02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

54

Açıq mavi gözlərində bir rahatlıq vardı. Bu səmimi görünüşdə xətadan, günahdan əsər-əlamət yox

idi. Hər zamankı kimi aradabir ortalığa bir söz atırdı.

- Londonda keçirdiyimiz o iki dəhşətli gündən sonra təzədən bir də kəndə qayıtmaq necə də

xoşdur! Sənin bu gün nə işin var

Ağlasığan şey deyildi.

Üç gün sonra Corc Pereqrin öz vəkilini görməyə getdi. Henri Bleyn həm də onun köhnə

dostlarından biri idi. Pereqrinlərin evindən bir azca aralıda yaşayırdı və onlar uzun illər birlikdə ova

çıxmışdılar. Həftənin iki günü bu adam sadə, əsl kənd həyatı yaşayır, qalan beş günü isə Şeffilddə

məşğul bir hüquqşünas olurdu. O, ucaboylu, şən əhval-ruhiyyəli və mehriban gülüşlü bir adam idi, elə

təsəvvür oyadırdı ki, sanki daha çox idmançı və “yaxşı bir oğlan” imici yaratmaq istəyirdi. Tək-tük

hallarda hüquqşünas kimi görünmək istərdi. Lakin bununla belə uzaqgörən və müdrikdi.

- Hə, Corc, de görək gün haradan çıxıb ki, sən buralara gəlmisən – deyə polkovnik onun ofisinə

daxil olan kimi Henri Bleyn sevinclə qışqırdı. – Londonda yaxşımı vaxt keçirdin Gələn həftə

bir-iki günlüyə mən də arvadımı aparacağam. Iv necədir

- Elə İvə görə sənin yanına gəlmişəm, - Pereqrin ona şübhə dolu nəzərlərlə baxaraq dilləndi. –

Onun kitabını oxumusan

Rahatlığını əlindən almış son günlərin düşüncələri polkovnikin həssaslığını daha da artırmışdı və

ona görə də hüquqşünasın çöhrəsindəki zəif dəyişkənliyi o dıqiqə hiss etdi. Sanki dərhal ehtiyat tədbiri

aldı.

- Hə, əlbəttə oxumuşam. Böyük müvəffəqiyyətdir, elə deyilmi Təsəvvür elə, İv poeziyaya

girişib. Həyat möcüzələrlə doludur.

Corc Pereqrinin artıq səbr kasası dolmaq üzrə idi.

- Bu,məni camaatın yanında lap axmaq vəziyyətində qoyub.

- Vay-vay, Corc, bu nə cəfəngiyyatdır danışırsan Ivin kitab yazmağında heç bir qəbahət yoxdur.

Sən gərək onunla fəxr edəsən.

- Boş-boş danışma. Bu ki, onun öz şəxsi hekayətidir. Bunu sən də, başqaları da çox yaxşı bilir.

Deyəsən onun məşuqunun kim olduğunu bilməyən elə birc mənəm.

- Bu, ancaq sənin fantaziyan ola bilər, dost! Belə şeyləri ağlına gətirmək üçün heç bir səbəb

yoxdur.

- Qulaq as, Henri. Bizim, demək olar ki, bütün həyatımız bir yerdə keçib. Səninlə hər cür şəraitdə

yaxşı vaxtlarımız olub. Mənimlə səmimi ol. Bütün bu hekayətin uydurma olduğuna inandığını

gözümün içinə baxıb deyə bilərsənmi

Henri Bleyn yerində qurcalandı. Qoca Corcun səsindəki kədər onu təşvişə saldı.

- Mənə belə sual verməyə sənin haqqın yoxdur. Ivdən soruş.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!