20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qılman İlkin 1963-cü il mayın 5-dә Mәrkәzi

Komitәnin tapşırığı ilә Azәrbaycan Yazıçılar Birliyinin

orqanı "Azәrbaycan" jurnalının baş redaktoru

tәyin olunur.

O zaman jurnalın vәziyyәti çox ağır idi. Oxucular

jurnaldan uzaqlaşmışdılar. Abunәçilәrin sayı

çox az idi. Buna görә dә jurnalın tirajı çox aşağı idi.

Tәzә gәlmiş redaktorun qarşısında müxtәlif

vәzifәlәr dururdu. Əvvәla, redaksiyanın portfeli ta -

mam boş idi. Tәqdim olunan әsәrlәr aylarla oxunmurdu.

Belә hallar jurnalı hörmәtdәn salmışdı.

Redaksiyada әmәk intizamı çox aşağı idi. İşçilәr

bәzәn saatlarla redaksiyada tapılmırdı. Jurnala tәzә

redaktorun tәyin olunduğunu eşidәn kimi özlәrini

yığışdırdılar.

Redaksiyadakı qüsurları kompleks şәkildә hәll

etmәk tәbii çox çәtin idi. Lakin Qılman İlkin

tәcrübәli mәtbuatçı kimi hәr şeyi tezliklә öz yoluna

qoydu: boşalmış redaksiya portfelinin qayğısına

qaldı, yazıçılarla söhbәtlәr keçirildi, mәtbәә ilә sıx

әlaqәyә girib mәtbәәdә gecikmәlәrin qarşısını aldı.

İşçilәrdәn bәzilәri rayonlara göndәrildi. Tirajı

artırmaq mәqsәdilә oxucu kütlәlәri ilә әlaqә

yaradıldı. Gәnc yazıçılarla söhbәtlәr keçirildi.

Yaranmış belә vәziyyәti görәn redaksiya әmәkdaş -

ları da özlәrinә nәticә çıxardılar. Gәnc yazıçıların

әsәrlәri kollektiv şәkildә oxunurdu. Jurnalın bәdii

tәrtibatı barәdә dә söhbәtlәr oldu. Rәssamlardan

bәzilәri bu işә cәlb edildi. Əlyazmaların redaktorlar

tәrәfindәn vaxtında redaktә olunub tәhvil vermәlәri

üzәrindә tam nәzarәt yarandı.

Xoşbәxtlikdәn bu yenidәnqurmanın, qeyri-adi

tәşkilatçılığın şahidi olmuşam.

O zaman "Azәrbaycan" jurnalı redaksiyasının

Şeir şöbәsindә Əli Kәrim, Cabir Novruz, Nәsr

şöbәsindә Vidadi Babanlı, Ənvәr Yusifoğlu, Vaqif

Musa işlәyirdi. Mәn Tәnqid vә Ədәbiyyatşünaslıq

şöbәsinә rәhbәrlik edirdim. Novruz Gәncәli redaktor

müavini, Ağacavad Əlizadә mәsul katibin müavini idi.

Qılman İlkinin baş redaktor kimi davranışı,

sәmimiyyәti vә tәlәbkarlığı, işә münasibәti bizim

hamımız üçün tәrbiyә mәktәbi idi. O, әn nәcib insani

keyfiyyәtlәrә malik istedadlı qәlәm sahibi,

әqidәli redaktor vә ictimai xadim kimi tanınırdı. O,

hәmkarları arasında tәmizliyi vә sadәliyi ilә

seçilirdi. İş yoldaşlarım kimi mәn dә ondan çox şey

әxz etmişәm, müәllimim vә ağsaq qalım kimi ona

böyük ehtiramım var.

Redaksiyada hәr şey yenicә qaydaya düşmüşdü

ki, Qılman İlkin jurnaldan geri çağırıldı, "Azәr -

nәşr"ә direktor tәyin edildi. Bu aylarda "Azәr -

nәşr"in planları daha genişlәnmişdi. Musiqi

nәş riy yatı "Azәrnәşr"ә qatılmışdı. Onun "Azәr -

nәşr"ә gәlmәsindәn üç ay keçmişdi ki, Əmәkdar

Milli Zəka

incәsәnәt xadimi Qılman İlkin vәtәn qarşısındakı

xidmәtlәrinә görә iki dәfә mükafat landı: birinci

dәfә "Qızıl Əmәk Bayrağı" ordeni, ikinci dәfә

Böyük Vәtәn müharibәsi ordeni ilә.

İctimai fәaliyyәti dövründә Qılman İlkin yazıçı

kimi dә çox mәhsuldar işlәmişdir.

Bütün yaradıcılığı boyu 53 kitabı nәşr edilmiş -

dir. Bunlardan dördü roman, qalanları povest vә

hekayәlәrdir. Onun "Şimal külәyi" әsәri dövlәt

mükafatına layiq görülmüşdür. "Bakı vә bakılılar"

kitabı “Humay” mükafatı almışdır. O, Azәrbaycan

yazıçıları arasında yeganә yazıçıdır ki, Qafqaz

Müsәlmanları İdarәsinin “Paklıq” mükafatını al -

mış dır. Əsәrlәri xarici ölkәlәrdә dәrc edilmişdir.

Onun ssenarilәri әsasında iki – "Yenilmәz batal -

yon", "Kölgәlәr sürünür" bәdii filmlәri çәkil miş dir.

Əsrә bәrabәr yaşında da o, әlindә qәlәm hәlә

yazırdı. 2009-cu ildә – ömrünün 95-ci baharında

"Xaqani" adlı pyesini, "Abbasqulu Ağa Bakıxanov"

povestini vә Almas İldırım haqqında әsәrini başa

çatdırmışdı.

Qılman İlkin öz xatirәlәrindә yazırdı ki, o,

ömrü boyu bir prinsiplә işlәmişdir: "Mәnә olan

pisliklәri vә mәnim başqalarına etdiyim yaxşılıqları

dәrhal unuduram"... Çox yaşamaq istәyirsәnsә, heç

kәsin paxıllığını çәkmә, xeyirxah vә tәmiz ol.

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!