20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİNDƏ

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ

MEHRİBAN XANIM ƏLİYEVANIN ROLU

Taleyinә ulu öndәr Heydәr Əliyevin soyadını daşı maq,

milli dövlәtçilik fәlsәfәsinin, azәrbaycançılıq mәfku -

rәsinin öyrәnilmәsi, tәdqiqi vә tәbliği kimi müqәddәs

vәzifәlәr yazılan Azәrbaycanın birinci xanımı Mehriban Əliyevaya

Tanrı üç müqәddәs soyun işığından pay verib. O, iki böyük müәllim

vә alimin, yazıçı Mir Cәlal Paşayevin vә jurnalist Nәsir İmanquliyevin

ocağında dünyaya gәlib. Atası AMEA-nın hәqiqi üzvü Arif Paşayev

fizika, texnika vә kosmonavtika sahәsindә qüdrәtli alim,

Azәrbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudur.

AMEA-nın Şәrqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuş anası

görkәmli alim, pedaqoq vә ictimai xadim Aida xanım İmanquliyeva

әrәb mәhcәr әdәbiyyatının dünyada ilk qadın tәdqiqatçısıdır.

Ustad dәrsini Zәrifә xanım Əliyevadan alan Mehriban

xanımın hәyat yoldaşı dünyanın tanınmış siyasәtçisi vә

diplomatı, Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham

Əliyevdir. Üç övladı, üç nәvәsi var.

Bütün bunlar onun alın yazısı, Tanrıdan tale payı olsa da,

hәyat yolunu vә fәaliyyәt dairәsini o özü müәyyәnlәşdirib. İctimai-siyasi

fәaliyyәtinә vә birinci xanım kimi xidmәtlәrinә,

Vasim Mәmmәdәliyev,

akademik

qloballaşan dünyaya, ümumbәşәri dәyәrlәrә töhfәlәrinә görә o, Azәrbaycanın vә dünyanın bir sıra

mükafatlarına layiq görülüb.

Sivilizasiyaları dialoqa, bәşәriyyәti birliyә, dostluğa çağıran, Şәrqlә Qәrbi İpәk yoluna sәslәyәn

Mehriban xanım Əliyeva 1995-ci ildә Azәrbaycan Mәdәniyyәtinin Dostları Fondunun vә 1996-cı ildә

Azәrbaycan, ingilis vә rus dillәrindә işıq üzü görәn “Azәrbaycan–İrs” jurnalının tәmәlini qoyub. 2002-

ci ildә Azәrbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildә Milli Olimpiya Komitәsi İcraiyyә

Komitәsinin vә Yeni Azәrbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildә isә partiya sәdrinin

müavini seçilib. Mehriban xanım Əliyeva ona olunan hәr bir etimada böyük hörmәt vә mәsuliyyәtlә

yanaşdığından qısa zaman kәsiyindә fәaliyyәtinin bütün istiqamәtlәrindә çox böyük uğurlar vә

nailiyyәtlәr әldә edib.

2004-cü ildә şifahi xalq әdәbiyyatının vә musiqi irsinin qorunub saxlanılması vә inkişaf etdirilmәsinә

görә UNESCO-nun, çoxşaxәli, genişmiqyaslı fәdakar fәaliyyәtinә, qayğıya ehtiyacı olan uşaqlara

diqqәtinә, tәhsilә vә islam dәyәrlәrinә verdiyi töhfәlәrә görә isә 2006-cı ildә ISESCO-nun xoşmәramlı

sәfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva 2005 vә 2010-cu illәrdә iki dәfә dalbadal 14 saylı

Əzizbәyov seçki dairәsindәn Milli Mәclisә deputat seçilib. 2005-ci ildә müdafiә etdiyi “Evtanaziya vә

tәbabәtdә humanizm problemi”nә hәsr olunan namizәdlik dissertasiyası ilә elmi humanizmin әsasını

qoyub. Azәrbaycanın birinci xanımının dövlәt vә xalq qarşısında әn böyük xidmәti 2004-cü ildә tәsis etdiyi

Heydәr Əliyev Fondu ilә bağlıdır. Onun rәhbәrlik etdiyi Fond dünya şöhrәtli dövlәt xadimi, ümummilli

lider Heydәr Əliyevin zәngin irsinin öyrәnilmәsi, onun yaratdığı milli dövlәtçilik ideyalarının yeni

nәsillәrә çatdırılması vә inkişaf etdirilmәsi istiqamәtindә misilsiz işlәr görür. Mehriban xanım Əliyeva

eyni zamanda Azәrbaycan–Amerika, Azәrbaycan–Fransa parlamentlәrarası dostluq qrupunun rәhbәri,

“Muğam” jurnalının tәsisçisidir.

Heydәr Əliyev Fondunun xәtti ilә sәnәti vә mәdәniyyәti himayә edәn Mehriban xanım Əliyeva

çağdaş Azәrbaycandan әski çağlara cığır açdı. UNESCO-nun xәtti ilә Azәrbaycanın tarixi abidәlәri,

muğamlar, qopuz yaddaşımızın nişanәsi olan saz, tar dünyanın maddi-mәdәni incilәri sırasına yazıldı.

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!