02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

56

- Inkar etmirəm, aradabir mənim də macəralarım olub. Kişiyə bu lazımdır. Qadınlarda isə bu

məsələyə fərqli mövqedən yanaşmalıyıq.

- Bunu biz kişilər belə deyirik də, - azacıq gülümsəyərək Henri Bleyn dedi.

- Kim-kim, İvin yolunu azmağı mənim ömrümdə ağlıma gəlməzdi. Yəni demək istəyirəm ki, o,

olduqca ciddi, təmkinli bir qadındır. Bəs bu lənətə gəlmiş kitabı yazmağa onu nə vadar edib

- Ola bilsin ki, bu, çox acı bir sınaq olub və ona görə də çiynindən belə ağır bir yükü bu cür

atmaq ona bir rahatlıq gətirib.

- Yaxşı, qoy belə olsun. Ancaq əgər yazırdısa, lənət şeytana, niyə bunu şərti ad altında verməyib

- O, öz qızlıq soyadından istifadə edib də. Yəqin ki, bu, onun üçün kifayətdir. Əgər kitab bu

qədər marağa səbəb olmasaydı, şübhəsiz ki, bəs olardı.

Corc Pereqrin və hüquqşünas masa arxasında üzbəüz əyləşmişdilər. Corc qolunu masaya

dirsəkləmiş, əlini yanağına söykəyərək onun bu fikrinə qaşlarını düyünlədi.

- Bu gənc məşuqun necə bir adam olduğunu bilməmək məni yandırıb tökür. Hətta onun alicənab

biri olub-olmamağını söyləmək belə mümkün deyil. Yəni dediyim odur ki, o, ola bilsin ki, ya

kənd təsərrüfatı işçisi, ya da hansısa hüquqşünasın ofisində məmur imiş.

Henri Bleyn özünü gülümsəməkdən saxladı və dostuna cavab verərkən gözlərində mühriban və

səbirli bir ifadə vardı.

- İvi tanıdığım qədəriylə deyə bilərəm ki, o oğlan dəyərli birisi olub. Hər halda onun mənim

ofisimdə məmur olmadığından tam əminəm.

- Bu, mənə bir zərbə oldu, - deyə polkovnik ah çəkdi. – Mən də elə düşünürdüm ki, arvadım

məni sevir. Əgər o, mənə bu cür nifrət etməsəydi, belə bir kitab yazmazdı.

- Yox, yox, mən buna inanmıram. Onun nifrət etməyi bacardığını belə düşünmürəm.

- Hər halda onun məni sevdiyini demək istəmirsən ki

- Xeyr.

- Yaxşı, bəs onda onun mənə olan hisslərinə nə ad verək

Henri Bleyn özünün fırlanan stulunda irəli əyildi və düşüncəli tərzdə Corca baxdı.

- Laqeydlik - mən deyərdim.

Polkovnik diksindi və qızardı.

- Hər halda sən onun dərdindən ölmürsən, elə deyil

Corc Pereqrin birbaşa cavab vermədi.

- Uşaq sahibi ola bilməmək mənim üçün böyük bir zərbə olub, bununla belə heç vaxt arzularımı

gözümdə qoyduğunu ona hiss elətdirməmişəm. Həmişə ona münasibətdə mehriban olmuşam.

Müəyyən çərçivə daxilindəmbir ailə başçısı kimi öz borcumu yerinə yetirməyə çalışmışam.

Hüquqşünas dodaqlarını qıdıqlayan təbəssümü gizlətmək üçün iri əli ilə ağzını örtdü.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!