Milli Zeka
Description
Description
You also want an ePaper? Increase the reach of your titles
YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.
Milli Zəka

söylәyicilәrin xalqla әlaqәlәrinin mahiyyәtinә doğru-düzgün qiymәt verir. Doğrudan da, folklor söylәyicisi xalqdan

öyrәndiklәrini mәhz xalqın düşüncә tәrzinә uyğun bir biçimdә bizlәrә çatdıran şәxsdir. Bu şәxsin danışdıqları yalnız

o zaman folklor faktı ola bilәr ki, fәrdi şüur çәrçivәsindәn çıxıb kollektiv şüur mәhsuluna çevrilmiş olsun. Deyim tәrzi,

hadisәlәri, insanları qiymәtlәndirmә üslub vә üsulu baxımından xalq ruhunu dinlәyiciyә qabarıq şәkildә çatdıra bilәn

söylәyicilәr sırasında H.Zeynallı aşıqlarla yanaşı, bağbanların, lәlәlәrin ailәlәrindәki qulluqçuların rolunu xüsusi qeyd

edir. Maraqlıdır ki, hәm H.Zeynallı, hәm dә 20-30-cu illәrdә folklorla bağlı ciddi elmi mәqalәlәr çap etdirәn digәr

folklorşünas – Y.V.Çәmәnzәminli qadın söylәyicilәr barәdә ayrıca danışmalı olur. Y.V.Çәmәnzәminli yazır: “Əlәlәskәr

nağıla vә bütün xalq әdәbiyyatına vaqif olanlar arvadlardır. Arvadların da içindә hamısı yox, yalnız xalqın işinә yarayan

vә onunla hәmişә tәmasda olanlar bilirlәr. Xalqa yaxın olanlar mәşşatәlәr, ağıçılar, yengәlәrdir” (4, 49). Qadın

söylәyicilәr barәdә ayrıca danışan H.Zeynallı vә Y.V.Çәmәnzәminli diqqәti xalq әdәbiyyatını yazılı әdәbiyyatdan

fәrqlәndirәn başqa bir cәhәtә – mәrasimlә bağlılıq cәhәtinә yönәldirlәr: “Hәlә ağı söylәyәn qadınlarımıza baxınız!

Əvvәlcә ölü üstә birisi söylәr, әtrafdakılar onu dinlәr, o bitirdikdәn sonra ikincisi, bir az sonra üçüncüsü başlar vә birbirindәn

daha tәsirli söylәmәyә çalışarlar” (3, 124-125). Bir söylәyici tipi olaraq ağıçı adının çәkilmәsi ilә

kifayәtlәnmәyәn vә ağıların oxunduğu yas mәclislәrini xatırladan H.Zeynallı şifahi xalq әdәbiyyatının mәrasimlәrlә

әlaqәsindәn bәhs etmәyi folklorşünaslığın vacib meyarlarından biri sayır: “Çox zaman söylәmә ilә mәrasim bir yerdә

olur. Mәsәlәn, üzük falı açmada bayatılar söylәmә; yaxud Kos-kosa oyununda söylәnәn sözlәr” (3, 125). H.Zeynallı

kimi, Y.V.Çәmәnzәminli dә sözlә onun ifadә vә icra kontekstini vәhdәtdә götürür. Folklora bu cür elmi yanaşmağın

nәticәsidir ki, Y.V.Çәmәnzәminli bayatıların bir növü olan vәsfi-halları falabaxma mәrasiminin tәrkib hissәsi kimi

tәhlil edir. Yaşadığı sovet dövrünün tәlәbinә uyğun olaraq, xalq inanışı vә etiqadlarını, ayin vә mәrasimlәrini yeri gәldigәlmәdi

“Avesta”ya bağlasa da, Y.V.Çәmәnzәminlinin folklorşünaslıq sahәsindә, xüsusәn bu elmin düzgün tәmәl

üzәrindә formalaşmasında xidmәtlәr göstәrdiyini inkar etmәk olmaz.

XX әsrin 20-30-cu illәrindә Azәrbaycan folklorşünaslığının tәmәl prinsiplәr әsasında xüsusi formalaşma mәrhәlәsi

keçmәsini bir tәrәfdәn terminoloji bazanın yaradılması ilә, “şifahi xalq әdәbiyyatı nәdir vә onun yazılı әdәbiyyatdan başlıca

fәrqi nәdәdir” kimi suallara cavab axtarılması ilә izah etmәk mümkündürsә, digәr tәrәfdәn dә folklorşünaslıq tarixinә vә

nәzәriyyәlәrinә baş vurulması ilә izah etmәk mümkündür. Folklorşünaslıq nәzәriyyәlәrini ümumi şәkildә gözdәn keçirmәk

hәm dünya folklorşünaslığındakı әsas tәmayüllәr barәdә tәsәvvür yaratmaq, hәm dә xalq әdәbiyyatı ilә bağlı mәlum

mübahisәli mәsәlәlәrә aydınlıq gәtirmәk mәqsәdi daşıyırdı. Zaman-zaman mübahisәlәrә sәbәb olmuş mәsәlәlәrdәn biri

sәyyar süjetlәrin mәnşәyi mәsәlәsidir. 20-30-cu illәr Azәrbaycan folklorşünasları (xüsusәn dә H.Zeynallı vә

Y.V.Çәmәnzәminli) әsatirçilәr (mifoloji), iqtibas, antropoloji vә tarixi kimi adlarla tanınan nәzәriyyәlәri mәhz konkret

problemlәr, o cümlәdәn beynәlxalq ortaq mifoloji görüşlәr, beynәlxalq obraz, motiv vә süjetlәr baxımından qiymәtlәndirirlәr.

Arxaik görüşlәr sisteminin dünya xalqlarında xeyli dәrәcә oxşar olduğunu tәsdiq edәn Y.V.Çәmәnzәminli Azәrbaycan

folklorşünaslığına müqayisәlәr aparmaq üçün material verә bilәcәk bir sıra maraqlı örnәklәrә toxunmalı olur: “İbtidai insan

kölgәsini görәrәk özündәn başqa (ona bәnzәr) bir ayrı adamın da yaşamasına etiqad edә bilirdi… Qәdim Misir vә Meksikada

hәr bir insanın bir qarşılığı olduğuna inanılır vә bir zaman biri-birinә qovuşacaqlarına etiqad olunurdu” (4, 66). Dünya

xalqlarının mәdәniyyәt tarixinә vә etnoqrafiyasına dәrindәn bәlәd olması yaxından kömәk edir ki, Y.V.Çәmәnzәminli

folklorşünaslıq nәzәriyyәlәrinin әsas müddәalarını tәdqiq vә tәkzib edәrkәn zәngin Şәrq vә Qәrb folklor mәnbәlәrindәn

yerli-yerindә istifadә etsin. Folklorşünaslıq nәzәriyyәlәrinin әn çox mübahisәlәrә sәbәb olan müddәalarından biri folklor

mәtnlәrindә tarixi hadisәlәrin izini vә birbaşa tәsirini axtarmaqla bağlıdır. Daha çox Rusiyadakı tarixi mәktәbin irәli sürdüyü

bu müddәa ilә razılaşmayan Y.V.Çәmәnzәminli fikrini әsaslandırmaq üçün Azәrbaycan vә Axıska folklorundan tutarlı

nümunәlәr gәtirir: “Tarixi nәzәriyyә, bizcә, nisbi olaraq qәbul oluna bilәr. Çünki tarixi bir simaya istinad edilәn әfsanәlәrin

çoxunun iqtibas olunduğunu gördük. Mәsәlәn, bizlәrdә Şah Abbas әtrafında bir çox nağıllar söylәnilir. Halbuki bu nağılların

izini Şah Abbasdan çox irәlidәki zamanlarda görürük. Nağıl vә әfsanәlәr kimi zaman vә mәkan tanımayan xalq әdәbi

nümunәlәrinә ehtiyatla yanaşmalıyıq. Bunlarda müәyyәn tarixi etiqadların izi görünә bilir. Lakin tarixi şәxsiyyәtlәrin

qondarılması sünidir. Mәsәlәn, Axıska türklәri nağıllarında Osmanlı sultanlarından vә İstanbuldan bәhs edirlәr. Halbuki

mәzmun etibarilә bu nağıllar bizlәrdә vә İranda söylәnәnlәrin eynidir” (4, 72-73). Əslindә, tarixi mәktәb Rusiyada

folklorşünaslıq mәktәblәrinin irәli sürdüyü vә tam elmi hәllinә nail ola bilmәdiyi müddәalar, xüsusәn sәyyar süjetlәrin Şәrq

mәnşәli olması barәdәki ideyalar fonunda yaranmışdı. Tarixi mәktәbin yaranmasında xidmәti olan A.N.Veselovski belә

hesab edirdi ki, xalq yaradıcılığına aid hәr hansı bir әsәrin dәyәri onun süjeti ilә müәyyәnlәşmir. Çünki tәkrar olunmayan

süjetә rast gәlmәk çәtindir. Milli әdәbiyyatın araşdırılmasında süjetlәrin oxşarlığına yox, süjetlәri özündә birlәşdirәn bәdii

formaya diqqәt yetirmәk lazımdır (5, 328). O.F.Miller hәmin fikri davam etdirәrәk bildirirdi ki, bütün oxşar süjetlәr yenidәn

işlәnmәyә mәruz qalır, süjetin ilkin mәnbәyi hara ilә bağlı olsa da, o, yenidәn işlәnmәklә milli sәciyyә daşıyır. Bu baxımdan

rus bılinaları da, İlya Muromets haqqındakı epos da rus milli eposu sayılmalıdır (5, 326). Tarixi mәktәbin tәrәfdarları üçün

15