20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

– Ay vәzir, özün mәnim dövlәtimin, malımın hәddәn aşdığını yaxşı bilirsәn. Günüm keçib, başım

gora titrәyir. Mәn ölәndәn sonra bu mal-dövlәtә sahib olub, çırağımı yandıracaq bir övladım yoxdu. De

görüm bu barәdә tәdbirin nәdi?

Vәzir dedi:

– Tәsәddüqün olum, sәn mal-dövlәtini üç qısım elә. İki qısmını fağır-füğaraya payla, bәlkә övladın

ola” (4, 139).

Belәliklә, Ədil padşah vәzirin mәslәhәtinә әmәl elәyir. Günlәrin birindә pay verәn dәrviş gәtirib ona

bir alma verir. Almanı arvadıyla birlikdә yeyәndәn sonra Ədil padşah övlad sahibi olur.

Burada bir sıra mәqamlar orijinallığı ilә diqqәti cәlb elәyir. İlk növbәdә problemin qoyuluşunda

tamam fәrqli bir prizmadan istifadә edilmişdir. Padşahın dәllәk çağırtdırması, dәllәyin naşılığı ucbatından

onun saçlarını qırxıb sinәsinә tökmәsi mәsәlәlәri ilk baxışdan sözçülük, mәtlәbi uzatmaq tәsiri bağışlasa

da, süjet vә kompozisiya başlanğıcının bu cür qurulması üsulunun özündә bir orijinallıq vә

özünәmәxsusluq var. Bütün bunlarla yanaşı, yenә ümumi әnәnәvilik dә öz yerindә qorunub saxlanılmışdır.

Varlı-hallı, sәlahiyyәt sahibi olan atanın övladsızlıq problemi, var-dövlәtin çoxunu nәzir-niyaz eylәyib,

fәqir-füqәraya paylaması, pay verәn dәrvişin ona gözәl bir alma bağışlaması, almanın parasını özü,

parasını arvadı yeyәndәn sonra onların oğul övladlarının dünyaya gәlmәsi, sonra hәmin övladın buta

alaraq eşqә düşmәsi, sevgilisinә qovuşmaq uğrunda başının min bir bәla çәkmәsi vә s. kimi proseslәr,

demәk olar ki, әksәr klassik mәhәbbәt dastanlarında xaraktercә bir-birinә bәnzәyir.

Lakin yuxarıda qeyd edildiyi kimi, bu әnәnәvilik vә oxşarlığı, süjet başlanğıclarının eyniyyәtini

dastanların bir-birini tәkrarlaması, mövzu çeynәnmişliyi kimi qәbul etmәk olmaz. Bütün oxşarlıqlara,

әnәnәviliklәrә baxmayaraq, hәr bir dastan hadisә vә macәralarının zәnginliyinә, rәngarәngliyinә,

qәhrәmanların üzlәşdiklәri problemlәrin, sevgilәri yolunda çәkdiklәri әzab-әziyyәtlәrin, süjet xәtti

boyunca başlarına gәlәn müsibәtlәrin xarakterinә görә fәrqlәndiyi kimi, başlanğıcdakı problemin әnәnәvi

qoyuluşunun özündә dә, yuxarıdakı nümunәdәn göründüyü kimi, bir fәrqlilik, özәllik duyulmaqdadır.

Mәsәlәn, xalq arasında әn geniş yayılmış vә әn çox sevilәn dastanlardan olan “Əsli vә Kәrәm”in

başlanğıcı ilә “Qurbani” dastanının başlanğıcındakı süjet oxşarlıqlarını müqayisә edәk. “Əsli vә Kәrәm”

dastanından nümunә: “...Ziyad xanın övladı yox idi ki, ölәndә dövlәtinә, varına sahib dursun. O, hәmişә

övlad dәrdi çәkirdi; nә qәlbi açılır, nә dә üzü gülürdü.

Ziyad xanın Qara keşiş adlı bir zalım vәziri vardı. Necә deyәrlәr, su axar, çuxurun tapar; bu vәzirin

dә övladı yox idi.

Bir gün Ziyad xan Qara keşişin bağında oturmuşdu. Onlar keçmişdәn, gәlәcәkdәn söhbәt elәyirdilәr.

Ziyad xan dedi:

– Qara keşiş, nә sәnin övladın var, nә mәnim. Ölәndәn sonra bizim çırağımızı yandıran olmayacaq.

Gәl fağırların qarınlarını doyduraq, nәzir-niyaz verәk, bәlkә, Allah bizә bir övlad verdi; özü dә indidәn

arada şәrt qoyaq.

Keşiş dedi:

– Tәki övladımız olsun, nә şәrt desәn razıyam.

Ziyad xan dedi:

– Əgәr mәnim qızım, sәnin oğlun oldu, mәn qızımı sәnin oğluna verim; yox, sәnin qızın, mәnim

oğlum oldu, sәn qızını mәnim oğluma verәcәksәn.

Keşiş razı oldu. Əhd-peyman elәyib hәrә öz otağına getdi.

Sәhәrisi gün Ziyad xan car çәkdirdi. Gәncә әhlini – fәğirәn-sәğirәn bir yerә cәm elәtdi. Acları

doyurdu, yalavacları yedirtdi, әlsiz-ayaqsızlara pul verib yola saldı.

El ağzı fal ağzı, deyәrlәr. El duası qәbul olundu. Doqquz ay doqquz gün doqquz saat doqquz dәqiqә

keçәndәn sonra Ziyad xanın bir oğlu, Qara keşişin dә bir qızı dünyaya gәldi. Ziyad xan әyan-әşrәfi

toplayıb şadyanalıq keçirdi. Oğlanın adını Mahmud, qızın adını Mәryәm qoydular. Uşaqları tapşırdılar

dayәlәrә” (3, 4-5).

Nümunәdәn göründüyü kimi, “Əsli vә Kәrәm” dastanında övladı olmayan var-dövlәt, sәlahiyyәt

sahibi Ziyad xanın özüdür vә o, hәmişә övladsızlıq dәrdi çәkir. Var-dövlәtindәn yoxsulların, yalavacların

qarnını doyuraraq tәk özünә yox, vәziri Qara keşişә dә Tanrıdan övlad dilәyir. Əhd-peyman bağlayırlar.

Uşaqlar dünyaya hәlә göz açmamışdan bir-birinә deyikli olurlar. Lakin digәr mәşhur mәhәbbәt dastanı

olan “Qurbani”dә vәziyyәt – problemin qoyuluşu mahiyyәtcә oxşar olsa da, formaca xeyli fәrqlidir. Bu

28

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!