02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

53

hissinin üç il sərasər davam etdiyinə həsr olunmuşdu. Belə görünür ki, gənc sebgili qadını onunla

çox uzaqlara – İtaliyada təpəlikdə yerləşən bir qəsəbəyə və ya yunan adasına, yaxud da Tunisdə

kiçik hasarlı bir şəhərə çıxıb getməyə məcbur etməkdən əl çəkmir ki, həmişə bir yerdə olsunlar.

Qadın isə başqa bir şeirində ona yalvarır ki, qoy hər şey olduğu kimi qalsın. Ancaq onların

xoşbəxtliyinin sonu yoxdur. Ola bilsin ki, bu, onların rastlaşdıqları çətinliklər üzündən və tez-tez

görüşə bilmədiklərindən irəli gəlir. Sonra birdən-birə gənc oğlan vəfat edir. Necə, nə vaxt, harada –

bax bunu Corc heç başa düşə bilmədi. Ardınca uzun-uzadı, acı kədərdən doğan ürəkdağlayan

hayqırtı gəlir; bu, elə bir qəmdir ki, zavallı qadın bunu hətta aşkar surətdə göstərə bilməz. Bu, elə

bir hüzündür ki, onu yalnız gizlətmək lazımdır. Həyatına nur saçan mayakı onu tərk etmiş olsa və

iztirab onun belini büksə belə, o, özünü şən göstərməli, qonaqlıqlar təşkil etməli, yığıncaqlara

getməli və hər zaman olduğu kimi davranmalıdır.

Kitabdakı sonuncu şeir dörd qısa bənddən ibarət idi və burada kədərlə öz itkisinə artıq boyun

əymiş müəllif sevgilisini əlindən almış ilahi qüvvələrə təşəkkür edir ki, biz insanların nə vaxtsa

ağlımızdan keçirdiyimiz, yaşamaq istədiyimiz böyük xoşbəxtliyi az müddətəolsa da ona

daddırıblar.

Corc Pereqrin bu kitabı oxuyub bitirəndə artıq gecə saat üç idi. Hər sətri oxuduqca ona elə

gəlirdi ki, İvin səsini eşidir, dəfələrlə onun istifadə etdiyi cümlələrə rast gəlirdi. Bu kitabda elə

tanış məqamlar var idi ki, heç şübhəsiz bu, onun öz həyat hekayəti idi. Kor-kor, gör-gör, bu

qadının gizli sevgilisi var imiş və o sevgili artıq vəfat edib. Polkovnik qətiyyən qəzəblənmədi, elə

bir qorxu hissi də keçirmədi, hərçənd dəhşətə gəlmişdi. Onun hiss etdiyi heyrətən başqa bir şey

deyildi. Ivin belə ehtiraslı anlarla zəngin məhəbbət macərası yaşaması faktı ölü balığın quyruğunu

tərpətməsi qədər ağlasığmaz idi. Polkovnik klubdakı o kişinin bu kitab haqqında danışarkən

gözlərində dolaşan məzəli təbəssümü, Deyfnin şeytanlıqla atmaca atmağını, kokteyl yığıncağında

yanlarından keçərkən iki qadının niyə xısınlaşdığını yalnız indi anlamağa başlamışdı.

Polkovniki tər basdı. Və qəfildən qəzəb hissi onu boğdu, ayağa sıçrayaraq gedib İvdən hesabat

soruşmaq istədi. Amma qapıya çatanda ayaq saxladı. Axı hər şey bir yana, əlində ki, bir sübut yox

idi. Hansı dəlillərlə Aha, kitab! Yadına düşdü ki, İvə bu kitabı tərifləmişdi. Doğrudur, o zaman

kitabı oxumamışdı, özünü elə göstərmişdi ki, guya oxuyub. Və əgər bunu boynuna alsa axmaq

vəziyyətinə düşəcəkdi. “Ehtiyatlı addım atmalıyam” deyə burnunun altında mızıldadı.

Corc Pereqrin düşündü ki, iki-üç gün gözləyib hər şeyi yenidən götür-qoy etsin. Sonra nə

edəcəyinə doğru qərar verər. Çarpayısına uzansa da bir xeyli gözünə yuxu getmədi. “İv, İv” deyə

dodaqaltı deyinməkdə davam etdi.

Ertəsi gün yenə adətləri üzrə səhər süfrəsi arxasında əyləşmişdilər. İv həmişəki kimi sakit, ciddi

və təmkinli idi. Orta yaşlı bu qadın heç vaxt olduğundan gənc görünməyə səy göstərməmişdi. Kişi

ona sanki uzun illər görməmiş kimi nəzər saldı. Qadının simasında həmişəki sakitlik oxunurdu.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!