20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

dövlәtlә, malla-pulla ölçülmәz. Bu mәnada, az

qala, bir әsrә yaxın şәrәfli ömür yaşamış insan

kimi çox varlısınız, elә deyilmi?

– Çox sağ ol, qızım, sualının yükü ağırdır. Lap

aranı dağa, dağı arana aparıb-gәtirdin. Mәn gözümü

dağların qoynunda açmışam. Dövlәtim mәhәbbәt,

varım sәxavәt olub. Yәni doğulduğum evdә, eldәobada

hamı bir-birinә hörmәt, mәhәbbәt bәslәyib.

Son tikәsini bir-birilә bölüşüb. O boyda çәtinliklәrin

içindә mәn insanları әyilәn, sınan, aciz qalan

görmәmişәm. İnsanlar, elә bil, tәbiәtdәn yaxşılıq

öyrәniblәr. Bir dә ki, bu qoca, müdrik dağlar insanlara

çox şey öyrәdib. Doğmaya qucaq açmağı,

düşmәnә qarşı sәngәr olmağı, gecә-gündüz

çalışmağı, arı kimi pәtәyinә bal, qarışqa kimi

yuvasına dәn daşımağı öyrәdib. Mәn atamdanbabamdan,

elimdәn-obamdan, bu ulu dağlardan

aldığım әn gözәl insani keyfiyyәtlәri insanlara

qaytar mışam.

Bilirsiniz, әn böyük, әn müdrik müәllim bu ana

tәbiәtdir. Onun sınağından çıxıb imtaha nın dan

kәsilmәyәn adam hәyatda hәr şeyә qadirdir.

– Hümmәt әmi, deyirlәr Laçın kәndinә yolu da

Sizin tәşәbbünüzlә çәkiblәr, Söhrab Tahir gözәl

deyir:

Qızıl taxıl dәnәsidi yaxşılıq,

Ver özgәyә, dönәsidi yaxşılıq.

– Bilirsәn, qızım, Laçın kәndindә gördüyüm

işlәri el-obamın, insanların rahatlığı üçün elәmi şәm.

Yoldu, körpüdü, binadı, ağacdı – bunlar nişa nә di,

yadigardı. Yoldan, körpüdәn insanlar keçib gedir, bu

xeyirxahlığı edәnә rәhmәt oxuyurlar. Binalarda

yaşayanlar rahatlığa görә hәmişә o binanı tikdirәni

xoş anlarla yad edirlәr. Ağacın kölgәsindә

dincәlәnlәr o ağacı әkәnin ruhuna dua oxuyurlar.

Görürsünüzmü xeyirxahlıq, yaxşılıq nә gözәl şey -

dir! İnsan özü belә hiss etmәdәn yolla, binayla,

ağacla heykәllәşir, xatirәlәrdә yaşayır.

– Hümmәt әmi, Sizi hәm tәbiәt aşiqi, hәm dә

mahir ovçu kimi tanıyırlar. Sizә elә gәlmirmi ki,

bunlar bir-biri ilә uyuşmur?!

– Mәn tәbiәtin, gözәlliyin aşiqi, “ovçu”su

olmuşam. Kәlbәcәrin gözәlliyi qarşısında әsir olmamaq

mümkünmü? Ova isә çox vaxt tәbiәti elә seyr

elәmәk, dinlcәlmәk üçün çıxmışam. Amma bir dәfә

kәnddә sevimli şagirdim olmuş Qubad İbrahim

oğlunun sözünü yerә salmamışam. Qubad çox mәrd,

ağır tәbiәtli, el-obasına bağlı bir oğlan idi. Köçüb

rayonda yaşayırdılar. Nә sözüm olsaydı, yerә

salmazdı. Bir gün kәndә gәlib dedi ki, Hümmәt

müәllim, qadan alım, ağsaqqalım, müәllimimsiniz,

utanıram da demәyә. Siz mahir ovçusunuz, mәnә

ovlanmış bir cüyür lazımdı. Soruşdum ki, cüyürü

neynirsәn? Dedi ki, avtokalonun müdirinә

verәcәyәm. Söz verib ki, cüyür vurub gәtirsәn, sәni

avtobus sürücüsü kimi işә götürәcәyәm.

Qubadı, әmioğlum Qәzәnfәri, Comәrd

kәndindәn Xanları da götürüb ova getdik. Çovdar -

şahkәrәm kәndindә qәşәng bir cüyür vurdum,

dәrisini soyub verdim Qubada, o da sevincәk aparıb

verdi avtokalonun müdirinә, ondan sonra avtobusu

götürüb verdi Qubada işlәtmәyә.

– Rәhmәtlik Mәnzәr nәnәylә uzun bir ömür

yaşamısınız, çox lәyaqәtli, tәrbiyәli, nümunәvi

övladlar böyütmüsünüz. Gәnclik illәrinizi necә

xatırlayırsınız?

– Mәnzәr qonşu Bağlıpәyә kәndindәn idi.

Özümün bәyәnib, sevib-seçdiyim qız idi. Evlәndik,

gözәl ömür sürdük. 2002-ci ildә haqq dünyasına

qovuşdu. Son dәrәcә mehriban, fәdakar, qeyrәtli,

övladları, ailәsi üçün hәyatını verәn bir qadın idi.

Mәn hәmişә işdә-gücdә olmuşam. Uşaqların

tәrbiyәsi ilә o mәşğul olub. Mәn bu gün övlad -

larıma, nәvәlәrimә, nәticәlәrimә fәrәhlә baxanda

gözlәrim dolur. Uşaqların hamısının üzәrindә

Mәnzәrin әzab-әziyyәti çox olub. Bir sözlә, әsl

anaydı. Böyük hәrflәrlә yazılacaq Azәrbaycan

ANASI!

– Övladlarınızdan, onların cәmiyyәtdә tut du -

ğu mövqedәn bir ata kimi razısınızmı?

– Ata övladları ilә ucadır. Mәnim üçün övlad

vәtәndi. Eldar hüquq elmlәri doktoru, professordur,

tәcrübәli diplomatdır. Azәrbaycan Respublikasının

Serbiyadakı fövqәladә vә sәlahiyyәtli sәfiri, II

dәrәcәli dövlәt әdliyyә müşaviridir. Şahin texnika

elimlәri doktoru, professordur, Əlәkbәr hüquq üzrә

fәlsәfә doktorudur, o biri övladlarım da hamısı

tәhsilli, ağıllı, kamallıdı. Amma mәnim Vәtәn adlı

bir balam da var. Yaşımın bu ixtiyar çağında işğal

altında olan o balamın – yurdumun, elimin, obamın

hәsrәtini çәkirәm. Mәnimlә birlikdә balalarım o

hәsrәti, o zillәti yaşayır. Qәribәdi, öz yurdunun

içindә elә bil qәribsәn, yurdunda doğulduğun yerdә

ölmәk, torpağa qovuşmaq istәyirsәn. Vәtәn insanın

ilham qaynağı, güc aldığı bir mәkandır. Bu mü -

qәddәs vәtәndә yaşayıb-yaratmağı, ölәndә tor pa ğına

qarışmağı kim arzulamır ki?!

Vәtәn hissinin mәndә nә qәdәr güclü olduğunu

övladlarım da yaxşı bilir. Mәn onların hәr birinә

hәrәkәtimlә, yerişimlә, duruşumla vәtәn dәrsi

keçmişәm. Mәn hәm dә müәllimәm axı. Müәllim

72

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!