02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

55

- Cəsarət etmirəm, - Corc əzabverici sükutdan sonra dilləndi, p- Qorxuram, birdən o, hər şeyi

boynuna aldı!

Ortaya narahatedici bir sükut çökdü.

- Kim idi bu oğlan

Henri Bleyn düz dostunun gözünün içinə baxdı.

- Bilmirəm. Ancaq bilsəm də demərəm.

- Əclaf! Görmürsən ki, nə vəziyyətdəyəm Səncə onun-bunun gülüş hədəfinə çevrilmək xoşdur

Hüquqşünas bir siqaret yandırdı və bir neçə dəqiqə sükut içində dərindən qullablar vurdu.

- Heç bilmirəm ki, sənə necə kömək edə bilərəm, - nəhayət dilləndi.

- Mən bilən sənin xəfiyyə kimi işə götürdüyün adamlar var. Istəyirm bu adamları işə qoşasan və

hər şeyi aydınlaşdırasan.

- Əzizim, öz arvadını xəfiyyələrə güddürmək heç də yaxşı iş deyil. Həm də bu bir yana, fərz

edək ki, doğrudan da İvin məhəbbət macərası olub. Axı bu, çox uzun illər bundan əvvəl baş

verib. Ona görə də inanmıram ki, ortaya nə isə qənaətbəxş bir şey çıxarmaq mümkün olsun.

Görünür onlar bu əlaqələrini məharətlə ört-basdır edə biliblər.

- Cəhənnəmə ki! Sən xəfiyyələrini bu işə qoş. Mən həqiqəti bilmək istəyirəm.

- Yox, Corc, alınmayacaq. Əgər qəti qərarlaşdırmısansa, oda yaxşı olardı ki, bir başqasına

müraciət edəsən. Həm də bir mənə bax, de görüm, sənin əlində İvin xəyanəti barədə dəlil-sübut

oldu, nə edərdin On il bundan əvvəl etdiyi xəyanətə görə onu boşasan, lap axmaq vəziyyətinə

düşərsən.

- Hər nə olursa olsun, mən bu məsələni aydınlaşdırmalıyam.

- Bunu elə indi də edə bilərsən, amma çox yaxşı bilirsən ki, əgər belə etsən, arvadın səni tərk

edib gedəcək. Istəyirsən belə olsun

Corcun gözlərindən bədbəxtlik oxundu.

- Bilmirəm. Həmişə onun yaxşı həyat yoldaşı olduğunu düşünmüşəm. Evi gözəl idarə edir. Heç

vaxt xidmətçi problemimiz olmayıb. Bağ-bağçada möcüzə yaradıb, kən dadamları ilə gözəl

münasibətlər qura bilir. Amma cəhənnəm olsun bunlar, mən öz nüfuzumu fikirləşirəm. Mənə

həyasızcasına xəyanət etmiş olduğunu bilə-bilə necə onunla eyni dam altında yaşamağa davam

edə bilərəm

- Sən özün ona həmişə sədaqətli olmusan

- Az-çox, özün bilirsən. Hər halda biz təxminən 20 ildir ki, evlənmişik və İv yataqda heç vaxt

arzuolunan qadın olmayıb.

Hüquqşünas yavaşca qaşlarını qaldırdı, ancaq Corc o qədər fikirli idi ki, bunun fərqinə vara

bilmədi.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!