02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

38

artıq bu vəhşi qadınıa əlbəyaxa mübarizə aparırdı. Üzünü kənara çevirdi. Əlini öz üzü ilə Daryanın üzü

arasına sipər kimi qoydu. Darya qəflətən dişlərini batırdı. Ağrı dözülməz olduğundan Neyl heç

düşünmədən ona qəfil, sarsıdıcı bir sillə vurdu və:

- İblis! - deyə bağırdı.

Bu vəhşi zərbədən sonra Darya onu buraxdı. Neyl əlini tutaraq dişlərin açdığı yaraya baxdı. Ətli

yerdən dişlənmişdi və yaradan qan axırdı. Daryanın gözləri pişik gözləri kimi parlayır, özünü çox

çevik və fəal aparırdı.

- Daha bəsdir! Mən gedirəm. – Neyl dedi.

Darya ayağa sıçradı.

- Mən də səninlə gəlirəm!

Neyl şlemini geyindi və iş üçün lazım olan avadanlığı götürərək heç bir söz söyləmədən kəskin bir

şəkildə çevrildi. Iri addımlarla üç pilləni tullanaraq aşağı endi. Darya da onun ardınca qaçdı.

- Mən cəngəlliyə gedirəm, - oğlan dedi.

- Gözüm aydın!

Varlığını saran bu şiddətli arzu ilə alışıb-yanan Darya cəngəlliklə bağlı qorxusunu tamamilə

unutdu. Ilanlar, vəhşi heyvanlar nədənsə heç yadına da düşmədi. Üzünə çırpılan budaqlar, ayağına

dolaşan yer bitkiləri vecinə gəlmirdi. Bir ay ərzində Neyl meşənin hər dəlmə-deşiyini öyrənmişdi və

indi onun hər qarışını tanıyırdı. Qəzəblə öz-özünə dedi ki, Daryanı dalınca dartıb oralara gəlməyə

məcbur edəcək. O, yolunu iri, cəld addımlarla meşənin qalın yerindən saldı. Darya arada büdrəməsinə

baxmayaraq qərarlı bir şəkildə onu təqib edirdi. Qəzəbdən gözləri qızmış Neyl yıxıldı. Darya da onun

dalınca yıxıldı. Darya nə isə danışır, Neyl isə artıq onu dinləmirdi. O, Neylə yalvarırdı ki, ona yazığı

gəlsin. Taleyinə acıyırdı, özünü alçaldaraq ağlayır, elə hey sızlayırdı. Neyli özünə ram etməyə

çalışırdı. Lap dəli qadınlara oxşayırdı. Nəhayət, Neyl şumlanmış kiçicik bir yerdə qəflətən dayandı və

dönəndə Darya ilə üzbəüz qaldı.

- Bu, mümkün deyil, - bağıraraq, - Bəsdir, canım boğazıma yığıldı, - deyə qışqırdı. – Anqas

gələndə ona buradan getməyə məcbur qaldığımı söyləyəcəm. Sabah səhər Kualo Solora qayıdıb

oradan da evə gedəcəyəm.

- O, buna yol verməz. Çünki səni çox istəyir. Onun fikrincə sənin tayın-bərabərin yoxdur.

- Gözüm aydın! Bir şey düşünüb taparam.

- Nə

Neyl Daryanı səhv başa düşdü:

- Qorxmağına gərək yoxdur. Mən, əlbəttə, ona düzünü deməyəcəyəm. Əgər onun ürəyini bu cür

qırmağa niyyətin varsa, onda bu, sənin öz işindir. Ancaq mən belə etməyəcəyəm.

- Sən ki, ona az qala pərəstiş edirsən, elə deyil Bu cür cansıxıcı, soyuq bir adama.

- O, yüz sənin kimisinə dəyər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!