20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

ƏSL PEDAQOQ, TƏRBİYƏÇİ MÜƏLLİM

MAHİR DİRİJORDUR

Mәktәbә gәlәn uşaq özü ilә mәhz

doğulduğu, ilk tәrbiyә aldığı mühitin

ab-havasını, sirlәrini gәtirir. Bu sirli

dünyanı açmaq üçün müәllimdәn, tәrbiyәçidәn

böyük ustalıq, professionallıq, sәbir, dözüm, psixoloji

hazırlıq tәlәb olunur. İlk növbәdә tәrbiyә etdiyin hәr

bir uşağa fәrdi – yaradıcı yanaşma metodun olmalı -

dır. Çünki uşaqların potensial imkanları bir-birin -

dәn fәrqlәnir. Bir uşaq ilk oxunuşdan şeiri әzbәrlәyib

yadında saxlayırsa, digәri çәtinlik çәkir. Başqa

birisinin ümumiyyәtlә şeirә hәvәsi yoxdur. Aparılan

müşahidәlәrdәn, valideynlәrlә söhbәtlәr dәn mәlum

olur ki, şeiri asanlıqla qavrayan, onu dәrindәn

duyub hiss edәn vә әzbәr deyәrkәn tәsirli bir sәhnә

yaradan uşağı körpәlikdәn anası laylalarla böyüt -

müş, nәnәsi uzun qış gecәlәri sevimli nәvәsinә

nağıllar, yanıltma clar, tapmacalar, nazlamalar söylә -

miş, uşaqda ana dilimizә, әdәbiyyatımıza böyük

sevgi duyğuları aşılamışlar.

Ailәnin zәngin kitabxanası var. Uşaq bu ziyalı

mühitindә gәlәcәyi üçün stimul olan dayaq nöqtәsi

tapmışdır. Şeiri zәif qavrayan uşaqların böyüdüyü

mühit isә tamam fәrqlidir. Söhbәt zamanı mәlum

olur ki, bәzi valideynlәrin özlәri belә adi mütaliә

vәrdiş lәrindәn uzaqdır.

Uşaqların beyni ağappaq kağıza bәnzәyir. Bura

yazılan ilkin yazıdan çox şey asılıdır. Buna görә dә

hәr bir ailәnin üzәrinә böyük mәsuliyyәt hissi düşür.

Valideyn böyütdüyü övladına görә cәmiyyәt

qarşısın da mәsuliyyәt daşıyır. Bu mәsuliyyәt

yükünün böyük ağırlığının mәktәbin, konkret olaraq

müәlli min, tәrbiyәçi-pedaqoqun çiyninә düşdüyü dә

danıl maz faktdır.

Tәrbiyә prosesindә biz daim keyfiyyәtcә dәyişәn

uşaqlarla mәşğul oluruq. Mәhz tәrbiyә olunan uşaq -

lar psixoloji xüsusiyyәtlәrinә, tәlәbat vә motivlәrinә

görә bir-birindәn fәrqlәnirlәr. Pedaqoji psixologi -

yanın banisi K.D.Uşinski insanı hәrtәrәfli tәrbiyә

etmәk üçün onu hәrtәrәfli öyrәnmәyi tövsiyә edirdi.

Əsl pedaqoq, tәrbiyәçi müәllim mahir dirijordur.

Dirijor xaric sәslәri orkestrdә necә mәharәtlә

duyub hiss edirsә, müәllim dә sinifdә hәr bir uşağın

nә ilә nәfәs aldığını, yaşadığını hiss edib duymalıdır.

Hәr bir uşaq sabah cәmiyyәtin tamhüquqlu

vәtәndaşıdır. Uşaqların sağlam, hәrtәrәfli böyümәsi,

inkişaf etmәsi ümumәn cәmiyyәtin inkişafıdır. Milli

zәmindә sağlam gәncliyin yetişmәsi Azәrbaycana bu

gün dünәnkindәn daha çox gәrәkdir. Çünki müs -

tәqil liyini qazanmış, inamla sabaha addımlayan

ölkәmizin dünyanın qabaqcıl ölkәlәri cәrgәsindә

yerini daha da möhkәmlәtmәsi üçün güclü kadr

potensialı olmalıdır. Bu baxımdan ailәnin, mәktәbin,

müәllimlәrin qarşısında ciddi vәzifәlәr durur.

Hәr bir mәktәblinin şәxsiyyәt kimi yetişmәsi,

inkişafı, formalaşması uzunmüddәtli prosesdir. Bu

prosesi ardıcıl izlәyәn, heç şübhәsiz, müәllimdir. Bu

gün mәktәblәrimizdә Mübariz İbrahimov kimi

cәsur, әfsanәvi qәhrәmanlarımız yetişirsә, demәli,

sabaha böyük ümidlәrimiz var.

79

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!