02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

27

Bir az mürgüləyən Neyl ağacdələnin taqqıltısına oyandı. Ağacdan-ağaca uçub qonan bu quşun

xoş səsi tənbəli də məzələndirərdi. Artıq səhər açılmışdı. Tələm-tələsik yeməklərini yeyib yola

çıxdılar. Budaqdan-budağa atılan hipponlar dan yeri söküləndə yarpaqların şehini yalayırdılar və

çıxartıqları qəribə səslər lap quşların səsinə oxşayırdı. Hava işıqlaşdıqca Daryanın qorxusu da çəkilib

gedir və yuxusuz gecə keçirməsinə baxmayaraq çevik və şən görünürdü.

Günortaüstü gəlib elə bir yerə çıxdılar ki, mühafizəçilərin dediyinə görə orada düşərgə salmaq

yaxşı olardı. Manro burada ev qurmağı qərara aldı. Adamlar işə başladılar. Uzun bıçaqlarla palma

yarpaqları və ağacları kəsərək tezliklə payalar üzərində ikiotaqlı koma ucaltdılar. Koma səliqəli, təmiz

və yaşıl idi. Qoxusu da gözəldi.

Manrolar getdikləri hər yerdə özlərini evdəki kimi hiss edirdilər; kişi artıq buna vərdiş etmişdi,

arvad da ki, uzun illər ərzində bütün dünyanı gəzmiş və harada olursa olsun özünü pişik kimi rahat hiss

eləyirdi. Bir gün sonra onlar hər şeyi yerbəyer edərək, artıq oraya yerləşdilər. Müəyyən etdikləri

qayda-qanun dəyişilməz idi. Hər səhər Manro və Neyl nümunə toplamaq üçün ayrılıqda evdən

çıxırdılar.

Günorta gətirdikləri həşəratları qutulara yerləşdirməklə məşğul olurdular; kəpənəkləri kağız

vərəqlərin və quş dərilərinin arasında yerləşdiridilər. Qaranlıq düşəndə isə gecə kəpənəkləri tuturdular.

Darya komadakı işlərlə, qulluqçularla başını qatır, nəsə tikiş tikir, kitab oxuyur, çoxlu siqaret çəkirdi.

Günlər şən, hərdən isə yeknəsək keçsə də cürbəcür hadisələrlə dolu idi. Neylin kefi kökdü. O, dağı hər

tərəfdən tədqiq edirdi. Bir gün o, hansısa həşəratlar fəsiləsindən yeni bir nümunə tapdı. Manro onu

Kunikulini Makadam adlandırdı. Bu, onun üçün bir şərəf idi. Neyl bu iyirmi iki yaşında dərk etdi ki,

əbəs yerə yaşamayıb. Lakin ertəsi gün gürzənin onu sancmasından güclə canını qurtardı. Rəngi yaşıl

olduğuna görə Neyl onu görməmişdi və yalnız yanında olan ovçunun səbəbinə həyatı qurtuldu. Ilanı

öldürüb düşərgəyə gətirdilər. Darya tir-tir əsirdi. Onda vəhşi heyvanlara qarşı qarşısıalınmaz bir qorxu

vardı və az qala əsəb sarsıntısı keçirdi. azacağından qorxaraq ömründə düşərgədən bir neçə yard uzağa

getməzdi.

- Manro heç sənə bir dəfə necə azdığını danışıb – deyə bir dəfə axşam yeməyindən sonra

birlikdə oturduqları zaman Darya Neyldən soruşdu.

- Hə... Bu, o qədər də xoş bir şey deyildi, - Manro gülümsədi.

- Neyl üçün danış da, Anqas.

O, bir az tərəddüd etdi. Bu, Manronun xatırlamaq istədiyi bir şey deyildi.

- Bu, bir neçə il əvvəl olmuşdu. Kəpənək tutmaq üçün tor götürmüşdüm. Özümü elə xoşbəxt hiss

edirdim. Bir xeyli getdikdən sonra axtardığım çox nadir nümunələr tapdım. Bir az sonra

acdığımı hiss edib geri dönməyi qərara aldım. Gəzə-gəzə gəlirdim, birdən ağlıma gəldi ki,

deyəsən mən tanıdığım yerlərdən çox uzaqlaşmışam. Qəflətən yerdə boş kibrit qutusu gözümə

sataşdı. Geri qayıdanda özüm onu yerə atmışdım. Belə çıxdı ki, dövrə vurmuşam və elə bir saat

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!