02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

34

eyni zamanda incə bir bicliklə Daryanın acığını soyutduğunu görmək əyləndirici idi. Elə əslində

Neylin qəzəbinin belə böyük olması Manronun səbəbinə idi. Düşünəndə ki, onu özünə həyat yoldaşı

etmək üçün bu qadını çətinlik və məhrumiyyətlərdən çəkib çıxartmışdı, o zaman Manro müqəddəs bir

insan sayıla bilərdi. Darya hər şeydə ona borclu idi. Manronun adı onu qoruyurdu. Onun səbəbinə

hörmət sahibi olmuşdu. Bütün bunlara görə ən adi minnətdarlıq hissi kifayət idi ki, Darya həmin səhər

etiraf etdiyi fikirləri özündə saxlasın. Kişilər üçün bu cür təkliflər etmək məqbul sayıla bilər, lakin

qadınların belə şey etmələri ikrah doğurur. Neylin ləyaqəti təhqir olunmuşdu. Daryanın üzündə

gördüyü ehtiras, hərəkətlərindəki ədəbsizlik onu hiddətləndirirdi.

Neyl bilmək istəyirdi ki, doğrudanmı Darya onun otağına gələcəyi barədə hədə-qorxunu həyata

keçirəcək! Inanmırdı ki, o, buna cəsarət edə bilə. Axşamüstü hamı yatmağa gedəndə Neyl o qədər

dəhşətə gəlmişdi ki, yuxuya gedə bilmədi. Narahat halda ətrafı dinləyərək yatağa uzandı. Gecənin lal

sükutunu bayquşun ardıcıl təkrar olunan yeknəsək səsi pozdu. Palma yarpaqlarından düzəldilmiş nazik

divar arasından Manronun sakit-sakit nəfəs aldığı eşidilirdi. Birdən Neyl kiminsə gizlincə onun otağına

girdiyini hiss etdi. Artıq nə edəcəyini qərara almışdı.

- Sizsiniz, cənab Manro – ucadan çağırdı.

Darya dayandı. Manro yuxudan ayıldı.

- Otağımda kimsə var. Elə bildim sizsiniz.

- Elə bir şey yoxdur, - Darya dedi, - mənəm, yata bilmirəm. Ona görə də fikirləşdim ki,

verandaya çıxıb bir siqaret çəkim.

- Elə bu – Manro dedi, - Elə et ki, sənə soyuq olmasın.

Darya Neylin otağından keçib eşiyə çıxdı. Oğlan onun siqaret yandırdığını gördü. Bir qədər keçmiş

geri qayıdaraq öz yatağına girdi.

Səhərisi gün Neyl onunla heç rastlaşmadı. Çünki o, oyanmamışdan qabaq oğlan artıq yola

düşmüşdü və qərara gəldi ki, Manro evə dönməyincə o da evə girməsin. Qaranlıq düşən kimi onunla

tək qalmaqdan canını qurtara bildi, ancaq sonra Manro bir neçə dəqiqəliyə kəpənək tələlərini yerbəyer

etmək üçün aşağı düşdü.

- Niyə keçən gecə Anqası yuxudan oyatdın – deyə Darya yavaşca acıqlı bir pıçıltıyla soruşdu.

Neyl çiyinlərini çəkərək heç bir cavab vermədən gördüyü işə davam etdi.

- Qorxdun

- Ədəb-ərkən haqqında mənim öz düşüncələrim var.

- Bəsdir, sən Allah! Bu qədər xırdaçı olma.

- Alçaq olmaqdansa elə xırdaçı olmaq yaxşıdır.

- Sənə nifrət edirəm.

- Onda məndən əl çək!

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!