılara təklif etmək olar ki, qəzetlərdən mövzuya aid məlumatları, məqalələri, fotoşəkilləritoplasınlar və daha sonra bu materialların bütün qrupla müzakirə etsinlər.38 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Videofilmlərə baxış və onların müzakirəsiTəbii fəlakət riskinin azaldılması üzrə məşğələlərdə həm bədii, həm də sənədli fi lmlərdən,qısa fraqmentlərdən, həmçinin video roliklərdən və video süjetlərdən istifadə oluna bilər.Müvafi q məzmunlu videofi lmlər sadəcə əlavə material kimi deyil, məşğələ vətreninqin mövzusuna və məqsədinə əsasən onların istənilən mərhələsində istifadəoluna bilərlər.Filmin nümayişindən əvvəl şagirdlərin qarşısında bir neçə (3-5) sual qoyulmalıdır. Bunlardaha sonrakı müzakirə üçün əsas olacaqdır. Əvvəlcədən seçilmiş fi lmin səhnələrini müzakirəetmək üçün fi lmi dayandırıb müzakirəni davam etdirmək olar. Sonda isə şagirdlərlə birgə fi lminmüzakirəsinə yekun vurulmalı və əldə edilmiş nəticələr səsləndirilməlidir.İsinmə hərəkətləriPsixoloji və fi ziki yüklənmənin götürülməsi məqsədilə isinmə hərəkətləri.İsinmə hərəkətləri həmçinin ünsiyyət vərdişlərinin (ünsiyyətin) inkişafına kömək edir. Onlarməzmun, fəaliyyət forması və davamlılıq baxımından uyğun olmalıdırlar. Belə ki, məsələn, xüsusidiqqət tələb edən hərəkətlərdən öncə həddən artıq mütəhərrik oyun-isinmə hərəkətlərininedilməsi məqsədəuyğun hesab edilmir.Əks əlaqəƏks əlaqə müzakirə olunan mövzulara iştirakçıların reaksiyasını aydınlaşdırmağa, təşkilatınüstünlüklərini və çatışmazlıqlarını görməyə, nəticələri qiymətləndirməyə imkan verir.İştirakçılara (təsadüfi şəkildə) yerinə yetirilmiş tapşırıq, məlumat bloku, konkret gün və yabütün treninq barədə fi kirlərini bildirmələri təklif olunur.Diqqətin hər bir iştirakçının hisslərinə və təəssüratlarına yönəldilməsi vacibdir.Bütün fi kirlər həm təlimçi, həm də digər iştirakçılar tərəfi ndən səssiz, mübahisəsiz və şərhsizdinlənilməlidir. Hər bir iştirakçıya nitq və söylədiklərinə görə təşəkkür etmək lazımdır. Digəriştirakçılarla bərabər təlimçi də əks əlaqəni bildirməlidir.Treninqİnteraktiv tədris metodlardan istifadə etməklə aparılan məşğələ treninq adlanır.Treninq nədir? Treninq (ingiliscə “train” – tərbiyə etmək, öyrətmək, öyrəşdirmək) – tələbolunan vərdişin əldə edilməsinə və inkişafına yönəldilmiş ardıcıl tapşırıqların, hərəkətlərin vəoyunların yerinə yetirilməsi vasitəsilə hər hansı sahədə vərdiş və bacarıqların əldə edilməsiprosesidir. Treninq iştirakçılara bu istiqamətdə lazımi məlumatı verməyə, həmyaşıdlarıntəzyiqinə dözümlülük və təhlükəsiz davranış vərdişlərinin formalaşdırmağa imkan verir. Treninqindanılmaz üstünlüyü ondan ibarətdir ki, o, bütün iştirakçıların tədris prosesinə aktiv şəkildəcəlb olunmasını təmin edir.İnteraktiv tədris metodlarından istifadə. Treninq39

Treninqin keçirilməsinə dair tələblər hansılardır? Bunlar aşağıdakılardır:• Treninq iştirakçılarının optimal sayı – 20-25 nəfərdən ibarət olması;• Treninq iştirakçılarının sayına uyğun məkan və oturacaqlar iştirakçıların aktiv şəkildəqarşılıqlı təsirinə kömək edən qaydada “treninq dairəsi” boyunca yerləşdirilməsi;• Treninqinhər bir məşğələsinin əvvəlində iştirakçıların həmin məşğələnin məqsəd və hədəfl əri ilə tanışedilməsinin məcburiliyi;• Treninqin birinci məşğələsində “Tanışlıq” təmrininin keçirilməsi və razılığın (qrupun işqaydalarının) qəbul edilməsi;• Mehriban, etibarlı atmosferin yaradılması və bütün treninq boyunca onun qorunması;• Treninq boyunca bütün iştirakçıların aktiv fəaliyyətə cəlb edilməsi;• Hər bir iştirakçının hiss və fi kirlərinə hörmətlə yanaşılması;• Treninq iştirakçılarının təşviq edilməsi;• Öz fi krini zorla qəbul etdirmədən iştirakçıların diqqətinin müəllim tərəfi ndən qarşılarınaqoyulmuş məşğələnin məqsədinə doğru yönləndirilmələri;• Nəzəri materialla interaktiv tapşırıqların səmərəli şəkildə əlaqələndirilməsinin təminedilməsi;• Treninq bitdikdə ona yekun vurmağın məcburiliyi.Treninq bir və ya bir neçə məşğələdən ibarət ola, müxtəlif davamiyyətə (bir saatdan bir neçəgünə kimi) malik ola bilər.Treninqin strukturu və keçirilmə mərhələləri necədir?1. Təlimin başlanğıcında təlimçi (müəllim) mütləq iştirakçılara treninqin mövzusunubildirməlidir.2. Daha sonra iştirakçılar treninqin məqsəd və hədəfl əri ilə tanış edilirlər. Yaxşı olar ki,məqsəd və hədəfl ər yazılsın, görünən yerdən asılsın.3. Treninqin keçirilməsi üçün tələb olunan material və avadanlıq əvvəlcədən hazırlanır.Hazırlıq işlərinə treninq iştirakçıları cəlb edilə bilər.GirişBu mərhələ istənilən rahat formada keçirilə bilər, lakin o, sonrakı işin ahəngini müəyyənedir. Buna görə bu mərhələdə təlimçi demokratik və xoş atmosfer yaratmalıdır. Yaxşı olar ki,təlimçi-müəllim görüləcək iş barədə gözlədikləri və arzuları barədə məlumat bersin. Təliməbaşlayarkən iştirakçılara veriləcək giriş sözü, multimediya təqdimatı və s. Istifadə etməklə işə“daxil etmək” olar.TanışlıqTanışlıq istənilən treninqin birinci məşğələsinin zəruri prosedurudur. Tanışlıq qrupuaktivləşdirməyə, onun iştirakçılarını tədris prosesinə cəlb etməyə, ünsiyyət vərdişlərini inkişafetdirməyə imkan verir. Tanışlıq hətta iştirakçılar bir-birini tanıdıqda belə keçirilir. Tanışlıq üzrəoyun keçirilə bilər: “Müsahibə”, “ Məni tanı ”, “Vizit kart mübadiləsi” və s.40 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

İştirakçıların gözlədikləriBu mərhələdə iştirakçıların dairə üzrə növbə ilə cavab verdikləri suallar vasitəsilə onlarınseminar-treninqdən nə gözlədikləri aydınlaşdırılmalıdır. Məsələn: “Bu seminarda nə əldəetmək/öyrənmək istəyirsiniz?”Əvvəlcədən vatmanda “gözlənənlər ağacı” çəkilə bilər. Hər bir iştirakçıdan seminartreninqdənnə gözlədiyini rəngli özüyapışan vərəqlərdə (stikerlərdə) yazmağı və “gözlənənlərağacı”na yapışdırmağı xahiş etmək olar. Bundan sonra isə bütün bu gözlənənləri səsləndirməkolar.Digər variant – “gözlənənlər vərəqlərini” spiral şəklində artan qaydada yerləşdirmək vəvərəqlərdən “gözlənənlər kitabı”, “gözlənənlər dəstəsi”, “gözlənənlər nərdivanı” və s. düzəldiləbilər. Əsas odur ki, buna iştirakçılar cəlb edilsinlər və onların bu əsnada maksimal yaradıcılıqvə fantaziya nümayiş etdirmələrinə kömək edilsin.Başqa bir variant – hər bir iştirakçı çıxır və gözlədiyini fl ipkartda yazır.Treninqin keçirilmə qaydasıBütün iştirakçılar gözlədiklərini dedikdən (yazdıqdan) sonra təlimçi-müəllim mütləq onlaratreninqin keçirilmə qaydasını bildirir. Bu, həmin seminar-treninqin müddətindən və neçəməşğələdən ibarət olmasından asılı olmayaraq edilir. İştirakçıların suallarının olub olmamasımütləq aydınlaşdırılmalıdır.Qrupun iş qaydalarının qəbul edilməsi (razılaşma)Məşğələ-treninqin əvvəlindən etibarən iştirakçıların öz təhsillərinə görə məsuliyyət hissetmələri üçün qarşılıqlı hörmət və etibarla yoğurulmuş müvafi q iş atmosferi yaradılmalıdır,həmçinin materialın mənimsənilməsinin səmərəliliyinin artırılması üçün məşğələ-treninqdədavranış qaydalarının və ya razılaşmanın qəbul edilməsi tövsiyə olunur.Razılaşmanın qəbul edilməsi hər bir iştirakçının istehza və tənqid obyektinə çevrilməkdənqorxmadan, məşğələdə müzakirə olunan bütün şəxsi məsələlərin qrupdan kənaraçıxmayacağından əmin olaraq öz fi kir və baxışlarını açıq şəkildə ifadə edə biləcəkləri bir şəraitinyaradılmasına kömək edir.Razılaşmanın bəndləri vərəqdə və ya lövhədə yazılmalıdır. Razılaşmanın hər bir bəndininbirgə müzakirəsindən sonra razılaşma səs çoxluğu ilə qəbul edilir və görünən yerdən asılır.Səsvermədən sonra treninq iştirakçılarının diqqəti bu razılaşmanın yerinə yetirilməsinə görəhər birinin məsuliyyət daşıdıqlarına yönəldilməlidir.Razılaşma nümunəsi1. Gecikmirik2. Daha çox şey öyrənməyə və yadda saxlamağa çalışırıq3. “Qaldırılmış əl” qaydasına riayət edirik4. Açıq şəkildə fi krimizi ifadə edirik5. Bir-bir danışırıq6. Mahiyyət üzrə danışırıq7. Bir-birimizi dinləyirik8. Bir-birimizi anlamağa çalışırıq9. Başqalarının hissələrini qoruyuruq10. Məxfi liyə riayət edirik.İnteraktiv tədris metodlarından istifadə. Treninq41

11.Zaman sərhədlərinə riayət edirik12.Bir-birimizi təşviq edirik (sözlə, alqışla) və s.Qrupun məlumatlılıq səviyyəsinin qiymətləndirilməsiMüəllim (təlimçi) qarşısında duran məsələlərdən biri təlim iştirakçılarının məlumatlılıqsəviyyəsinin qiymətləndirilməsidir. Bu məqsəd üçüntəlimin mövzusu üzrə sualları ehtiva edənsorğu və ya anket istifadə olunur.Anketlər təlimin sonunadək saxlanılır və daha sonra şagirdlərin biliklərinin səviyyəsi təkrarqiymətləndirilir. Nəticələri müqayisə edərək iştirakçıların bilik və vərdişlərində nəyin dəyişdiyiniöyrənmək maraqlı olardı. Bundan başqa treninqin səmərəliliyinin qiymətləndirməsini aparmaqolar.Problemin aktuallaşdırılmasıDavranışın dəyişilməsinə həvəsin oyadılması üçün iştirakçılarda təlimlərdə müzakirə olunanproblemə maraq oyatmaq, bu problemi hər biri üçün aktual etmək lazımdır.Bu məqsədlə rol oyunu keçirilə bilər.ÖyrənməTəlimçi-müəllim psixoloji-pedaqoji biliklərə sahib olmalı və onları tədris prosesində tətbiqetməli, məlumatların əldə edilməsi, toplanması və şagirdlərə təqdim edilməsi, şagirdlərindavranış və münasibətlərinə təsir etmə metodlarına sahib olmalıdır.Təlimçi-müəllim tədrisin məqsəd və hədəfl ərini, metod və üsullarını, məlumat mənbələrini,profi laktik təhsil proqramlarını bilməlidir.Müvəffəqiyyətli tədris üçün zəruri şərtlər aşağıdakılardır:• Şagirdin öyrənməyə hazırlığı;• Müxtəlif tədris forma və metodlarının tətbiqi;• Biliklərin möhkəmləndirilməsi üçün təkrardan istifadə;• Tədris prosesinin real həyat şəraitinə uyğunluğu;• Şagirdlərin hərəkətinin təlimçi-müəllim tərəfi ndən vaxtında, qərəzsiz, müvafi qqiymətləndirilməsi.Bilavasitə tədris 2 mərhələni əks etdirir:1. Məlumat bloku və ya nəzəri biliklərin təqdim edilməsi.2. Praktiki vərdişlərin əldə edilməsi.1. Məlumat blokuBu mərhələni sorğu vərəqəsində kütləvi çətinliyə səbəb olmuş sualları cavablandırmaqlabaşlamaq olar. Əsas material mühazirə, multimediya təqdimatı şəklində verilə bilər. Daha sonramüəllimin (təlimçinin) seçiminə əsasən müxtəlif interaktiv tədris metodları istifadə oluna bilər:rol oyunları, müzakirələr, ziyarətçinin dəvət edilməsi, kiçik qruplarda iş və s.2. Praktiki vərdişlərə yiyələnməMəlumat, nəzəri xarakterli istənilən biliklərin praktiki bacarıq və vərdişlərlə uyğun olmalarınınzəruriliyini nəzərə alaraq bu vərdişlərə yiyələnmək lazımdır. Treninqin bu mərhələsi iştirakçılartərəfi ndən özlərinin, həmçinin ətrafdak42 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Bu məqsədlə şəraitdən asılı olaraq rol oyunlarında, səhnələşdirmədən, müzakirələrdən,“Beyin həmləsindan” və digər interaktiv iş formalarından istifadə etmək olar. Tədrisin həyatlaəlaqəsi prinsipinin praktiki reallaşması bir sıra qaydaların yaradıcı riayətinə əsaslanır:1. Öyrədərək, həyatdan biliyə və ya bilikdən həyata gedin: “bilik-həyat” əlaqəsi zəruridir.2. Təkidlə şagirdlərə əldə etdikləri biliklərini təcrübədə yoxlamağı və tətbiq etməyi öyrədin.Ətrafdakı reallığı həm bilik mənbəyi, həm də onların praktiki tətbiqi sahəsi kimi istifadə edin.3. Tədris prosesində əqli fəaliyyəti 80-85% biliyin mənimsənildiyi proses olan praktikifəaliyyətlə birləşdirmək lazımdır.4. Şagirdləri biliklərin əldə edilməsi üzrə müstəqil işə yönəldin; tədrisin həyatla əlaqəsiniözünütəhsil üçün stimul kimi istifadə edin.5. Şagirdin bir növ fəaliyyətdəki uğurlarını inkişaf etdirin, möhkəmləndirin və digərlərinəkeçirin – epizodik uğurdan yüksək daimi uğurlara.YekunHər məşğələnin, təlimin sonuna yekun vurulur. Adətən, bu prosedur iştirakçıların öztəəssüratları, hissləri ilə bölüşmələri, öz istəklərini bildirmələri üçün nəzərdə tutulub. Təliminsonunda “açıqlama vərəqələri”, sorğu vərəqləri, anketlərin doldurulmasından istifadə etməklətəlimə yekun vurarmaq olar.Təlimçi şagirdlərdən yeni öyrəndikləri barədə, onlar üçün nəyin maraqlı, faydalı olduğubarədə soruşula bilər. Onların yerinə yetirdikləri tapşırıqları xatırlatmaqla, keçilmiş materialımöhkəmləndirmək olar. Təlimçi tərəfi ndən daima treninq iştirakçılarını müxtəlif mümkün üsullarlatəşviq etmək zəruridir: şifahi və ya yazılı təşəkkür, hər hansı kitabça, buklet, suvenir və s.vernəklə. Və ya seçilən şagirdlərə ən məsuliyyətli tapşırıqlar verilir.İnteraktiv tədris metodlarından istifadə. Treninq43

Modul 1. Fövqəladə hallarMövzu – “Təhlükəli və fövqəladə hallar. Təbii fəlakətlər”4-5-ci siniflərMəqsəd: həm fövqəladə hal şəraitində, həm də ondan əvvəl fəlakət riskinin azaldılmasınınzəruriliyi və mümkünlüyü barədə şagirdlərdə təsəvvürün formalaşdırılması.Hədəflər:1. Şagirdləri “fövqəladə hal” (FH), “təhlükəli vəziyyət”, “təbii fəlakət” anlayışları ilə tanışetmək.2. Həyat və sağlamlıq üçün təhlükəli vəziyyətləri qiymətləndirmək bacarığını inkişafetdirmək.3. Fövqəladə vəziyyət şəraitində təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq.Avadanlıq: plakatlar, müxtəlif təbii və texnogen FH, yanğın və s. şəkli olan nümayiş kartları;təhlükəli həyati vəziyyətlərdə insanların hərəkətlərini göstərən DVD, videofraqmentlər,“Zəlzələ, yanğın, sel, yer sürüşməsi və daşqın zamanı nə etməli” vəsaiti, posterlər, markerlər,kartlar.“Beyin həmləsi”Şagirdlərə “Zəlzələ, yanğın, sel, yer sürüşməsi və daşqın zamanı nə etməli” vəsaitinin rəsmvə şəkillərinə, həmçinin təbii və texnogen FH-ların (o cümlədən zəlzələlərin, daşqınların,yanğınların) şəkilləri olan plakatlara baxmaq təklif olunur.TapşırıqQonşunuzla (bir-birinizlə) “fövqəladə hal”, “təhlükəli vəziyyət” terminlərini müzakirə edin.Problemin müəyyən edilməsiBu mərhələ həll edilməsi tələb olunan problem işin başında müəyyən edilmədikdə zəruriolur. Əgər şagirdləri sayı çox deyilsə, problemin öyrənilməsi üçün reytinq keçirmək olar.Dairədə oturan şagirdlərdən hər biri üfüqi xətlə iki hissəyə bölünmüş kart alır. Aparıcı kartınsol hissəsində müzakirəyə çıxarıla biləcək üç problemi yazmağı təklif edir. Qısa, anlaşıqlı vəaydın yazmaq lazımdır.Bundan sonra eyni zamanda kartlar soldakı qonşuya verilir. Şagird aldığı kartda yazılanıoxuyur və onun sağ tərəfi ndə ən əhəmiyyətli hesab etdiyi problemin qarşısında “toplama”işarəsi qoyur. Onun fi krincə kartda bu cür əhəmiyyətli problem olmadıqda, heç bir işarə qoymur.Kart bir daha sonrakı şəxsə ötürülür. Bu, kart sahibinə qayıdanadək davam edir. İkişagird kartları toplayır və cəld onları işləyirlər: ən yuxarı reytinq almış problemlərin xülasəsiniyazırlar (iki-üçünün). Bu xülasələr ucadan44 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

oxunur və müzakirə üçün birlikdə bir problem seçilir. Məsələn: “Fövqəladə halın yaranmasəbəbləri”, “Təhlükəli vəziyyətin qarşısını necə almalı? ”, “Fövqəladə hala necə hazırlanmalı?”. Oyun formalarından istifadə təlim prosesini xeyli canlandırır və istənilən təlim məlumatı iləsəmərəli işləməyə imkan verir.Qruplarda işSinif 4 qrupa bölünür və hər qrupa aşağıdakı tapşırıqları yerinə yetirmək təklif olunur:1-ci qrup – təhlükəli və fövqəladə vəziyyətləri təsvir etmək;2-ci qrup – fövqəladə halların yaranma səbəblərini demək;3-cü qrup – fövqəladə hal şəraitində hərəkət planını işləyib hazırlamaq;4-cü qrup – doğma şəhərində ortaya çıxa biləcək fövqəladə halları söyləmək.Hər bir qrup öz işini təqdim edir.Şagirdlərə izah edilməlidir ki hər hansı kənar səbəblərin təkan verdiyi fövqəladə hallarlayanaşı, təhlükəyə yanlış davranış, dəcəllik də səbəb ola bilər.“Zəlzələ, yanğın, sel, yer sürüşməsi və daşqın zamanı nə etməli” vəsaiti ilə işŞagirdlərə vəsaitə baxmaq və insanların səhv hərəkətləri nəticəsində təhlükəli vəziyyətlərinyaranması kimi nümunələr vermək təklif olunur.Şagirdlərdən həyatda baş verən və real hadisələrdən nümunələr söyləmələri xahiş olunur.“Təbii fəlakət” mövzusu üzrə multiplikasiya filminin nümayişiQruplarda işŞagirdlər qruplara bölünürlər. Qruplar artıq bildikləri və eşitdikləri təbii fəlakətləri müzakirəedirlər.Daha sonra hər bir qrup hərəkət sxemini tərtib etmə tapşırığı alır.1-ci qrup – zəlzələ.Zəlzələ zamanı sinifdəsiniz. Bu vəziyyətdə nə etməlisiniz?2-ci qrup – daşqınDaşqın zamanı evdə qalmısınız. Tam tədric olunduqda, nə etməli?3-cü qrup – selSelin yaxınlaşdığını bilirsiniz. Bu vəziyyətdə nə etməli?Daşqın, sel, zəlzələ kimi təbii fəlakətlərin nümunəsində qruplar konkret vəziyyətdə necədavranmalı olduqlarını müzakirə edirlər.Daha sonra hər bir qrup öz hərəkət planını təqdim edir və kollektiv müzakirə davam edir.Bu zaman şagirdlərin yaş xüsusiyyətləri, “fövqəladə” və ya “ekstremal vəziyyət” kimimürəkkəb söz və anlayışların tələffüzü və yadda saxlanması ilə bağlı mümkün1-ci Modul Təbii fəlakətlər45

çətinliklər nəzərə alınmalıdır. Onları asan tələffüz olunan sözlərlə əvəz etmək və ya tamamlamaqolar, məsələn, “təhlükə”.4-5-ci sinifl ər üçün vəsaitin materiallarından istifadə edərkən müəllim şagirdlərə mətnioxumalarını və təbii fəlakət zamanı hansı hərəkətləri etməməli olduqlarını (çünki həminhərəkətlər onların həyatı üçün təhlükəli vəziyyət yarada bilər) müəyyən etməyi təklif edir.Məsələn, çaxnaşma yaratmaq, zəlzələ halında yuxarı mərtəbələrdə pilləkənə qaçıb çıxma vəs.Eyni zamanda real nümunələrdən, o cümlədən öz məktəbinizin, yaşayış məntəqənizin vərayonunuzun həyatında götürülmüş nümunələrdən istifadə məqsədəuyğundur. Vəsaitə daxiledilmiş şəkil və fotoşəkillər də kollektiv müzakirə zamanı istifadə olunur.Şagirdlərin diqqəti əsas təhlükəsiz davranış qaydalarına yönəldilməlidir:1. Təhlükəni əvvəlcədən görmək lazımdır.2. Təhlükədən yayınmağa çalışmaq lazımdır.3. Zəruri olduqda – hərəkət etmək lazımdır.“Məlumatlar” oyunuQruplarda işLövhədə mövzu yazılır: “Mənzildə təhlükəli vəziyyətlərin yaranma səbəbləri”Hər bir qrup mənzildə təhlükəli vəziyyətlərin ortaya çıxma səbəblərini müzakirə edir və deyir.Hər şey posterlərdə, daha sonra isə lövhədə yazılır və şagirdlər kollektiv şəkildə səbəblərimüzakirə edirlər.Evdə (mənzildə) hansı təhlükəli vəziyyətlər baş verir?Daha çox bunlar aşağıdakılardır:• Yanğın (nasaz elektrik naqillər və elektrik texnika, odla ehtiyatsız davranış);• Qaz partlayışı (qaz sızması, söndürülməmiş plitə);• Su basması (nasaz su boru xətti və ya şəbəkəyə qoşulmuş və diqqətsiz qalmış paltaryuyanmaşın);• Zəhərlənmə (qazla və ya kimyəvi preparatlarla);• Elektrik cərəyanın vurması (elektrik cihazlardan və avadanlıqdan istifadə zamanıtəhlükəsizlik qaydalarının pozulması);• İnşaat konstruksiyalarının dağılması (zəlzələ və partlayış nəticəsində).Evdə ortaya çıxa biləcək vəziyyətləri müzakirə etdikdən sonra şagirdlər tərəfindən müxtəlifmisalların söylənilməsi xahiş olunur.Müzakirədən sonra şagirdlərə vəsaitin materiallarını oxumağı və yoxlama suallarına cavabverməyi təklif etmək olar:1. Mənzildə hansı səbəblərdən təhlükəli vəziyyətlər ortaya çıxa bilər?2. Evdən çıxarkən hansı təhlükəsizlik qaydalarına riayət edəcəksiniz?46 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Cədvəlin doldurulmasıMüzakirə üçün sual verin: “İnsanın təhlükəsizliyi üçün hansı daha vacibdir – şəhər hakimiyyətiorqanlarının işi yoxsa təhlükəli və fövqəladə şəraitdə insanların təhlükəsiz davranışı, onlarınbilik və bacarıqları?”Müzakirə boyunca nəticələri iki sütuna yazaraq cədvəli doldurun.Qeydlər dəftərlərdə edilir.2-ci qrafa – hərəkətlər və vəziyyətlər – şagirdlərə onları deməyi və sütuna yazmağı təklifedirsiniz.3-cü qrafa – təhlükəsizliyi təmin etmək üçün şəhər hakimiyyəti orqanları təhlükəsizliyin təminedilməsi üçün nə edə bilərlər?4-cü qrafa – təhlükəsizliyin təmin edilməsi üçün hər bir insan nə edə bilər?Məşğələyə şagirdlərlə bir yerdə yekun vurulur.№ Hərəkətlər, vəziyyətlərŞəhər hakimiyyətiorqanlarından asılıdırİnsan davranışındanasılıdır1. İzdihamın nəzarətsizliyi2. Çaxnaşma və izdiham3. Daşqın4. İstehsalatda qəza5. YanğınTəbii fəlakətlərə hazırlığın təhlükəsiz davranış vərdişlərinin, həmçinin ekstremal vəziyyətiqiymətləndirmə və təhlükəsizlik qaydalarına uyğun hərəkət etmə bacarığının formalaşdırılmasınınvacibliyini və zəruriliyini qeyd etməli.Qruplara bölünmə prinsipləriŞagirdlərin təlim qrupları üzrə bölüşdürülməsinin bir çox üsulu vardır. Əvvəlcədən qruplarınsiyahısı tərtib edilə və hər bir qrupun toplanma yeri göstərilməklə asıla bilər.Sərbəst bölüşdürmənin ən sadə üsulu – qrup sayına uyğun olaraq şagirdlərdən bir-ikisayaraq bölünmələrini xahiş etmək olar. Saydıqdan sonra birinci nömrələr birinci qrupu, ikincinömrələr ikinci qrupu və sairə formalaşdırırlar. Nömrələr əvəzinə rənglər, ilin fəsilləri, ölkələrinadları və s. istifadə oluna bilər.“Tayını tap”: Uşaqlar dairəyə dururlar və müəllimin komandası ilə müəllimin göstərişinəəsasən cüt-cüt dururlar: “Eyni gözün rəngi; eyni saç rəngi; eyni ovuc ölçüsü; eyni ayaqqabıölçüsü və s. ilə insanı tapmaq.” Hər bir komandanın yerin yetirilməsinə 10-12 saniyə verilir.1-ci Modul Təbii fəlakətlər47

“Fişka”: Şagirdlər dairəyə dururlar və gözlərini yumurlar. Müəllim hər birinin kürəyinəmüəyyən rəngdə olan vərəq yapışdırır. Müəllimin komandası ilə uşaqlar danışmadan rənglərüzrə birləşirlər (vərəqlərdəki rənglərin sayı qədər qrup əmələ gəlir).Bir üsul da – şagirdlərin mövqeyinə (və ya istəyinə) əsasən.Qrupun tərkibinin kifayət qədər uzun müddət ərzində stabil saxlanması şagirdlərin qrupunişində ustalaşmalarına kömək edir. Eyni zamanda qrupun tərkibinin dəyişdirilməsi bütünşagirdlərin müxtəlif insanlarla işləmələrinə və onları tanımalarına imkan verir.Qrup daxilində rolları bölüşdürün. Kiçik qrupda iş zamanı şagirdlər aşağıdakı rolları oynayabilərlər: fasilitator (qrupun fəaliyyətinin vasitəçi-təşkilatçısı); reqistrator (işin nəticələrini yazır);məruzəçi (qrupun işinin nəticələri barədə bütün sinfə məruzə edir); jurnalist (qrupun tapşırığıdaha yaxşı yerinə yetirməsi üçün müzakirə və ya məhkəmə dinləməsi zamanı digər tərəfin verəbiləcəyi dəqiqləşdirici suallar verir); aktiv dinləyici (fi kri formalaşdırmağa kömək etmək üçünbir az əvvəl qrup üzvlərindən hər hansı birinin dediklərini öz sözləri ilə nəql etməyə çalışır);müşahidəçi (müşahidəçi qrupun işinin səmərəliliyini təhlil edir və qrupun hər bir üzvünə qiymətvə ya bal verə bilər); xronometrist (tapşırığın yerinə yetirilməsinə ayrılmış vaxta nəzarət edir).Digər rollar da ola bilər. Rolların bölüşdürülməsi hər bir qrup iştirakçısının aktiv şəkildə işəqoşulmalarına imkan verir. Qrup uzun müddət ərzində stabil tərkibini qoruduqda, şagirdlərrollarını dəyişməlidirlər.Qrup işini təşkil edərkən onun aşağıdakı cəhətlərinə diqqət yetirin: əmin olun ki, şagirdlərqrup tapşırığının yerinə yetirilməsi üçün tələb olunan bilik və bacarıqlara malikdirlər. Məlumatçatışmazlığı qısa müddətdə özünü büruzə verəcəkdir – şagirdlər tapşırığın yerinə yetirilməsiüçün səy göstərməyəcəklər.Təlimatları maksimal şəkildə dəqiq verməyə çalışın. Az ehtimal var ki, qrup eyni vaxtda həttadəqiq olan bir və ya ikidən artıq təlimat qəbul edə biləcəkdir. Təlimatları fl ipkartda, lövhədə vəya kartlarda yazın.Qrupa tapşırığın yerinə yetirilməsi üçün kifayət qədər vaxt verin. Tapşırığı digərlərindən dahaerkən bitirmiş qrupları nə ilə məşğul etməyi əvvəlcədən düşünün.48 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Mövzu – “Təbii xarakterli fövqəladə hallar və təhlükəli vəziyyət növləri”6-11-ci siniflərMəqsəd: şagirdlərdə fövqəladə və təhlükəli vəziyyətdə təhlükəsiz davranış vərdişlərininformalaşdırılması.Hədəflər:1. Şagirdləri “fövqəladə vəziyyət”, “təhlükəli vəziyyət”, “təbii fəlakət” anlayışları ilə tanışetmək.2. Fövqəladə şəraitdə təhlükəni dərk etmə və düzgün davranış motivasiyasınıformalaşdırmaq.3. Şagirdlərdə təhlükəli vəziyyət yarandığı zaman qərar qəbul etmək və onlardan yayınmaqbacarığını inkişaf etdirmək.4. Şagirdləri yaşadıqları ərazi üçün ən çox ehtimal edilən mümkün təbii xarakterli fövqəladəvəziyyətlərlə tanış etmək.Avadanlıq: kompüter, təbii fəlakətlər haqqında fi lm olan CD, təhlükə təşkil edən obyektlərintəsvir edildiyi plakatlar, şəhərdəki təhlükəli vəziyyətlərin təsviri olan foto və plakatlar, dünyaxəritəsi (6 ədəd), yapışqan ulduzlar, kağız, fl omasterlər.“Beyin hücum”Şagirdlər təbii fəlakətlərin və təhlükəli təbiət hadisələrinin adlarını çəkirlər. Klastertərtib olunur.Təbii fəlakətlər haqqında filmə baxışQruplarda işHər bir qrupa Azərbaycan ərazisində konkret təhlükəli təbiət hadisəsinin və ya təbii fəlakətintəbiətini və dinamikasını, təhlükəli təbiət hadisələrinin insanların həyat fəaliyyətinə təsirini təsviretmək tapşırığı verilir:1-ci qrup – zəlzələ;2-ci qrup – daşqın;3-cü qrup – yanğın;4-cü qrup – yer sürüşməsi.Terminlərlə (anlayışlarla) iş• Təhlükəli təbiət hadisəsi,• Təbii fəlakət,• Zəlzələ,• Sel,• Yer sürüşməsi,• Yanğın,• Daşqın.Şagirdlər “Zəlzələ, yanğın, daşqın, sel və yer sürüşməsi zamanı necə hərəkət etməli?”.1-ci Modul Təbii fəlakətlər49

“Təbii xarakterli fövqəladə vəziyyətlərin təsnifatı” cədvəlinin doldurulması1. Geofi ziki təhlükəli hadisələr –2. Geoloji təhlükəli hadisələr –3. Meteoroloji və aqrometeoroloji təhlükəli hadisələr –4. Hidroloji təhlükəli hadisələr –5. Təbii yanğınlar –Cədvəl sinifdə birgə müzakirə boyunca doldurulur.Fəallaşdırıcı oyunlarSinfi 5 nəfərdən ibarət qruplara bölün. Hər bir qrupa dünyanın xəritəsini və yapışqan ulduzlarverin: xəritədə ulduzları insanlarla bağlı FH-ların baş verdiyi yerlərə yapışdırmaq tələb olunur.Hər bir qrupdan bir nəfər digər qrupun işi ilə tanış olmaq üçün ora göndərilir. Daha sonraöz qrupuna qayıdaraq başqa qrupun nə etdiyini danışır və bu məlumatı öz qrupu ilə müzakirəedir. Qruplar xəritədə qeyd etdikləri regionlarda nə baş verdiyini qısa şəkildə nəql edirlər.Fəallaşdırıcı oyunlar şagirdlər arasında qarşılıqlı anlayışa nail olmağa, onların hər biri ilə sinifdaxilində “körpü” qurmağa, onlar arasındakı psixoloji ünsiyyət maneələrini aradan qaldırmağa,müntəzəm konstruktiv qarşılıqlı təsirə sahib olmağa kömək edə bilər. Bundan başqa, məşğələzamanı enerjiverici və fəallaşdırıcı hərəkətli oyunlardan istifadə olunması qrupun dinamikliyinə,iştirakçıların intensiv birləşməsinə kömək edir, gərginliyi aradan qaldırmağa, sərbəstləşməyə,bir mövzudan digərinə keçməyə, yorulmamağa, bütün tədris müddəti ərzində yaxşı iş vəziyyətiniqorumağa imkan verir.Azərbaycan ərazisində təhlükəli təbiət hadisələrinin və fövqəladə hallarınmüqayisəli qiymətləndirilməsi.TapşırıqAşağıdakılar üçün daha çox ehtimal edilən fövqəladə halları qeyd edin:a) Ölkə;b) Region;c) şəhər, rayon.Qruplarda işSinfi qruplara bölün. Hər bir qrup qarşısında qoyulan suallara cavabları düşünmək vəcavabları yazmaq.1-ci qrup – şəhər əhalisinin təhlükəsizliyi üzrə şəhər xidmətlərini və onların funksionalöhdəliklərini qeyd edir;2-ci qrup – böyük insan izdihamlarının hansı təhlükələrlə (nəzarətsiz izdiham, dağıntıtəhlükəsi və s.) bağlı olduğunu müzakirə edir;3-cü qrup – istehsalatda təbii fəlakətlər, qəzalarla bağlı təhlükələri müəyyən edir;4-cü qrup – təbii fəlakətlərlə bağlı təhlükələri müəyyən edir.Təhlükəli vəziyyətlərin ortaya çıxmasını həyat misalları istifadə edərək müzakirə olunmasıdaha yaxşı olar.50 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

“Reaksiyanı tap” oyunuŞagirdlər iki qrupa bölünürlər. Müəllim insanın orqanlarının kənardan alınan məlumatahəssas reaksiyası izah olunur və şagirdlərə növbə ilə müxtəlif vəziyyətlər təklif edilir, məsələn:1-ci qrup• Qonşunuz kibrit yandırır.• Siz mənzilə daxil olursunuz, dəm qazı iyi gəlir.• Əlləriniz isinir.2-ci qrup• Sizə elan edirlər ki, sinifdə qalmaq təhlükəsiz deyil: şilçıraq yellənir, müxtəlifəşyalar düşür və s.• Yanınızda gurultu- partıltı çıxır.• Bilavasitə qarşınızda pəncərə şüşəsi düşür.Komandalar ilkin məlumatın növünü deməli və insanın ehtimal edilən reaksiyasını təsviretməlidirlər. Hər bir komanda inandırıcı şəkildə insan orqanlarının vəziyyətə həssas reaksiyasınıtəsvir etməlidir.İnsanın hansı və nə barədə məlumat aldığına baxdıqdan sonra həmin məlumatın onun üçünnə qədər faydalı olduğunu aydınlaşdırmaq məqsədəuyğun olardı.Məlumat insana qərar qəbul etmək, hərəkəti seçmək, təhlükədən yayınmaq və s. üçünlazımdır.Şagirdlərin təsvir etdikləri nümunələrdə məlumatın beş xüsusiyyətini izah etmək olar. Dahasonra şagirdlərə məlumatın xüsusiyyətlərini dəftərə yazmaq təklif oluna bilər:• Faydalı,• Anlaşıqlı,• Aktual,• Tam,• Dürüst.Müzakirədən sonra şagirdlərə “orqanoleptik məlumat” termininin tərifi ni dəftərə yazmalarıtəklif olunur. Heyvanlar və bitkilər tərəfi ndən məlumatın qəbul edilməsi nümunələri göstəriləbilər.Praktiki tapşırıqCütlükdə, daha sonra isə qrupda müzakirə.Məktəbdən evədək öz yolunu təhlil etmək.Qruplar tapşırıq alırlar:1-ci qrup – məktəbdən evədək yol üzərində hansı təhlükəli vəziyyətlərlə qarşılaşa bilərsiniz?2-ci qrup – onlardan necə yayınmaq olar?3-cü qrup – onlar qaçılmazdırsa, nə etməli?Daha sonra hər bir qrup öz işini təqdim edir və digər qruplarla müzakirə edir.1-ci Modul Təbii fəlakətlər51

Alınmış tapşırıqların yoxlanması üçün suallar1. Təhlükəli təbiət hadisəsi nəyə deyilir?2. Təbii fəlakətin tərifi ni verin.3. Təhlükəli təbiət hadisəsi ilə təbii fəlakət arasında fərq nədir?4. “Təbii fəlakət” və “təbii xarakterli fövqəladə hal” kimi anlayışlar müqayisə etmək olarmı?5. Yaşadığınız region üçün ən çox ehtimal edilən təbii xarakterli fövqəladə hallar hansılardır?Materialın möhkəmləndirilməsi. İctimai layihə. Əldə edilmiş biliklərin möhkəmləndirilməsiüçün aşağıdakı mövzular üzrə ictimai layihə və ya auditoriyadankənar istənilən praktiki tapşırıq(esse, məqalə yazmaq, fi lm çəkmək və s.) reallaşdırıla bilər: “Fövqəladə hal”, “Təhlükəlivəziyyət”, “Təbii fəlakət”.Əsas anlayışlarFövqəladə hal (FH) – insan tələfatına, insanların səhhətinə, ətraf mühitə və təsərrüfatobyektlərinə zərər vurulmasına, əhəmiyyətli maddi itkilərə və əhalinin həyat fəaliyyəti şərtlərininpozulmasına səbəb olmuş və ya səbəb ola biləcək qəza, fəlakət, hər hansı bədbəxt hadisənəticəsində müəyyən ərazidə yaranmış şərait.Təbii xarakterli fövqəladə hal – təbii fəlakətlərin (zəlzələ, sel, qar uçqunu, daşqın və s.),təbii yanğınların, epidemiyaların və epizootiyaların, kənd təsərrüfatı bitkilərinin və meşələrinxəstəlik və ziyanvericilərə məruz qalmasının səbəb olduğu fövqəladə hallar.Texnogen xarakterli fövqəladə hal – sənaye, nəqliyyat və digər qəzaların, yanğınların(partlayışların), güclü təsirli zəhərli, radioaktiv və bioloji təhlükəli maddələrin atılması (atılmasıtəhlükəsi) ilə müşayiət olunan qəzaların, bina və tikililərin qəfi l uçmasının, bəndlərin yuyulubaparılması, elektroenerji və kommunikasiya sistemlərində, təmizləyici qurğularda qəzalarınsəbəb olduğu fövqəladə hallar.Fövqəladə hal zonası – fövqəladə halın ortaya çıxdığı müəyyən ərazi.Qəza – texnoloji prosesin pozulması, mexanizmlərin, avadanlığın və qurğuların zədələnməsi.Fəlakət – fövqəladə hala səbəb olan dağıdıcı hadisə.Təbii fəlakət – fövqəladə halın yaranmasına səbəb olmuş təbii fəlakət. Təbii fəlakətlərtələfat və dağıntının sayına görə qiymətləndirilirlər, yaşayış olmayan yerlərdə isə təbii mühitindağılması səviyyəsinə görə: relyefi n, bitkilərin, heyvanat aləminin, həmçinin əhatə olunanəraziyə görə.Təbii fəlakətlər bunları aid edirlər: vulkan püskürməsi, zəlzələ, sunami, yer sürüşməsi,uçqun, sel, qar uçqunu, daşqın, qasırğa, tayfun, burulğan, dolu, ildırım, meşə yanğınları vəs. Leysan, bərk qar yağması, şaxta, buz bağlama, və digər daimi müşahidə olunan hadisələrgözlənilmədən və qeyri-adi intensivlikdə baş verdikdə təbii fəlakət xarakteri alır.52 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Bədbəxt hadisə - regional və qlobal miqyaslı fövqəladə hala səbəb olmuş dağıdıcı hadisə.Fövqəladə halların səbəbləri – fövqəladə halı yaradan şərtlər, şərait, hərəkətlər.Təbii fövqəladə halların qarşısının alınması - təbii fövqəladə halların yaranma riskininazaldılmasına yönəldilmiş tədbirlərin məcmusu.Təbii fövqəladə halların yaranma ehtimalı riskinin azaldılması - ətraf mühitin vəziyyətininmüşahidəsinin və ona nəzarətin təşkilinə, fövqəladə halların proqnozlaşdırılmasına və onlarahazırlığa yönəldilmiş təşkilati, iqtisadi, mühəndis-texniki, təbiəti mühafi zə, sanitar-gigiyena,sanitar-epidemioloji və xüsusi tədbirlər yolu ilə təbii fövqəladə halların ortaya çıxma ehtimalınınazaldılması.Təbii fövqəladə hallara hazırlıq - əhalinin, ətraf mühitin və maddi qiymətlilərin təbiifövqəladə halların dağıdıcı amillərinin təsirindən qorunması üzrə əvvəlcədən həyata keçirilənkompleks tədbirlər.Təbii fövqəladə halların nəticələrinin yumşaldılması – hüquqi, təşkilati, iqtisadi, mühəndistexniki,təbiəti mühafi zə, sanitar-gigiyena, sanitar-epidemioloji və xüsusi tədbirlər yolu ilə təbiifövqəladə halların mənfi nəticələrinin azaldılması.Təbiət xarakterli fövqəladə hallar şəraitində əhalinin müdafiəsi və onun ilkin həyatitəminatı – təbiət xarakterli fövqəladə halların mümkün mənbələrinin dağıdıcı təsiri nəticəsindəəhalinin həyat və sağlamlığına zərər və təhlükələrin və onların potensial təhlükəli və digəriqtisadiyyat obyektlərinə təsirinin azaldılmasına, həmçinin fövqəladə hal zamanı əhalininhəyati fəaliyyətinin qorunması və dəstəklənməsi üçün minimal zəruri şəraitin təmin edilməsinəyönəldilmiş, əvvəlcədən həyata keçirilən tədbirlər kompleksi.Təbii fövqəladə halların yaranma riski – dağıdıcı amillərin təsirinin əhali, ərazi və ətraftəbii mühit üçün əlverişsiz nəticələrinin ortaya çıxma ehtimalı.Təhlükəli texnogen hadisə - sənaye obyektində və ya nəqliyyatda qəza; yanğın; partlayış;müxtəlif növ enerjinin azad olması.Təbii fövqəladə halların nəticələri – təbii fövqəladə hal mənbələrinin təsiri nəticəsindəortaya çıxan aşağıdakılar:• Qayıtmaz və sanitar insan tələfatı, şəxsi əmlakın maddi itkisi, zərərçəkmişlərin müalicəsivə əmək qabiliyyətinin bərpasına çəkilmiş xərclər, mənəvi-psixoloji itkilər və həyat səviyyəsininaşağı düşməsi (ictimai zərər);• İqtisadiyyatın sənaye sferasına aid obyektlərin, onun infrastrukturunun zədələnməsi vəya dağılması və istehsal-kooperasiya əlaqələrinin pozulması ilə bağlı maddi itki və xərclər (iqtisadizərər);• ətraf mühitə vurulmuş zərər (ekoloji zərər).1-ci Modul Təbii fəlakətlər53

• Ekstremal vəziyyət - əvvəlcədən bilinməsi mümkün olmayan və mövcud bilik vəvərdişlərin tətbiq oluna bilinmədiyii, insan təcrübəsi xaricində olan hadisə.• Orqanoleptik məlumat – hissiyyat orqanları vasitəsilə insanın əldə etdiyi məlumatHyoqo çərçivə fəaliyyət proqramı (HÇFP) – BMT-nin iştirakçı ölkələri tərəfi ndən qəbuledilmiş, təbii fəlakət riskinin azaldılması üzrə əsas vasitə.HÇFP-nın məqsədi 2015-ci ilədək təbii fəlakətlərlə bağlı itkilərin, yəni ölkələrin tələfat sayınınvə ictimai, iqtisadi və ekoloji zərərinin həcminin əhəmiyyətli dərəcədə azaldılması vasitəsiləölkə və xalqların sabitliyinin möhkəmləndirilməsidir. HÇFP beş prioritet fəaliyyət istiqamətinitəklif edir.Hyoqo proqramı ölkə və xalqların onların inkişafı üçün təhlükə törədən fəlakətlərə qarşıonların davamlılığını möhkəmləndirməyə kömək etməyə yönəldilmişdir.Resurs materialı“İqlim dəyişikliyinin nəticəsində təhlükəli təbiət hadisələrinin daha ciddi və daha tez-tezolacağı gözlənilir. Şəhərlərimizin və sahilboyu rayonlarımızın təhlükəyə məruz qalma ehtimalıartdıqca bu təhlükələr bu günədək gördüklərimizdən daha pis fəlakətlərə gətirib çıxarabilərlər. 2015-ci ilədək fəlakətlərə qarşı davamlılığın təmin edilməsi üzrə mənəvi, ictimai - iqtisadiöhdəliklər daşıyırıq. Hyoqo Fəaliyyət Proqramının həyata keçirilməsi də Minilliyin İnkişafHədəfl ərinə nail olmağa kömək edəcəkdir.”Ban Ki-MunBMT-nin Baş katibi54 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

“Hyoqo Fəaliyyət Proqramında qarşıya qoyulmuş hədəfl ərə nail olmaq üçün çox az vaxtımızqalıb, səkkiz ildən də az”. Əldə edilmiş bəzi uğurlara baxmayaraq, sərt reallıq göstərir ki,siyasətin və formalaşmış təcrübənin bəsirətsizliyinə görə cəmiyyətimizin təhlükələrə məruz qalmaehtimalı artır. Mən bütün ölkələrin hökumətlərini, regional və yerli hakimiyyət orqanlarınıfəlakət riskinin azaldılması konsepsiyasını işdə prioritet kimi qəbul etməyə və əhalinintəhlükəsizliyinin artırılması üzrə praktiki addımları sürətləndirməyə çağırıram. Bu, insan vəmaliyyə ehtiyatlarının qoyulması deməkdir – təhlükəsizliyin dəyəri yüksəkdir. Lakin gələcəyimizüçün bundan daha vacib nəsə vardırmı?Əhalini müdafi ə etməyi bacarmamağın nəticələri çox daha dəhşətli olacaqdır.Yardınm göstərilməsi üzrə koordinatorCon HolmzBMT Baş katibininHumanitar məsələlər üzrə müavini,Fövqəladə hallar zamanı1-ci Modul Təbii fəlakətlər55

GirişHər il 200 milyon insan quraqlıqdan, daşqınlardan, siklonlardan, zəlzələlərdən, meşəyanğınlarından və digər fəlakətlərdən əziyyət çəkir. Əhalinin sıxlığının artması, ətraf mühitindeqradasiyası və qlobal istiləşmə fəlakətlərin təsirini daha da ağırlaşdırır.Fəlakətə hər kəs məruz qala bilər. Fəlakətlər yüz minlərlə həyatı aparır və milyonlarla insanıevsiz qoyur.Bu cür fəlakətlər riskinin azaldılması üzrə təşəbbüsləri yaymaq və həyata keçirmək vasitəsiləfəlakətlər nəticəsində baş vermiş insan əzabları və miqyaslı iqtisadi itkilərin qarşısını alına bilər.Bütün dünya ölkələrinin hökumətləri fəlakət riskinin azaldılması üzrə üzərlərinə öhdəlik götürübvə Hyoqo çərçivə fəaliyyət proqramını qəbul ediblər.Təbii fəlakətlərin qarşısı alına bilməz, lakin insanların məruz qalma ehtimallarını və fəlakətriskini azaldaraq onların təsiri zəifl ədilə bilər.Fəlakət riskinin azaldılması qərarların qəbul edilməsi üzrə davamlı bir prosesin bir hissəsiolmalıdır – bütün uşaq və böyüklərə təhlükəsizliyin dövlət tərəfi ndən təmin edilməsinədək(təhlükəsiz tikililər, mövcud tikililərin möhkəmləndirilməsi və s.).təhlükəsiz davranış qaydalarıöyrədilməlidir.Hər bir qərar bizi daha çox təhlükəyə məruz qoya və ya təhlükəsizliyimizi artıra bilər. İnsanlartəhlükəyə məruz qalmalarını və fəlakət riskini azaltmaq üçün görə biləcəkləri tədbirlər haqqındayaxşı məlumatlandırıldıqda, fəlakətlər nəticəsindəki itkilər əhəmiyyətli dərəcədə azaldıla bilər.Fövqəladə hal zamanı insanın təhlükəsizliyi və müdafi əsi daha çox hər birimizdən asılıdır.Fövqəladə hallar iki əsas əlamət üzrə təsnif edilir:1. Yaranma səbəbinə görə.2. Yayılma miqyasına və vurulmuş zərərin həcminə görə.Birinci əsas əlamətə - yaranma səbəbinə görə –fövqəladə hallar aşağıdakı növlərə bölünür:• Təbii;• Texnogen.İkinci əsas əlamətə - Yayılma miqyasına və vurulmuş zərərin həcminə görə fövqəladəhallar aşağıdakı növlərə bölünür:• Obyekt – qəza, fəlakət və ya bədbəxt hadisə nəticəsində ortaya çıxmış FH istehsalat vəya ictimai təyinatlı obyektin ərazisindən kənara çıxmır;• Yerli – qəza, fəlakət və ya bədbəxt hadisə nəticəsində ortaya çıxmış FH istehsalat və yaictimai təyinatlı obyektin ərazisindən kənara çıxır, lakin 2 rayonun ərazisindən kənara çıxmır;• Regional – qəza, fəlakət və ya bədbəxt hadisə nəticəsində ortaya çıxmış FH bir regionunən azı 3 rayonunu və ya Azərbaycan Respublikasının 2 regionunun ərazisində baş verir;• Qlobal – qəza, fəlakət və ya bədbəxt hadisə nəticəsində ortaya çıxmış FH AzərbaycanRespublikasının ən azı 3 və daha çox regionunun ərazisini və ya qonşu ölkələrin əraziləriniəhatə edir.Fövqəladə halların baş vermə səbəbləri:• Təbii – iqlim şərtləri, geoloji proseslər, süxurların tərkibi, relyef və s.• Texnogen – insanın və ya cəmiyyətin istənilən fəaliyyəti.56 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Ekolojiİnfrastrukturun bölüşdürülməsi.Böyük şəhərlərin inşası.İri mühəndis tikililərinin inşası.Yeni ərazilərin istifadə edilməsi.Yataqların işlənməsi.Yolların inşası.İnkişaf.İctimaiYoxsulluq.Təhlükəyə məruz qalan və təbii təhlükəli ərazilərə yenidən köçürülmə.Müasir geoloji proseslərə məruz qalan zonalara özbaşına yerləşmə.Qeyri-sabit yamac sahələrinə yerləşmə.Təsərrüfatların qeyri-rasional yerləşdirilməsi.Torpaqdan istifadə qaydalarının pozulması və s.Müharibələr və vətəndaş münaqişələri.Məlumatın olmaması və məlumatsızlıq.İstehsalat-təsərrüfat və s.Əsassız suvarma.Ətraf mühitin çirkləndirilməsi.Profi laktik tədbirlərə əməl olunmaması.Yerləşmə üçün ərazinin əsassız seçilməsi.Ətraf mühitin deqradasiyası.Geoloji prosesin hər növü üçün onun təhlükəli olduğu aktiv həyat periodikliyi müəyyən edilmişdir:• Yer sürüşmələri üçün – 5-7, 20-22, 30-33 ildə bir;• Sellər üçün – hər il yaz-yay fəslində və 10-11, 30 və 70 ildə bir;• 5-7 bal gücündə zəlzələlər üçün – 20-25 ildə bir, güclü və fəlakətlilər üçün – 90-110 ildəbir dəfə.İqlim anomaliyaları və geoloji prosesin aktivliyinin üzə çıxması arasında qarşılıqlı əlaqəmüəyyən edilmişdir.Texnogen geoloji proseslər xalq təsərrüfatları xüsusilə inkişaf etmiş region və ərazilər üçünsəciyyəvidir, çünki bununla əlaqədar təhlükəli geoloji proseslərin və onların səbəb olduqlarıtəhlükələrə təkan verilir.Fövqəladə halların bütün qrup və növləri üçün aşağıdakı nəticələr səciyyəvidir:1. İnsan tələfatı.2. İnsanların kütləvi köçməsi.3. Yamacların kəsilməsi.4. Dərələrin önünün kəsilməsi.1-ci Modul Təbii fəlakətlər57

5. Faydalı ərazilərin azalması.6. Epidemiyalar.7. Mal-qara tələfatı.8. Əkinlərin itirilməsi.9. Torpaq və suyun çirklənməsi.10. Havanın çirklənməsi.11. Qrunt sularının səviyyəsinin artması.12. Kommunikasiyaların dağılması.13. Kommunikasiyaların dağılması.Tikili və obyektlərin.58 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Təbii fəlakətlərin qısa xarakteristikasıHələ ki, insana tam tabe olmayan təbiət qüvvələrinin qarşısıalınmaz hərəkətləri ölkəiqtisadiyyatına və əhalisinə böyük zərər vurur. Təbii fəlakətlər ekstremal vəziyyətlərə səbəbolan, insanların normal həyat fəaliyyətini və obyektlərin işini pozan təbiət hadisələridir. Ölkəmizinmüxtəlif coğrafi rayonları üçün ən səciyyəvi təbii fəlakətlər – zəlzələlər, daşqınlar, sel axınlarıvə yer sürüşmələri, qar uçqunları, fırtına və tufanlar, yanğınlardır. Onlar bina və tikililəri dağıda,dəyərliləri məhv edə, istehsalat proseslərini poza, insan və heyvan tələfatına səbəb ola bilərlər.Obyektlərə təsirlərinə görə ayrı-ayrı təbiət hadisələri nüvə partlayışının və düşmənin digər hücumvasitələrinin bəzi məhvedici amillərinin təsirinə oxşar ola bilər.Uzaq keçmişin ən böyük təbiət afətləri aydın və ya gizli şəkildə insanların yaddaşında, mifvə əfsanələrdə, qədim kitablarda, tarixi əlyazmalarda əks edilmişlər. Bütün müqəddəs kitablarbütün bəşəriyyətə aid qlobal təbii fəlakətləri xatırladırlar.Tarixdə həmçinin şəhərlərin məhvi və qlobal dağıntılar nəql edilir. Mütəxəssislər hesab edirlərki, bu təsvirlər kifayət qədər dəqiq şəkildə zəlzələ mənzərəsini göstərirlər. Əfsanəvi Atlantidanınbir çox tədqiqatçısı hesab edirdilər ki, Atlantida zəlzələ nəticəsində okeana qərq olmuş iri adaolmuşdur. Qerkulanum və Pompey şəhərləri Vezuvinin püskürməsi nəticəsində dağıdılmış vəkül, pemza və palçıqla basdırılmışdır. Bəzən vulkan püskürmələri və zəlzələlər nəhəng qabarmadalğasının – sunaminin, əmələ gəlməsinə səbəb olurlar. 1833-cü ildə Krakatau vulkanıpüskürdü və püskürmə zəlzələ ilə müşayiət olundu, o da öz növbəsində iri qabarma dalğasıəmələ gətirdi. Həmin dalğa yaxınlıqdakı sıx məskunlaşmış Yava və Sumatra adalarına çatdı və300 min insanın həyatını apardı.Tarixdə iri miqyaslı daşqınlar haqqında da məlumat vardır. Belə ki, 1931-ci ildə Çində Yançzıçayındakı nəhəng qabarma 300 min kv.km ərazini basmışdı. Ayrı-ayrı hissələrdə, o cümlədənXankou şəhərində suyun çəkilməsi dörd ay çəkdi.Müxtəlif təbii fəlakətlərin xarakteristikasına keçmişdə və hazırda bir çox yazılar nəşredilmişdir. 1976-cı ildə Moskvada “Təbii fəlakətlərin öyrənilməsi” bölməsinin olduğu XXIIIBeynəlxalq coğrafi ya konqresi keçirildi. Təəssüf ki, təbii fəlakətlərdən daha təbii heç nəyoxdur. Hər il planet üzrə 250 min qurban! Lakin , onu da qeyd etməliyik ki, hal-hazırdatəxminən eyni sayda insan avtomobil qəzalarında həlak olur... Bu bədbəxtliklərin günahıhansı fəlakətlərdədir?Həmin bölmədə məruzələrin birindədüşünülməmiş hərəkətlər və insanınaktiv şəkildə təbiətə qarışması nəticəsindəOrta Asiyada zəlzələ təhlükəsininartmasına dair proqnoz səsləndirildi.Buna görə regional coğrafi xüsusiyyətlərinvə səciyyəviliyin nəzərə alınmasınınzəruriliyinə dair vacib nəticə çıxarıldı.Bu gün də alim-coğrafi yaşünaslar tədqiqedir, qiymətləndirirvə proqnozlaşdırırlar.1-ci Modul Təbii fəlakətlər59

İnsan ekologiyası üzrə mütəxəssislər üçün təbii fəlakətlərin ən vacib cəhəti onların insanlarınhəyat fəaliyyəti üçün nəticələridir. Smitson Universitetinin (ABŞ) fəlakətlər bölməsininməlumatına əsasən 1947-ci ildən 1970-ci ilədək təbii fəlakətlərin planetdə səbəb olduqlarıtələfatların sayı aşağıdakı kimi olmuşdur:• Sahildəki siklonlar, tayfunlar, fırtınalar – 760;• Zəlzələlər – 190 min;• Daşqınlar – 180 min;• İldırımlar, sunamilər, vulkan püskürmələri və s. – 62 min.Cəmi 1 milyon 192 min insan.Beləliklə təxminən iyirmi beş il ərzində hər il təbii fəlakət nəticəsində orta hesabla 50 mininsan ölürmüş. 1970-ci ildən sonra statistika təbii fəlakətlərin geniş siyahısı ilə zənginləşdi.Sadəcə 1988-ci ildə Amerikada baş vermiş zəlzələni xatırlatmaq istəyirik. Həmin zəlzələdəmüxtəlif hesablamalara əsasən 25-50 min insan ölmüşdü. Hesablanmışdır ki, dünyadakı təbiifəlakətlərin 9/10-u dörd növə aiddir: daşqınlar (40%), tropik siklonlar (20%), zəlzələlər (15%),quraqlıqlar (15%). Tələfat sayına görə tropik siklonlar birinci yeri tutur, daşqınlar isə ən tez-tezbaş verəndi və böyük maddi zərər vurur.Məşhur Amerika coğrafi yaşünası professor Keyts hesab edir ki, təbii fəlakətlərin dünyaiqtisadiyyatına vurduğu illik zərər 30 milyard ABŞ dollarıdır. Bunlardan 20 milyardı təmiz zərər,qalanı isə qarşısını alma və fəlakətin nəticələrinin yumşaldılması tədbirlərinə çəkilən xərclərdir.Alim onu da qeyd edir ki, “insan fəaliyyəti, iqtisadi nailiyyətlər uğrunda tələskən, düşünülməmişfəaliyyət təbii fəlakətlərə gətirib çıxara bilər. Kafi coğrafi əsaslandırma olmadan, həmin yerinekoloji şərtlərini dəqiq öyrənilmədən həyata keçirilən istənilən iri layihə insan qarşı çevriləbilər.” (R. Keyts “Təbii fəlakət və iqtisadi inkişaf”; R. Keyts “Təbii fəlakətlər: tədqiqi və mübarizəüsulları”. M., 1978-ci il).Antropoloji baxımdan təbii fəlakətlər anlayışı aşağıdakı kimi tərif edilə bilər: təbii fəlakətlərvulkan püskürməsi zamanı bərk qızdırılmış zəhərli qazların və lavanın təsiri, sunami və tayfunzamanı qabarma dalğası, sellər və s. zamanı qu-palçıq axınları, həmçinin yaşayış vəictimai binaların, istehsalat obyektləri və texniki tikililərin dağılması zamanı travma alma;kənd təsərrüfatı məhsullarının tarla və plantasiyalarda, anbarlarda məhv olması; kəndtəsərrüfatı heyvanlarının tələfatı; kommunal-sanitariya infrastrukturunun, o cümlədən elektrikşəbəkələrinin, rabitə sistemlərinin, su boru xətlərinin və kanalizasiyanın dağılması nəticəsindəinsan tələfatına səbəb olan dağıdıcı təbiət prosesləridir. Sonuncu hal tez-tez təbii fəlakətlərdənsonra yoluxucu xəstəliklərin kütləvi şəkildə yayılmasına gətirib çıxarır.Təbii fəlakətlərin əsas növlərində dayanaq. E.Y. Uayt (1978-ci il) qeyd edir: “Əhali artdıqca,elmi-texniki nailiyyətlər yayıldıqca və cəmiyyət strukturu mürəkkəbləşdikcə insan ekstremaltəbiət hadisələrinə daha çox məruz qalır və bu hadisələrlə bağlı zərər sadəcə onların yayılmasıilə deyil, həm də onların baş verməsinin qeyri-müəyyənliyi ilə bağlıdır. Uçqunların, zəlzələlərin,tropik siklonların və bir çox digər təbii fəlakətlərin cəmiyyətə vurduğu zərər getdikcə artır.Ekstremal hadisələrin səbəblərinin elmi tədqiqinin dərinləşməsi ilə bəzi rayonlarda zərərləriazaltmağa imkan verən təbii60 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

fəlakətlərlə yeni mübarizə üsullarına baxmayaraq zərər artır. İnsan yeni maddi dəyərliləritəhlükəyə məruz qoyur və həmçinin bəzi təbiət hadisələrinin təhlükəliliyini artırır. Fəlakət başverdikdə mürəkkəb yardım üsulları həmin fəlakətin qarşısının alınması üsullarından daha yaxşıişlənib hazırlanmışdır”.Dünyada daima dağ süxurlarının iri kütlələrinin daşınması, ərazilərin susuzlaşması və yaəksinə su basması ilə xarakterizə olunan təbii fəlakətlər baş verir. Onlar insan, heyvan tələfatı,əkinlərin və meşələrin məhv olması ilə müşayiət olunurlar. Bu cür hadisələrə təbii fəlakətlərdeyilir. Onlar öz dağıdıcı qüvvələri, miqyasları və əlbəttə ki, tamamilə öncədən görülməyənnəticələri ilə insanları heyrətləndirirlər.Təbii fəlakət geofi ziki vəziyyətin ekstremal şəkildə özünü büruzə verməsi, cazibə qanununun,atmosfer proseslərinin və Yerin daxili qüvvələrinin təsiri ilə şərtlənən təbii prosesdir. Fəlakətlərmaddələrin sürətli yerdəyişməsi – zəlzələlər, uçqunlar, töküntü, yer sürüşməsi, nəticəsində;enerji ayrılması zamanı – zəlzələlər və vulkanik püskürmələr; çayların, göl və dənizlərin suyununsəviyyəsinin artması nəticəsində - daşqınlar, sunamilər; böyük temperatur fərqləri ilə bağlıyaranan küləyin təsiri - tayfun, tornado, tropik siklonlar nəticəsində baş verir.Təbii fəlakətlər geoloji keçmişdə də baş vermişdir, lakin geoloji kəsiklərdə hər yerdə onlarınizləri qalmamışdır. Bir çox halda qədim fırtınaların, daşqınların, zəlzələlərin, quraqlıqların izlərieroziya tərəfi ndən məhv edilmişdir.Təbii fəlakətlər günümüzdə də baş verir. Sadəcə iqlimlə şərtlənən təbii fəlakətlərin üzərindədaha çox dayanaq.Müxtəlif mənşəli təbii fəlakətlərin müqayisə edilməsi üçün onlar üçün ümumi müqayisəliməlumatlar seçilməlidir. Bu gün bu cür ölçü vurulmuş zərərin həcmi və tələfatın sayıdır. Lakinbu məlumatları məsələn, orta əsrlərdə baş vermiş fəlakətlərlə müqayisə etmək mümkündeyil, çünki bu halda biz sərt elmi kateqoriyalardan deyil, şahidlərin subyektiv təsvirlərindənistifadə edirik. Tələfatın sayını müqayisə etmək də çətindir, çünki qədim dövrdə bir çox ərazininəhalisi müasir dövrdəkindən qat-qat az idi. Bunun üçün hər dəfə təshihedici əmsallar daxiledilməlidir, çünki təbii fəlakət zamanı tələfat sayı əhalinin ümumi sayına mütənasibdir. Soyuqrəqəmlərin arxasında necə faciələr dayanır! Lakin hal-hazırda təbii fəlakətlərin miqyasınınqiymətləndirilməsi üçün başqa meyarlar mövcud deyil və biz bu cür qiymətləndirmə ilərazılaşmaq məcburiyyətindəyik.1-ci Modul Təbii fəlakətlər61

2-ci Modul. Zəlzələ“Təbii xarakterli fövqəladə halların təhlükəsi. Zəlzələ” mövzusu4-5-ci sinifMəqsəd: vəziyyəti qiymətləndirmə bacarığını formalaşdırmaq və zəlzələ zamanı əsastəhlükəsizlik qaydalarına riayət etmək.Hədəflər:1. Təbii xarakterli fövqəladəhalların təsnifatı, zəlzələlərin səbəbvə nəticələri ilə tanış etmək.2. Azərbaycan üçün ən təhlükəlitəbii fəlakət kimi zəlzələ zamanıinsanın təhlükəsiz davranışı haqqındabilik almaq.Avadanlıq: kompüter, “Zəlzələ”fi lmi olan DVD disk, “Zəlzələ, yanğın,sel, yer sürüşməsi və daşqın zamanınə etməli” vəsaiti, posterlər, markerlər.“Beyin həmləsi”Sual: “Təbii xarakterli fövqəladə hal nədir ?”Müzakirə. Klasterin tərtibi.Vəsaitlə işŞagirdlər zəlzələ haqqında materiallara baxırlar. Zəlzələyə hazırlıq üzrə 5 addımı öyrənirlər.1-ci qrup – şəkillərlə 1-ci addımı təsvir edin;2-ci qrup – şəkillərlə 2-ci addımı təsvir edin;3-cü qrup – şəkillərlə 3-cü addımı təsvir edin;4-cü qrup – şəkillərlə 4-cü addımı təsvir edin.Hər bir qrup öz işini təqdim edir və kollektiv müzakirə davam edir.5-ci addım şagirdlərlə birgə müzakirə olunur.“Zəlzələ” filminin nümayişiRol oyunu4 komanda təşkil edilir: zərərçəkənlər, uşaqlar, valideynlər, xilasedicilər.Hər bir komandaya tapşırıq – zəlzələ zamanı hərəkət planını işləyib hazırlamaq və aşağıdakısuallara cavab vermək:- Zəlzələ zamanı nə etməli?- Zəlzələ zamanı nə etməməli?62 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Qruplar adından sözçülərin çıxışıHər bir qrupun hərəkət planını kollektiv şəkildəmüzakirə etmək və insan həyatı üçün təhlükəlivəziyyətin qiymətləndirilməsinin və həmçininzəlzələ zamanı təhlükəsizlik qaydalarınariayət edilməsinin vacibliyi və zəruriliyiniqeydetmək.Müzakirənin xülasəsi – təbii fəlakətlərə,o cümlədən zəlzələlərə hazır olmaq mümkündürvə vacibdir.“Dəyərlər şkalası ” oyunuMüəllim iddiaları səsləndirir. Uşaqlar özmünasibətlərini müəyyən etməlidirlər –“razıyam” və ya “razı deyiləm”, “şübhəliyəm”yeri.“Zəlzələ zonasında binadasınızsa” vəziyyəti.İddialar:1. Pəncərənin yanında dur və yardımgözlə.2. Qaç liftə gir.3. Çömbələrək otur, başını əllərinlə ört.4. Öz təhlükəsiz yerini tut.Öz yerini düzgün seçməyən şagirdlər öz hərəkətlərini izah etməlidirlər.Müxtəlif mövqeləri tutmaq və dəyişmək bacarığına yiyələnməyin ən yaxşı üsullarından birirol oyunudur. Tez-tez rolları dəyişmə (məsələn, aciz uşaq, böyük insan, uçqun altında qalmışinsan və s.) uşağın özünün əşyalar və insanlar aləmindəki mövqeyinin mütləqliyi barədətəsəvvürünün sistematik “çalxalanmasına” gətirib çıxarır və müxtəlif mövqelərin koordinasiyasıüçün şərait yaradır.Şagirdin fəaliyyəti o halda yaradıcı olar ki, o, əvvəlcədən müəyyən edilmiş misal üzrə icraolunmasın, həmin nümunənin reproduktiv təkrarı olmasın, əksinə refl eksiya nəticəsi olsun (refleksiya dedikdə fərdin öz daxili aləminə, öz təcrübəsini – düşüncəsinə, fəaliyyətinə, təəssüratınavə s. – yəni, gördüyünə, eşitdiyinə, oxuduğuna, elədiyinə, fi kirləşdiyinə, hiss etdiyinə və s.eləcə də necə, nə üçün və hansı səbəbdən bu cür gördüyünə, elədiyinə, fi kirləşdiyinə, hissetdiyinə müraciət etməsidir.).Beləliklə şagird bu növ vəziyyətlərdə icra olunan üsul, norma, fəaliyyət alqoritmini həminkonkret vəziyyətdə istifadə edirsə, həmin konkret vəziyyətə köçürürsə, fəaliyyəti qeyri-yaradıcı,reproduktiv olacaq və uşağın həmin anda həyata keçirdiyi fəaliyyətdən prinsipial olaraqfərqlənən təcrübə ilə bağlı refl eksiyanın nəticəsi olan fəaliyyət yaradıcı olacaqdır.Materialın möhkəmlənməsi. Materialın möhkəmləndirilməsi interaktiv mühazirədən, əyanivəsaitlərlə işdən, video və audio materiallardan, “Şagird müəllim rolunda”, “Hər kəs hər kəsiöyrədir” rol oyunlarından, mozaikadan (incə mişardan), suallardan istifadə edərək həyatakeçirilə bilər.2-ci Modul Zəlzələ63

Şagirdlər aşağıdakı suallara cavab verirlər:1. Zəlzələdən sonra nə etməli?2. Zəlzələ halında evdə və küçədə ən təhlükəli yerləri sadalayın.3. Zəlzələ halında evdə və küçədə ən təhlükəsiz yerləri sadalayın.4. Zəlzələ halında hansı poza ən təhlükəsiz sayılır?64 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

“Zəlzələ zamanı təhlükəsizliyin təmin edilməsi” mövzusu6-11-ci sinifMəqsəd: zəlzələ zamanı vəziyyəti qiymətləndirmə və əsas təhlükəsizlik qaydalarına riayətetmə bacarığının formalaşdırılması.Hədəflər:1. üçün ən təhlükəli təbii fəlakət kimizəlzələ zamanı insanın təhlükəsiz davranışıhaqqındabilik almaq.2. Fövqəladə hallar, zəlzələ zamanıtəhlükəsiz davranış üçün tələb olunanşəxsiyyət xüsusiyyətlərini inkişaf etdirmək.Avadanlıq: kompüter, “Zəlzələ” fi lmi olanDVD disk, “Zəlzələ, yanğın, daşqın, sel vəyer sürüşməsi zamanı necə hərəkət etməli”vəsaiti, posterlər, markerlər.Vəsaitlə işŞagirdlər “Qəhrəman məktəb direktoruməktəbi bərpa etməyə çalışır” qeydini oxuyurlar.Suallar:1. Məktəb direktorunu nə üçün qəhrəmanadlandırırlar?2. Direktor necə öz şagirdlərini xilas edə bildi?3. Digər təhsil müəssisələrinin rəhbərləri həmin direktorun təcrübəsini mənimsəyəbilərlərmi?Məqalənin müzakirəsiŞagirdlərə nəticə çıxarmağı təklif edin.“Beyin həmləsi”Zəlzələyə necə hazırlaşmaq olar?Klasterin tərtibi.Qruplarda işProblemlərin həlli.“Zəlzələ” filminin nümayişi“Ekspertlər bir yerdə çalışırlar” oyunu. “Zəlzələ” mövzusu üzrə materiala baxış(vəsait).1-ci qrup ekspertlər – zəlzələyə necə hazırlaşmalı?2-ci Modul Zəlzələ65

2-ci qrup ekspertlər – zəlzələ zamanı necə hərəkət etməli?3-cü qrup ekspertlər – zəlzələdən sonra necə hərəkət etməli?Hər bir qrup öz işini təqdim edir. Birgə müzakirə davam edir.Kiçik qruplarda iş çox vaxt tələb edir, bu strategiyadan sui-istifadə etmək olmaz. Qrup işindənşagirdlərin təkbaşına həll edə bilməyəcəkləri problemi həll etmək tələb olunduqda istifadə etməkolar. Sərf olunmuş səy və vaxt arzu olunan nəticəyə zəmanət vermirsə, sürətli qarşılıqlı təsirüçün “təkbaşına – iki nəfər – hər kəs bir yerdə” metodunun seçilməsi daha məqsədəuyğundur.Aşağıdakı strategiyalardan istifadə oluna bilər: “həllər ağacı”, “kazusların təhlili”,“danışıqlar”.“Baş vurmaq, örtünmək və dayanmaq” oyun-isinmə hərəkətləri. Komandaya əsasənşagirdlər zəlzələ zamanı binada olma anındakı hərəkətlərin üzərində işləyirlər.(vəsaitə 3 saylı əlavə).Cədvəli doldurZəlzələdən sonra nə etməli?Şagirdlər cədvəli dəftərdə müstəqil şəkildə doldururlar.Daha sonra cədvəl şagirdlərlə bir yerdə sinif otağında doldurulur.Sizinlə hər şey qaydasındadırsaSiz yaralısınız və ya uçqun altındasınızMüzakirə-etiraz etməSinfi 2 qrupa bölmək lazımdır.1-ci qrup dairə təşkil edərək əyləşir və problemi müzakirə edir – müstəqil şəkildə, ancaq özsəyi nəticəsində zəlzələ riski azaldıla bilər?2-ci qrup dairə ətrafındadır və 1-ci qrupun müzakirəsini diqqətlə dinləyir, daha sonra tələbolunduqda şərh eləyir və etiraz edir.Əsas anlayışlarZəlzələ – əksər hallarda (95%) tektonik fəaliyyət nəticəsində baş verən yeraltı zərbələr vəyer səthinin titrəyişi.Zəlzələlər o zaman baş verir ki, litosferdə uzun müddət ərzində yığılan gərginlik elastiklikhəddini aşır və adətən qırılmalarla müşayiət olunan litosferin iri kütlələrinin sürətli, demək olarki, ani yerdəyişməsi olsun. Hər il yer üzündə on minlərlə zəlzələ qeydə alınır, lakin ancaqbəziləri dağıntılara səbəb olur.Zəlzələ ocağı – formalaşan və ya inkişaf edən tektonik qırılma boyunca kütlələrin sürətliyerdəyişməsinin baş verdiyi, elastik titrəyişlərin ortaya çıxdığı və yığılmış enerjinin azad olduğulitosfer sahəsi.66 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Zəlzələlərin 4 min il ərzində tədqiqedilməsinə təcrübəsinə rəğmən bu hadisəniəvvəlcədən bilmək çox çətindir. Müasir elmsadəcə dəqiq vaxtı göstərmədən iri seysmiktəkanı önöncədən dəqiq xəbər verildikləri ayrıayrıhallar da olmuşdur, məsələn, Çinin Lyaoninsakinlər tərəfi ndən 1974-cü ilin dekabr ayındamüşahidə olunmuşdu. Onlar mütəxəssislərtərəfi ndən diqqətlə incələnmişdi. Rayonmütəmadi müşahidə olunurdu. Və 1 fevral1975-ci ildə ilk bir neçə kiçik təkanlardansonra geoloqlar ən yaxın zamanda dağıdıcızəlzələ ehtimalına dair qəti fi krə gəldilər. Eləhəmin gün yerli hökumət orqanları tərəfi ndənəhalinin təcili evakuasiyası həyata keçirildi. 3gündən sonra 4 fevral tarixində güclü zəlzələbaşladı. Əyalətin ayrı-ayrı rayonlarında 90%-ədək bina zədələnmişdi. Lakin tələfat çoxaz idi. Mütəxəssislərin qiymətləndirmələrinəəsasən 3 milyon insan tələfatındanqaçmaq mümkün oldu.Zəlzələlər bəşəriyyətin qorxunc düşməniolaraq qalmaqdadırlar. Hal-hazırda dünyanın seysmik fəal rayonlarında 2 milyarda yaxın insanyaşayır. Dağıdıcı yeraltı təkanlar ehtimalından dolayı əhalinin sıx məskunlaşdığı rayonlararasında ən təhlükəliləri Çin, Yaponiya, İndoneziya, Mərkəzi Amerika, ABŞ-ın qərbi və MərkəziAsiyanın mərkəzi qeyd oluna bilər.İnsanların həyat və sağlamlığının zəlzələlərdən mühafi zəsinin ən radikal üsulu əhalininseysmik cəhətdən təhlükəsiz rayonlara köçürülməsidir. Lakin bu cür nümunələr çox nadirdir– buna misal Alyaskadakı Valdiz şəhərinin köçürülməsidir. 1964-cü ildə burada seysmiktəkanlar nəticəsində liman və rayonun yaşayış və ticarət binalarının böyük hissəsi dağıdılmışdı.Rəhbərliyin təzyiqi ilə 1967-ci ildə şəhər təhlükəsiz yerə köçürüldü.Dünyada istifadə olunan 12 ballıq Rixter şkalasına əsasən 6-7 və daha yuxarı bal gücündəkizəlzələlər insan səhhəti və həyatı üçün təhlükə törədir. Zəlzələ zamanı insan tələfatı və maddizərər hər şeydən əvvəl binaların dağıdılması dərəcəsi ilə şərtlənir. Fəlakətli zəlzələlərin (8 balvə daha yuxarı) ən çox ehtimal edildiyi rayonlar Moldovanın cənub-qərbi, Qafqaz, Kamçatka,Kuril adaları və Orta Asiyadır. Zəlzələnin intensivliyi 9-10 bal olduqda, kütləvi insan tələfatısaniyələr ərzində baş verir. Qafqazda son 80 il ərzində ən güclü zəlzələ Ermənistanda 7 dekabr1988-ci ildə baş vermiş zəlzələ olmuşdur. Onun episentrdəki gücü 10 bal olmuşdu. 21 şəhər,342 kənd, yüzlərlə istehsal və kənd təsərrüfatı obyekti zərər çəkmişdir. Dağıntılar altından 40min insan, o cümlədən 25 mini ölü çıxarılmış, 500 min insan evsiz qalmışdır. Zərər çəkənlərdəuzun müddətli sıxma sindromunun inkişafına gətirib çıxaran qapalı kəllə, əl-ayaq, döş qəfəsi,omba travmaları, yumşaq toxumaların zədələnməsi və əzilməsi müşahidə olunurdu.68 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Yanğınlarla müşayiət olunan zəlzələlər zamanı çox sayda yanmış ola bilər. Güclü zəlzələlərzamanı yaralılarda və zərərçəkmişlərdə müxtəlif ağırlıqlı streslə bağlı əsəb-psixi reaksiyalarola bilər.Zəlzələlər yer sürüşmələri, zığ, sel, sunami, daşqın (bəndlərin dağılması nəticəsində),yanğınlar (neft anbarları və qaz boru xətləri zədələndikdə), kommunikasiyaların, enerji, qaztəchizatı və kanalizasiya xətlərinin zədələnməsi, kimyəvi müəssisələrdə yayılma (sızma) ilənəticələnən qəzalar, həmçinin AES-də reaktiv tullantıların atmosferə sızması (atılması) ilənəticələnən qəza və s. bu kimi digər fəlakətlərə səbəb ola bilərlər.Zəlzələlərin əsas xüsusiyyətləri ocağın dərinliyi, yer səthində enerjinin maqnitudası və intensivliyidir.Zəlzələ ocağının dərinliyi adətən 10-30 km həddində olur, bəzi hallarda daha dərində olabilər. Maqnituda zəlzələnin ümumi enerjisini xarakterizə edir və episentrdən 100 km məsafədəseysmoqram üzrə mikronlarla ölçülmüş torpaq sürüşməsinin maksimal amplitudunun loqarifmidir.Rixter üzrə maqnituda (M) 0-9 arasında dəyişir. Onun bir vahid dəyişməsi torpaqda titrəyişamplitudunun (və ya qruntun yer dəyişməsinin) on dəfə artması və zəlzələ enerjisiin 30 dəfəartması deməkdir. Belə ki, M=7 halında torpaq sürüşməsinin amplitudu, M=5 olan haldan 100dəfə çoxdur, lakin bu zaman zəlzələnin ümumi enerjisi 900 dəfə artır. Yer səthində enerjininintensivliyi ballarla ölçülür. O, ocağın dərinliyindən, maqnitudadan, episentrdən uzaqlıqdan,qruntların geoloji quruluşundan və digər amillərdən asılıdır.Zəlzələ böyük zərər vura biləcək, hər zaman öncədən görülə bilməyən təbiət hadisəsidir.Binaların müqavimətini artırmaq üçün yaşayış zonasının seysmik təsnifatı haqqında məlumatalınmalıdır.Binanın konstruksiyasının möhkəmləndirilməsi üçün:• Damın çıxıntısı ləğv edilməli, çatılar taxta və polad tirlərlə möhkəmləndirilməli, pilləkənaddımları bir-biri ilə bağlanmalı, əsas divarlar möhkəmləndirilməli;• Su, elektrik enerjisi, isitmə və qaz təchizatı sistemləri təftiş edilməli.Zəlzələdən əvvəl:• Seysmik davamlılıq baxımından evə baxış keçirməli;• Bütün ailə üzvlərini evakuasiya planı ilə tanış etməli və yanğının baş verə biləcəyi yerlərqeydə alınmalı və alışqan maddələr oralardan uzaqlaşdırılmalı;• Mülki müdafi ə orqanları tərəfi ndən keçirilən təlimlərdə iştirak etməli;• Odsöndürənlərin yararlılığı yoxlanılmalı və onlardan istifadə öyrənməli;Qida və içməli su ehtiyatını harada saxlamalı, tibbi preparatlar hazırlamalı2-ci Modul Zəlzələ69

Zəlzələ zamanı:• Çaxnaşmaya qapılmamalı, sakitliyi qorumalı;• əsas divarların və ya kolonların yanında, möhkəm stolların altında gizlənməli;• radio ilə verilən məlumatı daima dinləməli;• balkonlara çıxmamalı və liftdən istifadə etməməli;• bəndlər, çay vadiləri, dəniz çimərlikləri və göl sahillərində gizlənməməli – sualtı təkanlarnəticəsində dalğa vura bilər;• yerli hakimiyyət orqanlarının təlimatlarına riayət etməli;• ictimai yerlərdə ən böyük təhlükə çaxnaşmaya qapılaraq yola baxmadan qaçan izdihamdır– bu halda izdihamdan yayınaraq təhlükəsiz çıxış tapmağa çalışmalı.Zəlzələ halında yeraltı stansiyalar təhlükəsiz yer hesab edilir: metal konstruksiyalar onlarıntəkanlara davamlılığını artırırEvə qayıtdıqdan sonra:• binanın ciddi şəkildə zədələnib zədələnmədiyinə baxmalı;• kibritlərdən, elektrik alışqandan istifadə etməməli, çünki qaz sızması təhlükəsi vardır.İndiki dövrdə zəlzələlərin və onların nəticələrinin proqnozlaşdırılmasının kifayət qədər etibarlımetodları mövcud deyil. Lakin yerin səciyyəvi xüsusiyyətlərinin dəyişilməsi ilə və həmçininzəlzələ öncəsi canlı orqanizmlərin qeyri-adi davranışı ilə (onları xəbərçi adlandırırlar) alimlər teztezproqnoz tərtib edə bilirlər. Zəlzələ xəbərçiləri zəif təkanların (forşoklar) tezliyinin sürətlə artması;kosmosdan peyklər vasitəsilə aparılan müşahidə və ya lazer işıq mənbələri vasitəsilə yersəthindəki çəkilişlərlə müəyyən edilən yer qabığının deformasiyası; zəlzələ öncəsi uzununa vəeninə yayılan dalğaların sürət nisbətlərinin dəyişməsi; dağ süxurlarının elektrik müqavimətinin,quyulardakı qrunt sularının səviyyəsinin dəyişməsi; suda radonun olması və s.-dir.Hələ qədim dövrdə insanlar müşahidə etmişlər ki, zəlzələ öncəsi heyvanlar və quşlarbaş verəcək təbii fəlakət zonasını tərk edirlər, ev heyvanları isə özlərini narahat aparırlar.Zəlzələ öncəsi heyvanların qeyri-adi davranışı onunla ifadə olunur ki, məsələn: pişikləryaşayış məntəqələrini tərk edirlər və balalarını çəmənliyə aparırlar, qəfəslərdəki quşlar isəzəlzələdən 10-15 dəqiqə əvvəl uçmağa başlayırlar; təkandan əvvəl quşların qeyri-adi səslərieşidilir; pəyələrdəki heyvanlar çaxnaşmaya qapılırlar və s. Heyvanların bu cür davranışının ənağlabatan səbəbi zəlzələ öncəsi elektromaqnit sahə anomaliyaları hesab edilir.70 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

№ Komanda Fəaliyyət sahəsi1 Xilasedicilər2 Zərərçəkənlər3 Uşaqlar4 Tibb işçiləri“Fikirlər xətti” rol oyunuSinif otağı “tamamilə razıyam”, “qismən razıyam”, “qismən razı deyiləm”, “cavab verməkdəçətinlik çəkirəm” kimi qeyd edilən dörd fi kir küncünə bölünür (xəyalən).Aparıcı seçilir. Aparıcı şifahi olaraq kartlara yazılmış fi kirləri oxuyur. Hər bir iştirakçı diqqətlədeyilən fi kirləri dinləməli və xətdə onun fi krinə ən çox uyğun gələn “yerini” tutmalı.Hər dəfə xətdə düzüldükdən sonra xətdə müxtəlif yerləri tutmuş uşaqlar öz fi kirlərini şərhedirlər.Fikir nümunələri:1. Daşqın zamanı mən heç bir şey edə bilməyəcəyəm.2. Daşqın zamanı özüm özümə kömək edə biləcəyəm.3. Mən bilirəm daşqın zamanı özümü düzgün şəkildə necə aparmalıyam.4. Daşqına hazırlaşmaq mümkün deyil və s.Uşağı bu və ya digər mövqeyi tutmaq, obyekti bir tək nöqtədən deyil, müxtəlif tərəflərdəngörmək bacarığına öyrətmək. Bunun üçün şagirdlərə aşağıdakılar təqdim edilməlidir:a) şagirdlərdə mümkün mövqelər “əlifba”sının olması (məsələn, “tərəddüd edən”, “tənqidçi”,“yaxşı bilən”, “şagird”, “fi zikaçı”, “tarixçi”, “eksperimentator”, “idarəedici”, “tədqiqatçı”, “kənardanbaxan” və s.); bundan başqa sonsuz sayda “şəxsi mövqelər”: “nə vaxtsa nəyisə etmiş kimsə”,“nəyisə istəyən kimsə” və s.b) “şəxsi tanışlıq”, dünyaya və oradakı hadisələrə müxtəlif mövqelərdən baxılması“təcrübəsi”, empatiya etmə vərdişinin inkişaf etdirilməsi, bu zaman özünü özü ilə eyniləşdirmədeyil, müəyyən “Mən”in bir növü “Sən” və ya “O” olması.“Eyni şey”ə müxtəlif mövqelərdən baxılmasının mümkünlüyü fi krinə izahat hesabına deyil,fəaliyyətə əsasən nail olunur: “Bu məsələni xilasedicilər kimi həll etməyə çalışaq. İndi isə -zərərçəkənlər kimi. İndi isə buna uşağın mövqeyindən baxaq.”;v) “düzgün cavab”ın, xüsusilə də “həyatın bütün halları üçün düzgün cavab”ın olmadığınainamın formalaşdırılması.72 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Öz fi krinə, baxışına, o cümlədən ümumqəbul olunmuş mövqe ilə, müəllimin mövqeyi ilə razıolmama mövqeyinə sahib olma hər cür təşviq edilməli, həqiqətin nisbiliyinə dair fi kir hər cürvurğulanmalı; daima vurğulanmalı ki, həqiqət hər zaman konkretdir (bu və ya digər vəziyyət, buvə ya digər mövqe üçün), hətta 2+2 bir o qədər də birmənalı həll olunmur: 2 dovşan + 2 tülkü =2 tülkü. Bu halda şagird “düzgün cavab”ları tapmağa çalışmır, bu və ya digər mövqeyi tutmağaçalışır və ən vacibi öz fi krinə sahib olur.“Aysberq” isinmə oyunuDöşəmədə bir-birindən 5 addım aralı 2 xətt çəkilir. Bu, iki sahil deməkdir. Bir komanda birsahildədir.Komandanın hər bir üzvünün hədəfi suya düşmədən istənilən qaydada düzülən aysberqlərlə(A-4 formatında vərəqlər) digər sahilə keçməkdir. Vərəqlərdən kənara ayaq basmaq olmaz.Aparıcı istənilən an istənilən vərəqi yığışdıra bilər. Birinci sahil kimsə qaldığı müddətcə birinciiştirakçı digər sahilə keçə bilməz, yəni bütün iştirakçılar “aysberq”lərin üstünə çıxmalıdırlar.Əldə edilmiş biliklərin yoxlanılması üçün suallarDaşqının tərifi ni verin.Yaranma səbəblərinə görə daşqınların təsnifatı haqqında danışın.Daşqınların nəticələri haqqında danışın.Daşqınların təhlükələrə barədə danışın.Daşqınlardan müdafi ə üzrə tədbirlər haqqında danışın.3-cü Modul Daşqın73

“Təbii fəlakətlər. Daşqın” mövzusu7-11-ci siniflərMəqsəd: Təbii fəlakət olan daşqınzamanı təhlükəsiz davranış haqqındabiliklərin mənimsənilməsi.Hədəflər:1. Şagirdləri “daşqın” anlayışı,daşqınların səbəb və nəticələri ilə tanışetmək.2. Həyat və sağlamlıq üçün təhlükəlivəziyyətləri qiymətləndirmə bacarıqlarınayiyələnmək.3. Təbii fəlakət olan daşqın şəraitindətəhlükəsiz davranış vərdişlərini formalaşdırmaq.4. Şagirdləri daşqınlardan və onların nəticələrindən əhalinin müdafi əsi üzrə əsas tədbirlərlətanış etmək.Avadanlıq: daşqınların səbəblərini, daşqın zamanı insanların hərəkətlərini göstərən DVD,videofraqmentlər, “Zəlzələ, yanğın, sel, yer sürüşməsi və daşqın zamanı nə etməli” vəsaiti,posterlər, markerlər.“Beyin həmləsi”“Daşqın” anlayışına tərif vermək.Daşqın haqqında filmə baxışQruplarda iş4 qrup tapşırıq alır.1-ci qrupa miqyasından asılı olaraq daşqınların təsnifatını demək təklif olunur:• Aşağı (kiçik),• Yüksək,• İri,• Fəlakətli.2-ci qrupa yaranma səbəblərindən asılı olaraq daşqınların təsnifatını aparmaq təklif olunur:• sel,• daşqın,• tıxanma,• yığılma,• artan daşqın,• bəndin yarılmasının səbəb olduğu daşqın,• sualtı zəlzələlərin, sualtı və ya ada vulkanlarının səbəb olduğu daşqınlar.74 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

3-cü qrupa daşqınlar nəticələrini demək təklif olunur:• suyun sürətlə qalxması,• qonşu ərazini suyun basması,• daşqınların törəmə nəticələri.4-cü qrupa daşqınların nəticələrinin xüsusiyyətlərini demək təklif olunur.Daşqın zamanı hərəkət matrisasının tərtibiHər bir şagirdə daşqın zamanı hərəkət matrisasını tərtib eləmək tapşırığı verilir.1. Daşqın zamanı mövcud olan təhlükələr____________________2. Daşqın zamanı təhlükəsizliyin təmin edilməsi üzrə mövcud olan imkanlar.______________________________________3. Daşqın zamanı təhlükəsizliyin təmin edilməsinin güclü tərəfl əri.__________________________________________4. Daşqın zamanı təhlükəsizliyin təmin edilməsinin güclü tərəfl əri._________________________________________________Daha sonra sinifdə müzakirə davam etdirilir və ümumi matrisa tərtib olunur.İdeyaların təhliliBu mərhələnin əsas hədəfi deyilmiş təklifl ərin işlənməsi, cilalanmasıdır.Bu mərhələnin qaydaları aşağıdakılardır: ən yaxşı ideya indi nəzərdən keçirdiyin ideyadır.Onu elə təhlil elə ki, sanki başqa ideya ümumiyyətlə yoxdur. Qeyd edilən qayda hər bir ideyayamümkün olduğu qədər diqqətli yanaşmanı nəzərdə tutur. Tənqid və ya etiraz mümkündür, lakinonlar əsaslandırılmış və konstruktiv olmalıdırlar.Hər bir ideyada rasional toxum tapılmalıdır.Bu o deməkdir ki, diqqəti hər bir ideyada konstruktiv elementin axtarılmasına yönəltməklazımdır. İdeyaları kənar atmaq olmaz. Tələb olunduqda, iştirakçılar kartlara deyilmiş ideyanıinkişaf etdirən fi kirlərini yazırlar.Şagirdlərə dövlət orqanları və daşqınlara məruz qalmış rayonların əhalisi tərəfi ndən daşqınlarnəticəsindəki itkilərin azaldılması üzrə görülən tədbirləri sadalamaq təklif olunur.Vəsaitlə iş-- səhifədəki materiala baxmaq.Suyun evi basma ehtimalı varsa nə etməli? Aşağıdakı suallara cavab verməli:1. Daşqından sonra hərəkətləriniz?2. Evakuasiyanın başlanması haqqında xəbərdarlıq alındıqda hərəkətləriniz?3-cü Modul Daşqın75

Qruplarda işQruplara tapşırıq – konkret vəziyyətdə hərəkət planını tərtib etmək.1-ci qrup – daşqın təhlükəsi zamanı əhalini xəbərdar etmə və evakuasiya;2-ci qrup – daşqın təhlükəsi zamanı (daşqın barədə əvvəlcədən xəbərdarlıq edildikdə);3-cü qrup – qəfi l daşqın zamanı: yardım gələnədək; məcburi özünü evakuasiya zamanı;4-cü qrup – daşqından sonra.Hər bir qrup öz işini təqdim edir. Kollektiv müzakirə davam edir.Yoxlama sualları1-ci variant1. Daşqın barədə əvvəlcədən xəbərdarlıq edildikdə əhalinin hərəkətləri haqqında danışın.2. Daşqın zamanı evdə (məktəbdə) olduqda hərəkətləriniz haqqında danışın.3. Daşqın zamanı açıq məkanda olduqda hərəkətləriniz haqqında danışın.4. Hansı hallarda su basmış rayonlardan müstəqil şəkildə çıxmağa yol verilir?2-ci variant1. Daşqınların səbəbləri.2. Daşqınların ilkin və törəmə nəticələri.3. Daşqın haqqında əvvəlcədən xəbərdarlıq edildikdə nə etməli?4. Daşqın qəfi ldən başladıqda nə etməli: binadan evakuasiya zamanı; binada qalmışınızsa?3-cü variant1. Daşqınların təsnifatı.2. Daşqınlara məruz qalan rayonlarda daşqın riskinin azaldılması üçün həyata keçirilən əsastədbirləri sadalayın.3. Qəfi l daşqın zamanı nə etməli: yardım gələnədək; məcburi özünü evakuasiya zamanı?Əsas anlayışDaşqın – qar əriyən, leysanlar, suyun küləklərlə gətirildiyi, yığıntı, tıxanma və s. zamanı çayda,göldə və ya dənizdə suyun səviyyəsinin qalxması nəticəsində ərazinin müvəqqəti olaraqəhəmiyyətli dərəcədə subasması. Dəniz sahillərində daşqınlar sunami zamanı yaranır.Su basma – ərazidə sərbəst su səthinin yaranmasına gətirib çıxaran su axımının, nohurunvə ya yeraltı suların su səviyyəsinin yüksəlməsi. Su basmış torpaq sahələrinin təsərrüfatistifadəsinin mümkün olmadığı və ya məqsədəuyğun olmadığı uzun müddətli su basması vəmüvəqqəti su basması fərqləndirilir.Sel – çayın su rejimi fazası; qarın, buzlaqların sürətli əriməsi, gur yağışlar nəticəsində çaydasuyun səviyyəsinin nisbətən qısa müddətli və qeyri-periodik qalxması. Daşqından fərqli olaraqsel ilin istənilən vaxtı yarana bilər. Bir-birinin ardından baş verən sellər daşqın əmələ gətirəbilərlər.76 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Resurs materialıDaşqınlar bir qayda olaraq güclü yağıntılar nəticəsində yaranır. Vadisindən kənara daşmışçay yolunun üstündəki hər şeyi, hər şeydən əvvəl isə yaşayış evlərini və digər tikililəri dağıdır,insanın həyat və sağlamlığına təhlükə yaradır, yaşayış məntəqələrini, nəqliyyat vasitələrini suaxını ilə aparır və ya basır.Çay və dəniz daşqınları fərqləndirilir. Çay daşqını – dənizdən suyun gəlməsi nəticəsində periodik(baharda qarın əriməsi və ya uzun müddətli leysanlar nəticəsində) və ya epizodik şəkildəbaş verən çayın daşması. Dəniz daşqınları isə fırtınaların nəticəsidir.Daşqınlar elektrik xətlərin və məftillərin qırılması və onlardakı qısa qapanma nəticəsindəyanğınlarla və qruntun qeyri-bərabər çökməsi nəticəsində su boru xətlərinin, kanalizasiyaborularının, elektrik, televiziya və teleqraf məftillərinin qopması ilə müşayiət oluna bilər.Təhlükəsizlik mülahizələri ilə bağlı əhalinin evakuasiyası gözlənilirsə aşağıdakı tədbirləringörülməsi unudulmamalıdır:• Elektrik cərəyanını və qaz xəttini bağlamaq;• Bütün qapı və pəncərələri bağlamaq;• İlkin saatlar üçün zəruri olan əşyalarla (yorğanlar, çəkmə, isti və praktik paltar, enerjibaxımından dəyərli və uşaq qida məhsulları, sənədlər, pul və qiymətli əşyalar) birgə yuxarımərtəbələrlə çıxaraq özünü təhlükədən qorumağa çalışmaq;• Lazım ola biləcək hər şeyi yığmağa çalışmaq – üzgüçülük üçün vasitələr, xilasedicidairələr, iplər, nərdivanlar, siqnal vermək üçün vasitələr;• Fəlakətin digərlərindən izolyasiya etdiyi insanları xilas etmək, zərərçəkənlərə ilkinyardım göstərmək;• Suya düşmə təhlükəsi varsa yardım gələnədək ayaqqabını, ağır və dar paltarı çıxarmaq;• Köynəyi və şalvarı yüngül üzən predmetlərlə (toplar, boş bağlı plastmas butulkalar vəs.) doldurmaq; su səthində qalmaq üçün stollardan, avtomobil şinlərindən, əlavə təkərlərdən,xilasedici kəmərlərdən istifadə etmək; suya son anda, artıq xilas edilməyə ümid olmadıqdaatlamaq.Daşqınlara aşağıdakılar səbəb olur:1. Güclü yağıntılar – həm davamlı, həm də nisbətən qısa müddətli, lakin həddən artıq intensiv.Bu cür daşqınlar həm mütəmadi olaraq, demək olar ki hər il baş verdikləri aşağı enliklər,həm də çayları suyun yüksək və aşağı səviyyəsi ilə fərqlənən musson iqlimli rayonlar üçünsəciyyəvidir. Bundan başqa daşqınların səbəbi mülayim enliklərin siklonlarının güclü yağışlarıvə bu cür siklonların yavaş hərəkəti zamanı tropik siklonlar ola bilər.2. Qarın sürətli əriməsi və buz yığıntıları. Orta enliklərdə qarlı qışdan sonra çox isti baharhər zaman daşqın təhlükəsi ilə bağlıdır; qar yığıntıları bu təhlükəni artırırlar. Kritik vəziyyətləradətən isti hava kütlələrinin intensiv adveksiyası (daşınması) nəticəsində qarın sürətli əriməsizamanı yazda yaranır; buzlaqlarla qidalanan çaylar dağlarda buzlaqların qızğın əriməsi zamanıyay aylarında su ilə dolub daşa bilər.3-cü Modul Daşqın77

3. Suyun dənizdən sahilə və çay mənsəbinə vurulması - bunun səbəbi külək (adətən siklonlarzamanı) və ya güclü yağıntılar və suyun dəniz qabarması ilə gəlməsi də ola bilər.Hidroloji mənada daşqın məcranın tam buraxma bacarığını aşan çay axını ilə sahilyanırayonların su basması deməkdir. Quraq rayonlarda böyük axın zamanı adətən su ilə dolu olmayanməcranın özünü “su basır”. Daşqın mərhələsi suyun məcradan daşdığı zaman başlayır.Adətən əmlaka zərər və insan fəaliyyətinə maneə baxımından kritik həddə daşqının səviyyəsimüəyyən edilir.Daşqın digər ekstremal təbiət hadisələri ilə müqayisədə daha geniş yayılmış təbii fəlakətdir.Daşqınlar həm daimi, həm də müvəqqəti su axınlarında, həmçinin ümumiyyətlə çay və göllərinolmadığı rayonlarda, məsələn, leysan tipli yağıntıların olduğu quraq rayonlarda baş verə bilər.İnsanın daşqınlara uyğunlaşması problemi xüsusilə mürəkkəb xarakter alır, çünki daşqınlarəhaliyə və onun yaşayış mühitinə mənfi təsirlə yanaşı müsbət cəhətlərə də malikdir. Daşqınbaxımından təhlükəli rayonlarda su və məhsuldar çaylaq torpaqları çatışmazlığı yoxdur.Sahilyanı torpaqlardan istifadə edilməsi zərurəti ilə daşqınların vurduğu itkilərin qaçılmazlığıarasındakı münaqişənin həlli cəhdləri bəşəriyyətin bütün tarixi boyunca edilmişdir. Hətta dahaprimitiv təşkil edilmiş sənaye öncəsi cəmiyyətlərdə insan daşqınlara uyğunlaşırdılar. Belə ki, Nilçayının aşağı axarında, Mekonq çayının aşağı axınında əkinçilərdə torpaqdan istifadənin xüsusiformaları əmələ gəlirdi. Zambiyanın şimal-qərbindəki Barotse düzənliyinin əhalisi sahilyanıərazilərin hər il baş verən fəsli su basmalarına ərazinin yüksəklikdəki hissələrinə miqrasiya iləcavab verir.XX əsrin sənaye cəmiyyətlərində çay hövzələrindən çoxməqsədli istifadə konsepsiyası köksalmışdır və buna əsasən daşqınların vurduğu zərərin azaldılması sudan rasional istifadəninplanlaşdırılması ilə əlaqələndirilməlidir.Çaylardakı daşqınlardan xüsusilə dünyanın sıx məskunlaşmış rayon əziyyət çəkirlər:Hindistan, Banqladeş, Çin. Çində dağıdıcı daşqınlar daha çox ovalıqlarda, Huanxe və Yançzıçaylarının vadisində baş verir. Yüzlərlə bəndə, daşqınlarla əsrlər boyu mübarizə təcrübəsinəbaxmayaraq, bu yerlərin sakinləri əvvəlki kimi daşqınların qurbanlarına çevrilirlər. Buradadaşqınlar praktiki olaraq hər il baş verir, 20-30 ildə bir dəfə isə fəlakətli xarakter daşıyırlar.Çayların vadilərinə bir çox iri şəhərlər bağlıdır, onların sahillərində isə əsas kənd təsərrüfatırayonları yerləşir. XX əsrdə Yançzı çayındakı xüsusilə güclü daşqınlar 1911, 1931, 1954-cüillərdə baş vermişdir. 1931-ci ildə daşqının səbəb olduğu aclıq nəticəsində 60 milyon insan zərərçəkdi. 1911-ci daşqını zamanı 100 mininsan tələf oldu.Daşqınların vurduğu əmlak zərəriilə tələfat sayı arasında adətən tərsasılılıq vardır. İnşaat tikililəri, mühəndisşəbəkələri, nəqliyyat vasitələri vəs. mənasında itirməyə bir şeyi olancəmiyyətlər monitorinq, xəbərdarlıq,əhalinin evakuasiyası və təmir-bərpaişləri üçün elmi-texniki vasitələri dəmalikdir və bunlar tələfatın azalmasınakömək edir.78 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Əksinə sənaye öncəsi, xüsusilə yüksək əhali sıxlığına malik olan cəmiyyətlər daha azəhəmiyyətli maddi itki daşıyırlar, lakin qarşısını alma tədbirlərinin həyata keçirilməsi vəinsanların xilas edilməsi üçün zəruri vasitələrə malik deyillər.Əhali arasında tələfat daşqının ən faciəvi və birbaşa nəticəsidir. Kənd rayonlarında torpaqlarıneroziyası və əkinlərin məhvi ilə müşayiət olunan kənd təsərrüfatı heyvanlarının tələfatı, torpaqsahələrinin su basması nəticəsində itkilər xüsusilə böyükdür. Su anbarlarda saxlanılan kəndtəsərrüfatı avadanlığını, toxumları, gübrələri, yemi zədələyir, irriqasiya sistemlərini və digər sutəchizatı mənbələrini sıradan çıxarır, yolları dağıdır. Daşqınlar şəhər əmlakına , o cümlədən bütünnöv tikililərə, mühəndis qurğularına və kommunikasiyalara, nəqliyyata, çay təsərrüfatına zərərvurur. Dolayı zərərlər adətən insan sağlamlığı və ümumi rifah üçün nəticələrlə əlaqələndirilir,lakin landşaftın gözəlliyi, rekreasiya imkanları və toxunulmamış təbiət guşələrinin qorunmasıkimi dəyərlər də nəzərə alınmalıdır. Tibbi-sanitariya xidmətlərinin normal fəaliyyəti nəqliyyatvasitələrinin və mühəndis şəbəkələrinin, xüsusilə su boru xəttinin zədələnməsi nəticəsindəolduqca çətinləşir. Daşqın nəticəsində həmin bölgənin çirklənməsi, epizootiya halları təhlükəsiyaranır, bu da əhalinin xəstələnməsinin artmasına gətirib çıxara bilər.Daşqınların mənfi təsirlərinin yumşaldılmasında proqnozlar böyük rol oynayır. Suyunsəviyyəsinin maksimal qalxmasına və ya məcranın dolub daşmasına dair proqnoz leysanyağıntılar zamanı bir neçə dəqiqə əvvəl, çayların yuxarı axarında kiçik su toplayıcılarında birneçə saat əvvəl və iri çayların aşağı axarlarında bir neçə gün əvvəl verilə bilər.Xəbərdar etmənin öncəliyi və etibarlılığı yuxarıdakı sahələrdə daşqının gedişatı haqqındalazımı məlumatların olması şərti ilə çay boyunca aşağıya doğru getdikcə artır. İnkişaf etməkdəolan ölkələrin əksəriyyəti proqnoz və xəbərdarlıq üçün tələb olunandan xeyli daha kasadməlumatlara əsaslanmalı olurlar. İnsan çaylardakı sellərin səbəb olduğu daşqınlarla fəalmübarizə aparır. Bu məqsədlə damba və bəndlər tikilir, məcralar dərinləşdirilir və düzəldilir, selsularının toplanması üçün su anbarları inşa edilir, çay hövzələrində torpaqların idarə edilməsiilə bağlı tədbirlər görülür.İnkişaf etməkdə olan və bəzən də inkişaf etmiş ölkələrdə potensial olaraq su basan rayonlarınəhalisinin əksəriyyəti üçün itkilərə məruz qalmağa hazır olma daşqınlara uyğunlaşmanınəsas üsulu olaraq qalmaqdadır. Görünür ki, əhalini və hökumət orqanlarını fəaliyyətə sövqetmək, bu təbii fəlakətlərlə bağlı ümumi idarəetmə strategiyasını işləyib hazırlamaq üçünxüsusi tədbirlər tələb olunur.3-cü Modul Daşqın79

4-cü Modul. Yanğın“Məktəbdə təhlükəli vəziyyət. Yanğın” mövzusu4-5-ci siniflərMəqsəd: şagirdlərdə yanğın zamanı təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması.Hədəfl ər:1. Şagirdləri aşağıdakılarla tanış etmək:- yanğın zamanı təhlükəsiz davranış qaydaları;- məktəb binasından kollektiv evakuasiya qaydaları.2. Şagirdlərə təhlükəni öngörmə vərdişini aşılamaq.Avadanlıq: yanğın haqqında plakatlar, DVD, videofi lm fraqmentləri, “Zəlzələ, yanğın, sel vədaşqın zamanı nə etməli” vəsaiti, pambıq parça tikələri.“Beyin həmləsi”Şagirdlərə yanğının mümkün səbəbləri haqqında danışmaq təklif olunur. Sinif lövhəsindəklaster tərtib olunur.Vəsaitlər işMəşğələ 4-5-ci sinifl ər üçün vəsait üzrə yanğın zamanı uşaqların təhlükəsiz davranışqaydalarının öyrənilməsindən başlanır.Müzakirə üçün suallar:1. Yanğın zamanı ən təhlükəli nədir?2. Binada alov və ya tüstü gördükdə nə etməli?3. Tüstüləyən binada necə çıxacaqsınız?4. Yanğın haqqında kimə məlumat verəcəksiniz?Yanğın haqqında filmin nümayişiDaha sonra müəllim cavabları ümumiləşdirir, şagirdlərə odla dəcəlliyin, kibritlə və alışqanmateriallarla oyunun yol verilməzliyini (uşaqların günahından baş verən yanğınların əsassəbəbləri) xatırladır.Müəllim izah edir ki, tüstü və ya od gördükdə necə davranmalıdırlar, tüstü və ya yanğınzamanı nə etməli olduqlarını uşaqlara xatırladır – mütləq böyüklərə xəbər verməli vəyanğınsöndürənləri çağırmalarını xahiş etməli.Praktiki hissəMəşğələ zamanı müəllim uşaqları məktəbdən kollektiv evakuasiyanın xüsusiyyətləri ilə tanışedir. Aşağıdakı təlim keçirilir: şagirdlərin arzusuna əsasən digərlərini hərəkətlərini müşahidəedəcək 3-5 nəfərdən ibarət bir qrup seçilir. Pedaqoq digər şagirdlərə komandaya əsasənzəncirvari düzülməyi və sakit, qışqırıqsız sinifdən çıxışa doğru və daha sonra koridorla vəpilləkənlə məktəbdən çıxışa doğru hərəkət etməyi təklif edir.80 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

“Evakuasiya”nın gedişini birinciqrup izləyir və daha sonra 2-ci qrupunhərəkətlərini şərh edir. Müəllimhəmçinin müşahidəçilər kimi öz şərhiniedir.Çaxnaşma və basabas təhlükəsibarədə xəbərdarlıq edilməlidir: yanğınzamanı çox vaxt insanlar od və tüstüdəndeyil, qorxudan qışqırmaqdan, bir-biriniitələyib yıxmaqdan həlak olurlar.Bu cür hallarda daha çox uşaqlar həlakolurlar, çünki onları sadəcə görmürlər.Buna görə də məktəbdə yanğın başverdikdə aşağıdakı qaydalar üzrə sakit və qətiyyətli hərəkət etməyi uşaqlara öyrətmək çoxvacibdir:1. Həyəcan siqnalını eşitdikdə, ən yaxın açıq çıxışa doğru sakitcə hərəkət etməli.2. Hərəkət əşyalar mane olursa (məsələn, çanta, arxa çantası), onları atmalı – həyat dahadəyərlidir!3. Binaya tüstü daxil olursa, tənəffüs orqanlarını yaş əski ilə (burun dəsmalı, şarf və s.)qorumalı.4. Çalışmaq lazımdı izdihamın sıxışdıra biləcəyi divara, çəpərə, şüşə vitrinlərə və binanındigər hissələrinə yaxınlaşmayasan və insan axınının ortasında durasan.5. Əl barmaqlarını döş üzərində qıfıllamalı, əlləri döş səviyyəsində tutmalı, dirsəkləri yanlarayönləndirməli, çənəni sinəyə sıxmalı. Bu cür poza (“kirpi”) izdihamda rahat nəfəs almağaimkan verir. (Şagirdlərlə bir neçə dəfə avtomatizmə çatdıranadək bu cür pozanın alınması üzrəməşqlər keçirməli).6. İzdihamın uşağı yıxmaması üçün onunla birgə hərəkət etməyə çalışmalı. Uşaq yıxıldıqdakirpi kimi yumağa dönməli, çənəsini sinəsinə sıxmalı, dizlərini başına doğru qaldırmalı, başınıəlləri ilə tutmalı (Döşəkli idman zalı olduqda bu cür vəziyyətin alınması üzrə şagirdlərlə bir neçəməşq keçməli).Şagirdlərə avtomatizmə çatdırmaq üçün “kirpi” vəziyyətini almaq üzrə evdə böyüklərlə məşqkeçmələrini təklif etməli.Şəxsi təhlükəsizliyə öyrətmənin şüarı “Müstəqil, lakin ehtiyatlı və diqqətli ol!” ola bilər.Hər hansı bir səbəbə görə həmin dərsdə bu cür təlimin keçirilməsi mümkün deyilsə, həmintəlimi digər daha uyğun vaxtda (məsələn, ekskursiyaya və ya gəzintiyə hazırlıqla birləşdirərək)keçirmək lazımdır.Bu mövzu əsas mövzulardan biridir, buna görə onun öyrənilməsi ənənəvi olaraq bir dərsinvaxt çərçivəsi ilə məhdudlaşdırılmamalıdır və dərsdən kənar vaxtda da davam etdirilməlidir.Müəllim şagirdləri insanların oddan istifadə etmələri tarixi ilə tanış edir və onların diqqətiniaçıq od mənbələri (kibrit, alışqan, qaz odluğu və s.) ilə dəcəlliyin yolverilməzliyinə, həmçininpotensial yanğın mənbələri ilə davranarkən təhlükəsizlik qaydalarına riayət etməyin zəruriliyinəyönəldir. Bunun üçün uşaqları alışma və yanğınların ən tez-tez baş verən mümkün səbəbləri(elektrik şəbəkəsinin qısa qapanması və həddən artıq yüklənməsi, məişət texnikasının nasazlığıvə qeyri-düzgün istismarı, evin isidilməsi və paltarların qurudulması üçün qaz plitkasındanistifadə olunması) ilə tanış etməli.4-cü Modul Yanğın81

Bu zaman müəllim şagirdə alışmaqla yanğının fərqini izah edir. Daha sonra o istənilənyanğının qarşısının alınmasının onun söndürülməsindən daha asan olduğunu deyir. Belə ki,yanğınsöndürənlər gələnədək bütün ev yana bilər, insanlar, heyvanlar ölə bilər. Buna görəsadəcə kibritlə oynamağı qadağan etmək deyil, uşaqlara potrensial alışma mənbələrinimüəyyən etmək öyrədilməlidir (məsələn, böyüklərin qoyub getdiyi qoşulu ütü, nəzarətsiz yananqaz sobası və s.).Anlayışların inkişafının pedaqoji prinsipinə əsasən şagirdlərə təhlükəni öncədən görmə,xüsusən də mümkün alışmanı seçmə və tələb olunduqda yanğının qarşısının alınması üzrədüzgün hərəkət etmə bacarığını aşılamaqdır.Kiçik məktəb yaşlı uşaqlar üçün alışmaların profi laktikasının ən səmərəli vasitəsi yanğınbarədə böyüklərə xəbər vermədir.Alışma ilə müstəqil şəkildə mübarizə aparmaq təhlükəlidir. Ciddi travmaalmaq və hətta ölmək olar!Uşaqları hər şeydən əvvəl aşağıdakı hallarda böyüklərə xəbər verməyə öyrədilməlidirlər:1. şam yandırmaq zərurəti yaranırsa, böyüklərə xatırlatmaq lazımdır ki, şamı şamdanaqoymalı, şamın şamdanın dəliyində möhkəm durduğundan əmin olmalı, yanma zamanı önəəyilməməli və alışqan nəyəsə toxunmamalı;2. böyüklər tərəfi ndən qalanan soba, buxarı, elektrik şəbəkəsinə qoşulmuş qaz və ya elektrikqızdırıcı cihaz nəzarətsiz qaldıqda;3. yanmayan plafonla qorunmayan lampa alışqan materialların yaxınlığındadırsa;4. elektrik şəbəkəsinə eyni anda bir neçə lampanın (plitkanın, ütünün və s.), xüsusən dəelektrik üçlük vasitəsilə bir rozetkaya qoşulması, çünki elektrik xəttinin həddən artıq yüklənməsivə xətdə qısa qapanma ola bilər;5. elektrik xəttində nasazlıq əlamətləri ortaya çıxdıqda:- isti elektrik çəngəl və ya rozetkalar;- elektrik texnikanın işlədilməsi zamanı elektrik xəttinin güclü isinməsi;- rozetkalarda çatlama səsləri;- qığılcımlanma;- yanan rezin, plastmas iyi;- çəngəllərdə və rozetkalarda his izi;- elektrik xətlərinin hörgülərinin qaralması;- elektrik cihazı şəbəkəyə qoşduqda otağın işıqlandırılmasının zəifl əməsi.Alışmaya gətirib çıxaran digər geniş yayılmış hal qaz plitkası ilə səriştəsiz davranışdır.“Beyin həmləsi”Vəziyyət: nəzarətsiz qalmış yanan qaz plitkasında tava var, tava tüstüləyir və daha sonrayağ alışır. Şagirdlərə sual: “Necə düzgün hərəkət etməli?”Vəziyyət: nəzarətsiz qalmış yanan qaz plitkasında tava var, tava tüstüləyir və daha sonrayağ alışır. Şagirdlərə sual: “Necə düzgün hərəkət etməli?”Uşaqların cavablarının aşağıdakı variantları mümkündür:1. qaçmaq;2. böyükləri (köməyə) çağırmaq;82 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

3.qazı söndürmək (odluğun qulpunu çevirərək);4.gizlənmək.İlk üç hərəkət variantı yol veriləndir və düzgündür. Lakin ikinci və üçüncü variant alışmanınyanğına keçməsinin qarşısını almağa imkan verəcəklər.İstənilən ekstremal vəziyyətdə olduğu kimi alışma zamanı əsas məsələ özünü itirməmək,çaxnaşmaya və vahimə yaratmamaq, qətiyyətli və ağıllı hərəkət etmək.Dördüncü variant qətiyyən qəbuledilməz olsa da, ən geniş yayılmış haldır. O, tüstülənməyəvə yanğına aparır, buna görə ən təhlükəlisidir.Tüstülənmə. Şagirdlərdən soruşun nə üçün tüstü oddan daha az təhlükəli deyil? “Ondangizlənmək mümkün deyil! Tüstü hətta odun daxil ola bilmədiyi yerlərə də daxil olacaq və insanyanğınsöndürənlərin gəlişinədək boğulacaq”.Şagirdlərə izah olunmalıdır ki: mənzildə tüstü və odla aranda qapı varsa, çıxışa tərəf çıxarkənonları arxanızca örtün, qapının altındakı boşluğu isə əski ilə doldurun! O zaman tüstü və odunsənə çatması daha çətin olacaqdır.Tüstülənmə halında hərəkətlərə öyrədərkən hər şeydən əvvəl tüstülənmə və yanğınocağından çıxışı tapmaq, həmçinin yanğınsöndürənləri çağırmaq bacarığı kimi vərdişləri məşqedilir.TapşırıqTüstü, onun əlamət və xüsusiyyətləri haqqında danışın (məsələn, sönməkdə olan odunların,yanan yarpaqların, sönməkdə olan plastmasın tüstüsü).Daha sonra şagirdlərə xatırladılmalıdır ki, tüstü hər zaman yuxarı yönəlir, buna görə ondanəyilərək qaçmalı və ya iki əli və iki ayağı üstündə hərəkət etməli.Daha sonra müəllim izah edir ki, məsələn, yaş burun dəsmalı tüstünü yaxşı hopdurur, bunagörə tüstüdən qaçarkən burun və ağızı yaş dəsmal və ya məhrəba ilə örtmək yaxşı olardı.Şagirdlərə tüstüdən müdafi ə vərdişlərini aşılamaq üçün aşağıdakı təlimi keçmək olar.“Tüstü!” komandasına əsasən hər kəs burun dəsmallarını çıxarır, açır və üzünə, burun vəağzına tutur. Müəllim məsələn, tapşırıq üzərində gərgin əqli işdən sonra istirahət üçün fasiləyəehtiyac olduğunu hesab edərsə, bu sadə təlim digər dərslərdə də təkrar oluna bilər.Mütəmadi olaraq təkrar olunan təlim real yanğın zamanı təhlükə anında həyatı xilas etməyəkömək edəcək hərəkətlərin avtomatlaşdırılmasına imkan verəcək.Oriyentirini ( istiqamət) tapma üzrə praktiki məşğələ.Labirintdən çıxış sürəti üzrə oyun.Oyun şagirdlərdə sürətli oriyentir tapma, ekstremal vəziyyətdə çıxışı axtarma vərdişiniformalaşdırmağa kömək edir. Bunun üçün uşaqlara oyun təklif edilməlidir – komandalarınyarışması (onları cərgələr üzrə ikiliklərə və ya üçlüklərə bölərək). Sonuncu cərgədən başlayaraqşagirdlərə “Yanğın” komandası ilə burnunu dəsmalla örtərək əvvəlcədən stul və partalardandüzəldilmiş labirintdən keçərək lövhəyə qədər qaçmaq təklif edilir. Labirint boyunca stullardaoturan digər komanda üzvləri vaxta baxırlar, yarışanların hərəkətlərinin düzgünlüyünə nəzarətedirlər, həmçinin od və tüstünü imitasiya edirlər. Müəllim şagirdlərə qalibləri seçməyi və onlaramükafatları verməyi (məsələn, çəkilmiş “Yanğın zamanı cəsarətə görə ” medalı) təklif edə bilər.4-cü Modul Yanğın83

Şagirdlərə izah olunmalıdır ki, nə üçün “101” nömrəsinə zəng etmək lazımdır, onlarayanğınsöndürənləri düzgün çağırmağı öyrətmək lazımdır. Uşaqlara aşağıdakı sual üzərindədüşünmək təklif oluna bilər: “Yanğınsöndürənlərin telefon nömrəsi nə üçün “101”-dir?”Cavab: “Bu, çox sadə və qısa nömrədir, onu asanlıqla yadda saxlamaq və yığmaq olar”.“101” nömrəsi haqqında məlumatdan başqa izah edilməlidir ki, yanğınsöndürənlərinçağırılması zamanı yanğın haqqında düzgün necə məlumat vermək olar.Daha sonra yarışma elementi (“kim daha sürətlidir?”) daxil edərək və ya otaqda su kranı varsa,dəsmal islatmağı təklif edərək tapşırığı mürəkkəbləşdirmək olar. Eyni zamanda qarışıqlıqolmasın deyə uşaqlara komandalarla, cütlüklərlə və üçlüklərlə yarışmaq təklif olunur. Məsələn,ön partalardakı şagirdlər krana qaçıb dəsmalı isladaraq tapşırığı yerinə yetirirlər, digər komandaüzvləri isə vaxta baxırlar və yarışanların hərəkətlərinin düzgünlüyünə nəzarət edirlər. Dahasonra ikinci və s. partadakı şagirdlər tapşırığı yerinə yetirirlər. Yarışmanın əsas hakimi kimimüəllim şagirdlərə qalibi seçməyi və ona mükafatı verməyi (məsələn, çəkilmiş “Yanğın zamanıcəsarətə görə ” medalı) təklif edə bilər.İzah edilməlidir ki, od və tüstü çox güclü olduqda, alışmadan fərqli olaraq onları söndürməyəçalışmaq lazım deyil, çünki qaz odluğun qulpunu çevirərək, çəngəli rozetkadan çəkərək, sutökərək və ya qalın ədyalla örtərək (vəziyyətdən asılı olaraq) alışma söndürülə bilər. Bu haldaqapını bağlayaraq oda tutulmuş otağı tərk etmək daha düzgün olar.Böyüklərin tənqid edəcəyini düşünərək qorxmaq, gizlənməyə çalışmaq olmaz, evdənbloka və ya küçəyə çıxmaq, qonşulara zəng etmək, böyükləri yardıma çağırmaq və ya “101”nömrəsinə zəng etmək lazımdır. Evdə körpə uşaq varsa, onları çölə çıxarmaq lazımdır. Evdəheyvan varsa (pişik, it, dağsiçanı və s.) uşaqlara izah edilməlidir ki, onların axtarışına vaxt sərfetmək lazım deyil, heyvanların qaçmasına imkan vermək kifayətdir (qəfəsi açaraq, qapını açıqqoyaraq). Heyvanlar bunu insanların yardımı olmadan daha sürətli edə bilərlər.Bu vəziyyətdə uşaqları qorxmamağa, gizlənməməyə, əksinə oriyentirlərini tapmağa və çıxışıtapmağa nail olmağa öyrətmək prinsipial xarakter daşıyır. Kədərli çox əsrlik statistika göstərirki, yanğın zamanı böyük insan da özünü itirə, öz evindən və ya mənzilindən çıxışı tapa bilməyəvə həlak ola bilər.Yekun olaraq, uşaqlara yanğın zamanı insanların hərəkətləri barədə hekayələrdən birinioxumaq olar (L.N. Tolstoyun “Yanğın itləri”, “Yanğın” və B. Jitkovun “Yanğın”, “Tüstü” və ya“Dənizdə yanğın” hekayələri). Həmçinin uşaqlara bu mövzu üzrə tapmacaları tapmaq təklifoluna bilər:Bir ev var, evin içində yüz bacı. Uşaqlar üçün məsləhət-ev ilə oynamayın! (kibritlə dolu qutu.)Kiçik anbarda yanğın yanğın üstündədir. (Kibritlə dolu qutu.)Qırmızı dil pəncərədən çölə çıxır, hər kim ona əl vurarsa yanar. (Alov)Nə qədər yesə doymaz, su içən kimi ölər. (Alov.)Hər şeyi çeynəmədən yeyirəm. (Alov.)Qırmızı öküz ağac gəmirir, su içən kimi isə fısıldayaraq ölür. (Alov.)Qırmızı gicitkən otağı bürüyür. (Alov.)84 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Qırmızı öküz ayağa qalxır, titrəyir, qara öküz isə göyə doğru uçur. (Alov və tüstü)Boz qumaş pəncərədən çölə çıxır. (Tüstü.)Bir balaca boyu var amma böyük fəlakətlərə səbəb olur. (Qığılcım.)Sobada yanır, qoğal bişirir. (Qaz.)4-cü Modul Yanğın85

Yanğın təhlükəsizliyi və yanğın zamanıdavranış qaydaları” mövzu6-11-ci siniflərMəqsəd: insanın həyat və sağlamlığı üçün təhlükəli vəziyyətin qiymətləndirilməsivə yanğın halında düzgün hərəkət etmək bacarığının formalaşdırılması.Tapşırıq:1. Aşağıdakılar haqqında biliklərin alınması:- Yanğının əsas səbəbləri və nəticələri, yanğının insana təsir edən yaralayıcı amilləri;- əsas yanğın təhlükəsizliyi qaydaları və evdə yanğın zamanı davranış qaydaları və yananevdən evakuasiya üsulları.2. Yanan binadan evakuasiya zamanı fövqəladə hallarda düzgün hərəkət etməyi öyrənmək.3. İlkin yanğınsöndürmə vasitələrindən istifadə etmək.Avadanlıq: DVD, “Yanğın” fi lmi, “Zəlzələ, yanğın, daşqın, sel və yer sürüşməsizamanı nə etməli” vəsaiti, posterlər, markerlər.Yanğının insana zərərli təsir edən beş yaralayıcı amili sxem şəklində göstərilə bilər(sxem 2).Şagirdlərə sxem-cədvəli müstəqil şəkildə, daha sonra isə cütlüklərdə və qruplarda doldurmaqtəklif olunur.“Beyin həmləsi”Evdə yanğının əsas səbəbləri nələrdir?Lövhədə yazı. Klasterin tərtib olunması.Evdə yanğının əsas səbəbləri:• Odla ehtiyatsız davranma;• Elektrik məişət və elektrik qızdırıcı cihazlardan istifadə zamanı təhlükəsizlik qaydalarınınpozulması;• Alışqan və tez alışan mayelərin saxlanma və istifadə qaydalarının pozulması;• Məişət qazının sızması;• Oddan istifadə zamanı səhlənkarlıq, etinasızlıq və intizamsızlıq;• Pirotexniki məhsullarla ehtiyatsız davranma;• Odluğun (sobanın, buxarının) qapılarının açıq qoyulması;• Əldəqayırma elektrik qızdırıcı cihazlardan istifadə;• Çox sayda elektrik cihazların bir rozetkaya qoşulması və bunun rozetkanın həddən artıqyüklənməsinə və qızmasına səbəb olması.86 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Taraqqaların, partlanğıcların, benqal məşəllərinin və fi şənglərin yaratdığı təhlükəyə xüsusidiqqət yetirilməlidir.Yaşayış binalarında yanğının əmələ gəlməsinin əsas səbəblərini izah edərək şagirdlərdənevdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri haqqında danışmalarını xahiş edin.Şagirdlər nə qədər çox təklif versələr, onlarla birlikdə yanğın təhlükəsizliyinin əsas qaydalarınınsiyahısını daha dolğun tərtib etmək mümkün olacaq:• Açıq odla (kibrit, alışqan, kağız yandırmama, şam yandırmama və s.) oynamamaq;• Ancaq saz elektrik cihazlardan və elektrik avadanlığından istifadə etmək;• Şəbəkəyə qoşulmuş şəkildə elektrik qızdırıcı cihazları (ütü, elektrik çaydan, elektrikpilətə, isidici cihazlar və s.) nəzarətsiz qoymamaq;• Böyüklərin icazəsi olmadan alışqan və tez alışan mayelərdən (benzin, kerosin, həlledici,aseton, məişət aerozolları və s.) istifadə etməmək;• Ehtiyac olmadan qaz pilətələrini yandırmama və yandırılmış qaz konforlarını nəzarətsizqoymamaq;• Pirotexniki məhsullarla (partlanğıclar, benqal məşəlləri, taraqqalar, fi şənglər və s.)davranış zamanı təhlükəsizlik qaydalarına riayət etmək;• Yeni il yolkasını quraşdırarkən onu alışqan materiallarla (kağız, pambıq, tənzif)bəzəməmə, ona əldəqayırma elektrik hörüklər və benqal işıqları asmama. Yolkanın quraşdırıldığıotaqdan çıxarkən elektrik hörükləri söndürməyi unutmamaq.Daha sonra məqsədəuyğun şəkildə bu mövzunun ikinci tədris sualına baxmaq.3, 4, 5-ci sxemlərdən istifadə edərək və iştirakçıları üç qrupa bölərək hər bir qrupa evində(mənzilində) yanğın başlayan insanın özünü necə aparmalı olduğuna cavab versin.1-ci qrup: ....2-ci qrup: ....Şagirdlərə təkrar edilməlidir ki, od söndürmənin əsas qaydası aşağıdakıdır: yanan predmetiqalın parça ilə və ya ədyalla örtmək və arxasınca qapını örtərək dərhal otaqdan çıxmaq.3-cü qrup: ...Şagirdlərin diqqətin xüsusilə yanğın zamanı nəyi etməməli olduqlarına çəkmək lazımdır:• Yanğınsöndürənlər çağırılanadək odu söndürmək (bu vaxt ərzində daha böyük yanğınəmələ gələ bilər);• Tüstülü pilləkən qəfəsindən çıxmağa çalışmaq (isti hava ağciyərləri yandırır, tüstü isəçox zəhərlidir);• Bunun üçün kəskin ehtiyac yoxdursa, mələfə və kəndirin köməyi ilə nov boruları vədirəklərlə yuxarı mərtəbələrdən enmə, çünki bu cür vərdişlər olmadıqda düşmə demək olar ki,hər zaman qaçılmazdır;• Pəncərələrdən atlama (statistikaya əsasən 4-cü mərtəbədən başlayaraq hər ikinciatlama ölümcüldür).4-cü Modul Yanğın87

4-cü sxemdən istifadə edərək yanan və yatüstülü binadan çıxış vəziyyətini baxışdankeçirin.5-ci sxemdən istifadə edərək evdə yanğınzamanı evi tərk etmək mümkün olmadıqdatəhlükəsiz davranış qaydalarını şagirdlərləmüzakirə edin.Televizor yandıqda (partladıqda) nə etməli?Bu suala 6-cı sxemin köməyi ilə cavab verməkolar. Sxemi şagirdlərlə birlikdə lövhədədoldurun.Bu zaman vurğulayın ki, su elektrikcərəyanınıyaxşı keçirir, ona görə hətta elektrikşəbəkəsindənayrılmış televizorun üstünə su tökmək olmaz,çünki böyük qalıq gərginlik elektrik travmanınsəbəbi ola bilər.Bina və tikililərin oda davamlılığı haqqındamaterialı təqdim edərkən, mütləq qeyd edin ki,onlarda yanğının yayılması daha çox onlarınhansı inşaat materialından tikildiklərindənasılıdır. Dərsliklərdəki şəkillərdən istifadəedərək izah edin ki, hansı hallarda od inşaatkonstruksiyaları vasitəsilə yayıla bilər.Yoxlama sualları• Yanğın zamanı insanlara təsir edən əsas yaralayıcı amilləri sadalayın.• Yaşayış və ictimai binalarda yanğınların səbəblərini sadalayın.• Evdə hansı yanğın təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?• Evinizdə yanğın başladıqda nə etməli?• Odu müstəqil şəkildə söndürməyə çalışmaq olarmı?• Şəklə baxın və tüstülü otaqdan çıxarkən qorunmaq üçün istifadə oluna biləcək predmetləriseçin.• Binanı tərk etmək mümkün deyilsə, nə etməli?• Nəzarətsiz qoyulmuş şəbəkəyə qoşulu televizor insan sağlamlığı üçün hansı təhlükəniyaradır?Praktiki tapşırıqlar1. Sinfi nizin yerləşdiyi məktəb mərtəbəsinin planını və yanğın halında evakuasiya yolunuyazı dəftərinizdə çəkin.2. Təsəvvür edin ki, güclü tüstü və ya qaranlıq şəraitində mənzilinizdən çıxmalısınız. Bütünkeçidləri, döngələri, qapıları və s.-ni təfərrüatlı şəkildə təsvir edərək evakuasiya yolunu“kor-koranə” tərtib edin və onu əzbərləyin.3. İlkin yanğınsöndürmə vasitələrini şagirdlərlə öyrənin.Çoxmərtəbəli yaşayış, inzibati və istehsal binalarında, məktəblərdə yanğınların söndürülməsiüçün aşağıdakılardan ibarət daxili yanğın kranlarından istifadə edilir:• Şkaf;• Yanğın qolunun qoşulduğu ventilli kran;• Yanğın lüləsinin qoşulduğu yanğın qolu;• Yanğın lüləsi.• Sxemlər:88 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

2-ci sxem. Yanğının əsas yaralayıcı amilləri və onların insanorqanizminə təsiri1Açıq odYanğın başlayandan artıq 30 saniyə sonra odunburaxdığı şüalanan axınlar təhlükəlidir2Mühitin temperaturuİsti havanın tənəffüs edilməsi təhlükəlidir(yuxarı tənəffüs yollarının zədələnməsi,boğulma və ölüm) və dəri yanıqları34Yanma prosesinintoksik məhsullarıTüstülənmə iləəlaqədar görünmədərəcəsinin itməsiKarbon oksid, həmçinin sintetik və polimermateriallardan ayrılan yanma məhsullarıtəhlükəlidir. Hərəkətlərin koordinasiyası pozulur,tənəffüsün dayanmasına və ölümə gətiribçıxaran oksigen aclığı baş verirİnsanların təşkil edilməli hərəkətinin (evakuasiya)pozulması təhlükəlidir. Bu halda evakuasiyaçətinləşir və ya qeyri-mümkün olur.5OksigenehtiyatınınazalmasıMüxtəlif maddə və materialların yanması zamanıhavada oksigen ehtiyatının azalması təhlükəlidir.Oksigenin 3% azalması orqanizmin hərəkətfunksiyalarının pisləşməsinə gətirib çıxarır3-cü sxem. Mənzildə yanğın baş verdikdə hərəkətlərHətta yanğının təqsirkarı siz olsanız belə, böyükləriköməyə çağırmaqdan qorxmayın1Özü çıxa bilməyəcək kimsənin (balaca uşaqlar,xəstələr, qocalar) otaqda qalıb qalmadığını yoxlayaraqotaqdan dərhal çıxmaq2Böyüklər yoxdursa, 01 nömrəsi ilə yanğındanmühafi zəyə zəng etməli, dəqiq ünvanı, nəyinvə harada yandığını, öz familiyanı və telefonnömrəsini deməli34-cü Modul Yanğın89

4-cü sxem. Yanan və ya tüstülənən yerdən təxliyə zamanı hərəkətlərGözləri və tənəffüs orqanlarını qorumaq1Qalın yaş parça ilə örtünməli və əyilərək və ya sürünərəkhərəkət etməli2Fənər götürməli, çünki tüstülü yerdə görünmə pis olur3Böyük tüstü cəmləşməsi olan yerə girməməli4Sıx tüstüyə və yüksək temperatura görə küçəyə çıxabilmirsinizsə, dərhal geri qayıtmalı və qapını kip bağlamalı5Tüstünün cəmləşməsi artırsa, otaqda əyilərək və ya sürünərəkhərəkət edin6Çoxmərtəbəli binalarda tüstü olmayan pilləkənə və dahasonra çıxışa doğru gedin. Divarlara, tutacaqlara tutunun, yaşdəsmaldan nəfəs alın. Yanğın zamanı liftdən istifadə etməkqəti qadağan edilir.75-ci sxem. Evdə yanğın zamanı mənzili tərk etmək mümkün olmadıqda hərəkətlərYanğınsöndürmə xidmətinə zəng etməli, ünvanı və pilləkənəçıxışın bağlı olduğunu deməli1Mənzilə qapını bağlamalı, bütün dəlikləri və ventilyasiyaçıxışlarını yaş əskilərlə doldurmalı2Vanna otağında su ehtiyatı yaratmalı3Girişdən ən uzaq otaqdan bağlanmalı4Balkondan rəngli parça və ya otaqdan fənər ilə (əgər tüstüçöldəndirsə) xilasedicilərə siqnal verməyə hazırlanmalı690 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Tüstünün cəmləşməsi yüksəkdirsə və ya temperatur qəfl ətənartmışdırsa, balkona çıxmalı və qapını kip bağlamalı. Odunpəncərədən və ya qapıdan keçməsi halında qorunmaq üçünyaş ədyal və ya digər qalın parça götürməliBalkonunuz yoxdursa, sonuncu riskli şans qalır – pəncərəaltına (çıxıntıya, karnizə) çıxmaq, divardan yapışmaq vəxilasediciləri gözləmək6-cı sxem. Aşağıdakı hallarda hərəkətlər:Televizorun yanması televizorun partlaması və yanmanın güclənməsiTelevizoru cərəyandan azad etmək(çəngəli elektrik rozetkadan çıxartmaqvə ya mənzildə elektrik təchizatıtamamilə söndürmək)Yeri tərk etməkQapı və pəncərələri kip bağlamaqYanma davam edirsə, televizoru qalınparça ilə, ədyalla örtməkYanma haqqında yanğınsöndürməxidmətinə xəbər verməkTəlimatlarYanğını aşkar etdikdə şkafı açmalı, qola bitişik lüləni götürməli və onunla alışma ocağınaqaçmalı; daha sonra onu qoyub tez krana qayıtmalı, ventili açmalı, daha sonra lüləyə qayıtmalı,onu götürməli və su axınını yanğın ocağına yönəltməli. Oda qarşı hərəkət etməli, onun ardıncagetməməli.Kiçik yanğınları (alışmaları) odsöndürənlər vasitəsilə söndürmək olar.Yoxlama suallar:• Hansı yanğınsöndürmə vasitələri sizə məlumdur?• Onlardan necə düzgün istifadə etməli?• Karbon anhidridi odsöndürəndən istifadə edərkən təhlükəsizlik qaydalarını deyin.• Əl altında olan yanğınsöndürmə vasitələri kimi istifadə edilə biləcək şeyləri sadalayın.Praktiki tapşırıqEvdə böyüklərlə birlikdə yanan (şərti olaraq) televizorun, yeni il yolkasının söndürülməsiüzrə kiçik təlim keçirin. Qoy əvvəl sizə nə etmək lazım olduğunu göstərsinlər, daha sonra onuözünüz edin.4-cü Modul Yanğın91

Yaşadığınız evdə yanğınsöndürmə vasitələri varmı? Hansıları? Böyüklərlə birlikdə daxiliyanğınsöndürmə kranını açın. Onun necə komplektləşdirildiyinə baxın.TövsiyələrYanğın təhlükəsizliyi qaydalarının öyrənilməsi üzrə dərslərdə aşağıdakılara daha çox diqqətyönəldilməlidir:şagirdlər tərəfi ndən yanan və ya tüstülənən yerdən təhlükəsiz çıxışı təmin edən hərəkətlərindüzgün praktiki icrası:• gözləri və tənəffüs orqanlarını qorumaq;• əyilərək və ya sürünərək, qalın, lakin imkan daxilində yaş əski ilə örtülmüş şəkildəhərəkət etmək;• pilləkəndən enərkən tutacaqlardan və ya divarlardan yapışmaq və yaş dəsmaldan nəfəsalmaq;2. tüstü keçməsindən qorunmaq üçün şagirdlərə qapıların düzgün hermetizasiyaedilməsinin öyrədilməsi;3. OXP-10, OU-2 markalı odsöndürənlərin və daxili yanğınsöndürmə kranının quruluşununvə onlardan istifadə qaydalarının öyrənilməsi.Əsas anlayışlarYanğın – maddi dəyərlilərin məhvi ilə müşayiət olunan və insanların həyatı üçün təhlükəyaradan, nəzarət edilə bilməyən yanma prosesi.Meşə yanğınları – meşə ərazisinə yayılan, nəzarət edilə bilməyən bitki yanması.Təhlükəli yanğın amili – təsiri travmaya, insanın zəhərlənməsinə, ölümünə və ya maddizərərə səbəb olan yüksək temperatur, tüstülənmə, qaz mühitinin dəyişməsi və ya yanğınındigər amili.Yanğının əmələ gəlməsi – yanğına gətirib çıxaran proseslərin məcmusu.Yanğın ocağı – yanğının ilkin yaranma yeri.Yanğın təhlükəsizliyi - əhalinin, milli iqtisadiyyat və digər təyinatlı obyektlərin, həmçininətraf mühitin təhlükəli amillərdən və yanğınların təsirindən müdafi ə olunma vəziyyəti.Resurs materialıYanğın birbaşa və ya dolayı olaraq insanların özü tərəfi ndən yaradılan fövqəladə haldır.Yəni yanğın səbəbi demək olar ki, hər zaman insanın hərəkətləridir.Yanğınlar bir qayda olaraq yanğın təhlükəsizliyi qaydalarının pozulması, ildırım vurması, özözünəalışma və digər səbəblərdən baş verir.Odun meşənin hansı elementlərində yayılmasından asılı olaraq, yanğınlar aşağı, yuxarı vəyeraltı (torpaq), yanğının hərəkət sürətindən və alovun hündürlüyündən asılı olaraq isə zəif,orta güclü və güclü növlərinə bölünür.Çox vaxt yanğınlar aşağı növlü olur.Aşağı yanğınlar ancaq torpaqüstü səthə yayılırlar (iynəyarpaqlı xırda ağaclıqların, yarpaqların,ağac qabığının, çır-çırpının, kötüklərin və s.-nin yanması).92 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Yuxarı yanğınlar sürətli və davamlı ola bilərlər, sonuncu halda alov bütöv divar halında – torpaqüstüsəthdən ağacların çətirlərinə doğru 8 km/saat sürəti ilə hərəkət edir. Sürətli yanğınlarancaq güclü külək halında baş verir, alov örtüklə “sıçrayış”larla 25 km/saat sürəti ilə hərəkətedir və adətən aşağı yanğın cəbhəsini qabaqlayırYeraltı (torpaq) meşə yanğınları adətən aşağı yanğınlardan törəyir. Onlar torf torpaqlar və yagüclü örtük qatı olan sahələrdə ortaya çıxırlar. Alov torf qatına adətən ağacların gövdələrindənkeçir. Yanma yavaş, alovsuz baş verir. Ağacların kökləri yanır və onlar düşərək tıxanmayaradırlar.Torf yanğınları daha çox torf çıxarılan yerlərdə baş verir və adətən odla yanlış davranma,ildırım vurması və ya öz-özünə alışma nəticəsindən baş verir. Torf yavaş-yavaş, bütün qatıboyunca yanır. Torf yanğınları geniş əraziləri əhatə edir və çətin söndürülür.Şəhərlərdə və yaşayış məntəqələrində yanğınlar yanğı təhlükəsizliyi qaydalarınınpozulması, elektrik xəttinin nasazlığı, meşə, torf və çöl yanğınlarının yayılması, zəlzələ zamanıelektrik xəttində qısa qapanma nəticəsində baş verir. Binalar arasında kiçik məsafələr olantaxta tikililərdən ibarət yaşayış məntəqələri yanğın baxımından çox təhlükəlidirlər. Yaşayışməntəqələrində yanğın zamanı güclü külək alışmış materialı və qığılcımları əhəmiyyətliməsafəyə apara və beləliklə yanğını yaya bilər. Şəhər və yaşayış məntəqələrindəki yanğınlarinsanlara mənəvi-psixi təsir göstərir və normal həyat fəaliyyətini pozur.Yanğının səbəbləri:• Odla ehtiyatsız davranma;• Odla uşaq dəcəlliyi;• Elektrik cihazlarla ehtiyatsız davranma;• Elektrik xəttində qısa qapanma və s.Yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Buna görə bütün ehtiyat tədbirlərigörülməlidir.Elementar ehtiyat tədbirləri:• Yataqda siqaret çəkməyin;• Elektrik qızdırıcı cihazlarını şəbəkəyə qoşulmuş qoymayın;• Eyni zamanda böyük güclü bir neçə elektrik cihazı şəbəkəyə qoşmayın;• Qaz odluğunun üzərində paltar qurutmayın;• İzolyasiyası zədələnmiş elektrik məftillərindən istifadə edilməsinə yol verməyin;• Məftilləri yoxlayın;• Kibritlə, odla oynamayın;• Məişət xarakterli kimyəvi maddələrin oda toxunmasına yol verməyin.Yanğın sadəcə hər hansı bir binada deyil, həm də meşədə və dağlarda baş verə bilər. Bu,çöl və meşə yanğınlarıdır:a) aşağı – meşə döşəməsinin, ot-kol örtüyünün yanması;b) yuxarı – ağacların hətta çətirlərinin yanması;c) yeraltı – bitkilərin köklərinin yanması.Meşə yanğınlarının səbəbləri aşağıdakılardır:• odla ehtiyatsız davranma;• odla uşaq dəcəlliyi;• yaşayış binaları yaxınlığındakı və meşə massivlərinə bitişik ərazilərdə zibilin yandırılması;4-cü Modul Yanğın93

Yanğın sadəcə hər hansı bir binada deyil, həm də meşədə və dağlarda baş verə bilər. Bu,çöl və meşə yanğınlarıdır:d) aşağı – meşə döşəməsinin, ot-kol örtüyünün yanması;e) yuxarı – ağacların hətta çətirlərinin yanması;f) yeraltı – bitkilərin köklərinin yanması.Meşə yanğınlarının səbəbləri aşağıdakılardır:• odla ehtiyatsız davranma;• odla uşaq dəcəlliyi;• yaşayış binaları yaxınlığındakı və meşə massivlərinə bitişik ərazilərdə zibilin yandırılması;• avtonəqliyyatın borularından çıxan qığılcımlar;• ildırımların boşalması;• yağlanmış silmə materialının öz-özünə alışması;• günəş şüalarının şüşə (zərrəbin) vasitəsilə cəmləşdirilməsinin təsiri.Meşədə ikən aşağıdakıları unutmayın:• yanan kibritləri atmayın;• tonqal qalamayın və yanğına təhlükəli müddətdə zibil yandırmayın;• ehtiyatlı olun! Ancaq qrunt qatınadək təmizlənmiş meydançada tonqal qalayın;• dincəlmə yerini tərk edərkən tonqalı su ilə söndürün və ya tonqalda yanma və közərmətam sönənədək torpaqla basdırın;• şüşə tara və sınmış şüşəni ortalıqda qoymayın – günəş şüalarını sındıraraq onlar yanğınsəbəbi ola bilərlər;• başlayan yanğını su ilə, yarpaqlı ağacların budaqları ilə söndürün və ya üzərinə torpaqtökün.Yanğın baş verdikdə:• dərhal yanğınsöndürmə xidmətinə xəbər verin;• hər kəs dərhal yanan yeri tərk etməli;• imkanınız varsa, əl altında olan vasitələrlə (odsöndürənlər, su, qum, qalın ədyal) yanğınısöndürməyə başlayın;• yanan yerə havanın daxil olmasını məhdudlaşdırın (ehtiyac olmadan qapıları vəpəncərələri açmayın).Evakuasiya yollarıAşağıdakılardan istifadə edin:• pilləkənlər;• bitişik lociyalar;• çöl yanğın nərdivanları.Yüksək binalarda təxliyə lyukları aşağı mərtəbələrin balkonlarında olur.94 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Bilmək lazımdırYaş dəsmal və ya qalın əski tənəffüs orqanlarını tüstüdən qoruyur.Zərərçəkmişə vaxtında (“təcili yardım” gələnədək) edilmiş süni tənəffüs vermə onun həyatınıxilas edər.Süni tənəffüs vermə təmiz havada edilməlidir.Yanıq almışınızsa, onları su kranından gələn su ilə yumağınız yaxşı olar.Odsöndürəndən necə istifadə etməliOdsöndürənlər – yanğının ilkin yaranma mərhələlərində söndürmək üçün nəzərdə tutulmuştexniki qurğular.Odsöndürənlər odsöndürən vasitələrin növünə, korpusun həcminə, odsöndürən tərkibinə vəişə salma qurğularının növünə görə təsnif edilir.Odsöndürən vasitələrin növünə görə: maye, köpük, anhidrid, aerozol, toz, qarışıq.• Korpus həcmi 5 litrədək az həcmli əl odsöndürənləri;• Korpus həcmi 5-10 litr olan istehsalat əl odsöndürənləri;• Korpus həcmi 10 litrdən çox olan stasionar və mobil əl odsöndürənləri.Məişət yanğınlarını söndürmək üçün bütün növ alışmaları söndürməyə yararlı tozodsöndürənlərindən, korpus həcmi 5 litrədək olan az həcmli əl odsöndürənlərindən istifadəedilməsi tövsiyə olunur.Toz odsöndürənləri A sinif (bərk alışqan materiallar: ağac, kağız, tekstil və s.), B sinif (alışqanmayelər), C sinif (alışqan qazlar və 1000 voltadək gərginliklə işləyən elektrik avadanlığı)yanğınların söndürülməsi üçün tətbiq edilir.Yanğını əl toz odsöndürənlə odun söndürülməsi zamanı hərəkətlərin ardıcıllığı1. Plombu sındırmaq və həlqə vasitəsilə mili çıxarmaq.2. Qıfı alova yönəltmək və daha sonra lingə basmaq. Lingə basdıqdan sonra odsöndürənvasitə yanma zonasına yönəlir.3. Odla odsöndürən arasında məsafə ən azı 1,5 metr olmalıdır.4. Yanğınların söndürülməsi zamanı alovu yatırtmaq məqsədilə axını bir tərəfdən başqatərəfə çevirərək odsöndürən toz yanğın ocağına yönəldilməlidir.5. Alov yatırdıldıqdan sonra yaxınlaşmalı və yanma maddənin bütün səthini, xüsusən dəayrı-ayrı ocaqları tozu qırıq-qırıq verməklə örtməli.6. Elektrik avadanlığının söndürülməsi zamanı odsöndürən tozun axını bilavasitə yanğınmənbəyinə yönəldilməlidir.Yanğını söndürməyə başlamazdan əvvəl elektrik avadanlığı şəbəkədən ayırmalı!Qeyd: Odsöndürənin davamlı hərəkət vaxtı həcmindən asılı olaraq 8-12 saniyədir.Odu söndürə bilmədinizsə və yanğın yayılmağa başlayıbsa yeri tərk edin!4-cü Modul Yanğın95

5-ci Modul. Yer sürüşmələri və sellər“Yer sürüşməsi və sel zamanı təhlükəsizlik qaydaları” mövzusu4-5-ci siniflərMəqsəd: şagirdlərdə sel və yersürüşməsi təhlükəsi zamanı təhlükəsizdavranış üzrə şüurlu qərarlar qəbuletmək bacarığının formalaşdırılması.Hədəflər:1. Şagirdləri “sel”, “yer sürüşməsi”2. anlayışları ilə tanış etmək.3. Sel və yer sürüşməsinin4. baş verməsi şəraitində təhlükəsiz5. davranış vərdişlərininformalaşdırılması.Avadanlıq: sel və yer sürüşməsininsəbəblərini, sel və yer sürüşməsi zamanı insanların hərəkətlərini göstərən DVD,videofraqmentlər, “Zəlzələ, yanğın, sel, yer sürüşməsi və daşqın zamanı nə etməli” vəsaiti,posterlər, markerlər.“Beyin həmləsi”Sel nədir? Yer sürüşməsi nədir? Klasterin tərtibi.Sel və yer sürüşməsi haqqında filmə baxışSuallar:1. Azərbaycanın hansı regionları daha çox sel və yer sürüşməsi təhlükəsinə məruz qalır?2. Sel və yer sürüşməsinin baş vermə səbəbləri?Qruplarda işHər bir qrup vəsaitlə ilə tanış olur və tapşırığı yerinə yetirir.1-ci qrup – sel və yer sürüşməsi zamanı necə xilas olmaq olar?2-ci qrup – sel və yer sürüşməsinə əvvəlcədən hazırlaşmaq olarmı?3-cü qrup – sel və yer sürüşməsi zamanı əsas təhlükəsiz davranış qaydaları hansılardır?Qruplar öz işlərini təqdim edirlər və kollektiv müzakirə davam edir.Cədvəlin tərtibiYer sürüşməsi və selTəbii fəlakət Təhlükə İmkanlarSelYer sürüşməsi96 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Cədvəli hər bir kəs dəftərində doldurur, daha sonra cütlükdə müzakirə edilir. Müəllim kollektivmüzakirə zamanı cədvəli doldurur.TapşırıqSel və ya yer sürüşməsini təsvir etmək. Sel və yer sürüşmələrinin mümkün qədər çox başvermə səbəblərini yazmalı.5-ci Modul Yer sürüşmələri və sellər97

Мövzu “Təbii fəlakətlər. Sürüşmələr və Sellər”6-11 SiniflərHədəf: Öyrənənlərin sellər vəsürüşmələr zamanı təhlükəsizlikqaydalarına müvafi q olaraq qərar qəbuletmək qabiliyyətinin formalaşması.Məqsədlər :“Sel”, “Sürüşmə” anlayışları iləöyrənənləri tanış etmək.Sel və sürüşmələr zamanı təhlükəsizdavranışbacarıqlarınınformalaşması.Avadanlıqlar: DVD, sel və sürüşmələrin səbəblərini göstərən videofraqmentlər, sel vəsürüşmələr zamanı insanların hərəkətləri, «Zəlzələ, yanğın, sürüşmə və sel zamanı nə etməklazımdır?» mövzusunda dərs vəsaiti, şəkillər, markerlər.Dərs vəsaiti ilə iş.Öyrənənlərə dərs kitabını oxumaq tapşırığı verilir.«Beyin həmləsi»«Fikirlərin generatoru (əmələ gəlməsi)». İşin ən vacib mərhələsidir. «Beyin həmləsi»nunyekunu irəli sürülən fi kirlərin keyfi yyətindən asılı olacaq .Qrup iştirakçıları bir neçə komandalara bölünür (hər komandada 5-6 adam olur). Hər komandayabir bağlama boş kart verilir. Məhz onların üzərində iştirakçılar yeni fikirlərini yazacaqlar(hər kartda bir fi kir).İştirakçılar arasından olan aparıcı iştirakçıları bu mərhələnin qaydaları ilə tanış edir.İrəli sürülən fikirləri tənqid etmək qəti qadağandır. Azad fikrin formalaşmasına heç birmaneçilik olmamalıdır. İrəli sürülən fikir absurd qəlsə belə onu müsbət qiymətləndirməklazımdır. Təbii ki, bu çox çətin ola bilər, yalnız, fikirlərin başqaları tərəfindənqiymətləndirilməsi, fikir qeneratorlarının stimullaşmasına qətirir.Ən yaxşı fikirlər-çılğın fikirlərdir!!Stereotip və şablon qərarlardan imtina etmək və problemə yeni nöqteyi-nəzərdən yanaşmaqvacibdir. Bu işə yeni fi kirlərin irəli sürülməsi və onların qeydə alınması çox mühümdür. Adətənilk 5-10 dəqiqə “isinmə” vaxtı sayılır, bu zaman bir neçə sadə və bəzən məntiqsiz təklifl ər irəlisürülür. Fikirlərin generasiya mərhələsinin son bölümü daha məsuliyyətli sayılır. Müəllim birkomandadan digər komandaya keçərək,98 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

öyrənənlərə emosional dəstək göstərir.Ayrılmış vaxt başa çatdıqda aparıcı hər qrupda irəlisürülən cavabların sayını soruşur. Qruplarda müzakirə zamanı ən aktual problemlər və fi kirlərmüəyyən olunur.TapşırıqSel və sürüşmənin baş verməsi barəsində ətrafl ı hekayənin yazılması.Bir neçə hekayə ucadan oxunulur. Bundan sonra öyrənənlər iş dəftərində ”Mən bilirəm vənəyi bilmək istəyirəm ”mövzusunda materialla işləyir və orada olan cədvəli doldururlar.Selin və sürüşmənin baş verməsi barəsində filmin nümayişi.Qruplarda iş.Hər qrup verilmiş tapşırığı yerinə yetirir.1-ci qrup – Selin qarşısını alacaq tədbirlərin planını tərtib edir.2-ci qrup – Sel axını zamanı görüləcək tədbirlərin planını tərtib edir.3-cü qrup – Selin baş verməsindən sonra görüləcək tədbirlərin planını tərtib edir.Qruplar tərtib etdikləri planlarını lövhədən asırlar və bütün öyrənənlər bu lövhənin ətrafındagəzərək bütün qrupların planları ilə tanış olurlar.Əgər ən yaxşı fi kirlərin həyata keçirilmə yolları işlənməyəcəksə onlar yalnız fi kir kimi dəqalacaq. Müəllim iştirakçılara fi kirlərin yenidən müxtəlif nəzər nöqtəsinə (orijinallıq və həyatakeçirilmə) əsasən baxılmasını təklif edir.Müzakirənin 1-ci variantı: hər öyrənən posterin üzərində öz tövsiyələrini yazır və bu posteriöz hərəkət planına əlavə edir.Bu prosedurdan sonra bütün qruplar yeni tövsiyələri nəzərə alaraq planların yenidənbaxılmasına başlayırlar.Daha sonra hər qrupdan bir iştirakçı çıxış edərək yeni hərəkət planını təqdim edir.Müzakirənin 2-ci variantı: burada bütün öyrənənlər iştirak edir və hərəkət planları ilə tanışolurlar. Hər fi kir poster üzərində belə nişanlarla ifadə olunur:++ – çox yaxşı, orijinal fi kir ;+ – pis olmayan fi kir ;0 – konstruktivini müəyyən etmək mümkün deyil;HKMD – həyata keçirmək mümkün deyil;HKÇ – həyata keçirmək çətindir ;HKR– həyata keçirmək realdır.Təbii ki, bu nişanların müxtəlif cütlükləri mümkündür. Elə ola bilər ki, fi kir mükəmməl, qeyriadi, parlaq olsun amma indiki zamanda onun həyata keçirilməsi mümkün olmasın. Bundansonra bütün nişanlar toplanılır və fi kirlər təklif olunmuş sxem üzrə fl ipkarta yazılır.TapşırıqXəritə üzərində anın sürüşmə təhlükəsi olan zonalarını göstərin.Bu zonalar kontur xəritəsi üzərində göstərilir və dəftərlərdə işlənilir.“Sellərin təsnifatı” mövzusunda krossvord tərtib etmək (Əlavə N2).5-ci Modul Yer sürüşmələri və sellər99

Cədvəli doldurunN Yaranma səbəbi İlkin göstəriciləri Sürüşmə nəticələri1.2.3.4.“Sürüşmələr”Alınan biliklərin yoxlanılması üçün suallar.1. Sel və sürüşmə anlayışlarının tərifi ni verin. Onların arasında hansı əlaqə mövcuddur?2. Sel və sürüşmələr insan həyatına təsir etmə baxımından necə təsnifl ənir?3. Sel və sürüşmələrin baş verməsinin əsas fəsadlarını sadalayın?4. İnsanların sel və sürüşmələrdən müdafi əsi necə təşkil olunur?5. İnsanların müdafi əsi üçün vaxtından əvvəl hansı işlər görülür?6. Təbii fəlakətlər zamanı əhalinin məlumatlandırılması sistemi barəsində danışın?7. Fəlakət zamanı lazım olan hərəkətlər ardıcıllığını sadalayın?ƏSAS ANLAYIŞLAR.Sel – dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsüm qar ərimələri nəticəsindəgözlənilmədən yaranan palçıqlı və daş palçıqlı axındır.Sürüşmə – ağırlıq qüvvəsinin, xüsusilə də yumşaq materialların su ilə dolması təsiri altındayumşaq dağ süxurunun eniş üzrə düşməsidir. Təbii fəlakətlərin bir növüdür.Material mənbəyi«Sel» sözü ərəb dilindən tərcümədə «intensiv axın» deməkdir. Təbii fəlakətin bütünmiqyasını nəzərə almadığı üçün bu təsviri natamam hesab etmək olar. Kənardan baxdıqdasel dağ dərəsi ilə yuvarlanan beş mərtəbəli ev hündürlüyündə dalğanı xatırladır və bu dalğaqatar sürəti ilə hərəkət edərək yolunda duran uzun əsirli ağacları və tikintiləri məhv edərəkfəlakət törədir. Daha şiddətli sellər buzların intensiv əridiyi iyun ayında əmələ gəlir. Bu zamanəriyən buzların suyu dağ süxurunun qırıntılarında toplanır və selin yaranmasına səbəb olur.Dəniz səviyyəsindən 3000-3500 metr hündürlükdə olan moren gölü öz çərçivəsindən çıxandazəncirvari reaksiya baş verir və bunun nəticəsində getdikcə öz həcmini və sürətini artıran daşpalçıqlı axın əmələ gəlir. Böyük həcmi və sürəti olan sel öz yolunda duran bütün binaları, yollarıvə tikintiləri məhv edir. Sel axınları tutduqları miqyasa əsasən yerli, ümumi xarakterli və strukturluola bilərlər. Yerli və ümumi xarakterli sellər əsasən çayın qolunda, strukturlu sellər isəçayın əsas yatağında əmələ gəlirlər. Dərhal əmələ gəldiyi və daha böyük sürətə malik olduğu100 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

üçün strukturlu sellər daha təhlükəli sellər sayılır. Sel 15 km/s sürətlə və bir neçə dalğa iləhərəkət edə bilər. Sel yolunda duran bütün maneələri aşır və getdikcə enerjisini artırır.Onlarladaima mübarizə aparılır.Yüksək sürətlə hərəkət edərək sellər tez-tez böyük uçurumlara səbəb olur. 1970-ci ildə Perudasel bir neçə şəhəri məhv edərək 50 mindən artıq insanın ölümünə və 800 mindən artıqinsanın evsiz qalmasına səbəb olmuşdu. Dağ süxurunun və palçıq həcminin hərəkətə keçməsiaşağıdakı işarələrlə büruzə verilir:Torpaqda gözlənilmədən çatların əmələ gəlməsi, içəri və çöl divarlarının, su borularının,asfaltın üzərində gözlənməyən çatların əmələ gəlməsi, qəfi ldən səs küyün yaranması, çaylardasuyun səviyyəsinin kəskin sürətdə düşməsi, palçıqlı toz buludunun əmələ gəlməsi və s.Sel – mineral maddələrin, daşların və dağ süxurunun qırıntılarının ( selin həcminin 10-15%-dan 75%-a qədər tutur) birləşməsindən əmələ gələn daşqındır. Bu daşqın intensiv yağışların,qarların əriməsinin, zəlzələnin, moren göllərinin daşmasının və sürüşmələrin nəticəsindəəmələ gəlir. Malik olduğu məhv edici qüvvəsindən başqa sellərin təhlükəsi onların qəfi ldənyaranmasındadır. Ölkəmizin 10%-i sellərin təcavüzünə məruz qalır. Qeydiyyata alınmış selnövlərinin sayı 6000-ə yaxındır.Öz tərkibinə görə sel axınları palçıqlı (suyun və narın torpağın, kiçik həcmdə daşların qarışığı,həcmin çəkisi =1,5-2 t/m kub), daş-palçıqlı(suyun, çınqılın və kiçik daşların qarışığı u=2,1-2,5t/m kub), daşlı-sulu (su ilə əsasən iri daşların qarışığı u=1,1-1,5 t/m kub) olur.Bir çox dağlıq ərazilərdə, məhz elə o yerə xas olan sel növləri mövcuddur. Belə Karpatdağlarında nisbətən az qüvvəsi olan daşli-sulu sellər, Şimali Qafqazda əsasən daş-palçıqlı,Orta Asiyada isə palçıqlı sellər müşayiət olunur. Adətən sel axınlarının sürəti 2,5- 4,0 m/s olur,bəzən isə 8-10 m/s və daha çox təşkil edir.Azərbaycanın ən çox əhalisi olan Bakı şəhəri, zəlzələlərin və sürüşmələrin tez tez baş verdiyiyüksək seysmik zonada, Xəzər dənizinin sahilində yerləşir. Ən çox sürüşmə təhlükəsi olanzonalar ölkənin dağlıq şimal və cənub zonasında yerləşir. Respublika ərazisində qeyd olunmuşsürüşmələr respublikaya çox böyük maddi və mənəvi ziyan vurub.Sellərlə mübarizənin müxtəlif üsulları var. Bunlar: suyun və kütlənin qarşısını almaqüçün quraşdırılmış bəndlər, sel axının dağıdılması üçün quraşdırılan kaskadlar, enişlərinmöhkəmlənməsi üçün tikilən divarlar, suyu çəkəcək yeni su kanallarının inşası və s kimitədbirlərin həyata keçirilməsini qeyd etmək olar.İndiki zamanda selləri proqnoz etmək üsulları mövcud deyil. Bununla belə, bir neçə seltəhlükəsi olan rayonlarda sellərin yaranmasını təxmin etmək üçün xüsusi amillər vardır. Belə ki,selin baş verməsi ehtimalı daha yüksək olan rayonlarda yağıntının 1-3 gün müddətində kritikhəcmi və 10 gün müddətində havanın kritik temperaturu təyin olunur (təbii fəlakətlər zamanıtəhlükəsizlik qaydaları).5-ci Modul Yer sürüşmələri və sellər101

Sellərdən müdafiə üsulları.Sellərlə mübarizənin əsas üsulları - dağın döşündə və sellərin yarandığı yerlərdə torpağınbərkidilməsi və bitkilərin çoxaldılması, torpağın yumşaq-dağılmış materiallardan təmizlənməsi,bənd sistemi quraşdırmaqla dağ yataqlarının tənzimlənməsi və s. Bu qurğu vasitəsi ilə morengöllərinin səviyyəsini süni şəkildə idarə etmək və vaxtlı-vaxtında onlardan artıq suları çayaboşaltmaq imkanı yaranır.Sellərin qarşısının alınmasıSovet praktikasında bəzi ərazilərdə sellərdən xəbərdar edən avtomatlaşdırılmış sistemquraşdırılmışdır.Adətən məntəqələrdən gündə üç dəfə xəbər gəlir, ehtiyac olan hallarda isə (sel təhlükəsiyaranan zamanı) xəbər dərhal çatdırılır. Müşahidələr bir neçə məntəqədən vizual üsullaaparılır və daima nəzarət altında olan ərazilərə vertolyot uçuşları ilə nəzarət olunur. Ən çoxsel təhlükəsi olan çaylarda elektron qurğuların vasitəsi ilə suyun səviyyəsi və havanın temperaturudaima nəzarət altında saxlanılır. Bu qurğularla toplanan məlumatlar kabel rabitəsiilə kompüterdə toplanılır və işlənilir. Axının başlanmasından əvvəl onun məsafədən qarşısınıalmaq və təhlükəsizlik qaydalarını ləngimədən tətbiq etmək artıq mümkün oldu. Sellərinqarşısının alınması üzrə avtomatlaşmış sistem sellərin baş vermə yerini və vaxtını daha dəqiqproqnozlaşdırmaq imkanı yaradır. Sellərin və sürüşmələrin nəticəsində torpaq örtüyü bərbadvəziyyətdə olur və bu da insanlara və təbiətə böyük ziyan vurur .Torpaq – atmosfer, litosfervə biosferin sıx əlaqəsi şəraitində yaranan və fi ziki, kimyəvi və bioloji təsirlərə məruz qalanyer qabığının yumşaq örtüyüdür. Torpağın inkişafında xüsusi yer canlı orqanizmlərə verilir,çünki bu orqanizmlər torpağın ən əsas tərkibinə, yəni məhsuldarlığına mühüm təsir göstərir.Məhsuldarlıq - torpağın bitkiləri tələb olunan miqdarda qida elementləri, su və hava ilə təminetmə qabiliyyətidir. Təbiətdə torpaq canlı orqanizmlər aləmi və cansız maddələr arasında aralıqyer tutur. Ona maddələr mübadiləsi prosesi xasdır. Buna görə də mühüm olan təbii fəlakətlərləmübarizədə daha effektiv metodların tətbiq edilməsidir.Sürüşmələr əsasən dağların su ilə yuyulmuş və bunun nəticəsində öz tarazlığını itirmişenişli yerlərdə baş verir. Buna həmdə seysmik təkanlar, ərazinin geoloji xüsusiyyətləri nəzərəalınmadan aparılan tikinti və kənd təsərrüfatı işləri (bağçaların həddindən çox sulanması) vəs səbəb ola bilər. Sürüşmələr tez - tez faciələrlə nəticələnir və təbii fəlakət xarakterini alır.Bir çox sürüşmələrin qarşısını almaq mümkündür, bunun üçün mühüm olan su novlarının,drenajların, əriyən qar sularının axması üçün qanovların quraşdırılması, çatların tutulması vəərazinin yaşıllaşdırılmasıdır.Sürüşmələrin baş verməsi.Sürüşmələrin baş verməsinə səbəb yer qatların və çatların dağın enişinə səmtlənməsi olur.102 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Güclü nəmlənmiş palçıqlı süxurlarda sürüşmələr axın formasını alır. Sürüşmələr kəndtəsərrüfatına, sənaye müəssisələrinə, yaşayış məntəqələrinə güclü ziyan vurur. Onlarlamübarizə üçün bərkitmə və drenaj sistemləri qurulur, dağların enişlərinə bəndlər taxılır,yaşıllaşdırma işləri aparılır. Dağlıq və şimal zonalarda torpaq örtüyünün qalınlığı cəmi bir neçəsantimetr ilə ölçülür. Bu halda onu dağıdılması çox asan, bərpası isə çox çətin olur.Misal kimi XX-ci əsrin əvvəlində bütün meşəsi kəsilmiş Vladivostokdakı Orlinaya Sopkadağını göstərmək olar. O vaxtdan dağda heç bir yaşıllıq qalmamış və hər leysan yağışındansonra dağın yaxınlığında yerləşən şəhərin küçələri palçıqlı axınla dolur.Dağ enişlərinin eroziyaya məruz qalmış yerlərində sürüşmələrin baş verməsi adi haldır. Onlartorpağın öz dayağını və tarazlığını itirən yerlərdə baş verir. Böyük sürüşmələr adətən bir neçəfaktorun birləşməsi nəticəsində əmələ gəlir, məsələn, əgər torpaq bir birini dəyişən suyadavamlı(palçıqlı) və su keçirən (torpaq-çınqıllı) süxurlardan ibarətdirsə və torpaq qatlarının bir səmtəyönəldiyi halda. Eyni zamanda şaxta və karyerlərin ətrafında insanlar tərəfindən yaradılmışsüxur qırıntıları təqribən bu növ təhlükəni törədə bilər. Tərkibində daş qırıntıları olan dağıdıcısürüşmələr daş yağıntısı adlanır. Əgər sürüşmə öncədən mövcud bir səth üzərində vahid birkütlə kimi hərəkət edirsə o, uçqun adlandırılır. Layları hava ilə dolu olan meşə süxurlarındaolan sürüşmələr axın formasını alır (axın sürüşməsi).Faciəli sürüşmələr.Qədim zamanlardan sürüşmələr barəsində məlumatlar mövcuddur. Güman edilir ki, sürüşməmaterialın həcminə görə ən böyük (çəkisi 50 mlrd. ton, həcmi isə 20 kub.km). sürüşmə eramızınəvvəlində İranın cənubundakı Səidmarex çayının dərəsində baş verib. Sürüşən kütlə 900metrlik yüksəklikdən düşmüş (Kabir-Bux dağı) 8 km eni olan çayın qarşısını almış, 450 metrhündürlüyü olan yüksəkliyi aşmış və yaranma yerindən 17 km məsafədə dayanmışdır. Çayınqarşısı kəsildiyi üçün uzunluğu 65 km dərinliyi isə 180 m olan göl əmələ gəlmişdir. Qədim russalnamələrində o zaman baş vermiş müdhiş sürüşmələr barəsində yazılar var.Məsələn, 15-ci əsrdə Aşağı Novqorodda baş vermiş sürüşmə barəsində bunlar yazılıb:”Və allahın rizası ilə, bizim günahlarımıza görə dağ sürüşdü və o, 150 həyətin sakinləri vəmal qaraların məhvinə səbəb oldu”. Faciənin miqyası ərazinin tikintilərlə zəngin olması vəinsanların sayı ilə ölçülür. Qeydə alınan ən dağıdıcı sürüşmələr arasında 1920-ci ildə ÇininQansu əyalətində baş vermiş və 100 000 nəfərin ölümünə səbəb olmuş və 1970-ci ildə Perudazəlzələ nəticəsində böyük həcmdə dağ süxuru və buz dağından qoparaq 240 km/s sürəti iləaşağı uçmuş və 25 min adamın ölümünə səbəb olmuş sürüşmələr sayılır.5-ci Modul Yer sürüşmələri və sellər103

Sürüşmələrin proqnozlaşdırılmasıvə onların baş verməsinə nəzarətSürüşmələrin proqnozlaşdırılmasıvə onların baş verməsinə nəzarətinedilməsi üçün müxtəlif geolojiaraşdırmalar aparılır və təhlükəliyerləri göstərən xəritələr tərtib olunur.Aerofotoçəkiliş üsulu iləaparılan xəritələşmə zamanışəkillərin üzərində sürüşməyəsəbəb ola bilən material qırıqlarınıncəmlənməsini görmək olur. Süxurunlitoloji xüsusiyyətləri,enişin küncləri,yer altıvə yer üstü suların xarakteritəyin olunur. Bütün tərpənmələrinqeydiyyatı aparılır (seysmik ,texnogen və s.)Sürüşmədən müdafiə üsulları.Əgər sürüşmənin baş vermə ehtimalı yüksəkdirsə bu zaman ondan müdafi ə üsulları tətbiq olunur.Bura dəniz, çay, göl sahillərinin enişli yerlərində dalğalara davamlı divarların və qurğularıninşasını aid etmək olar. Sürüşən qrunt torpaqlar şahmat- vari düzülən dəmir dirəklərlə bərkidilir,qruntların süni dondurulması həyata keçirilir, enişlərdə yaşıllaşdırma işləri aparılır. Sürüşmələrinqarşısını almaq üçün yaş palçıqlı torpaqlar elektroosmos üsulu ilə qurudulur və ya quyulara istihavanın vurulması ilə həyata keçirilir.104 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Şagirdin təbii fəlakətlərlə mübarizəyə dair hazırlıqsəviyyəsinin qiymətləndirilməsi və monitorinqiFövqəladə hallarla mübarizəyə dair hazırlıq səviyyəsinin qiymətləndirilməsi ənənəvi beşballıq sistemindən fərqli olaraq başqa bir sistemlə aparılmalıdır. Birincisi - hazırlıq akademikfənlərin keçirildiyi üsulla həyata keçirilmir. İkincisi - bu işdə əsas məqsəd yaxşı qiymət almaqdeyil həyati bacarıqların əldə edilməsidir. Bunun üçün, dünya praktikasında geniş istifadəedilən meyarlı qiymətləndirmə (criteria-based assessment) texnologiyası diqqətinizə təqdimedilir. Bu texnologiya vasitəsi ilə şagirdlər tədris prosesini özləri idarə edir.Bu texnologiyaya daha ətrafl ı baxaq. Təlim prosesinin əsas kriteriyası kimi qiymətləndirməfəal təlim prosesinin təşkilində və idarəolunmasında mühüm yer tutur. Qiymət meyarı isə təlimprosesinin idarə olunması üçün əsas mexanizmidir.Qiymətləndirmənin əsas funksiyası - əks əlaqənin yaradılmasıdır. Alınan nəticələr gözlənilənnəticələrlə müqayisə olunur. Bu və ya digər fəaliyyətlərin nə dərəcədə dəqiq həyata keçirildiyinimüəyyən etmək və ehtiyac olduqda tədris prosesində dəyişikliklər etmək imkanını verən əksəlaqə bacarıqların təkmilləşməsində də xüsusi rol oynayır. Qeyd etmək lazımdır ki, qiymətverilməsi şagirdin sarsıntı keçirməyinə səbəb ola bilər və bu fakt humanitar prinsiplərə ziddir.Bu prinsipə görə isə hər insan unikaldır və qiymətləndirilə bilməz yəni başqa bir şəxslə müqayisəoluna bilməz. Meyarlı yanaşma zamanı gündəlik həyatın müxtəlif aspektləri qiymətləndirilir.Meyarlı yanaşmaya xas olan xüsusiyyət ondan ibarətdir ki, burada qiymətləndirmə prosesi”ümumi razılıq” prinsipinə əsasən həyata keçirilir. Burada hər tədris elementi üzrə qiymətləndirməmeyarı tədris prosesinin bütün iştirakçılarına, habelə şagird, müəllim və məktəb rəhbərliyinəaydın olan və onlar tərəfindən qəbul edilən qaydada həyata keçirilir. Mühüm olan da odur ki,bu meyarlar əldə olunan bacarıqların işlənməsindən əvvəl məlum olur. Bu növ qabaqcadanməlumatlandırılma şagirdlərin fəallaşmasında və tədris prosesinin tam hüquqlu subyekti kimiaktiv iştirak etmələrində köməklik edir.Bu halda şagird tam müəllimin sərəncamında olmur, “oyunun qaydaları” hamıya məlumdurvə hamı tərəfi ndən onun qaydalarına riayət olunur.Meyarlı yanaşmanın istifadəsi şagirdin özünü qiymətləndirmə prosesinə cəlb etməkimkanını yaradır. Özünüqiymıtləndirmə prosesi tədrisin ən vacib hissəsidir. Ətrafdabaş verənlərə dair hərtərəfl i məlumatın əldə edilməsi şagirdlər üçün dəyərli təcrübəninalınmasına, qoyulmuş tapşırıqların icra edilməsi üçün daxili resursların cəmləşdirilməsinəvə arzu olunan nəticəni əldə etmək üçün davranışında nələrin dəyişdirilməsinin anlamasınaimkan yaradır. Tədris prosesi və əldə olunan nəticə subyektlər tərəfi ndən “Mən - ismarıc”vasitəsi ilə qiymətləndirilir. Məsələn: ”Geri baxaraq, mən anlayıram ki, bunu daha yaxşıedə bilərdim”; “O vəziyyətdən çıxmaq mənim üçün böyük təcrübə oldu və mən fi kirləşdimki......”, “Bu iş məndə daha yaxşı alındı.....,çünki .......”, ”Bu fəaliyyət zamanı mənim ağlımagəldi ki.....”. Bu vəziyyətdə özünüqiymətləndirmə faktiki yox, təsvir edici xarakter daşıyır vəinkişaf katalizatoru kimi çıxış edir. ”Mən necə dəyişmişəm?” sualına cavab verəndə şagirdhəm məşğələlərin faktiki nəticəsini, həm də öz hiss vəŞ105

emosiyalarını aydınlaşdıra bilər. Şagirdin nəzər mərkəzində bacarıqlara yiyələnmə prosesiolur. Qeyd etmək lazımdır ki, bu prosesdə müəllimin funksiyası bir tərəfdən azalır digər tərəfdənisə onlar şagirdlərdən həmişə irəli olmaq bütün suallara cavab vermək stresindən azad olurlar.Bu halda “obyektiv hakimlik” funksiyaları şagird və müəllim tərəfi ndən həyata keçirilir və hakimliyinəsas aləti kimi isə rubrikalar istifadə edilir.Bu gün ən məşhur və fəal inkişaf olunan qiymətləndirmə metodlardan biri rubrikalarınistifadəsi sayılır. Rubrika - tapşırıqların yerinə yetirildiyi zaman müxtəlif aspektləri və nailiyyətləritəsvir edən, qiymətləndirmə ballarını müəyyən etmək üçün yaradılmış metoddur. Bu mexanizmzamanı qiymətlər daha “şəffaf” olduğundan şagirdlərə özünüqiymətləndirməyə imkan yaranır.Bundan başqa, rubrika həm qiymətləndirmə aləti həm də vəzifə təlimatı kimi çıxış edə bilər.Şagirdlərin qiymətləndirilməsi üçün rubrika cədvəliMövzular1-cisəviyyə(ortadanaşağı)2-ci səviyyə(orta)3-cü səviyyə(ortadan yuxarı)QteydlərZəlzələanlayışının izahıZəlzələbarəsindəümumianlayışıvarZəlzələzamanı başverən bütünhadisələrisadalaya bilərZəlzələnin baş verməsəbəblərinə dair digərmənbələrdən əldəetdiyi məlumatlarlabölüşürMüşahidə,inşa, anketləşmə,suallar.ZəlzələZəlzələyə qarşıhazırlıqZəlzələyəhazırlıqüzrə birneçəmübarizəüsullarımüəyyənedirZəlzələyəqarşı hazırlığınvacibliyini dərkedir. Zəlzələzamanı nəetmək lazımolduğunu bilir.Zəlzələyə hazırlıqprosesinin ardıcıllığınıqiymətləndirir və izahedir106 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

ZəlzələZəlzələzamanı nəetməliMüəllimtəlimatını dəqiqyerinə yetirir;”Oturmaq,gizlənmək vəbərk tutmaq”.Zəlzələ zamanınəyi etmək olarvə nəyi etməkolmaz sadəşəkildə başadüşür.Zəlzələ zamanıtəhlükəsiz yerimüəyyən edir vəəsas təhlükəsizdavranışqaydalarına riayətedir.Yaranmışvəziyyəti qısamüddət ərzindəqiymətləndirir vəzəlzələ zamanıəldə etdiyiməlumatlaraəsasəntəhlükəsizliyinitəmin etmək üçündüzgün qərarlarverir. Praktikidərslər zamanı özhərəkətləri barədəməlumat verə bilirvə nəzər nöqtəsiniqoruya bilir.Zəlzələdənsonra nəetməliZəlzələdənsonra davranışqaydalarınıbilir. Müəllimintövsiyələrinəəməl edir.Zəlzələdən sonrahərəkətlərinidəyərləndirir.Zəlzələdən sonradavranışını izah edir.Həyat təcrübəsindənnümunələr gətirir.YanğınYanğınınəmələ gəlməsəbəblərininmüəyyənedilməsiYanğının əmələgəlmə səbəbləribarəsindəməlumatı var.Yanğın prosesinitəsvir edə bilir vəonun səbəbləriniaçıqlaya bilir.Yanğının digər səbəbləribarəsində məlumatverir. Zəlzələ və yanğınarasında əlaqə yaradır.YanğınınəmələYanğının əmələYanğın prosesiniUNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor107

gəlməsəbəblərininmüəyyənedilməsi.gəlmə səbəbləribarəsində məlumatıvar.təsvir edə bilir və onunsəbəblərini açıqlaya bilir.YanğınYanğınzamanıdavranışYanğın zamanıdavranışqaydalarını bilir.Böyük yanğını kiçikyanğından ayıra bilir.Yanğın zamanı əsastəhlükəsizlik qaydalarınariayət edir.Yanğının digər səbəbləribarəsində məlumatverir. Zəlzələ və yanğınarasında əlaqə yaradır.Sel və sürüşməSel vəsürüşməninyaranmasəbəblərininizahıSel və sürüşməninəmələ gəlməsəbəbləri barəsindəəsas məlumatı varSel və sürüşmə prosesinitəsvir edə bilirvə onların yaranmasəbəblərini açıqlaya bilirSel və sürüşmənin əlavəsəbəbləri barəsindəməlumat verir. Zəlzələvə sel/sürüşmə arasındaəlaqəni göstərir. Özhəyat təcrübəsindənbu məsələ ilə bağlınümunələr gətirə bilir(praktiki məşğələlərzamanı). Sel vəsürüşmənin qarşısınıalmaq üsulları barəsindəməlumat verə bilir.Sel vəsürüşməzamanıdavranışlarSel və sürüşməzamanı davranışqaydalarını bilir. Selvə sürüşmə zamanıqadağan olunanvə olunmayandavranışlarıbilirSeli sürüşmədənayıra bilir. Sel vəsürüşmə zamanı əsastəhlükəsizlik qaydalarınariayət edir.Yaranmış vəziyyətiqiymətləndirir və sel/sürüşmə zamanıtəhlükəsizliyini təminetmək üçün lazım olanqərarları verir. Praktikidərslər zamanıdavranışları barəsindəməlumat verir və öznəzər nöqtəsini qoruyabilir.108 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

DaşqınlarDaşqınlarınyaranmasəbəblərininizahıDaşqınlarınəmələ gəlməsəbəbləri əsasməlumatı varDaşqın prosesinitəsvir edə bilir vəonun yaranmasəbəbləriniaçıqlaya bilirDaşqınlarınyaranmasınındigər səbəbləribarəsindəməlumat verir.Zəlzələ və sel/sürüşməarasındaəlaqənigöstərir.Müəllimlər başa düşürlər ki, fəal müzakirə zamanı şagirdin iştirakını qiymətləndirmək mümkünolmur. Bu mövzu barəsində müzakirələr getdikdə, Şimali Amerikanın məşhur ədəbiyyatmüəllimi Nensi Etuel qeyd edir ki, fəal müzakirələr zamanı onun əsas məqsədi qrupda eləbir abu - hava yaratmaqdır ki, şagirdlər bir biri ilə dost kimi maraqlı bir mövzuda söhbətləşəbilsinlər. Baxmayaraq ki, bir fi kirlər digərlərindən daha maraqlı ola bilər müsahiblər əlbəttə ki,bir birinin fi kirlərini qiymətləndirmirlər. Əksinə dostlar tez-tez təəssüratı gücləndirmək üçün birbirinin fi kirlərini tamamlayır və bunun nəticəsində onların arasında maraqlı ünsiyyət yaranır.Beləliklə, müəllimlər şagirdlərə bir biri üçün daha zehinli müsahiblər olmağa kömək etməkistəyirlər. Özünü qiymətləndirmək metodu bu barədə onlara kömək edə bilər. Şagirdləri fəalmüzakirə prosesinə cəlb etmək üçün müəllim özünü qiymətləndirməni belə üsulda keçirə bilər:Özünü qiymətləndirmə Həmişə Zaman- zaman Heç vaxt1. Mən zəlzələ zamanı daha yaxşıdavranmaq üçün bütün təfərrüatlaranəzər yetirirəm.2.Öz müsahibimin cavablarına qulaqasanda mən sürüşmə barəsində yeniməlumatlar öyrənirəm.3.Kitabdan daşqın barəsində oxuyaraq,mən daşqın zamanı nələr baş verəbiləcəyini bilirəm4. ......Şagirdlər bu qiymətləndirmə cədvəlini doldurur və qrup şəklində müəllimlə öz cavablarınımüzakirə edirlər. Bu halda müəllim şagirdlərə onların biliklərinin inkişaf səviyyəsini göstərir vəbu səviyyənin dərslərdə daha da təkmilləşməsinə kömək edir.Şagirdlərin qiymətləndirilməsinin digər növləri də tövsiyə olunur.UNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor109

Müşahidə - davranışın analizi üçün mükəmməl üsuldur.Müsahibə - şagirdlər cütlüklərə bölünür və müəyyən mövzu ilə bağlı bir birindən müsahibəalırlar.Yazılı inşa – şagirdlər sinifdə müzakirə etdikləri mövzularda fi kirlərini bildirmək üçün inşayazırlar. Bundan sonra onlar cütlük və ya sinif şəklində bir- biri ilə öz inşalarını bölüşürlər.Rollarda oyunu - şagird qrupları “ Əyilmək, gizlənmək və tutmaq” oyununu oynaya bilər, buzaman bir qrup müşahidə edir və qiymətləndirir, digər qrup isə hərəkətləri yerinə yetirir.Layihə işləri (və/ya layihə) – bu tapşırıq üzərində bütöv qrup çalışır və digərləri qarşısındaöhdəliklər qabaqcadan bölünür. Misal üçün, şagird “Nəyə görə bizim rayonumuzda tez- tezyanğın hadisələri baş verir?” mövzusunda araşdırma apara bilər və bu araşdırmanın nəticəsinidigər iştirakçılara təqdim edir. Qrupun digər iştirakçıları yaşıdlarını qiymətləndirir. Bu layihələrinnəticələri vasitəsi ilə peşəkarlıq səviyyəsinin artmasını və şagirdlərin problemə və onun həllinəmünasibətini aşkar etmək olar.Müqayisələr anketi (və\ya BBÖ- “bilirəm - bilmək istəyirəm - öyrəndim ”)- şagirdəbu ya digər mövzu üzrə öz inkişaf səviyyəsini öyrənməyə və öz güclü və zəif yerlərini dəqiqşəkildə təyin etməyə imkan verir.Qarşılıqlı tədris - hazırda oxunanları toplayaraq və digər şagirdlərə sual verərək mətninaydın olmayan hissələrini başa salaraq və mətndə gələcək hadisələri qabaqcadan deyərəkşagird müəllim rolunu qrupun digər iştirakçısına ötürür. Həmçinin müxtəlif mövzular üzrətestlərin keçirilməsi mümkündür.Testləşmə bitdikdən sonra şagirdlərin verdiyi cavabların düzgünlüyünü öyrənmək üçünmüəllim onlara testlərin doğru cavablarını səsləndirir. Şagirdlərə düzgün cavabı izah etməkimkanı yaradaraq cavabın düzgünlüyünü də müzakirə etmək olar.110 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

4-5-ci sinif şagirdləri üçün testlər“Zəlzələ” mövzusu1. Zəlzələ zamanı küçədə ən təhlükəsiz yeri müəyyən etA. Mağazanın yanındaB. Elektrik məftillərinin yanındaC. Açıq məkan2. Zəlzələ zamanı binadakı ən təhlükəsiz yeri müəyyən et.A. Stol altındaB. Televizorun yanındaC. Pəncərənin yanında3. Zəlzələdən öncə hansı predmet bərkidilməlidir?A. ŞkafB. StulC. Stol4. Öz arxa çantana nə qoyacaqsan?A. AyaqqabıB. FənərC. Kitab5. Sinifdə zəlzələ zamanı nə edəcəksən?A. Oturacağam, örtünəcəyəm və tutunmağa çalışacağamB. Uzanacağam, örtünəcəyəm və qışqıracağamC. Parta arxasına əyləşəcəyəm və zəlzələnin bitməsini gözləyəcəyəm“Daşqın” mövzusu6. Daşqınların baş vermə səbəbləriA. KüləkB. Qar əriməsiC. Odla oynama7. Daşqın zamanı nə etməli?A. Yüksəkliyə çıxmaqB. Oturmaq və möhkəm nədənsə yapışmaqC. Küçəyə qaçmaq8. Daşqın zamanı səni xilas etmələri üçün hansı işarələri (siqnalları) verməli?A. Fənərlə işarə verməkB. Səs çıxarmaqC. Hər iki cavab düzgündür“Yer sürüşməsi və sel” mövzusu9. Yer sürüşməsi və selin baş vermə səbəbləriA. Güclü leysan yağışlarB. Güclü küləkC. Odla oynamaUNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor111

Yer sürüşməsinin qarşısının alınması üçün nə etməli?A. Ağac əkməkB. Körpü tikməkC. Dağa çıxmaq11. Yer sürüşməsi və sel zamanı nə etməli?A. Salamat qalmış evin damına çıxmaqB. Oturmaq və bərk nədənsə yapışmaqC. Küçəyə qaçmaq“Yanğın” mövzusu12. Kiçik yanğın zamanı nə etməli?A. Onu dəsmalla söndürməliB. Küçəyə qaçmalıC. Pəncərə və qapıları açmalı13. Yanğınsöndürmə xidmətinin çağırılması üçün hansı nömrəyə zəng etmək lazımdır?A. “103”B. “102”C. “101”14. Böyük yanğın zamanı nə etməli?A. Onu ədyalla söndürməliB. Küçəyə qaçmalıC. Pəncərəni açmalı112 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

7-11-ci sinif şagirdləri üçün testlər“Zəlzələ” mövzusu15.Zəlzələ zamanı binanı tərk edərkən, aşağıdakılardan hansını etmək OLMAZ...A. Liftdən istifadə etməkB. Balkona çıxmaqC. Hər iki variant düzgündür16.Zəlzələ zamanı binada olduğunuzda nə etməli?A. Pəncərənin yanında durmalıB. Əsas divarın küncündə durmalıC. Döşəməyə uzanmalı17.Uçqunun altında qaldıqda nə etməli?A. Boru və batareyalar vasitəsilə səs verməliB. Fənəri yandırmalıC. Ayaqqabını geyinməli18.Hansı fi kir YANLIŞDIR?A. Müasir texnika zəlzələlərə dair etibarlı qısa müddətli proqnoz verməyə imkan vermirB. Afterşok – yer qabığında qırılma və ya yerdəyişmənin baş verdiyi yerdirC. Zəlzələ daşqına, yanğına, selə və yer sürüşmələrinə səbəb ola bilər19.Zəlzələ zamanı sinifdəsənsə nə etməli?A. Oturmalı, örtünməli və bir yerdən yapışmalıB. Uzanmalı, örtünməli və qışqırmalıC. Partanın arxasına oturmalı və zəlzələnin bitməsini gözləməli“Daşqın” mövzusu20.Daşqına necə hazırlanmaq olar?A. Yaşadığınız rayonda yüksəklikləri öyrənməkB. Daima küçəyə çıxmaq və insanlara danışmaqC. Evdə düşən bütün predmetləri bərkitmək21.Daşqın zamanı evin damında və ya yüksəklikdəsənsə nə etməli?A. Aşağı enməliB. Axınla üzməyə çalışmalıC. Fəlakət işarə və siqnalları verməli22.Daşqından əvvəl və sonra nəyi etmək olmaz...A. Su basmış quyulardan suyu istifadə etməkB. Elektrik şəbəkələrdən istifadə etməkC. Hər iki cavab düzgündürUNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor113

“Sel” mövzusu23.Selin baş vermə səbəbləriA. Qlobal istiləşməB. Güclü külə.C. Yanğın24.Hansı təbii fəlakəti “Dağ əjdahası” adlandırırlar?A. Yer sürüşməsiB. SelC. Zəlzələ25.Selin qarşısının alınması üçün hansı tədbirlər görülür?A. Ağac əkərək torpağın qüvvətləndirilməsiB. Elektrik stansiyalarının inşasıC. Yeni evlərin inşası26.Sel zamanı necə xilas olmaq olar?D. Ancaq ondan qaçaraqE. Ancaq avtomobilə girərəkF. Hər iki cavab düzgündür“Yer sürüşməsi” mövzusu27.Artıq başlamış yer sürüşməsi hərəkətlərinin ilkin əlamətlərindən biri...A. YanğınlarB. Yollarda, sahil bəndlərində və dəniz kənarında qırılmalarC. Havanın çirkliliyi28.Yer sürüşməsinin qarşısının alınması üçün nə etməli?A. Ağac əkilməliB. Körpü tikilməliC. Dağa çıxmalı29.Yer sürüşməsindən xilas olmanın ən etibarlı üsulu hansıdır?A. Xəbərləri izləməB. Yolların vəziyyətini yoxlamaC. Digər təhlükəsiz yerə köçmə“Yanğın” mövzusu30.Təbiət şəraitində yanğının qarşısının alınması üçün nə etmək olar?A. Tonqalları axıra kimi söndürməkB. Şüşə taranı və ya şüşəni ortalıqda qoymamaqC. Hər iki cavab düzgündür31.Nə yanğını əhəmiyyətli dərəcədə gücləndirə bilər?A. KüləkB. DaşqınC. Yer sürüşməsi114 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

32. Meşədə yanğın zamanı nə etmək olmaz?A. Yola, geniş talaya çıxmaqB. Meşədə qalmaqC. Digərlərinə xəbər vermək33. Binada yanğın zamanı nəyi etmək olmaz?A. Özbaşına böyük yanğını söndürməkB. Balkonu və ya pəncərəni açmaqC. Hər iki cavab düzgündü.34. Üstünüzdə paltar yanırsa nə etməli?A. Od sönənədək qaçmalıB. Od sönənədək uzanmalı və yerlə diyirlənməliC. Hər iki cavab düzgündür35. Hansı hallarda “101” nömrəsi ilə şəhər təhlükəsizlik xidmətlərini çağırmaq lazımdır?A. YanğınB. DaşqınC. Sel36. Tüstülü binadan necə çıxmalı?A. Əyilərək və ya sürünərək, qalın və mümkün qədər yaş əski ilə örtünərək hərəkət etməkB. Balkona çıxmaqC. Tüstülü pilləkənlərdən çıxmaq37. Televizor yandıqda nə etməli?A. Üstünə su tökməli.B. Elektrik çəngəli şəbəkədən çıxarmaqC. Heç nə etməmək38. Yanan mənzildə ən təhlükəsiz yerlər hansılardır?A. MətbəxB. Vanna otağıC. Balkonda və pəncərənin yanındaUNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor115

VALİDEYİNLƏRLƏ İŞ.Ailə - şəxsiyyətin ictimaiyyətdə formalaşmasında əsas institutdur. Ailə həmçinin uşağıntəhlükəsizliyi ilə bağlı fi kirlərinin təbliğində və təbii fəlakətlər zamanı risklərin azaldılmasıməsələlərində əsas ola bilər. Bu məqsədin həyata keçirilməsi üçün valideynlərə həmin mövzulardamütəmadi və ardıcıl təlimlərin keçirilməsi zəruridir. Valideyn və mütəxəssislər üçünxüsusi təlim proqramlarının tərtib edilməsi kifayət deyil, eyni zamanda təbii fəlakətlər riskininazaldılmasına dair valideynlərlə iş sisteminin yaradılması zəruridir. Valideynlərlə işin təşkilizamanı regional, milli və yaş xüsusiyyətlərinin nəzərə alınması vacibdir.Uşaqlar arasında təbii fəlakətlər riskinin azaldılmasına dair valideynlər üçün keçirilmiş təlimnəticələri yalnız o halda effektiv olacaq ki, valideynlərin özləri onun həyata keçməsində birbaşaiştirak edəcəklər. Bunun üçün valideynlər arasından fəallar qrupunun yaradılması zəruridir. Buqrup təbii fəlakətlərin azaldılmasına dair bütün məsələləri əlaqələndirəcəkdir. Fəal valideynlərqrupunun tərkibində sözügedən məsələ ilə əlaqəli peşə ilə məşğul olan valideynlər də ola bilər.Onlar isə öz növbələrində digər valideynlərə “həmyaşıd-həmyaşıda” prinsipi ilə təlim keçirəbilər.Valideynlərlə işin başlanğıc mərhələsində onlar arasında sorğu aparılır. Sorğunun əsasməqsədi onların təbii fəlakətlər barəsində məlumatlı olub olmamaqlarını müəyyən etmək, buməsələ ilə əlaqədar onların fi kir və tövsiyələrini qeyd etməkdir. Sorğu şifahi və yazılı şəkildə,anket, test və s. formalarda həyata keçirilə bilər. Təbii fəlakətlər riskinin uşaqlar arasındaazaldılması ilə bağlı valideynlərin bilik və hazırlıqlarını müəyyən etdikdən sonra valideynlərləaparılan işlərin məqsədini və onun qarşısında duran tapşırıqları təyin etmək və interaktivmetodlardan istifadə etməklə valideynlər üçün daha da effektiv və günün tələblərinə cavabverən təlim proqramlarının tərtib edilməsi zəruridir.Valideynlərlə işin əsas istiqamətləri bunlar ola bilər: mühazirələr, valideyn yığıncaqları, şifahijurnallar, ”dəyirmi masa” görüşləri, fərdi və qrup şəklində məsləhətləşmələr, müzakirələr, daimifəaliyyət göstərən seminarlar, müsahibələr, müzakirələr, məşqlər, mütəxəssislərlə görüşlər,testlər, anketləşmə, ”valideyn-valideynə” prinsipi ilə tədrislər, videomaterialların istifadəsi,multimedia təqdimatları və s. Valideyn yığıncaqlarının, mühazirələrin, seminarların, ”dəyirmimasaların” və s, təxmini mövzuları:• Təbii fəlakətlər və onların nəticələri;• Uşaqların təbii fəlakətlərə hazırlıqlı olmalarında ailənin rolu;116 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

• Yanğın zamanı necə davranmaq;• Zəlzələ zamanı nə etmək;• Uşaqların və böyüklərin təbii fəlakətlər şəraitində təhlükəsizlik davranışları qaydaları;• Fəlakətdən özünü necə qurtarmaq olar;• Uşaqlarda və digərlərdə təhlükəsizlik bacarıqların formalaşması və s.Bu fəaliyyətlərin əsas məqsədi valideynləri maraqlandırmaq, eyni zamanda onların yalnız valideynyığıncaqlarında iştirakına deyil həmçinin onlar üçün təşkil olunmuş təbii fəlakətlər riskininazaldılmasına dair məşğələlərdə iştirakına nail olmaqdır. Valideynlərin bu işdə maraqlı olmalarıvə onların bu prosesdə iştirak etmələri etibarlı münasibətlərin yaradılmasına və şagirdlərintədrisinin daha da effektli olmasına zəmin yaradacaqdır.“Valideynlərlə iş” mövzusunda məşğələlərin hazırlanması.Məqsəd: Təbii fəlakətlər riskinin azaldılması mövzusunda valideynləri uşaqlarla profi laktikişlərin aparılmasına cəlb etmək.Avadanlıq və materiallar:multimedialı proyektor, fl ipkart, markerlər, kağız, lövhə, təbaşir, kartlar, skoç, qayçı.Metodlar: multimedia nümayişləri, mini-mühazirə, kiçik qruplarda iş, oyunlar, çalışmalar.1. Müəllim şagirdlərə məşğələnin mövzusunu və məqsədini bildirir.2. «Günəş» OyunuVatman kağızının üzərində günəş şəkli çəkilib. Müəllim iştirakçılara sual verir:«Hər hansı fəlakət, yaxud fövqəladə hal» baş versə uşaqlar kömək üçün kimə müraciətedəcəklər?İştirakçılar günəşin sualları üzərində onların ilk növbədə müraciət edəcəkləri şəxsləri (valideynlər,müəllimlər, yaşıdlar, dostlar, qohumlar, qonşular, tanışlar, böyüklər, hüquq mühafi zə orqanlarınınnümayəndələri və s.) qeyd edirlər.3. Müəllim-təlimatçıdan məlumat.Ailə - gələcək şəxsiyyətin inkişafının təməli qoyulduğu bir təbii mühitdir. Məhz ailədə uşaqhəyatının əsas fəaliyyət növləri ilə (intellektual-bilik, əmək, cəmiyyət, oriyentir - qiymətləndirmə,bədii-yaradıcılıq, oyun, azad söhbət) tanış olur. Ailədə uşağıbütün həyatı boyu sevgi hissləri müşayiət edir. Bu hiss uşağın ana bətnində olduğuUNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor117

zamandan başlayır və onun həddi buluğa çatdığına qədər davam edir. Bu hiss uşağın inkişafınavə tərbiyəsinə müsbət təsir göstərir, ona xoşbəxtlik hissini, etibarlı yaşayışı, ətraf mühitdəngələ biləcək təhlükələrdən qorunmaq hissini, valideynlərin simasında isə nüfuzlu məsləhətçilər,köməkçilər, müdafi əçilər, böyük dostlar bəxş edir.Təqdirə layiq olan bir haldır ki, uşaq bütün hallarda kömək üçün ilk növbədə öz valideynlərinəmüraciət etsin.Bütün dünyada qəzet və jurnalların səhifələrində mütəmadi olaraq faciələr və təbii fəlakətlərbarəsində xəbər başlıqları çap olunur. Əgər bu faciələri yaşayan insanlara baxsaq, özümüzəsual verə bilərik, ”Faciə bizim evimizə yaxınlaşsa biz nə etməliyik? Valideynlər və uşaqlar bunlarınöhdəsindən necə gələcəklər? Valideynlər əmindilər mi ki, onların uşaqları təhlükəsizlikdavranışları qaydalarının mənasını bilirlər və onlar təbii fəlakətlərə və fövqəladə hallara hazırdırlar?Biz məhz elə bunlar barəsində söhbət edəcəyik......4. «4. «Beyin həmləsi»Müəllim-təlimatçı:- Uşaqlar tərəfi ndən təhlükəsizlik davranışları qaydalarının tətbiqi üçün onlarda yalnızməlumatın olmağı kifayət deyil. Vacib olan onlara bu məlumatların həyatda necə tətbiq ediılməsinivə həyati bacarıqları aşılamaqdır. Bu işdə isə onlara valideynləri köməklik etməlidirlər. Fəlakətzamanı tətbiq edilməli bacarıqların təkmilləşdirilməsində ailədə keçirilən praktiki təhsil mühümyer tutur. Eyni zamanda fəlakətlərlə mübarizə məşğələlərində uşaqların ailənin bir üzvü rolundaaktiv iştirak etməklərinə dair sistemin yaradılması vacibdir- Siz necə düşünürsünüz həyati bacarıqlar nədir?Hər iştirakçı öz cavabını verir, cavablar fl ipkarta yazılır.Mümkün olan cavablar: həyatda lazım olan, sağ qalmaq üçün zəruri olan, zaman keçdikcətəkmilləşən, ünsiyyət qurmaq qabiliyyəti, öz həyat yolunu seçmək qabiliyyəti, həyatdaistiqamətlənmək bacarığı və s.Həyati bacarıqlar – bir şəxsin ona gündəlik həyat tələblərinin öhdəsindən səmərəligəlməyə imkan verən müsbətləşmiş və uyğunlaşmış davranış qabiliyyətdir (ÜST-ın«Məktəblərdə həyati bacarıqların tərbiyəsi» sənədindən).Aşağıda göstərilən mövzularda müzakirə:Həyati bacarıqlar nə üçün lazımdır?Həyati bacarıqların mühümlüyü nədən ibarətdir ?Uşaqlar üçün onlar nə qədər vacibdir?Nə üçün uşaq onlara yiyələnməlidir?Həyati bacarıqlar fövqəladə hallarda uşağa kömək edəcək mi?Fövqəladə hallara dair həyati bacarıqların təkmilləşməsində valideyn hansı rol oynayır?Təlimatçının fəaliyyətinin yekunu.Beləliklə, həyati bacarıqlar - həyatda sağ qalmaq üçün vacib olan və fövqəladə hal zamanıinsana köməklik edən qabiliyyətdir. Onlar bütün həyatı boyu insana lazım olur və onlarınsayəsində insan müxtəlif hallardan, o cümlədən də təbii fəlakətlər zamanı vəziyyətdən çıxışyolu tapa bilir.118 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

5. Fəallaşdırıcı oyun: «İnsan, Ev, Zəlzələ»Bütün iştirakçılar üçlüklərə bölünürlər. İki nəfər üz-üzə durur və bir- birinin əlindən tuturlar,onlar evdədirlər. Üçüncü şəxs onların arasında durur, o - insandır. Bir adam aparıcı kimiiştirak edir. Aparıcı «Ev» dedikdə, «evdə» olan hər kəs bir birin əlini buraxmadan özlərinə yeniadam tapmağa qaçırlar. Aparıcı «Adam» dedikdə bütün iştirakçılar özlərinə yeni ev axtarmağaqaçırlar. Aparıcı «Zəlzələ» dedikdə «evlər» ayrılır, iştirakçılar qaçışaraq, yeni üçlüklər əmələgətirirlər. Aparıcının məqsədi hər hansı bir üçlüyə düşməkdir. Kim tək qalır, o aparıcı olur.6. Kiçik qruplarda iş «Ailənin fövqəladə hallara hazırlığı»Müəllim-təlimatçı iştirakçıları 3 qrupa bölür və hər qrupa tapşırıq verir:1. Ailənin fövqəladə hallara hazırlığının planlaşdırılması və qiymətləndirilməsi.Mümkün cavablar:• Ailədə yığıncağın keçirilməsi.• Evdə təhlükəsiz və ən təhlükəli yerlərin aşkar olunması• Evdə və ya da binada ehtiyat çıxışların müəyyən edilməsi• Rayonda, şəhərdə və ətrafda təhlükəli yerlərin müəyyən edilməsi• Uşaqların öz qohum və yaxınların ünvanlarını və telefon nömrələrini bilmələri• Uşaqların fövqəladə hallardan sonra yaxınları ilə görüşlər barəsində məlumatlarınolması2. Evin fövqəladə hallardan müdafi əsiMümkün cavablar:• Evin yaxşı vəziyyətdə saxlanılması (təmizlik, təmir)• Mebelin və məişət əşyaların divara bərkidilməsi, çarpayıların düzülüşünün dəyişdirilməsi,pəncərələrə ağır pərdələrin və qoruyucu plyonkaların alınması• Odsöndürənlərin alınması• Yanan maddələrin təcrid edilməsi• Ailə üzvlərinin zəlzələdən sonra kibrit və alışqanlardan istifadənin qadağan edilməsibarədə məlumatlı olmaları3. Ailənin reaksiya qabiliyyəti: fövqəladə hallar zamanı avadanlıq və bacarıqlarMümkün cavablar:• Ehtiyatların hazırlanması və evakuasiya üçün lazım olan bütün əşyaların toplanılması• Odsöndürəndən istifadə etmə qaydalarının ailə üzvləri tərəfi ndən bilmələri• Ailə üzvlərinin evdə mövcud olan bütün qaz, işıq və su xətlərinin söndürülməsinin vacibliyinibilmələri• Ailə üzvlərinin ilkin tibbi yardım göstərmək, ilkin xilas-axtarış tədbirlərini həyata keçirməkvə könüllü şəkildə dəstək göstərmək üçün müvafi q biliklərə yiyələnməkləri.7. «Müdriklik evi» çalışması• Ailə üzvlərinin hər biri məktub yazır. Bu məktubda «Təbii fəlakətlər riskinin azaldılmasındavalideynlərin rolu» mövzusunda sual verilir. Məktublar fl ipkarta yapışdırılır. Bundan sonraiştirakçılar sıra ilə onlara yaxınlaşırlar, seçirlər, oxuyurlar və ucadan cavab verirlər. Daha sonrahər məktub kərpic kimi vatman kağızının üzərində çəkilmiş evlərin üzərinə bərkidilir.8. Müəllim tərəfindən məşğələnin yekunlaşdırılması.• 1. «Mənim evim – mənim qalamdır» çalışması• Müəllim iştirakçılara uşağın özünü təhlükəsizlikdə hiss edə biləcəyi evin şəklini çəkməyitəklif edir. Bundan sonra könüllü olaraq iştirakçılar çəkdikləri ev barəsində fi kir bildirə bilərlər.UNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor119

QİYMƏTLƏNDİRMƏ VƏ PLANLAŞDIRMABiz fövqəladə hallar mövzusu ətrafında ailədə müzakirə apardıq.Biz evimizdə və hər otaqda bütün təhlükəli yerləri bilirik. Məsələn: pəncərələrin yanı, düşə biləniri və ağır əşyaların yanı, yanğına səbəb ola bilən mətbəx pilətəsi və suqızdırıcısının yanında.Biz evimizdən və binamızdan ehtiyat çıxışları tapmışıq.Biz rayonumuzda (şəhərimizdə) mövcud olan ikinci dərəcəli təhlükələri müəyyən etdik.Biz şəhərdən kənar yaşayan qohumlarımızın və tanışlarımızın ünvanlarını və telefon nömrələrinibilirik.Bu:_________________________________________________________Biz zəlzələdən sonra harada görüşəcəyimizi bilirik.Evin içidə:________________________________Küçədə:___________________________________Rayonumuzun (şəhərimizin) kənarında:___________________________Mühüm sənədlərin surətini çıxartmışıq və onları zəlzələ vaxtında ya çantamızda ya da şəhərdənkənar yaşayan qohumlarımızda, tanışlarımızda saxlayırıq.Zəlzələdən sonra biz yalnız ehtiyac olduğu zaman telefondan istifadə edəcəyik. Səbəb - telefonxəttinin daha çox ehtiyacı olan insanlar üçün boş qalmasıdır. Biz şəhərdə baş verən hadisələrbarəsində radio ya da televiziya vasitəsilə biləcəyik.Biz planımızı yarım ildən bir müzakirə edəcəyik.Biz planımız barədə qohumlarımıza və tanışlarımıza məlumat verəcəyik və bunu etməyə onlarada məsləhət edəcəyikFİZİKİ MÜDAFİƏBinamız zəlzələyə davamlıdır, inşaatının bütün qaydalarına müvafi q olaraq tikilib ya təcrübəlimühəndis tərəfi ndən yoxlanılıb.Binamızın təmirə ehtiyacı var.Binamızı yaxşı vəziyyətdə saxlayırıq, onu nəmişlikdən qoruyuruq və ehtiyac duyulduğu zamanonu təmir edirik.Uşaqlarımıza zərər yetirə biləcək hündür və ağır mebeli, avadanlıqları, iri elektrik və qazbalonlarını, işıqlandırma cihazlarını və s., tavana və yerə bərkitmişik.Mətbəx şkafl arının üzərində rəzələr quraşdırmışıq, televizor və elektrik cihazlarınıtəhlükəsizləşdirmişik, zəlzələ vaxtı şəkillərin yerə düşməməsi üçün onlar üçün cəftələrdüzəltmişik. Bununla biz həm özümüzü təhlükədən həm də bahalı əşyalarımızı itməsindən vəxarab olmaqdan qoruyuruq.Bizdə odsöndürən var və biz onu ildə bir dəfə yenidən doldururuq.Biz mədəni dəyəri olan ailə əşyalarının onların gələcəkdə miras kimi verilməsi üçün düşündük.Biz yanan maddələri kənarlaşdıraraq onları zərərsizləşdirdik.Çarpayımızın yanında daima ayaqqabı və əl fənəri saxlayırıq.Zəlzələdən sonra heç yerdə qaz sızmasının olmamasını əminliklə bilənə qədər kibrit vəalışqan yandırmağın qadağan olmasını bilirik.120 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Biz ağır pərdələr və qoruyucu plyonkaların vasitəsilə özümüzü şüşəqırıntıları ilə zədələnməkdən qoruduq.REAKSİYA VERMƏK QABİLİYYƏTİ: AVADANLIQ VƏ BACARIQLARBiz evakuasiya üçün lazım olan bütün əşyaları toplamışıq (hər insan üçün gündəlik4 litr su, dərmanlar, fənər, dərman qutusu, nağd pul, dəyişik paltar, tualet ləvazimatları,o cümlədən yaşlı insanlar, əlillər, balaca uşaqlar və heyvanlar üçün lazım olan əşyalarbura daxildir).Biz odsöndürəndən istifadə edə bilirik.Biz qazı, suyu və işığı necə söndürməyi bilirik.Biz fövqəladə hallar zamanı əsas davranış prinsiplərini və fövqəladə hal zamanı standartidarə sistemini bilirik.Biz ilkin və təxirəsalınmaz tibbi yardım göstərilməsi və ikin axtarış-xilasetmə işləri üzrətəlim kurslarını keçmişik. Könüllü yardım göstərmək vərdişlərinə malikik.UNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor121

«Həmyaşıddan – Həmyaşıda» prinsipi ilə işin təşkili«Həmyaşıddan – Həmyaşıda» prinsipi ilə tədris həyati bacarıqlara əsaslanan ən səmərəlitədris metodudur.«Həmyaşıddan – Həmyaşıda» prinsipinin əsas məzmunu tərəfl ərin bərabər tədrisi üzərindəqurulub. Bərabər - eyni ictimai statusa malik, həmyaş, eyni fəaliyyət növü ilə məşğul olan, eynimaraq və məqsədli olmaq deməkdir.«Həmyaşıddan – Həmyaşıda» prinsipi ilə tədris vasitəsi ilə öyrədilmiş və maraqlı olan insanlarəldə etdikləri bilik və bacarıqları öz yaşıdlarına, tanışlarına və ətrafdakılarına öyrədirlər.Tədrisin əsas məqsədi biliklərin, münasibətlərin, təsəvvürün və bacarıqların təkmilləşməsinəyönəlir.Əhalinin hər qrupunda yaşıdlarından seçilən şəxslər olur. Adətən bu təşkilatçılıq bacarığıolan, ünsiyyət qura bilən insanlar olur. Onlar qrupun digər iştirakçılarının fi kir və anlayışlarınatəsir etdikləri üçün onları “fi kir liderləri” də adlandırmaq olar. Bu liderlər təbii fəlakətlərlə bağlıriskin azladılması üzrə maarifl əndirmə işlərini başladıqda qrupun digər iştirakçıları arasındafi kir və münasibətlərinin dəyişməsi baş verir.Məlumdur ki, uşaqlar, yeniyetmələr və cavanlar bir birini müxtəlif məsələlərdə maarifl əndirirlər.Yeniyetmələrin yaşıdları tərəfi ndən tez-tez təzyiqə məruz qalmalarını nəzərə alaraq, gümanetmək olar ki, onlar bir birinə çox böyük təsir göstərirlər. Bunları nəzərə alaraq, müəllimlər butəsiri müsbət səmtə yönəltməlidirlər.Yeniyetmələr və cavanlar arasında keçirilən sorğu göstərir ki, onlar əsas məlumatlarıyaşıdlarından alırlar. Çox təəssüf ki, təhsil sektoru ” Həmyaşıddan – Həmyaşıda” prinsipi iləyaşıdlarını maarifl əndirəcək liderlərin yetişdirilməsinə önəm vermir. Araşdırmalar göstərir ki,yaşıdlar tərəfindən həyata keçirilən öyrətmə və tədris daha səmərəli xarakter daşıyır. Bir yerdəoxuyan yaşıdlar öz yaşlarına uyğun dil və arqumentlərdən istifadə edərək bir birini öyrədəbilərlər. Onlar bir birinə qeyri formal və etibarlı şəraitdə məlumat verə bilərlər.Cavanlar bir birinə inanmağa meyllidirlər və onlar öz yoldaşlarının problemlərinin həlliüçün məqsədə uyğun məsləhətlər verə bilərlər. Təbii fəlakətlər riskinin azaldılmasına dairtəhsil proqramlarının iştirakçıları kimi cavanlar, gənclər arasında qarşılıqlı köməyin və tədrisininkişafında aparıcı rol oynaya bilərlər. Bununla əlaqədar onlar təbii fəlakətlər riskinin azaldılmasıməsələlərində valideynlərə və müəllimlərə məsləhətçi-konsultant kimi köməklik edə bilərlər.Gənc insanların öz yaşıdlarını öyrətmək prosesi onların bir şəxsiyyət kimi inkişafına gətirir. Buzaman onlar ətrafdakılarına qayğı göstərməyə öyrənir və həyatlarını qorumuş olurlar. Bununnəticəsi kimi onlarda özünə hörmət artır və fəlakətlərin azaldılması ilə bağlı yeni təcrübələrqazanılır. Gənc insanların maarifl əndirilməsi yalnız dərs, tədris və təlim otağı ilə məhdudlaşmır.Onlar bunu sinifdən əlavə müxtəlif yerlərdə və müxtəlif vasitələrlə edə bilərlər (telefon,” qaynarxətt” və s.).122 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Öyrənənlərin və təlimçilərin “həmyaşıddan – həmyaşıda” prinsipi ilə effektiv fəaliyyətgöstərməkləri üçün onlara ilk növbədə yaxşı təlim keçmək, məsləhət vermək, anlayışgöstərmək, qərar vermək, qrup təzyiqinə müqavimət göstərmək, üçün bilik və vərdişləri onlaraaşılamaq, öyrətmək və təcrübələndirmək lazımdır.Gənclər arasında “Həmyaşıddan – Həmyaşıda” prinsipi ilə məşğələlər xüsusilə maraq kəsbedir. Dünya təcrübəsi göstərir ki, yeniyetmələr arasında məsuliyyətli davranış qaydaları o zamandaha yaxşı başa düşülür əgər bu davranış qaydalarını onlara öz nüfuzlu həmyaşıdları izahedir. Profi laktik proqramların həyata keçirildiyi zaman liderlərin iştirakı aşağıdakı səbəblərdənlabüddür:• Gənclər nüfuzlu həmyaşıdların nə deyəcəyinə diqqətlə qulaq asırlar;• Gənclər sevimli və nüfuzlu yaşıdlarına bənzəməyinə meyllidirlər;• Gənclər aralarında müzakirə zamanı daha səmimi olurlar;• Gənclər eyni dildə danışırlar;• Lider-şəxslər öz məsuliyyətli hərəkətləri ilə həmyaşıdlarına müsbət təsir göstərə bilərlər;• Lider - şəxslər öz yaşıdlarına həm sinifdə həm də sinifdənxaric köməklik göstərə bilərlər;“Həmyaşıddan – Həmyaşıda” prinsipi üzrə tədris prosesinin gənclər arasında tanınmasınınvə yayılmasının əsas səbəbləri:1. Həmyaşıdlar – tərəfl ər arasında məlumat mübadiləsinin ənənəvi aparıcı qüvvəsidir.Gənclər çəkinmədən aralarında müxtəlif məsələləri müzakirə edirlər.2. “Həmyaşıddan – Həmyaşıda” tədris proqramı müxtəlif cəmiyyətlərin gündəlik həyatıüzərində qurulub və müxtəlif istiqamətlərdə köməklik göstərə bilər, o cümlədən də təbii fəlakətlərriskinin azaldılması mövzusunda.3. “Həmyaşıddan – Həmyaşıda” tədris proqramının həyata keçirilməsi üçün gənclərə birbaşa şərait yaradır və onların həyat bacarıqlarının artmasında müsbət təsir göstərir.4. “Həmyaşıddan – Həmyaşıda” tədris proqramının içində idarə etmə, monitorinq və s.elementlərin olmasını nəzərə alsaq bu proqram təlimin bir hissəsi kimi maddi baxımdan çoxfaydalı ola bilər.5. “Həmyaşıddan – Həmyaşıda” tədris proqramı həmçinin tamamlayıcı funksiyanı dadaşıya bilər. Bu proqram müxtəlif təşkilatlar tərəfi ndən təşkil oluna bilər və gənclərin oxuduğu,işlədiyi və asudə vaxtını keçirdiyi yerlərdə (düşərgələrdə, klublarda və s.) keçirilə bilər. Bu işintəşkilinin müxtəlif növləri və metodları (müəllimlə mühazirə, məşqlər, teatral səhnələrin təşkilivə s.) mövcuddur. “Bərabər-Bərabərə” tədris proqramı inklüziv xarakter daşıyır və “Hamı üçüntəhsil “ proqramının əsas tələblərinə (təhsil ehtiyaclarının bərabər şəkildə təmin olunması) cavabverir.Bu proqramın üstünlüklərinə baxmayaraq nəzərə almaq lazımdır ki, onun qarşısındamüəyyən problemlər də var. Onlar aşağıdakılardır:UNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor123

1. Gənclər çox vaxt onlardan böyük müəllimlərdən təcrübəsiz olduqları üçün tədrisdə vəidarə etmə prosesində onlar üçün daha böyük resurslar (vaxt, maliyyə, insan resursu və s.)tələb olunur.2. Bəzən təlimatçı olan gənclər qruplarda yaranan mədəniyyət ayrılıqları ilə bağlı müxtəlifməsələlərin həlli üçün onların kifayət qədər həyat təcrübəsi olmur.3. “Həmyaşıddan – Həmyaşıda” prinsipi ilə tədris proqramlarında təcrübəli kadrların itkisidaima baş verir, çünki onlar məktəbli yaşından çıxırlar.4. “Bərabər-Bərabərə” prinsipi ilə tədris proqramı zamanı öyrənənlərdən daha çoxmüəllimlərin həyati bacarıqlarının təkmilləşməsinə gətirir.Bunlara baxmayaraq “Həmyaşıddan – Həmyaşıda” prinsipi ilə tədris proqramının sonundayaxşı nəticələr alınır. Bu proqramın keyfi yyətli həyata keçirilməsə tədris planı, təşkilatşərtləri, müəllimlərin hazırlıq səviyyəsi, öyrənənlərin kontingenti kimi amillər təsir göstərir.“Həmyaşıddan – Həmyaşıda” prinsipi çox hallarda sinifdənxaric və dərsdənkənar olan təlimvə məşqələlərdə məqbul sayılır. “Həmyaşıddan – Həmyaşıda” prinsipi ilə cəmiyyətin müxtəlifqruplarının (müəllimlərin, valideynlərin v s.) işlərini təşkil etmək olar.124 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

İstifadə olunan ədəbiyyat:1. KuzminA.İ.”Оценка проектов и программ” Moskva 2005-ci il2. Templ Ç., Still C., Meredit K “Kritik düşüncənin oxuma və yazma vasitəsi ilə inkişafı”proqramın qiymətləndirilməsi və dərsin planlaşdırılması Vaşinqton 1997-ci il3. Domanskiy E. V. “Рефлексия как элемент ключевой образовательной компетенции”internet jurnalı 2003-cü il4. Moşkin V. N. “Структкра воспитания культуры безопасности” Moskva 2004-cü il5. Novikov Y. V. “Экология, окружающая среда и человек”Moskva 2004-cü ilTövsiyə olunan ədəbiyyat:1. Qinko S.S. Leninqrad 1963-cü il2. Taziyev Q. M. 1963-cü il3. “İnsan və ətraf mühit” üzrə elmi məruzə və məlumat toplusu M. 1976-cı il4. Keyts R. M 1978-ci il5. Polyakov C.V. M. 1978-ci il6. Keyts R. M. 1978-ci il7. Bunu hər kəs bilməlidir M. 1983-cü il8. Kukal Z. M. 1985-ci il9. Porfi ryev B. N. M. 1991-ci il10. Boqin V. Q. M. 1993-cü il11. Reyxard Q. M. 1998-ci il12. Dvorjak Y. Kiyev 1999-cu il13. Xutorskoy A. B. 2001-ci il14. Qrinin A. S. Novikov V.N. M. 2002-ci il15. Xutorskoy A.V. Milli Təhsil N2 2003-cü il16. Domanskiy E.V. İnternet jurnali “Eydos” 2003-cü il17. Titov C. V. Şabayev Q. İ. M. 2003-cü ilUNICEF Obortincidunt vulput dolorerit autet accum iustiscidui blaorpero odolor125

126 Təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün vəsait

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!