02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

5

- Səni buraya gətirdim, düşündüm ki, bu yeri görməlisən, - kapitan Bredon vəzifə borcunu yerinə

yetirən adam ədası ilə dedi, - elə bircə nəzər salmaq özü hər şeydir. Nə səbəbə bilmirəm, onlar

bizi bəyənmirlər. Hətta bəzi bu cür çin evlərində ağ dərili kişiyə içəri girməyə də icazə

vermirlər. Dedikləri də budur ki, guya bizdən xoşagəlməz qoxu gəlir. Gülməlidir, elə deyil

Deyirlər ki, guya bizdən meyit iyi gəlir.

- Bizdən

- Bizə yapon qızları verin, - kapitan dedi. - Onlar yaxşıdırlar. Bilirsən də, mənim arvadım da

yapondur. Gəl gedək, səni yapon qızları olan bir yerə aparacağam. Əgər ora xoşuna gəlməsə,

onda mən adımı dəyişərəm!

Onlar rikşalara əyləşdilər. Məkana çatanda düşüb qapını döydülər. Dolğun, orta yaşlı bir yapon

qadını onları içəri – evə dəvət etdi. Yalnız xalçalarla döşənmiş qəşəng, təmiz bir otağa gətirdi.

Kapitan və Neyl yerdə əyləşdilər. Bir az keçmiş balaca bir qız üzərində solğun rəngdə iki piyalə

çay olan məcməyi ilə içəri girdi. Qız utancaq bir təzimlə piyalələri onlara təqdim etdi. Kapitan isə

orta yaşlı qadınla danışırdı. Birdən o, Neylə baxaraq qaqqıltı ilə güldü, qadın bayıra çıxan uşağa nə

isə dedi və ir qədər keçmiş otağa dörd qız daxil oldu. Çox qəşəng daranıb yığılmış qara, parıltılı

saçları olan bu qızlar kimanoda elə gözəl görünürdülər ki; xırda, dolğun, yumru sifətli bu qızların

gülümsəyən gözləri vardı. Onlar təzim etdilər və ədəb-ərkanla qonaqları salamladılar. Danışıqları

lap quşların cəh-cəhini xatırladırdı. Sonra onlar hərəsi bir tərəfdə kapitanla Neylin dizi üstündə

oturaraq onları əyləndirməyə başladılar. Bir az keçmiş kapitan artıq qolları ilə iki incə beldən

tutmuşdu. Onlar da ki, heç dil boğaza qoymurdular. Çox şən idilər. Neylə elə gəldi ki, kapitanla

əylənən qızlar onu lağa qoyurlar, çünki onların parıldayan gözləri çıltaq bir şəkildə Neylə tərəf

döndü və bunu görcək oğlan qıpqırmızı oldu. Digər iki qız isə gülümsəyərək Neylə qısılmışdılar və

yaponca elə danışırdılar ki, sanki oğlan onların dediyi hər sözü aydınca başa düşürdü. Elə xoşbəxt

və səmimi görünürdülər ki, oğlan gülməyə məcbur oldu. Qızlar çox diqqətcil idilər. Piyaləni özləri

elə uzatdılar ki, oğlan rahatca içə bilsin. Qızlar onun üçün siqaret yandırdılar və külü oğlanın

üstünə düşmısin deyə onlardan biri balaca, incə əlini irəli uzatdı. Onlar Neyli hamar üzünü

tumarlayır və maraqla iri, gənc əllərinə baxırdılar. Zalım qızları pişik balası kimi oynağan idilər.

- Yaxşı, hansını istəyirsən, de görək, - bir qədər sonra kapitan dilləndi, - Seçdin birini

- Sizi başa düşmürəm!

- Gözləyirəm ki, sən bir qərara gələsən. Mən də öz işimi bilim.

- Ah, siz nə danışırsınız! Heç birini istəmirəm. Mən evə yatmağa gedirəm.

- Niyə, nə olub axı Hər halda qorxmursan, hə

- Yox, sadəcə olaraq belə şeyləri xoşlamıram. Ancaq sizin yolunuzun üstündə də durmayacağam.

Özüm mehmanxanaya qayıdaram.

- Əgər elə bir fikrin yoxdursa, onda bu, başqa məsələ. Mən sadəcə səni tək buraxmaq istəmirdim.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!