02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

28

əvvəl olduğum yerə gəlib çıxmışam. Yaman dilxor oldum. Ətrafa nəzər salaraq yenidən yol

almağa başladım. Dəhşətli idi, məndən damcı-damcı tər tökülürdü. Düşərgə yerləşən istiqaməti

az-çox bilirdim. Keçdiyim cığırdakı izlərə baxırdım ki, görüm həmin yollarımı gəlmişəm.

Deyəsən, bir-iki iz tapdım və ümidlə irəlilədim. Üstəlik də bərk susamışdım. Ancaq budaqların

üstündən keçərək bitkilərin arasından özümə yol açır, elə hey getməkdə davam edirdim. Birdən

anladım ki, azmışam. Ola bilməzdi ki, düzgün istiqamətdə bu qədər yol gedim və hələ də

düşərgəyə çatmayım. Lap mat qalmışdım. Bircə onu bilirdim ki, nə olursa olsun təşvişə

düşməməliyəm. Ona gərə də oturub düşdüyüm vəziyyəti götür-qoy etməyə başladım. Susuzluq

da ki, məni tamam əldən salmışdı. Günortadan xeyli keçmişdi, uç-dörd saata qaranlıq

düşəcəkdi. Hər halda gecəni cəngəllikdə keçirmək elə də arzuolunan bir şey deyil. Haqqında

düşündüyüm yeganə şey çalışıb axını tapmaq idi. Əgər çay axını ilə getsəm, o, məni daha

böyük axına, sonra da ki, gec-tez çaya aparıb çıxaracaqdı. Ancaq bu, mənim iki gün vaxtımı

alacaqdı. Axmaqlığıma görə özümü lənətlədim. Təəssüf ki, əlimdən heç nə gəlmirdi, ona görə

də yola davam etdim. Hər halda əgər çay tapsam, heç olmasa su da içə biləcəkdim. Tərslikdən

su da qəhətə çıxmışdı. Hətta məni çaya aparıb çıxaracaq kiçik bir axın belə gözə dəymirdi.

Artıq narahat olmağa başladım. Lap yorulana qədər veyil-veyil gəzdim. Meşədə çoxlu ov

quşları və heyvanların olduğundan xəbərim vardı. Əgər kərgədana rast gəlsəm, işim bitəcəkdi.

Məni dəli edən şey bu idi ki, düşərgədən heç on mil aralı olmadığımı bilirdim.

Soyuqqanlılığımı qorumağa çalışdım. Hava tutulurdu, cəngəlliyin dərinliklərində isə artıq

zülmət kimi qaranlıq düşürdü. Tüfəng götürmüş olsaydım, heç olmasa atəş açardım. Yəqin ki,

düşərgədə mənim azdığımı anlayıb axtarışa çıxardılar. Meşəlik elə sıx idi ki, altı futdan uzağı

görə bilmirdm. Bir az keçəndən sonra, bilmirəm əsəblərim pozulmuşdu, ya nəydi, məndə belə

bir hiss yarandı ki, hansısa bir heyvan məni qarabaqara izləyir. Dayanırdım, o da dayanırdı.

Yola davam edirdim, o da eynilə. Amma onu görə bilmirdim. Kolluqda da heç bir hənirti

duyulmurdu. Hətta budağın sınmasını və ya yarpaqların arasından keçərkən onlara

toxunmağımı belə eşitmirdim, ancaq o heyvanların necə sakit hərəkət etdiyini bilirdim, həm də

əmin idim ki, nə isə oğrun-oğrun yeriyir. Ürəyim elə bərk döyünürdü ki, az qala yerindən

çıxacaqdı. Ağlımı itirmək dərəcəsində idim. Bütün iradəmi toplayaraq özümü qaçmaqdan güclə

saxlayırdım. Bilridim ki, belə eləsəm, yolu tamam itirəcəm. Bu dolaşıq yerlərlə iyirmi yard

getməmişdən qabaq mən yəqin ki, artıq azmışdım. Uzansam, aşağı əyilsəm o heyvan üstümə

atılacaqdı. Qaçmağa başlasam, Allah bilir hara gedib çıxardım. Özümü ələ almalı idim.

Ağlamaq məni tutmuşdu. Bir tərəfdən də susuzluq əldən salmışdı. Həyatımda heç vaxt bu

qədər çox qorxmamışdım. Inan mənə, əgər əlimdə revolver olsaydı, mütləq beynimə bir güllə

çaxardım. Elə dəhşətli idi ki, bu günün bitməsini istəyirdim. Yorğunluqdan ayaqlarımı güclə

sürüyürdüm. Mənə ağır yara vurmuş düşmənə belə olsa, o vaxt çəkdiyim dəhşətləri

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!