20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

6

Milli Zəka

Ötәn әsrin 20-ci illәrindә “Oxuma, tar” qadağası ilә yaddaşına qәnim kәsilәnlәr böyük Üzeyir bәy

Hacıbәyli, Müslüm Maqomayevin vә Mikayıl Müşfiqin, 50-ci illәrdә isә Azәrbaycanın birinci xanımının

babası professor Nәsir İmanquliyevin “Oxu, tar, sәni kim unudar?!” nidası, Sadıqcanın, Əhsәn Dadaşovun

dizinin üstündәn ürәyinin başına qaldırdığı tarın yaddaş harayı ilә baş-başa qaldı. Tarın dünyanın maddimәnәvi

irs siyahısına salınması, әsl sahibinin möhürünün vurulması faktı isә Heydәr Əliyev Fondunun

prezidetninin adına yazıldı. Mehriban xanım Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham

Əliyevin vә UNESCO-nun baş katibi Koişiro Matsuuranın xeyir-duası ilә Dәnizkәnarı Milli Parkda

Muğam Mәrkәzinin tәmәlini qoydu. Muğamın inkişafı vә tәbliği istiqamәtindә atılan bu möhtәşәm addım

“Azәrbaycan muğamları” layihәsi ilә müşayiәt olundu. Layihә çәrçivәsindә işıq üzü görәn “Qarabağ

xanәndәlәri” albomu ölmәz muğam ifaçılarını yenidәn dünyaya tәqdim etdi. Cabbar Qaryağdıoğlu, Seyid

vә Xan Şuşinskilәr, Keçәçioğlu Mәhәmmәd, Zülfi Adıgözәlov, Bülbül kimi qüdrәtli sәnәtkarlarla yanaşı,

bu gün muğam dünyamızı zinәtlәndirәn Şәrqin bәnzәrsiz muğam ifaçıları Qarabağ hәqiqәtlәrini muğamın

dili, sәsin sehri ilә dünyaya sübut edib yatmış ruhları oyatdılar. “Muğam – Dәsgah” layihәsi çәrçivәsindә

muğam dәsgahları birbaşa konsertlәrdәn lentә yazılır. Mehriban xanım “Muğam Ensiklopediyası”

layihәsinin dә gerçәklәşdirilmәsinә, onun elektron variantının hazırlanmasına nail oldu. “Muğam

portalı”nın yaradılması, “Muğam İnternet” layihәsinin, muğamla bağlı beynәlxalq konfransların,

festivalların, simpoziumların hәyata keçirilmәsini nәzәrdә tutan “Muğam dünyası” layihәsi, Beynәlxalq

Muğam Festivalı, televiziya muğam müsabiqәlәri Heydәr Əliyev Fondunun Azәrbaycana, eyni zamanda

sәnәtşünaslığa vә musiqişünaslığa bәxş etdiyi әn möhtәşәm töhfәlәrdir.

XII-XVI yüzillәrdә dәyәrli sәnәt әsәrlәri vә risalәlәr yaradan Sәfiәddin Urmәvi vә Fәtullah Şirvani

kimi qüdrәtli sәnәtşünasların kitablarının “Muğam antologiyası” layihәsi çәrçivәsindә işıq üzü görmәsi

Azәrbaycan muğamlarının himayәdarının nüfuzunu tәkcә vәtәnindә deyil, dünyada artırır. Gәnc istedadlara,

muğam ifaçılarına daim diqqәtlә yanaşan Azәrbaycanın birinci xanımı müxtәlif muğam

müsabiqәlәrini dәstәklәmәklә onların dostuna çevrilir.

Şәrqin, türk dünyasının vә Azәrbaycanın әn qüdrәtli şәxsiyyәtlәri, sәrkәrdә-xaqanları pirlәrә,

övliyalara, Tanrı evlәrinә, ülәmalara ehtiram göstәrib. Saraylarında fikir vә düşüncә sahiblәrini himayә

etdiklәri kimi, onların şәrәfinә türbәlәr, mәqbәrәlәr ucaldıb. Bu gün Azәrbaycanın ayrı-ayrı bölgәlәrindә

bir çox abidәlәrin, dini mәbәdlәrin bәrpa olunması da mәhz Heydәr Əliyev Fondunun adı ilә bağlıdır.

Ağqoyunlu, Qaraqoyunlu, Sәfәvi hökmdarlarının, Əfşar sülalәsinin, Osmanlı sultanlarının, Şirvan

şahlarının dinlәrin dialoquna göstәrdiyi ehtiram hissi Mehriban xanım Əliyevanın әmәli fәaliyyәtindә

gerçәyә çevrilir.

Rәşidi xәlifәsi Ömәrin Fәlәstin torpağına ayaq basarkәn Süleyman peyğәmbәrin mәşhur mәbәdinin

xarabalığında namaz qılması, Əmir Teymurun kilsәlәrә Tanrı evi kimi baxması yüzillәr sonra Heydәr

Əliyevin dövlәtçilik ideologiyasında yaşadı. İkinci dәfә hakimiyyәtә qayıdışından sonra ölkәnin kompleks

inkişafı üçün islahatlar proqramı müәyyәnlәşdirәn ulu öndәr 1934-cü ildә Şura hökumәtinin yerlә yeksan

etdiyi Bibiheybәt ziyarәtgahını xalqa qaytarmaqla, Əhli-Beyt nişanәsi Hәkimә xanımın vә doğmalarının,

xidmәtindә dayananlarının mәzarı üzәrindә ziyarәtgah kompleksini ucaltmaqla adını islam tarixinә qızıl

hәrflәrlә yazdı. Ulu öndәrin müqәddәs yerlәri, müqәddәs şәxsiyyәtlәri ziyarәti zaman-zaman dininә,

imanına qarşı sәlib yürüşü olan xalqı yaddaşa qaytardı. Ölkә başçısı cәnab İlham Əliyevin sәrәncamları

ilә dinimizә, islam dәyәrlәrinә münasibәt dә varislik xarakteri aldı. Hörmәtli Mehriban xanımın rәhbәrlik

etdiyi Fondun bir çox layihәlәri dә bu istiqamәtә yönәldi. Müqәddәs yerlәr, ziyarәtgahlar, mәscidlәr

tәmir, bәrpa olunaraq dindarların ixtiyarına verildi.

Heydәr Əliyev ideyalarının carçısı vә davamçısı olan, mәscidlәr, minarәlәr ucaldan Mehriban xanım

kilsәlәrә, sinaqoqlara da diqqәt vә qayğı ilә yanaşır. Onlarla türbәlәrin, mәscidlәrin tәmәli qoyulur.

Azәrbaycanın bütövlük vә azadlıq rәmzi olan Cavad xanın mәzarı üstә mәqbәrәnin ucaldılması, adı deyil

dә, müqәddәs adı әmәlindә yaşayan Comәrd Qәssabın mәzarı üzәrindә “Comәrd Qәssab” türbәsinin

yapılması, Peyğәmbәr әleyhissәlamın әshabәsinin uyuduğu Gәncә İmamzadasının vә Gәncәnin maddimәdәniyyәt

incilәrinin bәrpa etdirilmәsi, Gәncә qalasının darvazasının yaddaşlara qaytarılması, Gәncәnin

2500 illiyinin tәntәnә ilә qeyd edilmәsi, Gәncә xanlığının bayrağının yenidәn dalğalandırılması, “Cavad

xan” filminin yaradıcı heyәtinә dәstәk verilmәsi Mehriban xanım Əliyevanın milli dövlәtçilik tariximizin

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!