02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

37

- Əlbəttə, yox. Necə bu qədər səfeh ola bilərsən Ah, əzizim, belə ciddi olma. Mən səni sevirəm.

Demək bütün onun haqda söylənilənlər doğru imiş. O, özünü inandırmağa çalışmışdı ki, Daryanın

ona qarşı olan hissləri qeyri-adi bir şey idi, elə bir dəlilik idi ki, birlikdə mübarizə aparıb qarşısını ala

bilərdilər. Ancaq Darya heç ağına-bozuna baxmırdı.

- Qorxmursan ki, Manro bundan xəbər tutar

O, daha ağlamırdı. Özü haqda danışmaqdan ləzzət alırdı və onda belə bir hiss yarandı ki, Neyldə

özünə qarşı yeni maraq oyadaraq onu tovlayır.

- Hərdən düşünürəm ki, görəsən bilirmi. Əlbəttə, ağlı ilə olmasa da ürəyi ilə hiss etməmiş deyil.

Qadın və qadın həssaslığı barədə onun intuisiyası çox yaxşıdır. Şübhələndiyindən əmindim,

çəkdiyi ağrılarda isə qəribə, mənəvi bir yüksəliş hiss eləmişəm. Məni həmişə maraqlandırıb ki,

görəsən çəkdiyi ağrı-acılarda incə, sonsuz, izahedilməz bir ləzzət olduğunu özü görüb

duyurmu

- Dəhşət! – Neylin artıq bu iddiaları dinləməyə səbri çatmadı, - Sənin üçün yeganə üzürlü səbəb

o ola bilər ki, sən dəlisən.

Darya indi özünə daha çox əmin idi. Sırtıqcasına Neylə baxdı.

- Səncə mən cazibədar deyiləm Çox kişilər məni bəyəniblər. Yəqin ki, Şotlandiyada olanda sən

heç də mənim qədər gözəl bədən quruluşuna malik olmayan onlarla qadınla olmusan!

Darya sakit bir iftixarla qədd-qamətli, şəhvət sıçradan bədəninə nəzər saldı.

- Mən heç vaxt qadınla olmamışam, - Neyl ciddi şəkildə dedi.

- Niyə

Darya elə təəccübləndi ki, eşitdiyinin qeyri-adiliyindən dik atıldı. Oğlansa çiyinlərini çəkdi. O,

özünü məcbur edərək bu fikrin onda necə də ikrah yaratdığını və Edinburqda oxuyarkən dostlarının

eşq əlaqələrinin necə iyrənc olduğu barədə düşündüyünü Daryaya danışa bilmirdi. O, öz bakirliyindən

gizli bir sevinc duyurdu. Məhəbbət müqəddəs bir şeydir. Cinsi əlaqə deyilən şey onu dəhşətə salırdı.

Neylə görə, bu, ancaq nəsil artırmaq üçündür.

Ancaq Darya tövşüyürdü, bütün bədəni tərpənməz halda dayanaraq gözlərini Neylə zilləmişdi.

Birdən şadlıq və vəhşi bir arzu hiss olunan hönkürtü ilə diz çökərək oğlanın əlindən yapışdı və

ehtirasla öpməyə başladı.

- Alyoşa!, - deyə o, boğularaq qışqırırdı, - Alyoşa!

Sonra ucadan qışqıraraq bərkdən güldü və onun ayaqları altında qıvrılmağa başladı. Boğazından

qəribə, insan səsinə oxşamayan səslər çıxırdı və bədəni elə titrəyirdi ki, sanki onu dalbadal elektrik

cərəyanı vururdu. Neyl bunun isteriya və ya epilepsiya tutması olduğunu anlamırdı.

- Bəsdir! – o qışqırdı, - Bəsdir!

O, Daryanı güclü qolları arasına alaraq kətildə oturtdu. Aralanıb getməyə çalışanda qadın buna

imkan vermədi. Qollarını onun boynuna dolayaraq saxladı. Neylin üzünü öpüşlərə qərq etdi. Oğlan

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!