02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

52

getdi. Adəti üzrə, əvvəlcə ərini alnından öpdü. Bundan sonra polkovnik plaşının cibindən İvin

kitabını çıxararaq zala keçdi və oxumağa başladı. Şeir oxumaq onun üçün çətin idi və hərçənd hər

bir sözə böyük diqqətlə yanaşırdı, yenə də qarmaqarışıqlıq içində idi. Sonra bir sə başdan başladı

və ikinci dəfə axıra qədər oxudu. Get-gedə lap həvəsi sönürdü, amma o, səfeh deyildi və ikinci

dəfə artıq kitabı oxuyub bitirəndə artıq nəyin nə olduğu barədə tam aydın fikrə gəldi. Kitabın bir

hissəsi sərbəst şeirlərdən ibarət idi, bir hissəsi də adi şeir ölçülərindən kənara çıxmırdı, ancaq belə

şeirlərdə ifadə olunmuş məna yalnız dayaz zəka sahiblərinə xoş gələ bilərdi. Bu, olan yaşlı bir

qadınla gənc oğlan arasındakı ehtiraslı məhəbbət hekayəti idi.

Birinci şəxsin dilindən yazılmış bu məhəbbət əhvalatı artıq gəncliyini çoxdan ötürmüş və cavan

bir oğlanın ona dəlicəsinə vurulduğunu duyan qadının heyrəti ilə başlayır. O, bu sevgiyə

inanmaqda tərəddüd edir. Düşünür ki, özü-özünü aldadır. Və birdən dəhşət içərisində ayılıb görür

ki, ey dadi-bidad, özü də o oğlana dəlicəsinə aşiq olub. Özünü inandırmağa çalışır ki, bu,

cəfəngiyyatdan başqa bir şey deyil. Düşünür ki, əgər hisslərini cilovlaya bilməsə, ehtirasına tabe

olsa aralarındakı bu yaş fərqi onlara bədbəxtlikdən başqa bir şey gətirməyəcək. Hər bəchlə oğlanı

ürəyini açmaqdan çəkindirir. Lakin gün gəlir ki, aşiq öz eşqini izhar edir və qadını da ürəyindəki

gizli sevgini bəyan etməyə məcbur edir. Oğlan birlikdə qaçmaq üçün ona yalvarır. Qadınsa ərini,

evini tərk edə bilmir. Yaşa dolan bir qadın, təravətli bir gənc – axı qarşıda onları hansı həyat

gözləyir Ümid etmək olarmı ki, bu məhəbbətin sonu olmayacaq Qadın ona rəhm etməsi üçün

oğlana yalvarır. Ancaq onun məhəbbəti çox coşğundur, fırtınalı dəniz kimidir. O, bu qadını istəyir,

bütün varlığı, bütün ruhu, bütün vücudu ilə istəyir və nəhayət, qorxu içində, titrəyərək, lakin arzu

dolu qadın ona təslim olur. Daha sonra xoşbəxtlik dövrü gəlir. Dünya – cansıxıcı, ağ-qara dünya

parlaq rənglərlə əlvanlaşır. Qadının qələmindən kağız üzərinə sevgi nəğmələri tökülür. O, öz gənc

sevgilisinə, onun ağlı başdan çıxaran vücuduna pərəstiş edir, onun enli sinəsini, qədd-qamətli

belini, ayaqlarının gözəlliyini, qarnının hamarlılığını ağızdolusu tərif edir. Corc bunları oxuduqca

qəzəbdən rəngi qaralırdı; bıçaq vursan qanı çıxmazdı.

“Müsibət şeydir”. Deyfnin dostu belə demişdi. Elə düz də deyib. Quşu lap gözündən vurub.

Çox ürəkbulandırandır.

Kitabda kədər dolu kiçik şeir parçaları da vardı ki, burada qadın aşiqi tərəfindən tərk edildikdən

sonra həyatının boşluğundan şikayətlənib sızlayır, lakin onlar xoşbəxt yaşadığı anlar üçün iztirab

çəkməyə dəyər deyən qadının göz yaşları ilə bitir. O, birlikdə keçirdikləri uzun, həyəcanlı

gecələrdən söz açır, bir-birinin ağuşunda uyuyaraq sakitləşdiklərindən danışır. Bütün təhlükələrə

sinə gərərək birlikdə olduqları gözəl anların ləzzətindən, vücudlarını saran ehtirasın və bu güclü

istək qarşısında duruş gətirə bilmədiklərindən yazır.

Qadın bu könül əyləncələrinin bir neçə həftədən artıq davam etməyəcəyini düşünürdü, ancaq

təəccüblü də olsa, bu, davam edir. Şeirlərdən biri iki sevgilinin ürəklərini qızdıran məhəbbət

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!