27.05.2015 Views

o_19m9v2b0ci351ivc10e0u4p4eua.pdf

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Makroiqtisadi təhlil və proqnozlaşdırma sektoru

2014-cü ildə inflyasiyaya

dair Arayış

Dünya iqtisadiyyatında inflyasiya

ABŞ

Avrozona

Rusiya

Cənubi Qafqaz ölkələri

Azərbaycanda istehlak qiymətləri indeksinin (İQİ) dəyişməsi

Ərzaq məhsulları üzrə İQİ-nin dəyişməsi

Qeyri-ərzaq məhsulları üzrə İQİ-nin dəyişməsi

Xidmətlər üzrə İQİ-nin dəyişməsi

Azərbaycanda istehsalçı qiymət indekslərinin dəyişməsi

Sənaye məhsullarının istehsalçı qiymət indeksi

Kənd təsərrüfatının istehsalçı qiymətləri indeksi

Nəqliyyat, poçt və telekommunikasiya qiymət indeksləri

2015

2014-cü ildə Azərbaycanda orta illik inflyasiya 1.4% təşkil etmişdir.

2014-cü ildə Azərbaycanda orta illik inflyasiya 1.4% təşkil etmişdir.

Azərbaycanda hesabat dövrü ərzində orta illik müqayisədə ərzaq məhsulları

Azərbaycanda hesabat dövrü ərzində orta illik müqayisədə ərzaq məhsulları

qrupu üzrə 1.0%, qeyri-ərzaq məhsulları qrupu üzrə 3.2%, xidmətlər qrupu üzrə

qrupu üzrə 1.0%, qeyri-ərzaq məhsulları qrupu üzrə 3.2%, xidmətlər qrupu üzrə

isə 0.3% qiymət artımı qeydə alınmışdır.

isə 0.3% qiymət artımı qeydə alınmışdır.

Dünya iqtisadiyyatında

inflyasiya

ABŞ. 2014-cü ildə illik inflyasiya 0.8%

olmuşdur. Bu isə 2009-cu ildən başlayaraq

ən aşağı inflyasiya səviyyəsidir. Qiymət

indeksləri ərzaq məhsulları üzrə 3.4%,

enerji və ərzaq məhsulları daxil edilmədən

digər məhsul və xidmətlər üzrə isə 1.6%

artmışdır. Enerji üzrə qiymətlər 10.6%

azalmışdır.

2014-cü il ərzində Yunanıstanda qiymətlər

səviyyəsi 2.5%, İspaniyada 1.1%,

Lüksemburqda isə 1.1% azalmışdır.

Zonaya üzv ölkələr arasında ən yüksək

inflyasiya səviyyəsi Avstriyada (0.8%) və

Finlandiyada (0.6%) qeydə alınmışdır.

Qrafik 1. 2014-ci ildə avro zonada orta

illik inflyasiya (% ilə)

Avro zona. 2014-cü ildə avro zonada

0.2% səviyyəsində deflyasiya qeydə

alınmışdır. Deflyasiyaya xam neftin

qiymətinin ucuzlaşması təsir etmişdir.

Rusiya. 2014-cü ildə illik inflyasiya

səviyyəsi 11.4% təşkil etmişdir.

İnflyasiyanın sürətlənməsi əsasən ərzaq

məhsulları qiymətinin artması hesabına

olmuşdur. Qeyd edək ki, Rusiya

Federasiyasının İqtisadi İnkişaf Nazirliyi

2015-ci il üzrə inflyasiyanı 7.5%

səviyyəsində proqnozlaşdırmışdır.

Cənubi Qafqaz ölkələri. 2014-cü ildə

Ermənistanda illik inflyasiya 4.6% təşkil

etmişdir.

Qeyd edək ki, Ermənistan Mərkəzi Bankı

tərəfindən 2015-ci il üzrə inflyasiyanın

4%+-1.5% civarında hədəflənməsi

nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı

tərəfindən 2015-2016-cı illərdə

inflyasiyanın 5-6% səviyyəsində

hədəflənməsi nəzərdə tutulmuşdur.

Azərbaycanda istehlak

qiymətləri indeksinin 1 (İQİ)

dəyişməsi

2014-cü ildə Azərbaycanda İQİ cəmi

mallar və xidmətlər üzrə 1.4%, ərzaq

məhsulları, içkilər və tütün qrupu üzrə

1.0%, qeyri-ərzaq malları üzrə 3.2% və

xidmətlər üzrə 0.3% artmışdır.

Qrafik 2. 2013- 2014-cü illər üzrə

orta illik inflyasiya

Cədvəl 1. Əsas ticarət tərəfdaşı olduğumuz

ölkələrdə illik inflyasiya

Ölkələr 2013 2014

İtaliya 0.7 -0.1

İndoneziya 8.4 8.4

Rusiya Federasiyası 6.5 11.4

Almaniya 1.4 0.1

Türkiyə 7.4 8.2

Böyük Britaniya 2.0 0.5

Yaponiya 1.6 2.4

Fransa 0.7 0.1

ABŞ 1.5 0.8

İsrail 1.8 -0.2

2014-cü ildə Gürcüstanda 2013-cü il ilə

müqayisədə istehlak qiymətləri indeksi

2.0% artmışdır.

Qiymətləri dövlət tərəfindən tənzimlənən

malların qiymətlərinin dəyişməsi və

mövsümi amillər nəzərə alınmadan

hesablanan Baza inflyasiya 2014-cü ildə

2013-cü ilə nisbətən 1.6% təşkil etmişdir.

1

Orta alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə

etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin

ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir.

İndeksin hesablanmasında respublikanın milli xüsusiyyətləri

nəzərə alınaraq 565 reprezentativ mal və xidmət növü üzrə

toplanmış qiymət və tarif məlumatlarından istifadə edilir.

Ərzaq məhsulları qrupuna daxil olan

məhsullar üzrə qiymətlər indeksi 2014-cü

ildə 2013-cü il ilə müqayisədə 1.0%

artmışdır.

Dövr ərzində yeyinti məhsullarının

bahalaşmasına əsasən balıq məhsullarının

qiymət dinamikası təsir etmişdir.

Cədvəl 2. Bəzi ərzaq məhsulları qrupları

üzrə orta illik qiymət dəyişməsi, % ilə

Məhsullar 2014

Çörək məmulatları və yarmalar 0.9

Ət məhsulları 0.3

Balıq məhsulları 14.2

Süd məhsulları, pendir və

yumurta

1.5

Yağ və piylər 2.6

Meyvələr -2.2

Tərəvəzlər -5.7

Qənd, cem, bal, şokolad və

konfetlər

0.1

Kofe, çay, kakao 2.3

Qeyri-ərzaq məhsullarından orta illik

ifadədə yanacaq materialları, inşaat

materialları, geyim, mebel və ev əşyaları,

müalicə ləvazimatları və cihazları,

kitablar, elektrik cihazları, şüşə

məmulatları bahalaşmışdır (cədvəl 3).

Cədvəl 3. Bəzi qeyri-ərzaq məhsulları

qrupları üzrə orta illik qiymət dəyişməsi

Məhsullar 2014

Yanacaq və sürtkü materialları 29.8

Duru yanacaq (ağ neft) 11.1

İnşaat materialları 0.9

Mebel və ev əşyaları 1.1

Müalicə ləvazimatları və

0.8

cihazları

Xalça və digər döşəmə

0.9

örtükləri

Kitablar 2.1

Şüşə məmulatları 1.4

Geyim 0.8

Elektrik cihazları 1.6

Xidmətlər qrupu üzrə soyuq su təchizatı,

zibilin daşınması, kanalizasiya xidməti,

isti su təchizatı, elektrik enerjisi, təbii qaz

üzrə xidmətlərin tariflərində dəyişmə

qeydə alınmamışdır.

Hava nəqliyyatı, dəmir yolu ilə

sərnişindaşıma, tibbi xidmət, ali təhsil,

bərbərxana və kosmetik xidmətlərin

tariflərində artım müşahidə edilmişdir

(cədvəl 4).

Cədvəl 4. Bəzi xidmət qrupları üzrə orta

illik qiymət artımı, %-lə

Məhsullar 2014

Soyuq su təchizatı 0.0

Zibilin daşınması 0.0

Kanalizasiya xidməti 0.0

İsti su təchizatı, buxar

qızdırıcısı

Dəmiryol sərnişindaşıma

nəqliyyatı

Hava sərnişindaşıma

nəqliyyatı

0.0

7.3

8.8

Poçt xidmətləri 0.0

Tibbi xidmətlər 2.2

Ödənişli ali təhsil 4.8

Kompleks istirahətin təşkili -2.2

Mehmanxana xidməti 2.2

Restoranlar və kafelər 1.1

Bərbərxana və kosmetik

xidmətlər

Azərbaycanda istehsalçı

qiymətləri indeksinin

dəyişməsi

1.8

Sənaye məhsullarının istehsalçı

qiymətləri indeksi (SQİ) 2 . 2014-cü ildə

2

Hər il yenilənən baza sənaye müəssisələri və təşkilatların

təmsilçi mallarının qiymət qeydiyyatı əsasında hesablanılır.

SQİ 2013-cü il ilə müqayisədə 5.1%

azalmışdır. Qiymət indeksləri orta illik

qiymətləndirmədə mədənçıxarma

sənayesində 8.0% azalmış, emal

sənayesində isə 15.7% artmışdır. “Elektrik

enerjisi, qaz və buxar istehsalı,

bölüşdürülməsi və təchizatı” və “Su

təchizatı, tullantıların təmizlənməsi və

emalı” sahələrində isə dəyişməmişdir.

2014-cü ildə 2013-cü il ilə müqayisədə

emal sənayesində neft məhsullarının

istehsalı üzrə 28.2%, kimya sənayesi üzrə

0.2%, içki istehsalı üzrə 2.0%, avtomobil

və qoşquların istehsalı üzrə 7.8% artmış,

tikinti məmulatlarının istehsalı üzrə isə

1.2% azalmışdır.

İstehsalçı qiymət indeksləri mədənçıxarma

sənayesində xam neft və təbii qaz hasilatı

üzrə 8.0%, metal filizlərin hasilatı üzrə isə

10.5% azalmışdır.

Kənd təsərrüfatı məhsullarının qiymət

indeksləri 3 . 2014-cü ildə 2013-cü il ilə

müqayisədə bitkiçilik və heyvandarlıq

məhsullarının qiymət indeksində 2.3%

artım qeydə alınmışdır. Birillik bitkiçilik

məhsullarından orta illik ifadədə buğda

Qeydiyyata cari ayda istehsal olunan və yüklənən

məhsulların faktiki qiymətləri götürülür.

3

K/t müəssisələri, fermer təsərrüfatları və ev təsərrüfatları

tərəfindən müxtəlif kanallar üzrə realizə edilən k/t

məhsullarının qiymətləri səviyyəsi və dinamikasını

xarakterizə edən bu indeks ölkənin 52 rayonunda istehsal

olunan k/t məhsullarının istehsalçı qiymətlərinin müşahidəsi

əsasında hesablanılır.

1.4%, kartof 6.8%, yem bitkiləri 17.5%

bahalaşmış, qarğıdalı 3.4% ucuzlaşmışdır.

Çoxillik bitkilərdən isə qoz-fındığın

qiyməti 6.7% artmış, sitrus meyvələrinin

qiyməti 13.4% aşağı düşmüşdür.

2013-cü il ilə müqayisədə 2014-cü ildə

diri heyvanlar və heyvandarlıq

məhsullarının qiymət indeksləri 3.0%, o

cümlədən qoyun əti (diri çəkidə) 2.3%,

quş əti (diri çəkidə) 3.1% bahalaşmışdır.

Mal ətinin (diri çəkidə) qiyməti isə 1.3%

ucuzlaşmışdır.

Balıq və sair balıqçılıq məhsullarının

qiymət indeksləri isə 9.7% bahalaşmışdır.

Nəqliyyat, poçt və telekommunikasiya

tarifləri qiymət indeksləri 4 . 2014-cü ildə

ötən il ilə müqayisədə nəqliyyat və poçt

tarifləri indeksində 1.3% azalma müşahidə

olunmuşdur. Poçt və kuryer tarifləri

indeksi 0.4%, o cümlədən milli poçtların

fəaliyyəti üzrə qiymət indeksi 0.2%,

kuryer fəaliyyəti üzrə isə 1.2% artmışdır.

Nəqliyyatda yükdaşıma tariflərin

indeksində orta illik qiymətləndirmədə

2.3% azalma qeydə alınsa da, nəqliyyat

4

İqtisadi fəaliyyət növlərinə uyğun olaraq nəqliyyatda

yükdaşıma tarifləri indeksini, nəqliyyatda sərnişindaşıma

tarifləri indeksini, poçt və kuryer tarifləri indeksini, həmçinin

telekommunikasiya tarifləri indeksini özündə birləşdirir.

sərnişindaşıma tarifləri indeksində 2.6%

artım olmuşdur.

Yükdaşıma tariflərində azalma əsasən

boru nəqliyyatında (5.4%) qeydə

alınmışdır. Sərnişindaşıma tariflərində

artım isə əsasən dəmir yolu (11.7%) və

hava (7.1%) nəqliyyatı hesabına əldə

edilmişdir.

Telekommunikasiya tarifləri indeksi 2013-

cü il ilə müqayisədə 2014-cü ilin yanvardekabr

ayları ərzində 8.4% azalmışdır.

İnternet rabitəsi üzrə qiymətlər 6.8%,

mobil telefon rabitəsi üzrə 5.5%, simli

rabitə xidmətləri üzrə isə 19.5%

azalmışdır.

Mənbə:

Azərbaycan Respublikasının Dövlət

Statistika Komitəsi

Azərbaycan Respublikasının Mərkəzi

Bankı

Ermənistan Respublikasının Milli

Statistika Xidməti

Ermənistan Respublikasının Mərkəzi

Bankı

Gürcüstan Milli Statistika İdarəsi

Gürcüstan Milli Bankı

Rusiya Federasiyasının Dövlət Statistika

Federal Xidməti

www.tradingeconomics.com

www.bls.gov

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!