02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

32

Neyli özündən çıxaran əsasən bu idi ki, Darya etdiyi etirafın necə də iyrənc olduğunu deyəsən

heç dərk etmirdi.

- Ərini unudursan!

- Əşi, onun bura nə dəxli var ki!

- Darya!

- Indi Anqası düşünəcək halda deyiləm.

- Sən nə qədər də əxlaqsızsan, - Neyl qaşları düyünlü halda astadan dilləndi.

Darya qaqqıldadı.

- Çünki sənə vurulmuşam, ona görəmi Əzizim, sən gərək bu qədər yaraşıqlı olmayaydın.

- Allah xatirinə, gülmə!

- Özümü saxlaya bilmirəm. Komik də olsa yenə də qəşəng görünürsən. Sənin ağ dərinin,

parlayan dalğalı saçlarının dəlisiyəm. Səni sevirəm, çünki sən yaman rəsmiyyətcisən. Səni

sevirəm, çünki sən şotlandsan, yumor hissin yoxdur. Sənin güclülüyünü sevirəm. Sənin

gəncliyinin dəlisiyəm.

Daryanın gözləri işıqlandı və tez-tez nəfəs almağa başladı. Nəfəsi tıncıxdı. Birdən o dayandı və

qəfil hərəkətlə Neylin yalın ayağını öpdü. Oğlan etiraz əlaməti kimi qışqıraraq ayağını cəld bir

hərəkətlə geri çəkdi. Bu qəfil həyəcandan laxlayan kətili az qala yıxmışdı.

- Ey, qadın, sən ağlını itirmisən. Heç utanmırsan!

- Yox!

- Axı, məndən nə istəyirsən – acıqla soruşdu.

- Sevgi.

- Sən məni nə hesab edirsən Hansı kişilərdən hesab edirsən

- Başqaları kimi hər hansı bir kişi, - Darya sakit halda tövrünü pozmadan dedi.

- Düşünürsən ki, Anqas Manronun mənə etdiyi bu qədər şeylərdən sonra mən onun arvadı ilə

eşqbazlıq edəcək qədər əclafam Ona hörmətim bütün tanıdığım adamlardan daha çoxdur. O,

heyranedici bir insandir. Yüz sənin və mənim kimisinə dəyər. Ona xəyanət etməkdənsə özümü

öldürərəm. Başa düşmürəm, necə ola bilər ki, sən mənim belə alçaq hərəkət edə biləcəyimi

ağlına gətirə bilirsən!

- Ah, əzizim, belə cəfəng şeylər danışma. Bundan ona nə xələl gəlir ki! Belə şeyləri faciə kimi

qəbul etməməlisən. Həm də bütün bunlar bir yana, ömür çox qısadır. Ondan çəkə biləcəyimiz

ləzzəti almırıqsa, bu, o deməkdir ki, biz axmağıq.

- Bu cür danışmaqla yanlış olan şeylərə haqq qazandıra bilməzsən.

- Bu haqda heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, bu, həddindən artıq mübahisəli bir

məsələdir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!