02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

29

arzulamazdım. Birdən iki güllə səsi eşitdim. Az qala ürəyim dayandı. Məni axtarırdılar. Onda

lap başımı itirdim. Var-gücümlə qışqıraraq səs gələn tərəfə qaçdım. Yıxıldım. Özümü ələ

alaraq qalxdım. Yenə qaçdım. Qışqırırdım. Dedim indi ciyərlərim partlayacaq. Daha bir atəş

açıldı. Lap yaxınlıqda. Yenə qışqırdım. Cavab səsləri eşitdim. Meşədə vurhavur salan adamlar

vardı. Bir dəqiqə keçməmişdi ki, ovçular məni əhatəyə aldılar. Əllərimi sıxıb öpdülər.

Sevincdən bağırırdılar. Mən də az qala ağlayacaqdım. Çox köməksiz bir vəziyyətdə idim.

Içməyə nəsə verdilər. Düşərgədən cəmi-cümlətanı üç mil aralı idik. Geri qayıdanda hava lap

qaralmışdı. Allaha and olsun, bu, mənə həyatım bahasına başa gələ biləcək bir təhlükə idi.

Daryanın bədənindən ürpərti keçdi.

- Inan mənə, bir də cəngəllikdə azmaq istəməzdim.

- Səni axtarıb tapmasaydılar nə olardı

- Nə! Nə ola biləcəyini deyə bilərəm. Yəqin ki, ən əvvəl dəli olardım. Əgər ilan çalmasa, ya da

kərgədana-zada rast gəlməsəydim də, kor-koranə, əldən düşüb yıxılana qədər yol gedərdim.

Acından ölümcül hala düşərdim. Susuzluqdan məhv olardım. Vəhşi heyvanlara yem olardım.

Qarışqalar sümüklərimi sümürərdilər.

Ortaya sükut çökdü.

Təxminən bir ay idi ki, Maunt Hitamda yaşayırdılar və elə oldu ki, Manronun təkidilə müntəzəm

kinə qəbul etməsinə baxmayaraq Neyl qızdırma xəstəliyinə tutuldu. Elə də bərk tutmalar olmurdu,

ancaq o, təəssüf hissi keçirirdi və müəyyən müddət yataqda qalmağa məcbur idi. Ona Darya qulluq

edirdi. Neyl ona bu qədər əziyyət verdiyinə görə xəcalət çəkirdi, lakin Darya onun etirazlarına qulaq

asmırdı. O, doğrudan da çox bacarıqlı qadın idi. Nəhayət, Neyl hər hansı bir çinli xidmətçinin görə

biləcəyi işlərin Darya tərəfindən məhz onun üçün yerinə yetirilməsinə boyun əydi. O, bundan yaman

təsirlənmişdi. Darya onun əl-ayağını da yuyurdu. Hərarəti yüksələndə bədənini soyuq su ilə silirdi. Və

təsvirəgəlməz dərəcədə rahatlıq hiss etməsinə baxmayaraq Neyl lap özünü itirmişdi. Darya isə onun

səhər və axşam bu sayaq yuyunmasında israr edirdi.

- Yokahomadakı Britaniya xəstəxanasında olduğum altı ay ərzində hər halda ən azı xəstəyə necə

qulluq etməyi öyrənmişəm, - deyə Darya gülümsədi.

Hər dəfə Neylə qulluq etdikdən sonra Darya onu dodaqlarından öpürdü. Bu, əlbəttə, çox xoş və səmimi

bir hərəkət idi və Neylin xoşuna gəlirdi, amma elə bir ciddi əhəmiyyət vermirdi. Hətta bu mövzuya

zarafatla yanaşaraq lap ağını çıxartdı. Heç ondan çıxmayan iş!

- Xəstəxanadakı xəstələrini də belə öpürdün – o soruşdu.

- Nədir ki Səni öpməyimi istəmirsən – Darya güldü.

- Yox, burada pis nə var ki!

- Hətta sənin sağalmanı tezləşdirər, - Darya söz atdı.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!