21.01.2015 Views

I BÖLMƏ OPTO NANOELEKTRONİKA - Bakı Dövlət Universiteti

I BÖLMƏ OPTO NANOELEKTRONİKA - Bakı Dövlət Universiteti

I BÖLMƏ OPTO NANOELEKTRONİKA - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Fizikanın müasir problemləri VI Respublika konfransı

İșdə Cd 1-x Zn x S 1-y Te y nazik təbəqələrinin spektrin görünən və yaxın infraqırmızı

oblastında (360-1100 nm) optik xassələri müxtəlif rejimlərdə termik ișlənmə rejimlərindən və

nazik təbəqələrin tərkibindən asılı olaraq tədqiq edilmișdir. Optik tədqiqatlar zamanı

kvars (3 mm)/SnO 2 (0,8 mkm) altlıqları üzərində alınmıș 1 mkm qalınlıqlı Cd 1-x Zn x S 1-y Te y

nazik təbəqələri istifadə edilmișdir.

Cd 0.25 Zn 0.75 S 0.8 Te 0.2 nazik təbəqələrinin termik ișlənmədən əvvəl və 350 0 C temperaturda

açıq havada, oksigendə və arqoda 8 dəqiqə ərzində termik ișlənmədən sonra optik buraxma

əmsalının spektral paylanma əyriləri șəkil 1- də təsvir edilmișdir. Șəkildən göründüyü kimi,

termik ișlənmədən əvvəl nazik təbəqələrin spektrin görünən oblastında optik buraxma spektri

çox mürəkkəbdir. Bu isə həmin təbəqələrdə kristal qurulușun tam formalașmamağı, bircins

səthin olmamağı ilə izah oluna bilər. Açıq havada termik ișlənmə zamanı udma sərhədi qısa

dalğa uzunluğu tərəfə sürüșür. Bu sürüșmə xüsusilə oksigen mühitində termik ișlənmə zamanı

özünü daha qabarıq șəkildə göstərir. Nəticədə, nazik təbəqələrin qısa dalğa uzunluğu

oblastında șəffaflığı artır. Alınan nəticə nazik təbəqələrin səthində metal/yarımmetal

oksidlərin (CdO, ZnO, Cd 1-x Zn x O) və komplekslərin yarandığını təsdiqləyir. Qeyd edək ki,

CdO-ZnO sisteminin qadağan olunmuș zolağının eni 2.7-3.36 eV intervalında dəyișir.

Oksigen mühitində termik ișlənmiș nazik təbəqələrin optik buraxma spektrində udma

sərhədindən CdO-ZnO sisteminin qadağan olunmuș zolağının eni 3.23 eV hesablanmıșdır ki,

bu da Cd 0.2 Zn 0.8 O bərk məhluluna uyğundur.

optik buraxma, %

100

80

60

40

20

termik ișlənmədən əvvəl

açıq hava

oksigen

arqon

0

200 400 600 800 1000 1200

dalga uzunlugu, nm

Șəkil 1. Termik ișlənmədən əvvəl və 350 0 C temperaturda 8 dəqiqə ərzində açıq

havada, oksigendə və arqoda termik ișlənmədən sonra Cd 0.25 Zn 0.75 S 0.8 Te 0.2

nazik təbəqələrinin optik buraxma spektrləri

350 0 C temperaturda arqon mühitində 7-8 dəqiqə ərzində termik ișlənmiș Cd 1-x Zn x S 1-y Te y

nazik təbəqələrinin x və y molyar tərkibindən asılı olaraq optik buraxma spektrləri șəkil 2-də

təsvir edilmișdir. Göründüyü kimi, 600-1000 nm dalğa uzunluğu oblastında nazik təbəqələrin

optik buraxma əmsalı 45-87 %-ə bərabərdir. Nazik təbəqələrin optik buraxma əmsalının

qiymətinin kifayət qədər böyük olması, onlardan günəș enerjisi çeviricilərində istifadə etməyə

imkan verir. Bərk məhlulda Zn-in miqdarının artması və Te-un miqdarının azalması ilə udma

sərhədi spektrin qısa dalğa uzunluğu tərəfə sürüșür və nazik təbəqələr 500 nm- dən kiçik

dalğa uzunluqları oblastında daha șəffafdır.

Nazik təbəqələrin udma spektrindən istifadə edərək udma əmsalını (α(ω)) așağıdakı

formul əsasında hesablanmıșdır [4]:

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!