20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yazılı әdәbiyyatın sıx әlaqәlәri yaranmağa

başlamışdı. Bunun әn bariz nümunәlәrindәn biri

Aşıq Şәmşirlә Sәmәd Vurğunun görüşmәsi vә

onların mәşhur deyişmәsidir. Hәmin görüşü xüsusi

qiymәtlәndirmәk lazımdır. Çünki bu, aşıq sәnәti

tarixindә nadir hadisәlәrdәndir vә çox böyük

әhәmiyyәt kәsb edir. Demәk, XX әsrin 50-ci illәrin -

dә artıq yazılı poeziya ilә aşıq әdәbiyyatımız

qovuşur. Sәmәd Vurğunun şeirlәrinin aşıqlar tәrә -

fin dәn ifa olunması, Aşıq Şәmşirin kitablarının işıq

üzü görmәsi, görkәmli şairlәrlә görüşmәsi, şeirlәş -

mәsi, şeirlәrinin mәtbuatda vaxtaşırı dәrc edilmәsi

hәmin qovuşmanın, yaxınlaşmanın, doğmalaş -

manın, qaynayıb-qarışmanın bariz göstәricisidir.

Elә ustad aşığın Sәmәd Vurğunla görüşünü

şәrtlәndirәn sәbәblәrdәn biri dә onun şeirlәrindәki

poetika, bәdii mükәmmәllik idi ki, necә deyәrlәr,

böyük sәnәtkarı sorağa salmışdı. Bu mükәmmәl -

liyin, Aşıq Şәmşir şeirlәrinin forma, mәzmun vә

bәdii gözәlliyinin әsas sәbәbi müәllifin haqq vergisi,

fitri istedadıyla yanaşı, eyni zamanda güclü

mütaliәsi, savadı, zәkası, yazılı әdәbiyyatımıza da

yaxından bәlәdliyi idi. Ötәn әsrin ikinci yarısının

aşıqları, o cümlәdәn Dәdә Şәmşir yazılı әdәbiyyatı,

böyük şairlәrin şeirlәrini çox oxuyur, öz ustadları

ilә yanaşı, onlardan, yәni yazılı әdәbiyyatın klassik

vә çağdaş nümayәndәlәrindәn dә çox şeylәr

öyrәnir, әxz edirdilәr. Odur ki, Aşıq Şәmşirin hәr

hansı bir qoşmasını, gәraylısını imzasını bilmәdәn

götürüb oxusaq, hәmin şeirlәrin Osman Sarıvәlli -

nin, İslam Sәfәrlinin, Hüseyn Arifin, yaxud hәr

hansı digәr bir tanınmış şairin ola bilәcәyini

asanlıqla ehtimal etmәk mümkündür. Yәni Aşıq

Şәmşir şeiri o qәdәr mükәmmәldir, yazılı poeziyaya

o sәviyyәdә yaxındır ki, onun şeirlәrini böyük

әdәbiyyatın klassik nümunәlәri ilә yanaşı qoymaq

mümkündür. Elә bu sәbәbdәn dә Sәmәd Vurğun

kimi dünyaşöhrәtli bir xalq şairi Dәdә Şәmşirin

şeirlәrini bәyәnmiş, yüksәk qiymәtlәndirәrәk

Kәlbәcәrә – İstisuya gedәrkәn onu soraqlamışdı.

Vә belәliklә, hәmin möhtәşәm görüş dastanlaşaraq

dillәrә düşmüşdür. Aşıq Şәmşirlә Sәmәd Vurğunun

deyişmәlәri, şeirlәşmәsi, o dağlarda, yaylaqlarda

birgә keçirdiklәri sazlı-sözlü mәclislәrin tәәssürat -

Milli Zəka

ları sözün hәqiqi mәnasında gözәl, mükәmmәl,

bitkin bir dastandır. Burada klassik dastançılıq

әnәnәlәri qorunub saxlanılır. Mәlum olduğu kimi,

dastan nәsrlә şeirin növbәlәşmәsi ilә müşayiәt olu -

nur. Bu görüşdә dә eyni cürdür. Aşıq Şәmşirlә

Sәmәd Vurğunun söhbәtlәri, sәmimi dәrdlәşmәlәri,

bir-birini qiymәtlәndirmәlәri nәsrlә şeirin növbәlәş -

mәsi ilә davam edir. Doğrudur, xalq şairi Sәmәd

Vurğunun Aşıq Şәmşirlә deyişmәsinin nәsr hissәsi

yazıya alınmamışdır. Lakin bu böyük sәnәtkarların

görüşü yaxın dövr tariximizin hadisәsi olduğu üçün

dillәrә düşmüş, aşıqlar tәrәfindәn qoşulub düzül -

müş, yaddaşlarda yaşadılmışdır. Kitablarda Sәmәd

Vurğunla Aşıq Şәmşirin deyişmәsinin yalnız

şeirlәşmә nәzminin hissәsinin verilmәsinә baxmayaraq,

aşıq mәclislәrindә bu deyişmә görüşün

tәfәrrüatları ilә birlikdә tәqdim olunur. Belәliklә,

hәr aşıq ona öz әlavәsini edib, daha da zәngin -

lәşdirir. Bu tarixi görüş nәsildәn-nәslә keçәrәk

yaddaşlarda o qәdәr möhkәmlәnmişdir ki, deyişmәdastanın

nәsr hissәsi yazılmasa da, hәr kәs

tәrәfindәn aydın şәkildә tәsәvvür olunur. Fikrimcә,

bu hal әdәbiyyat tariximizdә hadisә adlandırılmağa

layiqdir. Özü dә bu dastan dastan-deyişmә forma -

sın da qәlәmә alınmışdır. Tәәssüf ki, “Sәmәd

Vurğun–Dәdә Şәmşir dastanı” indiyә qәdәr bütöv

halda yazıya köçürülüb nәşr olunmayıb. Burada

çatışmayan cәhәt nәdir? Sadәcә, hәmin hadisәlәri,

söhbәtlәri, baş verәn әhvalatları, deyişmәlәri,

böyük sәnәtkarların bir-birinә ünvanladıqları neçәneçә

şeir, aralarındakı son dәrәcә sәmimi

ünsiyyәtin bütün tәfәrrüatlarını pәrakәndә xatirәlәr -

dәn toplayaraq sistemlәşdirmәk, qoşub-düzәrәk

janrın tәlәblәrinә uyğunlaşdırmaq lazımdır. Bu işi

kim görsә, әdәbiyyatımız, mәdәniyyәtimiz, folklorumuz,

hәtta tariximiz, xüsusәn dә әdәbiyyat tarixi -

miz üçün olduqca әhәmiyyәtli xidmәt gös tәr miş

olacaqdır. Çünki hәmin dastanda çox vacib

mәqamlar ortaya çıxır. Belә ki, hәr iki qüdrәtli

sәnәtkarın görüşlәrindә baş verәn әhvalatlardan,

aralarındakı söhbәtlәrdәn vә şeirlәş mәlәrdәn hәmin

illәrin ab-havası ilә bağlı xeyli informasiya almaq

mümkündür. Mәsәlәn, Sәmәd Vurğun aşığa

müraciәtlә deyir:

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!