02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

39

- Təsəvvür edirsənmi, necə də maraqlı alınar əgər mən ona desəm ki, sən buradan sənin təklifinə

rədd cavabı verdiyimə görə gedirsən

Neyl diksindi. Sözlərində ciddi olub-olmadığını yoxlamaq üçün diqqətlə onun üzünə baxdı.

- Belə axmaq olma. Hər halda onun sənə inanacağını düşünmürsən, elə deyilmi O, bilir ki, heç

vaxt mənim ağlıma belə iyrənc bir fikir gələ bilməz.

- Ah, əzizim, bu qədər əmin olma. Cücəni payızda sayarlar.

Darya əslində düşünmədən, sözlərinin fərqinə varmadan danışırdı. Sadəcə mübahisəni davam

etdirməkdən başqa elə bir ayrı məqsədi yox idi. Ancaq görəndə ki, Neyl qorxdu, qəddarlıq hissi onu bu

vəziyyəti təkrarlamağa sövq etdi.

- Məndən aman gözləyirsən Sən məni olmazın şəkildə alçaltmısan. And içirəm, əgər buradan

getmək fikrindən daşınmasan, düz birbaşa Anqasın yanına gedib deyəcəm ki, sən onun burada

olmadığından yararlanıb mənə təcavüz etməyə çalışmısan.

- Mən bunu inkar edə bilərəm. Həm də bu, mənim dediklərimin əksinə sənin sözlərin olacaq.

- Bəli, ancaq nəzərə al ki, mənim sözlərim keçərlidir. Dediklərimi sübut edə bilərəm.

- Anlamadım, necə

- Mən qəsdən özümü yaralayaram. Sonra da sənin vurduğun sillənin yerini göstərərəm. Hələ

sənin əlini demirəm.

Neyl qəfil əlinə nəzər saldı.

- Bəlkə deyəsən, o dişləm izləri oraya necə düşüb! Göydən – Darya qətiyyətlə sözünə davam

etdi.

O, gic kimi Daryaya baxdı. Rəngi tamam ağarmışdı. Zədə yerini və o şramın əmələ gəlməsini necə

izah edə biləcəkdi! Əgər özünü müdafiə edərkən buna məcbur olmuşdursa, həqiqəti deyə bilərdi.

Burada nə vardı ki! Ancaq Anqasın inanması üçün bu, yetərli idimi Anqas arvadına pərəstiş edirdi.

Ona görə də onun sözlərini əsas götürəcəkdi. Bu, Manronun mehribanlığı müqabilində necə böyük

nankorluq və ona olan dərin inamının əvəzində necə iyrənc bir xəyanət kimi görünərdi! O, Neylin əclaf

olduğunu düşünəcəkdi, əlbəttə ki, öz nöqteyi-nəzərindən çıxış edərək. Neyli dəhşətə gətirən də elə bu

deyildimi Istəmirdi ki, uğrunda canını belə verməyə hazır olduğu adam – Manro onun haqqında pis

fikirləşsin. Zavallı oğlan özünü o qədər bədbəxt hiss elədi ki, nifrət etdiyi, kişiyə yaraşmayan göz

yaşları onu boğdu. Darya artıq onun yenilməkdə olduğunu gördü. Çox sevindi. Nəhayət ki, ona

çəkdirdiyi iztirabları geri qaytarmağa müvəffəq olurdu. Indi Neyl onun əlində idi. O, öz qələbəsindən

olmazın həzz duyurdu və ürəyində çəkdiyi ağrı-acının arasında Neylin səfehliyinə gülürdü. Bax bu

anda Darya heç özü də bilmirdi ki, ona qarşı hansı hissləri keçirir – sevirmi, yoxsa nifrət edir.

- Hə, indi özünü yaxşı aparacaqsanmı – Darya həyasızcasına soruşdu.

Neyl hönkürərək canını bu mənfur qadından xilas etmək məqsədilə yerindən götürüldü və

bacardığı qədər sürətlə qaçmağa başladı. O, yaralı heyvan təki cəngəlliyə cumdu, hara getdiyinə

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!