02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

50

kor, gör-gör ki, onlar İvə təriflər yağdırırdılar. Həyəcandan onun yanaqları bir az allanmışdı, ancaq

kifayət qədər sakit görünürdü. Bütün bu əhvalatı lazımsız bir şey və cəfəngiyyat hesab etməyinə

rəğmən Corc rəğbət hissi ilə qəbul edirdi ki, arvadı belə vəziyyətlərdə hər şeyi yerli-yatağında

bacarır.

- Hə, bir şeyi unutmaq olmaz, - o, öz-özünə dedi, - O, əsl xanımdır və burada ona tay tutulası elə

bir kimsə yoxdur.

Polkovnik xeyli kokteyl içdi. Onu narahat edən bircə şey vardı. Hiss edirdi ki, bayaq tanış

edildiyi adamlardan bəziləri ona nə isə məzəli şəkildə baxırdılar, bunun nə demək olduğunu heç

cür kəsdirə bilmirdi. Divanda yanaşı əyləşmiş iki qadının yanından keçəndə ona elə gəldi ki, bu

qadınlar onun barəsində pışıldaşırlar və onların xısın-xısın güldükləri gözündən qaçmadı. Nəhayət

ki, banket sona çatanda polkovnik rahat nəfəs aldı.

Taksi ilə otelə qayıdanda İv dedi:

- Sənə heç bir söz ola bilməzdi, əzizim. Ürəklərə od vurdun. Qızlar sənin haqda danışmaqdan

yorulmurdular. Sənə yamanca vurulmuşdular.

- Qızlar! – o, acı-acı dilləndi, - qoca kaftarlar.

- Yəni belə bezdin

- Xirtdəyə qədər.

İv rəğbətlə yavaşca ərinin əlini sıxdı.

- Ümid edirəm ki, bir az gözləməyimizə və axşamüstü qatarı ilə getməyimizə etiraz etməzsən.

Səhər görüləsi bəzi işlərim var.

- Yox, yox, hər şey qaydasındadır, niyə etiraz edim ki! Bazarlıq edəcəksən

- Hə, bir-iki şey almaq istəyirəm, ancaq gərək gedib şəkil çəkdirim. Zəhləm gedən işdir, amma

deyirlər ki, lazımdır. Amerika üçün, bilirsən də.

Polkovnik dillənmədi. Sadəcə düşüncəyə daldı. Fikirləşdi ki, onun arvadı olan, üstəlik də

gözəgəlimli olmayan, bir dəri, bir sümük çəlimsiz qadının portretini görmək Amerikalı oxucular

üçün böyük bir şok olacaq.

Bu düşüncələr onu sakit buraxmadı və səhərisi gün İv evdən çıxandan sonra kluba, oradan da

kitabxanaya getdi. Orada “Times”, “Literary Supplement”, “Spectator” qəzetlərinin son saylarını

axtardı. Bir qədər əlləşdikdən sonra nəhayət, İvin kitabı haqda çap olunmuş yazıları tapdı.

Polkovnik onları elə də diqqətlə oxumadı, ancaq oxuduqlarından anladı ki, bu məqalələrdə

həddindən artıq xoş sözlər söylənilibdir. Daha sonra hərdənbir müştərisi olduğu Pikkadilidəki kitab

satıcısının yanına getdi. O, belə qərara gəlmişdi ki, İvin bu aləmi bir-birinə qatmış kitabını necə

lazımdır diqqətlə oxumalıdır, ancaq arvadının ona verdiyi nüsxənin haraya yox olmasını soruşmağa

dili gəlmirdi.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!