20.02.2015 Views

Milli Zeka

Description

Description

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Milli Zəka

beynәlxalq süjetlәrin milliliyini göstәrmәyin başlıca yollarından biri hәmin süjetlәrdә xalqın uzaq-yaxın keçmişi ilә bağlı

konkret tarixi hadisәlәrin öz әksini tapmasıdır. Əlbәttә, folklorda, xüsusәn dә onun epik nümunәlәrindә tarixi şәxsiyyәt vә

hadisәlәrlә bağlı motivlәrin olması inkaredilmәz bir mәsәlәdir. Amma bu mәsәlәdә ifrata varmaq, ayrı-ayrı folklor

nümunәlәrinin yaranmasını hәmin nümunәlәrdә xatırlanan tarixi hadisә ilә әlaqәlәndirmәk elmi cәhәtdәn özünü doğrultmur.

Y.V.Çәmәnzәminli tarixi mәktәbin mәhz bu qüsurunu görür vә XVI-XVII әsrlәrdә baş vermiş tarixi hadisәlәrin hәmin

әsrlәrdәn qat-qat әvvәlki dövrlәrdә yaranmış әfsanә vә nağıl nümunәlәrinә köçürülmәsini tәbii bir folklor faktı kimi

qiymәtlәndirir. Bununla Y.V.Çәmәnzәminli folklorda tarixiliyin şәrti vә nisbi sәciyyә daşıması, tarixi hadisәlәrin hәr hansı

әfsanә vә nağıl tәrkibindә folklorun özünәmәxsus poetikasına tabe olması qanunauyğunluğunu diqqәtә çatdırır.

20-30-cu illәrdә dünya folklorşünaslıq tarixinә ümumi nәzәr salan folklorşünaslarımız Azәrbaycan ziyalılarının

xalq yaradıcılığının toplanması vә tәdqiq olunması sahәsindәki xidmәtlәrini böyük ehtiramla yad etmәyi özlәrinә

mәnәvi borc bilirlәr. H.Zeynallı XIX әsrin sonları, XX әsrin әvvәllәrindә “Сборник материалов для описания местностей

и племен Кавказа” mәcmuәsi әtrafında birlәşәn Mahmud Mahmudbәyov, Rәşid bәy Əfәndiyev, Firidun bәy

Köçәrli, Sәfәrәli bәy Vәlibәyov, Teymur bәy Bayramәlibәyov, Hüseyn Müfti Qayıbov, Hacı Kәrim Sanılı, Mirhaşım

Vәzirov vә b. ziyalıların folklorun toplanması vә tәdqiq olunması sahәsindәki әvәzsiz xidmәtlәrini yüksәk

qiymәtlәndirәrәk yazır: “O adamların nә qәdәr hәvәsi, nә qәdәr qeyrәti varmış!.. Qәpik-quruş bir mükafata uzun-uzun

hekayәlәri, mәnzumәlәri türkcә toplayıb tәrcümәlәr ilә bәrabәr Tiflisә göndәrәrlәrmiş. Əlbәttә ki, xalq әdәbiyyatı tarixi

yaradılarkәn böylә adamların adları qızıl su ilә әn görkәmli yerdә yazılmalıdır!” (3, 117). Özündәn әvvәlki ziyalıların

әmәyinә bu cür yüksәk qiymәt vermәklә yanaşı, H.Zeynallı (hәmçinin onun digәr qәlәm yoldaşları) Azәrbaycan folklorunun

zәnginliyi müqabilindә görülәn işin son dәrәcә az olduğunu dönә-dönә qeyd edir, qarşıda “şifahi xalq

әdәbiyyatını toplamaq, onu sistemә salmaq vә bu әdәbiyyatın dәyişmә prosesini durmadan izlәmәk” (3, 117) kimi

çәtin vә şәrәfli vәzifәnin durmasını xüsusi olaraq diqqәtә çatdırır.

İstәr dünya, istәrsә dә Azәrbaycan tәcrübәsinә әsaslanan folklorşünaslarımız 20-30-cu illәrdә şifahi әdәbiyyat

nümunәlәrinin toplanması kimi son dәrәcә vacib bir işin nәzәri prinsiplәrini müәyyәnlәşdirmәk tәşәbbüsü göstәrirlәr.

1926-1929-cu illәr arasında mәtbuatda toplama işinin elmi әsaslarına aid mәqalәlәr çap olunur. H.Zeynallının

“Azәrbaycanda el әdәbiyyatı”, Y.V.Çәmәnzәminlinin “Nağıllarımızı necә toplamalı” mәqalәlәri bu baxımdan xüsusi

fәrqlәnir. Mәtnin dil vә üslubunu olduğu kimi qoruyub saxlamaq hәr iki mәqalәdә toplama işinin әn başlıca

tәlәblәrindәn biri kimi diqqәtә çatdırılır. H.Zeynallı toplayıcıların yanlışlıqlarından bәhs edәrkәn yazır: “Toplayanlar

geniş xalq tәbәqәsi içәrisinә girәrәk bu materialı olduğu kimi alıb yazmayırlar. Yәni hәr yerin özünәmәxsus bir şivәsi,

bir leksikonu olduğu halda, o mәhәllәnin (bölgәnin – M.İ.) leksikonunu, ifadә şәklini, bәdii görüşlәrini, cümlә

quruluşlarını, sәslәrdәki dәyişmәlәri tamamilә göstәrmәk üçün hәr bir kәsdәn eşidilәn bu materialları söylәyәn adamın

söylәyişini eyni ilә zәbt etmәyirlәr” (3, 117). H.Zeynallı kimi, Y.V.Çәmәnzәminli dә folklor mәtnini әdәbi dildә qәlәmә

almağı ciddi qüsur sayır vә diqqәti şifahi xalq әdәbiyyatındakı әnәnәvi formullar mәsәlәsinә yönәldir: “Üsula gәldikdә,

nağıl әdәbiyyatının müәyyәn üsulu var. Onları gözәl edәn vә süslәndirәn müәyyәn dil, tәrkib vә cümlәlәrdir. Xalq

әdәbiyyatı ilә maraqlananlar bu nöqtәni unudarlarsa, çәkdiklәri zәhmәt hәdәr olar… Gözәl gördükdә “yemә-içmә,

xәtti-xalına, gül camalına tamaşa elә”, yol getdikdә “az getdi, üz getdi, dәrә-tәpә, düz getdi” kimi cümlәlәr nağılın

zinәti hesab olunur. Nağılları toplarkәn bunları qeyd etmәlidir. Bunlarsız nağıl bütün gözәllikdәn mәhrum olar” (4,

49). Folklor mәtnini olduğu kimi toplamaq tәlәbini gözlәmәyәn toplayıcılar hәm Y.V.Çәmәnzәminli, hәm dә

H.Zeynallının kәskin tәnqidinә tuş gәlir. Onlar bu mәsәlәdә hәtta Hümmәt Əlizadә kimi tanınmış folklorşünasa belә

güzәştә getmirlәr. H.Zeynallı gәnc folklorşünası “qeyri-sәhihliyә” (3, 304), Y.V.Çәmәnzәminli isә “әdәbi sözlәr qatıb

xalq әsәrinin ahәngini pozmağa” (4, 62) görә kәskin tәnqid edir.

Folklor mәtnlәrinin yazıya alınıb tәrtib vә nәşr edilmәsindә hәm 20-30-cu illәrdә, hәm dә sonrakı dövrlәrdә qarşıya

çıxan çәtinliklәrdәn biri vulqar ifadәli mәtnlәrin hansı şәkildә oxucuya çatdırılması mәsәlәsidir. Dünya tәcrübәsi

göstәrir ki, belә mәtnlәrin olduğu kimi nәşr olunması folklorun mahiyyәtini, әn çox da onun bәzi arxaik qatlarını üzә

çıxarmaqda az әhәmiyyәt daşımır. Azәrbaycan folklorunu әks etdirәn ilkin kitabların bir çoxunda (mәsәlәn,

M.Qәmәrlinin “Atalar sözü”, V.Xuluflunun “Tapmacalar”, H.Zeynallının “Atalar sözü”, “Tapmacalar”, C.Hacıbәylinin

“Qarabağ dialekti vә folkloru” kimi toplularda) dünya tәcrübәsinә istinad edilir, çox olmasa da, bәzi mәqamlarda vulqar

ifadәlәr olduğu kimi saxlanır. Bәs bu mәsәlәyә 20-30-cu illәr Azәrbaycan folklorşünaslığının münasibәtini әks etdirәn

elmi yazıya rast gәlirikmi? Bәli, rast gәlirik. H.Zeynallı 1926-cı ildә çap etdirdiyi “Atalar sözü” kitabının çox geniş vә

sanballı müqәddimәsindә bir sıra başqa mәsәlәlәrlә yanaşı, vulqarizm probleminә dә toxunur: “Arada bir mәsәlә vardı

ki, onu söylәmәliyik. Son dәrәcә “әdәbsiz”lәrini (atalar sözlәri nәzәrdә tutulur – M.İ.) buraya yazmadıq. Onu da ayrıca

bir kitab halında çap etmәk mümkündür. “Ədәbsiz” namı altındakı atalar sözü mәna etibarilә dәrin, kinayәcә qayәt

16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!