02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

40

baxmadan, nəfəsi kəsilənə qədər qaçdı. Nəhayət tövşüyərək dayandı. Əl yaylığını çıxararaq alnından

axıb gözlərinə tökülən tər damlalarını sildi. Əldən düşmüşdü. Bir az dincəlmək üçün yerə oturdu.

- Gərək elə edim ki, özüm buralarda azıb qalmayım, - öz-özünə dedi.

Bu, elə də böyük problem deyildi. Yaxşı idi ki, cib kompası vardı və hansı istiqamətə gedəcəyini

bilirdi. Ufuldayaraq yorğun halda ayağa qalxdı. Yeriməyə başladı. Yola baxaraq miskin bir halda

özündən nə edəcəyini soruşdu. Başa düşürdü ki, Darya dediyini edəcək. Hələ üç həftə də bu lənətə

gəlmiş yerdə qalmalı olacaqdılar. Neyl dönməyə cəsarət eləmirdi. Buralarda qalmağa da cürəti

çatmırdı. Beyni tamam qarmaqarışıq fikirlərlə dolu idi. Ancaq yenə də yeganə görə biləcəyi iş

düşərgəyə qayıtmaq və bütün bu olanlar haqqında əməlli-başlı düşünmək idi. Təxminən 15 dəqiqə

getdikdən sonra o, tanıdığı yerə gəlib çatdı. Bir saatdan sonra artıq evdə idi. Yorğun, bayqın halda

özünü kətilin üstünə atdı. Onu düşündürən yalnız Anqas idi. Ürəyindən qara qanlar axırdı. Indi ona

əvvəllər qaranlıq qalan bir çox şeylər aydınlaşmışdı. Bütün bunlar ona olanları anlaması sayəsində

açıldı. Indi o, Kualo Solordakı qadınların Daryaya düşməncəsinə münasibətlərini və Anqasa qeyri-adi

baxmalarının səbəbini anlayırdı. Bu adamlar Anqasla fərqli davranırdılar, nə isə qəribə bir

yüngüllüklə. Neyl bunu Anqasın elm adamı olması ilı izah edirdi və düşünürdü ki, buradakı yerli əhali

üçün bütün bunlar mənasız şeylərdir. Lakin indi bilirdi ki, onlar Anqasın halına acıyır, eyni zamanda

da ona gülürdülər. Darya onu camaatın içində gülüş hədəfinə çevirərək rüsvay etmişdi. Əgər qadın

ucbatından bu cür rəftara layiq olmayan bir adam vardısa, o da Anqas idi. Qəflətən Neylin nəfəsi

təngidi və bütün vücudu əsdi. Birdən ağlına gəldi ki, Darya bu cəngəlliyi heç tanımır. Çəkdiyi ağrıacılar

içində Neyl çətin ki, haralara getdiklərinin fərqinə varmışdı. Birdən Darya evə gələn yolu tapa

bilmədi O, bundan dəhşətə gələrdi. Neylin yadına Anqasın bu meşədə azmağı barədə danışdığı o

tükürpədici əhvalat düşdü. Ağlına gələn ilk fikir geri qayıdıb Daryanı tapmaq oldu və ayağa qalxdı.

Sonra acı bir qəzəb onu bürüdü. Yox, qoy özü öz başının çarəsini qılsın. Heç kəs onu oraya getməyə

məcbur etməmişdi ki. Özü könüllü getmişdi. O, mənfur qadın idi, qadınlıq adına ləkə idi və başına

gələn hər bəlaya da layiqdir. Neyl qəzəbdən qaşları düyünlənmiş halda meydan oxurcasına başını dala

atdı və əllərini sıxdı. Cəsarətləndi. Qərarını verdi. Anqas üçün daha yaxşı olardı ki, Darya bir də heç

vaxt geri qayıtmasın. Əlləri əsirdi. Diqqətini gördüyü işə yönəltməyə cəhd göstərdi, ancaq tələyə

düşmüş kəpənək kimi fikri başqa yerə uçub gedir, özünə nəzarət edə bilmirdi. Görəsən orada –

cəngəllikdə nələr oldu Neyl birdən yerindən götürülüb qaçanda Darya neylədi Arabir özündən asılı

olmayaraq Neyl başını qaldırıb yuxarı baxırdı. Darya hər an gəlib çıxa bilərdi. Bu, Allahın işi idi. O

titrədi. Qara buludlar səmanı tutmuş, gecə düşürdü.

Hava təzəcə qaralmışdı ki, Manro gəlib çıxdı.

- Lap elə vaxtında gəlmişəm, - o dedi, - deyəsən yaman tufan olacaq.

Onun kefi kök idi. O, bu gün su ilə təchiz olunmuş bir yaylaya rast gəlmişdi. Oradan dənizə də

gözəl bir mənzərə açılırdı. Üstəlik 2-3 nadir rast gəlinən kəpənək və bir dənə də uçan dələ tapmışdı.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!