02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

35

Darya cavab vermədi, ancaq ona tutarlı bir sillə vurdu. Neyl qızarsa da, bir kəlmə belə demədi.

Manro qayıdıb gəldi və onlar sanki heç nə olmamış kimi işlərinə davam etdilər.

Yemək süfrəsi arxasında və axşamlar istisna olmaqla Darya sonrakı bir neçə gün ərzində Neyllə

kəlmə kəsmədi. Qabaqcadan hazırlaşmadan onlar aralarındakı münasibətin gərginləşdiyini Manrodan

gizlətmək üçün bütün güclərini toplamışdılar. Ancaq Daryanın düşüncəli sükutu aradan qaldırmaq

üçün etdiyi cəhdlər Anqasdan azacıq ehtiyatlı adam üçün aydın olardı və hərdən o, Neyllə bir az

kəskin danışmaqdan özünü saxlaya bilmirdi. Darya onu lağa qoyurdu və zarafatlarında adamın

ləyaqətinə toxunan sözlər də işlətməkdən çəkinmirdi. O, Neyli necə yaralamağı bilirdi və asanlıqla zəif

damarından tuturdu, amma oğlan bunu büruzə verməməyə çalışılrdı. O, təxmin etmişdi ki, özünü belə

şən göstərəndə Dayra daha da qəzəblənir.

Bir gün yeməkdən əvvəl xeyli gecikməsinə baxmayaraq, Neyl Manronun hələ də evə

dönmədiyinin şahidi oldu və buna çox təəccübləndi. Darya verandada matrasın üstündə uzanaraq

qurtum-qurtum cin-nahit içir və siqaret çəkirdi. Ə-üzünü yumağa gedən müddətdə Darya hələ ki, ona

heç bir söz demədi. Bir-iki dəqiqə sonra xidmətçi Neylin otağına gələrək yeməyin hazır olduğunu

xəbər verdi. O, bayıra çıxdı.

- Cənab Manro haradadır – soruşdu.

- Olmayacaq, - dedi Darya, - Anqas xəbər göndərdi ki, getdiyi yer çox maraqlıdır və axşama

qədər orada qalacaq.

Həmin səhər Manro dağın lap yuxarılarına qalxmaq məqsədilə yola düşmüşdü. Aşağı qatlar o

qədər də yaxşı nəticə vermirdi və Manronun belə bir fikri vardı ki, əgər yuxarılarda su ilə təchiz

olunmuş daha yaxşı yer tapa bilsə düşərgəni oraya köçürərdilər.

Hər ikisi sükut içində yeməklərini yedilər. Yeyib qurtarandan sonra Neyl otağa girdi, şlemini və

həşərat yığmaq üçün olan avadanlığı götürüb bayıra çıxdı. Adətən o, bu vaxtlar bayıra çıxmazdı.

- Hara gedirsən, - Darya qəflətən soruşdu.

- Bayıra çıxıram.

- Niyə

- Özümü elə də yorğun hiss eləmirəm. Evdə də görüləsi bir işim yoxdur.

Birdən Darya göz yaşlarına qərq oldu.

- Necə mənə qarşı bu qədər mərhəmətsiz ola bilərsən – o hönkürdü. – Ah, axı bu cür rəftar

qəddarlıqdır.

Neyl yorğun baxışlı qəşəng, bir qədər də laqeyd üzünü ona tərəf çevirərək Daryaya baxdı.

- Neyləmişəm ki

- Mənə qarşı kobud olmusan. Nə qədər pis olsam da bu qədər əzab-əziyyət çəkməyə layiq

deyiləm. Sənin üçün dünyada bacardığım hər şeyi etmişəm. Heç rəvadırmı De də, de görüm,

nə vaxt sənin üçün nəyisə sevə-sevə eləməmişəm Ah, mən necə də bədbəxtəm!

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!