02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

24

məftunedici bir aləm idi. Üçüncü gün su daha dayaz, axın isə güclü olduğundan onlar daha yüngül

qayıqlara mindilər. Lakin tezliklə axın elə gücləndi ki, artıq qayıqsürənlər avar çəkə bilmirdilər və

uzun ağaclarla axına qarşı güclü və heyranlıq doğuran hərəkətlə mübarizə aparırdılar. Arabir çayın gur

axan yerinə çatanda quruya çıxmalı, yükləri boşaltmalı və qayıqları çay daşları səpilmiş yollarla

yedəyə alıb aparmalı olurdular. Beş gündən sonra elə bir yerə gəlib çıxdılar ki, daha ondan o yana gedə

bilməzdilər. Orada hökumət bunqalosu vardı və ekskursiya üçün Manronun Daxili İşlər Nazirliyi ilə

saziş bağladığı müddətdə iki gecə orada qaldılar. Manro baqajı daşımaq üçün yükdaşıyanlar və Maunt

Hitama yetişəndə ev tikmək üçün adamlar verilməsini istəyirdi. Kənd başçısının yaxınlıqda olmasını

görmək Manro üçün vacib idi. Ancaq onun Manronun yanına gəlməsini gözləməkdənsə, vaxta qənaət

etmək məqsədilə özünün kənd başçısının yanına getməli olduğunu düşündü və gəldikləri günün

səhərisi bir mühafizəçi və iki nəfər Dyaklı ilə dan yeri sökülməmiş oraya getdi. Bir-iki saata geri

dönəcəyinə ümid edirdi.

Manronu yola salandan sonra Neylin ağlına bir az çimmək düşdü. Bunqalodan azacıq aralı bir

nohur vardı. Suyu elə təmiz idi ki, hətta dibindəki qumun zərrəsini belə görə bilərdin. Çay özü isə dar

idi və ağaclar onu tamamilə tactavan kimi örtmüşdü. Olduqca gözəl bir guşə idi. Bu, Neylə hələ uşaq

olarkən çimdiyi Şotlandiya çaylarındakı nohurları xatırlatdı. Hər halda bu, nə isə başqa cür bir gözəllik

idi. Burada romantik əhval-ruhiyyə, vəhşi, çılpaq təbiət səhnəsi hökm sürüdü və bütün bunlar da onda

özünün belə izah etməyə çətinlik çəkdiyi qəribə hisslər yaradırdı. O, əlbəttə, bunları duymağa,

anlamağa çalışırdı, ancaq nəzərə alaq ki, ondan daha yaşlı və daha təcrübəlilər belə bu cazibəni təhlil

etməkdə çətinlik çəkmişlər. Bir suquzğunu əyilmiş bir budağın üstündə oturmuşdu, parlaq mavi rəngi

büllur kimi şəffaf suda əks olunurdu. Neyl əynindəki saronq və bajunu çıxarıb ataraq suya cumanda

suquzğunu bəzəkli qanadları bərq vura-vura uçub getdi.

Su bir elə də soyuq deyildi. Təzədən özünü şappıltı ilə suya atdı. Güclü qollarının, ayaqlarının

hərəkəti onun özünə ləzzət edirdi. Üzür, yarpaqların arasından mavi səmaya baxır, oradan süzülən

günəş şüaları isə suyun üzündə şəfəq saçırdı. Qəflətən bir hənirti duydu.

- Bədənin necə də ağappaqdır, Neyl!

Nəfəsinin tıxandığını hiss etdiyindən o, cəld aşağı çökdü və başını çevirəndə Daryanın ona

baxdığını gördü.

- Qulaq as, əynimdə heç paltar yoxdur a!

- Gördüm. Bu cür çimmək daha da gözəldir. Bir dəqiqə gözlə, mən də gəlirəm. Su elə ilıqdır ki!

Darya da saronq və baju geyinirdi. Neyl cəld başını yana çevirdi ki, Daryanı utandırmasın. Çünki

gördü ki, o, artıq paltarını soyunur. Sonra suya atıldığını da eşitdi. Azacıq arxaya çəkilərək Daryanın

ondan bir az uzaq məsafədə üzməsi üçün şərait yaratdı, ancaq qadın üzərək düz ona tərəf gəldi.

- Suyun bədənə təması necə də xoşdur, elə deyilmi – o soruşdu.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!