02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

57

- Bu, mənim üçün sarsıdıcı bir zərbə olub, - Pereqrin sözünə davam etdi. – Lənət şeytana, hətta

on il bundan əvvəl də İv uşaq deyildi axı belə yelbeyinlik etsin. Bir Allah şahiddir ki, onda heç

baxılası bir şey də yoxdur. Bu, çox iyrənc bir işdir.

O, dərindən nəfəs aldı.

- Sən mənim yerimdə olsan nə edərdin

- Heç nə.

Corc Pereqrin oturduğu stulda özünü dikəltdi və Henriyə elə donuq və ciddi bir sifətlə baxdı ki,

belə davranışı ondan yalnız alayı yoxlayarkən gözləmək olardı.

- Mən belə şeylərə barmaqarası baxa bilmirəm. Məni gülüş hədəfinə çeviriblər. Bundan sonra

başımı dik tutub camaat arasına çıxa bilmərəm.

- Boş-boş danışma, - hüquqşünas kəskin cavab verdi, daha sonra xoş və mülayim bir şəkildə

sözünə davam etdi. – Qulaq as, dostum. Bu adam artıq o dünyadadır. Hadisə də çox-çox uzun

illər bundan əvvəl baş verib. Unut getsin. Camaata İvin kitabı haqda danış, dil boğaza qoyma,

onunla fəxr etdiyini söylə. Elə davran ki, sanki ona özün qədər inanırsan, sanki o, sənə heç bir

zaman vəfasızlıq etməyib. Vaxt elə sürətlə keçir, adamların da yaddaşı elə zəifdir ki, tezliklə

hamısı unudulacaq.

- Ancaq mən unutmayacağam!

- Siz hər ikiniz gənclik dövrünü adlamış adamlarsınız. İv sənin düşündüyündən də qat-qat artıq

şeylər edir və onsuz sən çox yalqız olarsan. Əgər unutmasan, heç də yaxşı olmaz. Bu inadkar

başına yeridə bilsən ki, İv səndən də bir az artıqdır, onda hər şey yaxşı olacaq.

- Lənət olsun! Sən elə danışırsan ki, elə bil mənəm günahkar!

- Xeyr, mən sənin günahkar olduğunu düşünmürəm, ancaq əminəm ki, İvin də bir günahı yoxdur.

Güman etmirəm ki, o, bu oğlana aşiq olmağı özü də istəyirdi. Ivin kitabında lap sondakı şeir

yadına düşürmü Şəxsən məndə bu şeir belə bir təəssürat oyatdı ki, oğlanın ölümü onu sarsıtsa

da, qadın qəribə bir sövq-təbiiliklə bunu yaxşı qarşılayır. Birlikdə olduqları bütün müddət

ərzində qadın onları bir-birinə bağlayan tellərin çox kövrək olduğunu və nə vaxtsa qırılacağını

bilirdi. Oğlan eşqinin ən qızğın çağında dünyasını dəyişir və məhəbbətin nadir hallarda

uzunömürlü olduğunu heç vaxt bilmir. O. Eşqin yalnız qaynar çağlarını dadmışdı, görmüşdü.

Özünün acı kədərində qadın bir şeydə təsəlli tapır ki, zavallı oğlan acı qəm-qüssənin nə

olduğunu bilmədi.

- Sənin bu dediklərin mənə o qədər də çatmır, dostum. Amma azdan-çoxdan nə demək istədiyini

başa düşürəm.

Corc Pereqrin ümidsizliklə masanın üstündəki mürəkkəb qabına baxdı. Donub qalmışdı.

Hüquqşünas maraq və şəfqət dolu nəzərləri ilə ona baxırdı.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!