02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

30

Bir dəfə Neyl onu yuxusunda gördü. Səksənərək oyandı. Başdan-ayağa tər içində idi. Ağrıları

azalmış, hərarəti də düşmüşdü. Özünü yaxşı hiss edirdi. Lakin yuxuda gördüyü şey onu tamam

utandırdı. Dəhşətə gəldi. Yuxuda belə olsa, bu cür fikirlər Neyli xəcalət çəkməyə məcbur etdi.

Deyəsən, o, əxlaqsız bir vəhşidən fərqli deyilmiş, xəbəri yoxmuş!

Səhər açılırdı. Neyl qonşu otaqda Manronun artıq oyandığını eşitdi. Darya axşam gec yatmışdı, ona

görə də Manro onu narahat etməmək üçün ayaqlarının ucunda yeriyirdi. Bu birisi otağa keçəndə

Manro yavaşca səsləndi:

- Salam. Oyanmısan

- Hə, artıq dönüş baş verdi. Indi özümü yaxşı hiss edirəm.

- Əla. Ancaq hələ bu gün də yataqda qalmağın məsləhətdir. Sabah sapbasağlam olacaqsan.

- Yeməyini qurtarandan sonra Ah Tanı yanıma göndər, yaxşı

- Oldu.

Sonra Neyl Manronun yola düşdüyünü eşitdi. Çinli xidmətçi Ah Tan gəldi və ondan yeməyə nə

istədiyini soruşdu. Bir saata Darya da yuxudan durdu. “Sabahın xeyir” demək üçün Neylin otağına

gəldi. Oğlan gördüyü yuxunun təsirindən hələ çıxmadığına görə onun üzünə baxmağa xəcalət çəkirdi.

- Yeməyimi yeyim, sonra gəlib səni yuyunduracağam, - Darya dedi.

- Yuyundum. Ah Tan kömək elədi.

- Niyə

- Səni bir də əziyyətə salmaq istəmədim.

- Yox əşi, heç bir əziyyəti-filan yoxdur. Mən bunu sevə-sevə edirəm.

Darya çarpayıya yaxınlaşdı, əyildi ki, onu öpsün, ancaq oğlan başını kənara çevirdi.

- Eləmə.

- Niyə axı

- Çünki bu, səfehlikdir.

Darya bir anlıq təəccüblə ona baxdı, daha sonra isə yüngülcə çiyinlərini çəkərək otaqdan çıxdı. Az

sonra Neylin bir şey istəyib-istəməyəcəyini öyrənmək üçün yenidən otağa qayıtdı. O, isə özünü

yatmışlığa vurdu. Darya nəvazişlə onun üçünü sığalladı.

- Allah xatirinə, yalvarıram, belə eləmə! – Neyl az qala bağırdı.

- Elə bildim ki, yatırsan. Bu gün sənə nə olub axı

- Heç nə.

- Niyə mənə qarşı belə acıqlısan Məgər səni incidəcək bir şey eləmişəm

- Yox!

- De görüm onda nə olub axı

O, çarpayının kənarında oturaraq Neylin əlindən tutdu. O isə üzünü yana çevirdi. Utandığından

güclə danışırırdı.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!