20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Milli Zəka

verir, yazılı әdәbiyyat mәtnindәn fәrqli olaraq, dastan mәtninin ifa prosesindә yenidәn yaranmasını heç dә öyrәnilmәsi

vacib olan mәsәlә sәviyyәsinә qaldırmır. 20-30-cu illәr Azәrbaycan folklorşünaslığının qismәn toxunduğu, amma

M.H.Tәhmasibin çox da diqqәt yetirmәdiyi ifa konteksti mәsәlәsi bu gün yenidәn tәhlil predmetinә çevrilmәkdәdir.

F.Bayatın ümumnәzәri mәsәlәlәrә, B.Qurbanov, R.İmrani, N.Rәhimbәylinin saz vә sözün vәhdәtinә, L.Süleymanovanın

bayatı ifaçılığına hәsr olunan son tәdqiqatlarında ifa konteksti probleminin diqqәt mәrkәzindә saxlanılması bu sahәdә

uğurlu perspektivlәrdәn xәbәr verir.

Azәrbaycan folklorşünaslığının dünәnki vә bugünkü mәnzәrәsi fonunda diqqәti cәlb edәn istiqamәtlәrdәn biri

şifahi vә yazılı әdәbiyyat әlaqәlәridir. Bu gün AMEA Nizami adına Ədәbiyyat İnstitutunda Azәrbaycan şifahi xalq

әdәbiyyatı vә әdәbi abidәlәr, AMEA Folklor İnstitutunda isә Folklor vә yazılı әdәbiyyat adlı şöbәlәrin fәaliyyәt

göstәrmәsi xatırlatdığımız istiqamәtin nә qәdәr vacib vә aktual olduğunu göstәrir. Belә vacib vә aktual istiqamәtin

yaxın keçmişinә nәzәr salsaq, yazıçı vә folklor mövzusunun daha çox öyrәnilmәsinin şahidi olarıq. Yaxın keçmişdә

bu sahәdә araşdırma aparan әdәbiyyatşünaslar N.Gәncәvi, M.Füzuli, M.Ə.Sabir, Y.V.Çәmәnzәminli, Ə.Haqverdiyev,

C.Cabbarlı, S.Vurğun, S.Rәhimov, O.Sarıvәlli vә b. yazıçıların xalq yaradıcılığı ilә hansı şәkildә bağlı olmasını, folklordan

hansı yollarla bәhrәlәnmәsini әsas tәdqiqat predmeti kimi götürüblәr. Bugünün özündә dә yazıçı vә folklor

mövzusu, әsasәn, qeyd etdiyimiz şablon qәliblәr üzrә işlәnmәkdә davam edir. Halbuki şifahi vә yazılı әdәbiyyatın

qarşılıqlı әlaqәlәrinә aid daha ciddi problemlәrin çözülmәsinә böyük ehtiyac var. Belә problemlәrdәn biri şifahi vә

yazılı sәnәt arasındakı fәrqlәrә әsaslı şәkildә yenidәn baxmaqdır. Heç kimә sirr deyil ki, şifahi vә yazılı әdәbiyyatın

fәrqlәrindәn son dәrәcә ümumi şәkildә, orta mәktәb dәrsliyi sәviyyәsindә tez-tez danışsaq da, elmi araşdırmalarımızda

hәmin fәrqlәri o qәdәr dә nәzәrә almırıq. Əgәr nәzәrә alsaydıq, şifahi xalq әdәbiyyatını yazılı әdәbiyyat meyarları ilә

tәhlil etmәz, mәsәlәn, heyvanlar haqqında nağılları tәmsil, xalq gülüşünü satirik gülüş adlandırmazdıq. Adın doğrudüzgün

qoyulmaması, heç şübhәsiz, mahiyyәtin doğru-düzgün başa düşülmәmәsi demәkdir. Mahiyyәti tәhrif etmәmәk

vә yanlış nәticәlәr çıxarmamaq üçün hәm şifahi, hәm dә yazılı sәnәt qanunauyğunluqlarını ayrı-ayrılıqda dәrindәn

mәnimsәmәk lazımdır. Bu meyarı gözlәmәyin bәhrәsidir ki, K.Əliyev romantizmin vә eposun poetikası ilә paralel

şәkildә mәşğul olur, “Romantizm vә folklor” adlı kitab çap etdirib şifahi vә yazılı sәnәt әlaqәlәrinә aid maraqlı qәnaәtlәr

irәli sürür.

Azәrbaycan folklorunun ümumtürk, ümumşәrq vә ümumdünya kontekstindә öyrәnilmәsi aktual problemlәrdәn

biri olaraq qalmaqdadır. Düzdür, bu sahәdә xeyli sәmәrәli iş görülüb. Q.Paşayevin Azәrbaycan–İraq–türkman,

A.Nәbiyevin Azәrbaycan–özbәk, A.Cәmilin Azәrbaycan–qırğız, M.Seyidov, İ.Abbaslı, F.Fәrhadovun Azәrbaycan–

ermәni, V.İbrahimovanın Azәrbaycan–ingilis folklor әlaqәlәrinә aid tәdqiqatları bu sahәdә görülmüş sәmәrәli işin

sәciyyәvi nümunәlәridir. Bu nümunәlәrdә, adәtәn, qarşı tәrәfә Azәrbaycan folklorunun gözü ilә baxılır, müqayisәli

tәhlil әsasında tәrәflәrin oxşar vә fәrqli cәhәtlәri üzә çıxarılıb ümumilәşdirilir. Belә tәhlil vә ümumilәşdirmәlәr,

hәmçinin müxtәlif xalqlara aid tәrcümә kitabları imkan verir ki, Azәrbaycan folkloru ümumtürk, ümumşәrq vә

ümumdünya folklorunun tәrkib hissәsi kimi araşdırmalara cәlb edilsin. Son illәrin bir çox tәdqiqatları ikinci vә üçüncü

istiqamәtlә müqayisәdә birinci istiqamәt (ümumtürk istiqamәti) üçün müәyyәn qәdәr elmi bazanın yaranmasından

xәbәr verir. Ümumtürk istiqamәti üçün bazayaradıcı tәdqiqatlar sırasında F.Bayat, C.Bәydili, S.Xavәri vә b.

folklorşünasların şamançılıq vә sufiliklә bağlı tәdqiqatlarını xatırlamaq olar. Mәhz şamançılıq vә sufilik qaynaqlarını

ciddi şәkildә nәzәrә almağın hesabına “Türk mifoloji sözlüyü” (C.Bәydili), “Türk mifoloji sistemi” (F.Bayat), “Oğuz

mifologiyası” (S.Rzasoy), “Oğuznamә yaradıcılığı” (Ə.Əsgәr) kimi әsәrlәr, yәni Azәrbaycan mifologiyası vә folklorunu

ümumtürk mifologiyası vә folklorunun tәrkibindә görәn vә dәyәrlәndirәn әsәrlәr ortaya çıxır.

Toplama, tәrtib, nәşr vә tәdqiqat işlәrindә dünya folklorşünaslığının meyarlarına әsaslanmaq Azәrbaycan

folklorşünaslığına mәşğul olduğu predmeti fәrqli mövqelәrdәn qiymәtlәndirmәk imkanı verir. Fәrqli mövqelәrdәn biri

şifahi xalq әdәbiyyatını folklor adının ehtiva etdiyi digәr sahәlәrlә (xalq musiqisi vә rәqslәri, xalçaçılıq, dulusçuluq,

misgәrlik, xalq memarlığı, xalq tәbabәti, xalq mәtbәxi vә s. ilә) vәhdәtdә öyrәnmәkdir. Şifahi әnәnәnin müxtәlif sahәlәr

üzrә izlәnilmәsi, etnoqrafik materialların ciddi şәkildә nәzәrә alınması şifahi әdәbiyyatı hәrtәrәfli öyrәnmәyә yaxından

kömәk edir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. P.Əfәndiyev. Azәrbaycan şifahi xalq әdәbiyyatı. Bakı: Elm vә tәhsil, 2012

2. İ.Abbaslı. Folklorşünaslıq/Azәrbaycan әdәbiyyatı tarixi. 1-ci cild. Bakı: Elm, 2004

3. H.Zeynallı. Seçilmiş әsәrlәri, Bakı: Yazıçı, 1983

4. Y.V.Çәmәnzәminli. Əsәrlәri. 3 cilddә, 3-cü cild, Bakı: Elm, 1977

5. Дж.Коккьяра. История фольклористики в Европе. Москва: Изд-во Иностранной литературы, 1960

6. Azәrbaycan mifoloji mәtnlәri. Tәrtib edәni, ön sözün vә şәrhlәri müәllifi A.Acalov. Bakı: Elm, 1988

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!