02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

4

işinə birbaşa aidiyyatı olduğundan Neyl onları diqqətlə tədqiq edirdi. Lakin ən həyəcanlandırıcı şey

bayırda – yəni küçələrdə idi və əgər ciddi, ayıqbaşlı bir gənc olmasaydı sevinclə ucadan qəhqəhə çəkib

gülərdi. Burada hər şey onun üçün yeni idi. Ayaqları sıyrılana kimi gəzirdi. Qələbəlik bir küçənin bir

küncündə dayanır, rikşaların 2 saldığı uzun cığıra və indakar addımlarla dirəklərin arası ilə qaçan

adamlara maraqla baxırdı. Kanalın üzərindəki körpünün üstündə durur və konserv qutusundakı siyənək

balıqları kimi bir-birinin yanında pazla bərkidilmiş sampanlara 3 tamaşa edirdi. Viktoriya küçəsindəki

çoxlu qəribə şeylərin satıldığı çin mağazalarına diqqətlə nəzər yetirirdi. Kök, yekəpər Bombey tacirləri

mağazalarının qapısı ağzında dayanır, ipək saplar və müxtəlif zinət əşyalarını alması üçün elə hey bir

ucdan səslənirdilər. O, həvəssiz-həvəssiz yol gedən Tamillərə 4 , başlarında ağ araqçın olan və özlərini

çəkən saqqallı ərəblərə baxırdı. Bu cür mənzərənin üzərindən günəş güclü parıltı ilə bərq vururdu.

Neyl karıxıb qalmışdı. Düşündü ki, bu rəngarəng və həddindən artıq böyük dünyada öz yerini tapmaq

üçün ona illər lazım olacaq.

Həmin gecə şam yeməindən sonra kapitan Bredon ondan şəhəri dolaşmaq istəyib-istəmədiyini

soruşdu.

- Nə qədər ki, buradasan, gərək bir az gözünü açıb həyata baxasan, - o dedi.

Onlar rikşaya oturdular və şəhərin çinlilər olna məhəlləsinə sürdülər. Dənizdə olduğu zaman heç

vaxt içki içməyən kapitan bu dəfə də öz adətinə xilaf çıxmadı. O, özünü yaxşı hiss edirdi. Rikşalar

küçənin bir tərəfində olan evin yanında dayandılar. Onlar irəli keçib qapını döydülər. Qapı açıldı, dar

bir keçidlə hər tərəfi qırmızı plyuşla döşənmiş skamyaları olan böyük bir otağa girdilər. Orada

milliyətcə fransız, italyan və amerikan olan bir neçə qadın oturmuşdu. Pianodan sanki güc-bəla ilə

xoşagəlməz səs çıxır, bir neçə nəfər də ortada rəqs edirdi. Kapitan Bredon içki sifariş etdi. Dəvət

gözləyən iki-üçü qadın onlara çağırıcı nəzərlərlə baxdılar.

- Hə, cavan oğlan, bəyəndiyin biri varmı, - deyə kapitan zarafatla soruşdu.

- Yatmaq mənasında Yox!

- Getdiyin yerdə bilirsən ki, ağ dərili qızlar olmur.

- Yaxşı, bildim.

- Istəyirsən gedək yerli qadınlara baxaq

- Etirazım yoxdur.

Kapitan içkinin pulunu ödədi və onlar bir az gəzişdilər. Sonra başqa bir evə getdilər. Buradakılar

balaca, zərif, çiçək kimi xırda əl və ayaqları olan, güllü ipəkdən kostyum geyinmiş çinli qızlar idilər.

Lakin rənglənmiş üzləri sanki maskanı xatırladırdı. Gələnlərə istehzalı nəzərlərlə baxdılar. Bu qızlar

qətiyyən insana bənzəmirdilər.

2 Minik növü

3 Qayıq növü

4 Hindistan və Şri-Lankanın şimal-şərqində yaşayan və kökü eramızdan əvvələ gedib çıxan qədim xalq

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!