02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

8

istəməzdi və “çox sağ olun”u əsirgəməzdi. Üstəlik də yaraşıqlı oğlan idi; bunu heç kəs inkar edə

bilməzdi.

Neyl başı açıq, əlləri dirəyin üstündə sahildən keçib gedənlərə baxaraq dayanmışdı. Ucaboy – 6.2

fut 11 olardı, uzun, iri qolları və ayaqları, eyni çiyinləri və incə beli olan bir gənc idi. Onda nə isə

cəzbedici bir oynaqlıq vardı, belə ki, hər an nəsə bir oyun çıxaracağını gözləyirdin. Özünəməxsus

parıltısı olan şabalıdı, qıvrım saçları bəzən işığa düşəndə lap qızıl kimi işıldayırdı. Iri, mavi gözləri

sevinclə parlayır, sahibinin şən xarakterini özlərində əks etdirirdilər. Burnu qısa, kobud, ağzı böyük,

çənəsi sərt, üzü enli idi. Lakin ən heyrətləndirici əlamət dərisi idi: ağappaq, hamar, yanaqları da

qızartlaq. Hər bir qadın bu cür dəriyə sahib olmasını yalnız arzu edə bilərdi. Hər səhər kapitan Bredon

eyni zarafatı təkrarlayırdı:

- Hə, cavan oğlan, bu gün üzünü qırxmısan

Neyl əlini çənəsi boyunca sürtüb deyirdi:

- Yox, lazımdır bəyəm

Kapitan Bredon da həmişə buna gülərdi.

- Lazımdır! Yox, əşi, nəyinə lazımdır! Sənin üzün onsuz da uşaq dərisi kimidir.

Hər dəfə də Neyl qıpqırmızı qızarırdı.

- Mən həftədə bir dəfə üzümü təraş edirəm, - deyə o, bir dəfə qəti şəkildə cavab verdi.

Lakin onu adamlara bəyəndirən təkcə zahiri görünüşü deyildi. Onu müsahibinə sevdirən daha çox

üzləşdiyi vəziyyətə qarşı göstərdiyi çeviklik, səmimiyyət və ruh yüksəkliyi idi. Diqqət və əhəmiyyətlə

yanaşdığı hər şeyə və ortaya çıxan hər məsələyə dair mübahisə aparmaq meylinə baxmayaraq, onda

adama tamamilə qeyri-adi təsir bağışlayan qəribə bir sadəlik vardı. Kapitan, bax, bunu anlaya bilmirdi.

- Maraqlıdır, bəlkə o, heç vaxt qadınla olmadığına görə belədir – deyə o, öz-özünə deyirdi, -

qəribədir, fikirləşirsən ki, qızlar özləri ona heç macal verməzdilər. Özü də belə yaraşıqlı bir

oğlana.

“Sultan Əhməd” çayın döngəsinə yaxınlaşırdı, onu dolanıb keçdikdən sonra artıq Kualo Solor

görünəcəkdi. Ancaq işi ilə əlaqədar vacib məsələlər kapitanın bu düşüncələrinə son qoydu. O, aşağı -

maşın şöbəsinə xəng çaldı. Gəmi sürətini yarıya qədər azaltdı. Çayın sol sahilində ağ, təmiz və kiçik

şəhərcik olan Kualo Solor uzanırdı, sol tərəfində isə hərbi istehkam və Sultan sarayı var idi. Bir az

külək əsirdi və Sultanın bayrağı hündür bir ağacın başında əzəmətlə dalğalanırdı. Onlar çayın ortasında

lövbər saldılar. Həkim və bir polis məmuru hökumət barkasında 12 göyərtəyə yaxınlaşdılar. Onları ağ,

parusin şalvar geyinmiş ucaboy, arıq bir kişi müşayiət edirdi. Kapitan taxta körpünün başında duraraq

onlarla əl tutşdu. Sonra da sonuncu gələnə tərəf döndü.

- Görürsən də, sənin ümid yerin olan bu gənci sağ-salamat gətirdim.

11 Təxminən 188 sm; 1 fut = 30.48 sm

12 3, 4 və ya 5 dor ağacı olan gəmi

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!