02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

51

Gərək özünə bir nüsxə alsın. Mağazaya daxil olmamışdan əvvəl o, pəncərədən içəri baxdı və

gözünə dəyən ilk şey iri hərflərlə reklam məqsədilə yazılmış “Piramidalar dağılanda” oldu. Necə

də səfehcəsinə düşünülmüş bir başlıqdır. Içəri ayaq basdı. Gənc bir adam irəli gəldi və nəzakətlə öz

köməyini təklif etdi.

- Yox, yox, elə-belə baxıram, - polkovnik dedi.

Polkovnik İvin kitabını soruşmağa utandı, düşündü ki, axtarıb özü tapsın, sonra da satıcının yanına

gedib pulunu ödəsin. Ancaq nə qədər baxdısa heç yerdə tapa bilmədi və nəhayət, bayaqkı gənc

adama yaxınlaşaraq tamamilə laqeyd bir halda soruşdu.

- Yeri gəlmişkən, “Piramidalar dağılanda” kitabı sizdə varmı

- Yeni nəşr bu səhər gəlib. Indi birini gətirərəm.

Bir dəqiqə sonra əlində bir kitab geri qayıtdı. O, alçaq boylu, dolu bir adam idi, pırtlaşıq, gur,

sarı saçları vardı. Eynək taxmışdı. Corc Pereqrin ucaboy, hərbçilərə məxsus qədd-qamətli bir adam

idi. O, gənc satıcıya tərəf əyilərək soruşdu:

- Onda belə çıxır ki, bu, yeni nəşrdir

- Bəli, cənab. Beşinci. Yalnız roman belə uğurla satıla bilərdi.

Corc Pereqrin bir anlığa tərəddüd etdi.

- Sizcə nəyə görə bu kitab oxucular arasında belə yayılıb Mən həmişə eşitmişəm ki, poeziyanı

heç kim oxumur.

- Necə deyim, bilirsiniz, bu, çox yaxşı kitabdır. Mən özüm də onu oxumuşam.

Bu gənc oğlanda oxumuş olsa da, yüngülcə Kokni ləhcəsi hiss olunurdu və Corc qeyri-iradi

olaraq himayəedici bir mövqe tutdu.

- Bu, çoxunun bəyəndiyi bir şeydir. Ehtiraslı hisslərlə zəngin, lakin faciəvi.

Corcun qaşları çatıldı. Yavaş-yavaş belə nəticəyə gəlirdi ki, bu oğlan yamanca sırtıqdır. Hələ

heç kəs ona kitabda belə bir şey olduğunu deməmişdi və oxuduğu şərhlərdə də bu barədə hansısa

bir qeydə rast gəlməmişdi. Gənc oğlan isə sözünə davam etdi.

- Əlbəttə, bu, sadəcə olaraq bir uğursuzluqdur. Yəqin bilirsiniz də mən nəyi nəzərdə tuturam.

Mən gördüyüm, duyduğum qədəriylə müəllif öz şəxsi təcrübəsindən bəhrələnib. Elə Hausman

da özünün “Şropşirdən olan gənc oğlan” əsərini bu cür qələmə alıb.

- Qiyməti neçədir, - deyə Corc bu çərənçini susdurmaq üçün soyuqqanlılıqla soruşdu. –

Bükməyə ehtiyac yoxdur, cibimə qoyaram.

Noyabr səhəri yamanca rütubətli və yağmurlu idi, ona görə də Corc plaşını geyinmişdi.

Vağzalda polkovnik axşam qəzet və jurnallarını aldı. Iv ilə birinci dərəcəli vaqonda üzbəüz

oturaraq yerlərini rahatladılar və oxudular. Saat 5-də vaqon-restorana gedərək çay içdilər və bir az

söhbətləşdilər. Nəhayət gəlib evə çatdılar. Vağzaldan evə maşınla gəldilər. Vanna qəbul etdilər,

geyimlərini dəyişdilər. Şam yeməyindən sonra İv yamanca yorğun olduğunu deyərək yatmağa

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!