02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

9

Və bunu deyib Neylə nəzər saldı.

- Bu Manrodur.

Ucaboy arıq kişi əlini uzatdı və Neylə sınayıcı nəzərlə baxdı. Neyl qızararaq gülümsədi. Onun

qəşəng dişləri vardı.

- Xoş gördük, cənab.

Manro gözləri ilə xəfifcə gülümsədi. Yanaqları batıqdı, qırğı burnu və solğun dodaqları vardı.

Gündə qapqara yanmışdı. Çox yorğun görünməyinə baxmayaraq üzünün mehriban ifadəsi var idi və

bu, Neyldə ona qarşı dərin inam hissi yaratdı.

Kapitan onu həkim və polislə tanış edərək bir az içki içməyi təklif etdi. Masa arxasında əyləşdilər.

Xidmətçi pivə şüşələrini gətirəndə Manro şlemini çıxardı. Neyl onun qısa vurulmuş saçlarının artıq

çallaşmış olduğunu gördü. O, 40 yaşlarında sakit görünüşlü, hərəkətlərində təmkinli olan ziyalı

görkəmli bir adam idi və bu da onu o balaca çevik həkimdən və son dərəcə təşəxxüslü olan polis

məmurundan fərqləndirirdi.

- Makadam içki içmir, - xidmətçi 4 stəkan pivə süzəndə kapitan dilləndi.

- Daha yaxşı, - Manro dedi, - hər halda ümid edirəm ki, onu pis yollara çəkməyə çalışmamısan.

- Sinqapurda buna cəhd elədim, - kapitan gözlərində parıltı ilə cavab verdi, - axı, görməli elə bir

ciddi iş yox idi.

Pivəni içib qurtardıqdan sonra Manro Neylə tərəf döndü.

- Yaxşı, nə deyirsən, sahilə çıxaqmı

Neylin baqajını yerbəyer etmək Manronun xidmətçisinin öhdəsinə düşdü. Özləri isə sampana 13

oturaraq quruya çıxdılar.

- Birbaşa bunqaloya 14 getmək istəyirsən, yoxsa əvvəlcə ətrafı gəzib dolaşaq Yeməkdən qabaq

hələ iki saat vaxtımız var.

- Olmazmı elə birbaşa muzeyə gedək – Neyl soruşdu.

Manronun gözləri güldü. Məmnun oldu. Neyl utancaq, Manro da təbiətinə görə qaradinməz

olduğundan onlar sükut içində yol gedirdilər. Çayın yanında yerlilərin daxmaları var idi. Burada qədim

həyat tərzinə xilaf çıxmayan Malayyalılar məskən salmışdılar. Bu adamlar sakitcə öz işləri ilə məşğul

idilər və onların qəlbə xoş gələn fəaliyyəti göz qabağında idi. Buradakı həyat riitminin doğum və

ölüm, məhəbbət və bəşəriyyətə aid olan məsələlər hesab olunduğu hiss edilirdi.

Onlar bazara gəldilər. Işləyən, yemək yeyən, səs-küylə ucadan danışan çinlilərin qaynaşdığı

mağazalarla dolu olan dar küçələrdə yaşamaq uğrunda yorulmadan sanki mübarizə aparan bir ruh

hökm sürürdü.

13 Qayıq növü

14 Bir mərtəbədən ibarət kiçik ev

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!