02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

41

Düşərgəni yeni tapdığı yerə köçürmək barədə çoxlu planları vardı. Hər tərəfdə heyvanların həyatına

dair bir çox nişanələrə rast gəlmişdi.

Bir az keçmiş Manro ağır, uzunboğaz çəkmələrini çıxarmaq üçün evə girdi. Elə o dəqiqə də bayıra

çıxdı.

- Darya haradadır

Neyl hərəkətlərinin təbii alınması üçün özünü bərk tutdu.

- Məgər öz otağında deyil

- Yox. Yəqin bir şey üçün xidmətçilərin komasına gedib.

Anqas pillələri endi və bir neçə yard irəli getdi.

- Darya! – o çağırdı. – Darya!

Heç bir cavab gəlmədi. O, xidmətçini səslədi.

Çinli xidmətçi qaçaraq gəldi və Anqas ondan Daryanın harada olduğunu soruşdu. Xidmətçinin

xəbəri yox idi. Dedi ki, qəlyanaltıdan bəri onu görməyib.

- Harada ola bilər axı bu – Manro çaşqın halda geri qayıtdı.

Evin arxa hissəsinə keçib çağırmağa başladı. Bir nəticə hasil olmadı.

- Ola bilməz ki, Darya bayıra çıxsın. Getməli bir yeri yoxdur. Neyl, sən onu axırıncı dəfə nə vaxt

görmüsən

- Yeməkdən sonra mən nümunə toplamaq üçün bayıra çıxmışdım. Səhər heç bir şey tapmadım,

ona görə də fikirləşdim ki, bəxtimi bir də sınayım, bəlkə bir şey alındı.

- Qəribədir!

Düşərgənin ətrafında baxmadıqları yer qalmadı. Manro düşündü ki, ola bilsin Darya haradasa bu

yaxınlarda yerini rahatlayıb oturub və elə orada da yuxuya gedib.

- Bizi bu sayaq qorxutmaqla heç də yaxşı iş görmür.

Hamı axtarış üçün toplaşdı. Manro artıq həyəcanlanmağa başlamışdı.

- Ola bilməz ki, cəngəlliyə gəzintiyə çıxsın və azsın. Yanılmıramsa, biz buraya gələndən bəri

Darya evdən 100 yard məsafədən artıq uzaqlaşmayıb.

Neyl Manronun gözlərindəki qorxunu sezdi və baxışlarını yerə dikdi.

- Yaxşı olardı ki, hər yerə adam salaq və axtarışa başlayaq. Bir şey var ki, Darya çox da uzaqda

ola bilməz. Özü yaxşı bilir ki, azanda ən ağıllı iş olduğun yerdə qalaraq adamların gəlib səni

tapmasını gözləməkdir. Yazıq! Indi az qala ağlını itirəcək.

Onda Manro ovçuları səslədi və çinli xidmətçilərə də fənərləri gətirməyi tapşırdı. Işarə olaraq

tüfəngdən bir atəş açdı. Biri Manronun, digəri isə Neylin rəhbərliyi altında iki hissəyə bölündülər və

orada olduqları bir ay ərzində gediş-gəliş saldıqları iki əyri-üyrü cığırla getməyə başladılar. Belə qərara

alındı ki, kim Daryanı birinci tapsa havaya dalbadal üç atəş açsın. Neyl üzündə ciddi və qərarlı bir

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!