20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

TƏBİƏTDƏN CƏMİYYƏTƏ OYUNUN ANLAMI,

TƏBİƏTİ VƏ ÖZƏLLİKLƏRİ

A. Önsöz

Qarabağda xalq oyunları vә meydan tamaşaları

mövzusuna keçmәdәn öncә oyun qavramı

haqqında elmi-nәzәri (tәbii ki, Qarabağda xalq

oyunları vә meydan tamaşalarından örnәklәrә istinad edәrәk)

mәlumat vermәk lazımdır. Bu nәzәri bazanın gәlәcәkdә xalq

oyunları vә meydan tamaşaları adlandırılan folklor vә sәnәt

növünün mahiyyәt vә anlamını açmaqda böyük rolu olacaqdır.

Çünki oyun qavramı bizim bildiyimizdәn, hәtta tәsәvvür

etdiyimizdәn daha geniş vә әhatәlidir. Türk dünyasında oyunun

tarixi ilә bağlı yazılanlar barәdә әsaslı fikir söylәmәk çәtin olsa

da, oyun haqqında ilk bilgini Kaşqarlı Mahmudun verdiyini

nәzәrә alaraq demәk mümkündür ki, zәngin oyun

mәdәniyyәtimiz XI yüzildәn bilim dünyasının marağına sәbәb

olmuşdur. Kaşqarlı Mahmud “Kitabi-Divanu luğa tit-türk” adlı

әsәrindә (Kaşğarlı, 1991, 386, 491) “Tәpik”, “Köçürmә”,

“Munquz-munquz”, (“Buynuz-buynuz”), “Ötüş” vә s. kimi

oyunların özünәmәxsus xüsusiyyәtlәri haqqında mәlumat

vermәklә oyunun türklәrdә әskidәn var olduğunu göstәrmәk istәmişdir. Burada oyun terminini bugünkü mәnasında ilk dәfә

XI yüzildә Kaşqarlı Mahmudun işlәtdiyini dә qeyd etmәk lazımdır. Avropada isә bu terminin işlәnmә tarixinin XIII yüzildәn

öncәyә getmәdiyi mәlumdur.

Kaşqarlı Mahmuddan bir qәdәr sonra yazılan vә Aşıq Paşaya aid edilәn bir risalәdә dә (Bax: Levend, 1955) olduğu kimi,

oyunun fәlsәfәsinin, semantikasının, özәlliyinin vә әhatә dairәsinin ilahi bir mәnşә ilә izah edilmәsi türklәrin oyuna bir neçә

yüz il әvvәllәrdәn bugünkü Avropanın gözü ilә baxdığını isbat edir.

1. Oyun nәdir

Füzuli BAYAT,

filologiya elmlәri doktoru, professor

İlk başda sadә görünәn bu sualın cavabının, әslindә, bilindiyindәn daha mürәkkәb, daha geniş olduğu bir hәqiqәtdir.

Azәrbaycanda xalq oyunları adı verilәn vә daha çox rәqsin nәzәrdә tutulduğu bu termin bütün insan fәaliyyәtini әhatә

edәn geniş anlamlı oyunun yalnız bir növüdür. Oyun mәdәniyyәtin әn qәdim növü olmaqdan daha çox, mәdәniyyәtdәn öncә

yaranmış vә hәtta mәdәniyyәti formalaşdırmış insan fәaliyyәtidir. Oyunun düşünәn (homo sapiens) vә alәt düzәldәn insandan

(homo faber) daha öncә tarix sәhnәsinә çıxdığı vә hәtta düşünәn insanın özünün oynayan insan (homo ludens) olduğu bәzi

araşdırıcılar tәrәfindәn qeyd olunmuşdur (Bax: Huizinga, 2013). Oyun nә olursa-olsun, nә formada oynanırsa-oynansın, onun

fәlsәfәsindә insanın ciddi olmayan, ancaq bәlli qaydalara tabe olan bir fәaliyyәtinin olduğu aydın olur. Belә ki, oyun, mәlum

vә mәşhur fikrә görә, ciddi olan hәr şeyin tәrsidir. Hәtta ritual mәzmunlu, törәnsәl mahiyyәtli oyunlar belә nә qәdәr ciddi

olursa-olsun, bir oyun olduğu üçün insan fәaliyyәtinin ciddiliyinә tәrs mütәnasibdir.

Müasir sivilizasiyanın qaynağının oyun olduğunu nәzәrә alaraq oyun adı altında nәlәrin nәzәrdә tutulduğuna diqqәt

etmәk lazımdır. Oyun dedikdә, hәr halda daha çox rәqs, taxta, stolüstü, kart, aşıq, şahmat, top oyunları, kәndirbazlıq,

mәzhәkәlәr vә s. nәzәrdә tutulur. Bundan başqa, bir dә monoloq vә dialoqlardan ibarәt bir vә ya bir neçә adamın göstәrdiyi

tamaşaya da oyun, yaxud meydan tamaşası deyilir. Meydan tamaşaları oyunun fәlsәfi, tәhkiyәli, ciddi, öyrәdici tәrәfidir.

Burada әsaslı bir fәrqi dә qeyd etmәk lazımdır. Oyunçu oyunun bir parçası olduğunu, oyun oynadığını bilir. Mәsәlәn,

“Bәnövşә”, “Dirәdöymә”, “Əl üstә kimin әli”, “Çilingağac” vә s. oyunlarda olduğu kimi. Tәhkiyәli, teatrlaşdırılmış, qismәn

dә sәhnәlәşdirilmiş, mәsәlәn “Kosa-kosa”, “Tәnbәl qardaş”, “Qaravәlli”, “Xıdır Nәbi” oyunlarında isә oyunçu rol oynadığını,

başqa bir kişiliyә dönüşdüyünün fәrqindәdir. Oyun oynamaqla rol oynamaq fәrqli-fәrqli şeylәrdir.

Bәzi bilim adamlarına görә, oyun insanın toplanmış enerjisini atmaqdır, bәzilәrinә görә, insanın tәqlidi iç dünyasının bir

bәnzәridir, bәzilәrinә görә, oyun rahatlanmanın bir formasıdır, bәzilәrinә görә, oyun gәnclәri vә ya yeniyetmәlәri gәlәcәk

yaşama hazırlamaqdır. Bәzilәrinә görә isә, oyun tәrbiyә etmәk, uşağın estetik zövqünü vә fiziki qabiliyyәtini inkişaf

etdirmәkdir. Ancaq hәr nә olursa-olsun, oyun tarixin başlanğıcından insanlığa yol göstәrmiş vә ritual-mifoloji dünyamızın

әylәncәyә çevrilmiş forması olmuşdur.

Oyunun nә olduğu haqqında bir-birinә bәnzәr, fәrqli, dәyişik fikirlәr mövcuddur. Qısaca olaraq bunları aşağıdakı kimi

qruplaşdırmaq olar: oyunu toplanmış artıq enerjidәn qurtarmaqdan, insanda doğuşdan var olan tәqlidetmә qabiliyyәtindәn, ra-

21

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!