21.01.2015 Views

I BÖLMƏ OPTO NANOELEKTRONİKA - Bakı Dövlət Universiteti

I BÖLMƏ OPTO NANOELEKTRONİKA - Bakı Dövlət Universiteti

I BÖLMƏ OPTO NANOELEKTRONİKA - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Fizikanın müasir problemləri VI Respublika konfransı

elektron yükdașıyıcıları yaradaraq antiferromaqnetizm nizamlılığını pozur və ifratkeçirici

halın əmələ gəlməsinə gətirir.

Yeni sinif FeAs birləșmələrində yüksəktemperaturlu ifratkeçiricilyin kəșfindən keçən

bir ildən bir az çox müddət ərzində dünya fiziklərinin, kimyaçılarının və texnoloqlarının səyi

nəticəsində FeAs birləșmələrinin təbiətinin izahı haqqında böyük müvəffəqiyyətlər əldə

edilmișdir. Tədqiqatlardakı bu aktivlik yalnız kupratlarda YTİK kəșfindən sonra meydana

çıxan aktivliklə müqayisə oluna bilər. Lakin tədqiqatların indiki periodu uzaq iyirmi illikdəki

tədqiqatlardan əhəmiyyətli dərəcədə fərqlənir.

Əgər kupratlarda YTİK-in təbiətin öyrənməsi üçün illər tələb olunurdusa, yeni sinif

birləșmələrin fiziki əsaslarının izah edilməsi üçün bir il kifayət etdi ki, ilkin nəticələr

haqqında məlumat verilsin.

Hal-hazırdakı ișdə obyekt olaraq ReOFeAs birləșməsi götürülmüșdür (burada Renadir

torpaq elementləridir). Qeyd edək ki, dopinqləșməmiș birləșmələr anti ferromaqnit

(AFM) metallardır, hansi ki, maqnit nizamlılığı, Neel temperaturunda (T N =140K) struktur

faza keçidi tetraqonaldan ortorombik fazaya keçidi ilə birlikdə baș verir. Oksigeni F ilə əvəz

etdikdə F-in konsentrasiyasının artması ilə T N kəskin düșür və x≈0,1 olduqda uzaq maqnit

tərtibi yox olur və ifratkeçirici hal əmələ gəlir.

FeAs sistemləri ilə kupratların analogiyası onların kristallik qurulușunu müqayisə

etdikdə daha aydın olur. FeAs sistemləri FeAs müstəvilərinin LaO müstəviləri ilə bölünmüș

sıralanması ilə qurulmușdur hansı ki, kupratlarda olduğu kimi CuO 2 müstəviləri La və ya Y-

Ba müstəviləri ilə ayrılmıșdır. Hər iki system təbəqəli quruluș olduğunu görə kəskin

anizotropdur və onlarda elektron halı kvazi ikiölçülüdür. Beləliklə hal-hazırda biz FeSe

birləșməsinə analoji FeAs müstəvilərindən əmələ gələn üç sinif birləșmələrə LaOFeAs,

AFe 2 As 2 , LiFeAs malikik ki, onlarda ifratkeçiricilik yüksək T c -də müșahidə olunur.

Bir sıra dopinqləșmiș ReOFeAs birləșmələrində (harda ki, Re-nadir torpaq

elementləridir) T c -nin daha yüksək qiymətləri alınmıșdır. (Cədvəl 1)

Cədvəl 1. ReOFeAs birləșmələrinin dopinqləșməsi zamanı alınmıș ifratkeçiriciliyə

maksimal keçid temperaturu (axırıncı iki sətirdə dopinqləșməmiș birləșmələrin qəfəs

parametrləri göstərilmișdir)

ReOFeAs La Ce P r Nd Sm GD

T c ,K 41 41 52 51,9 55 53,5

a, 10 -8 sm 4,035 3,996 3,925 3,940 3,940

c, 10 -8 sm 8,740 8,648 8,595 8,496 8,496

Bütün birləșmələr otaq temperaturunda fəza qrupu P4/nmm olan tetraqonal struktura

malikdir. Onların kristallik qurulușu LaO təbəqəsi ilə ayrılan FeAs təbəqələri ilə formalașır.

FeAs təbəqəsi əslində bir-birinə çox yaxın yerləșmiș Fe atomlarından qəfəs yaradan ondan

așağı və yuxarıda As atomlarından olan kvadrat qəfəs Fe müstəvilərinə nəzərən elə

yerləșmișlər ki, hər Fe atomu As atomlarından olan tetraedrlə əhatə olunmușdur. Bașqa

sözlərlə FeAs təbəqəsi FeAs 4 kompleksləri ilə formalașmıșdır. FeAs və LaO təbəqələri

arasındakı məsafə 1,8 ⋅ 10 -8 sm-dir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!